İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə18/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   14   15   16   17   18   19   20   21   ...   121

 58 

 

 

 

SUDAN RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB ÖMƏR HƏSƏN ƏHMƏD ƏL-BƏŞİRƏ 

 

Hörmətli cənab Prezident! 



Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizə və 

xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. 

Ümidvaram ki, Azərbaycan ilə Sudan arasında münasibətlər 

dostluq  və  əməkdaşlıq  istiqamətində  öz  inkişafını  davam 

etdirəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  xalqınıza 

əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 dekabr 2007-ci il 



 

 

 

 


 

59 


 

 

 

KUBA RESPUBLİKASI DÖVLƏT ŞURASININ VƏ  

NAZİRLƏR ŞURASININ SƏDRİ  

ZATİ-ALİLƏRİ CƏNAB FİDEL KASTRO RUSA 

 

Hörmətli cənab Sədr! 



Kubanın milli bayramı – Azadlıq günü münasibətilə Sizi 

və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan 

xalqı adından təbrik edirəm. 

Əminəm  ki,  ölkələrimiz  arasındakı  dostluq  münasibətləri 

əməkdaşlıq  imkanlarımızın  genişlənməsi  üçün  daim  möhkəm 

zəmin olacaqdır. 

Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  Kuba 

xalqına sülh və rifah diləyirəm. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 dekabr 2007-ci il 



 


 60 

 

 

 

KOREYA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB Lİ MEN BAKA 

 

Hörmətli cənab Prezident! 



Koreya  Respublikasının  Prezidenti  vəzifəsinə  seçilmə-

yiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

Azərbaycan–Koreya  münasibətləri  bu  gün  dinamik  və 

hərtərəfli  inkişaf  yolundadır.  Ümidvaram  ki,  dost  ölkələrimiz 

arasındakı  əlaqələrin,  qarşılıqlı  maraq  doğuran  əmək-

daşlığımızın  daha  da  genişləndirilməsi  üçün  bundan  sonra  da 

səylərimizi davam etdirəcəyik. 

Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  dost  xalqınızın  rifahı 

naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 dekabr 2007-ci il 



 

 

 




 

61 


 

 

 

SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB DANİLO TYURKA 

 

Hörmətli cənab Prezident! 



Sloveniya  Respublikasının  Prezidenti  vəzifəsinə  seçil-

məyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

Azərbaycan–Sloveniya  münasibətlərində  müşahidə  olunan 

ardıcıl  inkişaf  meyilləri  razılıq  hissi  doğurur.  Ümidvaram  ki, 

ikitərəfli 

əlaqələrimizin, 

habelə 

beynəlxalq 



qurumlar 

çərçivəsində  əməkdaşlığımızın  genişlənməsi  prosesləri  bundan 

sonra da müvəffəqiyyətlə davam edəcəkdir. 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının 

rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 dekabr 2007-ci il 



 

 

 



 

 

 


 62 

 

 

 

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB İSLAM KƏRİMOVA 

 

Hörmətli İslam Abduqəniyeviç! 



Sizi  Özbəkistan  Respublikasının  Prezidenti  vəzifəsinə 

yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. 

Əminəm  ki,  Azərbaycan  və  Özbəkistan  arasındakı  ənənəvi 

dostluq  münasibətləri  və  əməkdaşlıq  xalqlarımızın  mənafeyi 

naminə, regionda sülh, sabitlik və təhlükəsizlik naminə bundan 

sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. 

Hörmətli  İslam  Abduqəniyeviç,  Sizə  möhkəm  cansağlığı, 

xoşbəxtlik və dost Özbəkistan xalqının rifahı naminə dövlətçilik 

fəaliyyətinizdə uğurlar diləyirəm. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 dekabr 2007-ci il 



 

 

 




 

63 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

DÖVLƏT KUKLA TEATRI BİNASININ ƏSASLI 

TƏMİRDƏN SONRA AÇILIŞ MƏRASİMİNDƏ 

İŞTİRAK ETMİŞDİR 

26 dekabr 2007-ci il 

 

Dekabrın  26-da  Abdulla  Şaiq  adına  Azərbaycan  Dövlət 



Kukla Teatrı binası əsaslı təmir və yenidənqurmadan sonra isti-

fadəyə verilmişdir. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 

etmişdir. 

Dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əli-

yevaya  gül  dəstələri  təqdim  olundu.  Milli  geyimli  oğlan  və 

qızlar sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar. 

Prezident İlham Əliyev əvvəlcə teatr binasının ətrafını gəzdi, 

abadlıq  və  yaşıllaşdırma  işləri  ilə  tanış  oldu.  Dövlətimizin 

başçısı  açılış  mərasiminə  toplaşan  inşaatçıları,  teatrın 

əməkdaşlarını salamlayaraq dedi ki, gözəl iş görmüsünüz. İndi 

bina  tamamilə  yeni  görkəm  almış  və  gözəlləşmişdir.  Əlbəttə, 

içəridə də bütün lazımi avadanlıq, istilik sistemi, kondisioner – 

hər şey var. 

Dövlətimizin  başçısı  rəmzi  açılışı  bildirən  lenti  kəsdi,  teatr 

binasının fasadına, binanın əvvəlki və indiki görünüşünü, təmir 

və  yenidənqurma  işlərinin  gedişini  əks  etdirən  fotoşəkillərə 

baxdı. 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dedi ki, əsaslı 

təmir  və  yenidənqurma  işləri  prezidentin  «Azərbaycan  teatr 

sənətinin  inkişaf  etdirilməsi  haqqında»  2007-ci  il  19  fevral 

tarixli sərəncamına uyğun olaraq həyata keçirilmişdir.  


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə