İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə19/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   15   16   17   18   19   20   21   22   ...   121

 64 

Foyedə  divar  boyu  300  kvadratmetr  sahədə  Xalq  rəssamı 

Toğrul  Nərimanbəyovun  «Azərbaycanın  nağıl  aləmi»  əsəri 

çəkilmişdir. 

Müasir  texniki  avadanlıqla  təchiz  olunmuş  səs  və  radio  sexi, 

səhnə  işıqları  sexi  yaradılmışdır  və  xüsusi  otaqdan  kompyuter 

vasitəsilə idarə olunur. İnzibati otaqlar, hər aktyor üçün isə ayrıca 

qrim  otağı  vardır.  Rekvizit  və  kostyum  otağında  tamaşalarda 

istifadə olunan əşyaların qorunması  üçün  xüsusi  şərait  yaradıl-

mışdır. Geniş məşq salonunda 120-dən çox xüsusi işıq cihazları, 

müasir  texnologiya  əsasında  kompyuterləşdirilmiş  səs  avadanlığı 

quraşdırılmışdır. 

2700  kvadratmetr  sahəsi  olan  teatrın  Azərbaycan  və  rus 

bölməsində  30  nəfərlik  aktyor  heyəti  var.  200  nəfərlik  tamaşa 

salonu da büsbütün yeni görkəm almışdır. 

Prezident  İlham  Əliyev  teatrın  inzibati  və  qrim  otaqlarını, 

səs və radio, işıq sexlərini, məşq salonunu gəzdi, yaradılan şə-

raitdən,  işlərin  yüksək  keyfiyyətlə  aparılmasından  razılığını 

bildirdi. Dövlətimizin başçısı ikinci mərtəbədəki eyvandan ətrafı 

da seyr etdi. 

Ə.Qarayev  bildirdi  ki,  teatrda  bir  il  ərzində  dünya  stan-

dartlarına  uyğun  aparılan  keyfiyyətli  təmir  və  yenidənqurma 

işlərinə  tikinti  şirkətləri  20  illik  zəmanət  vermişdir.  XX  əsrin 

əvvəllərində  bu  binanın  layihəsini  Bakıda  yaşayan  polyak  ar-

xitektoru Ploşko vermiş və «Fenomen» kinoteatrı kimi tikilmiş-

dir.  Sonralar  müxtəlif  vaxtlarda  burada  teatr  truppaları,  muzey 

və s. fəaliyyət göstərmişdir. Azərbaycanda Kukla Teatrı 1931-ci 

ildə  yaradılmışdır.  1941-ci  ilədək  və  1946–50-ci  illərdə 

müstəqil,  1941–46-cı  illərdə  Gənc  Tamaşaçılar  Teatrının, 

1950-ci  ildən  Filarmoniyanın  nəzdində  fəaliyyət  göstərmişdir. 

1965-ci ildən isə yenidən müstəqil teatrdır. İlk dövrlərdə teatr-

da  Azərbaycan,  rus,  Qərbi  Avropa  dramaturqlarının  pyesləri, 

Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  motivləri  əsasında  hazır-

lanmış  tərbiyəvi  əhəmiyyət  xarakterli  əsərlər  səhnəyə  qoyul-

muşdur.  1974-cü  ildən  teatra  Abdulla  Şaiqin  adı  verilmişdir. 

1975-ci ildən burada böyüklər üçün də tamaşalar göstərilir. 


 

65 


Sonra teatrın yaradıcı kollektivi balacalar üçün Elşad Rəhi-

mzadənin  «Nağıllar  aləmində»  tamaşasını  göstərdi.  Uşaqlar 

tamaşa  salonuna  gələn  dövlətimizin  başçısını  və  xanımını 

hərarətli alqışlarla qarşıladılar. 

İ l h a m   Ə l i y e v: Salam, uşaqlar, mən sizin hamınızı 

qarşıdan  gələn  Yeni  il  bayramı  münasibətilə  təbrik  edirəm. 

Gözəl bayram ərəfəsində bizim sevimli Kukla Teatrımız əsaslı 

təmirdən  sonra  indi  öz  fəaliyyətini  davam  etdirir.  Bu  gözəl 

binada çox gözəl tamaşalara baxacaqsınız. 

Bu  bina  tarixi  binadır.  Artıq  100  ildir  ki,  tikilibdir.  Biz  də 

bunu  sizin  üçün  əsaslı  təmir  etdik  ki,  gəlib  burada  yaxşı 

tamaşalara  baxasınız,  yaxşı  istirahət  edəsiniz.  Yəqin  bilirsiniz 

ki, indi Bakıda müxtəlif teatr və muzeylər təmir olunur. Amma 

birinci təmir olunan teatr məhz Kukla Teatrıdır. Ona görə ki, biz 

ilk  növbədə,  bütün  imkanlarımızı  uşaqların  rahat  yaşamasına, 

dincəlməsinə  yönəltməliyik,  uşaqlar  üçün  işləməliyik  və 

işləyirik. 

İndi Bakıda gözəl binalar çoxdur. Onların hamısı gözəl təmir 

olunur, yeniləşir. Şəhərimizin bu gözəl yerində də gözəl binalar 

kifayət  qədərdir.  Kukla  Teatrının  binası  da  öz  memarlığı  ilə 

fərqlənir. Burada işləyən aktyorlar üçün də, tamaşaçılar üçün də 

yaxşı  şərait  yaradılmışdır.  Əminəm  ki,  burada  yaxşı  tamaşalar 

göstəriləcəkdir. 

Uşaqlar  bizim  gələcəyimizdir.  Siz  gələcəkdə  Azərbaycanın 

inkişafında  öz  sözünüzü  deyəcəksiniz.  Vaxt  gələcək,  siz 

ölkəmizin  inkişafı  üçün  lazımi  qərarlar  qəbul  edəcəksiniz, 

göstərişlər  verəcəksiniz.  Ona  görə,  gərək  siz  yaxşı  oxuyasınız 

ki,  yaxşı  vətəndaş  olasınız.    Siz  bilikli,  savadlı  olmalısınız  ki, 

vaxt  çatanda  ölkəmizin  gələcəyi  üçün  bütün  lazımi  işləri  gö-

rəsiniz. Uşaqlar ölkəmizin gələcəyidir. 30 ildən sonra, 40 ildən 

sonra Azərbaycanın inkişafı sizdən asılı olacaqdır. Ona görə ilk 

növbədə  mütləq  yaxşı  oxumaq,  yaxşı  biliklərə  malik  olmaq, 

idmanla  məşğul  olmaq  lazımdır.  Hər  bir  insan  elə  uşaqlıq 

yaşlarından  idmanla  məşğul  olmalıdır,  idman  insanı  fiziki 

cəhətdən  sağlam  edir.  Fiziki  cəhətdən  sağlam  olan  insanlar 



 66 

mənəvi  cəhətdən  də  sağlam  olmalıdırlar  və  belə  də  olur. 

İdmanla məşğul olmaq, yaxşı oxumaq, böyüklərin sözünə qulaq 

asmaq və yaxşı yemək lazımdır. Uşaqlar gərək yaxşı yesinlər ki, 

güclü  olsunlar.  Beləliklə,  böyümək,  yaxşı  vətəndaş  olmaq  və 

gələcəkdə  doğma  xalqımıza,  Azərbaycanımıza  töhfə  vermək 

lazımdır. 

Mən  bu  gözəl  bayram  ərəfəsində  sizin  hamınızı  bir  daha 

təbrik  etmək  istəyirəm.  Dekabrın  31-i  eyni  zamanda,  Dünya 

azərbaycanlılarının  həmrəyliyi  günüdür.  Bütün  dünya  azər-

baycanlıları  daha  da  sıx  birləşməlidir.  Azərbaycan  dövləti 

inkişaf  etməlidir,  Azərbaycan  xalqı  rahat,  firavan  həyat 

yaşamalıdır. 

Əziz  balalar,  sizi  qarşıdan  gələn  bütün  bayramlar  mü-

nasibətilə  bir  daha  təbrik  edirəm,  sizə  cansağlığı  arzulayıram. 

Sağ olun. 

 

 

 



 

 

* * * 



Uşaqlar  dövlətimizin  başçısının  ürək  sözlərini  böyük  ma-

raqla  dinlədilər.  Tamaşanın  aparıcısı  uşaqlar  adından  dərin 

minnətdarlıq bildirərək dedi:  

– Cənab Prezident, bu gözəl hədiyyəyə  görə biz Sizə  «Çox 

sağ  olun!»  deyirik.  İcazə  verin,  xatirə  olaraq  Sizə  teatrımızın 

mərhum  Baş  rejissoru,  aktyor,  dünyada  ilk  dəfə  olaraq  bu  il 

Polşanın  «Təbəssüm»  ordeninə  layiq  görülmüş  Ələkbər 

Hüseynovun ən sevimli kuklasını təqdim edim. 

Cənab Prezident, bu nağıl qəhrəmanları da çox arzu edirdilər 

ki, onların da belə gözəl, möhtəşəm, qəşəng teatrları olsun. Biz 

bilirik ki, bu günlərdə Sizin işləriniz lap çoxdur. Amma əsl yeni 

il hədiyyəsi olan bu binada tamaşaya baxmaq onlar üçün gözəl 

hədiyyədir. 

İcazənizlə, bu gözəl balalar üçün tamaşamıza başlayaq və bir 

daha Sizə deyirik: «Çox sağ olun». 

 

 



 

 

 



 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə