İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə16/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   12   13   14   15   16   17   18   19   ...   121

 

51 


görürük, 460 qram şərti yanacaq yandırır. Yeni stansiya isə 240 

qram  şərti  yanacaq  yandıracaqdır.  Bu  nə  deməkdir?!  Biz  ildə 

təxminən 1 milyard kubmetr qaza qənaət edəcəyik. 

Stansiyanın tikintisi zamanı burada yüzlərlə insan çalışacaq, 

ondan  sonra  isə  istismarı  zamanı  işləyəcəklər.  Hamısı  da 

Azərbaycan  vətəndaşlarıdır.  Pul  Azərbaycanda  qalacaq, 

Azərbaycan  şirkətləri,  vətəndaşları  yüksək  keyfiyyətlə  işlə-

yəcəklər.  Bu  onu  göstərir  ki,  bizim  potensialımız  elədir  ki, 

istənilən tikintini uğurla başa çatdıra bilərik. Burada düzülən bu 

texnika  bir neçə  il  bundan  əvvəl  yox  idi.  Heç  nə  yox  idi.  İndi 

baxın, nə qədər texnika, avadanlıq alınıbdır. 

İndi Sumqayıtda böyük elektrik stansiyası tikilir, bu il istis-

mara  veriləcəkdir.  Əli  Bayramlıda,  Səngəçalda  –  hər  yerdə 

tikilir. Texnika da, peşəkar mütəxəssislər də, maliyyə vəsaitimiz 

də  –  hər  cür  imkanımız  var.  Biz  bu  gözəl  stansiyanı  yəqin  ki, 

iki-üç ildən sonra burada birlikdə açacağıq. 

Sizə  də  uğurlar  arzulayıram.  Burada  yaxşı  işləyin,  key-

fiyyətlə  işləyin.  Çünki  bu,  bizim  ölkəmizin  inkişafı  üçün 

lazımdır. Sağ olun. 

 

 



 

 

* * * 



Prezident  İlham  Əliyev  Əli  Bayramlıya  səfərini  başa  çat-

dıraraq həmin gün Bakıya qayıtdı. 


 52 

 

 



 

DÜNYA AZƏRBAYCANLILARINA!  

 

Əziz həmvətənlər!   



Hörmətli soydaşlarımız!    

Sizə  xalqımızın  ən  əziz  bayramlarından  biri  olan  Dünya 

azərbaycanlılarının  həmrəyliyi  günü  münasibətilə  müraciət 

edirəm.  31  dekabr  bütün  dünyada  yaşayan  soydaşlarımız 

tərəfindən  hər  il  ümummilli  bayram  kimi,  təntənə  ilə  qeyd 

edilir.  Onun  əsas  məzmununu  xalqımızın  milli-mənəvi 

dəyərlərinə  hörmət,  Azərbaycan  xalqına  mənsubluq,  Vətənə 

bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.   

Bu  yüksək  ideyaların  birləşdirici  dəyərlər  kimi  bütün 

dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, 

mədəniyyətimizin,  mütərəqqi  adət-ənənələrimizin  yaşadılması 

və  inkişaf  etdirilməsi  ümummilli  lider  Heydər  Əliyevin 

müqəddəs  amalı  idi.  Müstəqillik  illərində  dünya  azər-

baycanlılarının  həmrəyliyi  ideyası  ictimai  təşəbbüslərdən  və 

fərdi  duyğulardan  əməli  işə,  çoxşaxəli  fəaliyyət  planına  və 

dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. 

Azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, 

birlik  və  mütəşəkkilliyinin  gücləndirilməsi,  tarixi  Vətənlə 

əlaqələrinin  möhkəmləndirilməsi  istiqamətində  davamlı  və 

məqsədyönlü tədbirlər görülmüşdür.   

 Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrdə nüfuzlu 

və  fəal  toplum  kimi  çıxış  edir,  cəmiyyətin  iqtisadi,  ictimai-

siyasi  və  mədəni  həyatına  daha  çox  inteqrasiya  olunur,  həmin 

ölkələrlə  Azərbaycan  Respublikası  arasında  dostluq  və 

əməkdaşlıq əlaqələrinin  inkişafında  əhəmiyyətli  rol  oynayırlar. 

Digər tərəfdən, Azərbaycan Respublikası insan hüquqlarına dair 

beynəlxalq  sənədlərdə  əksini  tapmış  prinsipial  müddəalardan 

çıxış  edərək,  bütün  dünyada  soydaşlarımızın  vətəndaş 

hüquqlarının qorunması üçün əməli tədbirlər görür.   



 

53 


Lakin  dünyanın  müxtəlif  ölkələrində  fəaliyyət  göstərən 

azərbaycanlı  icmaları  arasında  əlaqələrin  möhkəmləndirilməsi, 

soydaşlarımızın  ayrı-ayrı  ölkələrin  ictimai-siyasi  və  mədəni 

həyatına,  eləcə  də  qloballaşan  dünyanın  aktual  problemlərinə 

təsirinin  gücləndirilməsi  tələb  olunan  səviyyədə  deyil.  Odur  ki, 

diaspor  təşkilatları  və  müvafiq  dövlət  qurumları  gələcəkdə  bu 

istiqamətlərdə bütün resursların hərəkətə gətirilməsi üçün davamlı 

çalışmalıdırlar. Eyni zamanda, dost ölkələrin və xalqların lobbi və 

diaspor  təşkilatları  ilə  səmərəli  əməkdaşlığın  gücləndirilməsi 

üzərində ciddi işləməlidirlər.   

Hazırda  Azərbaycan  Respublikası  öz  tarixinin  mühüm 

inkişaf və tərəqqi dövrünü yaşayır. Qarşıya qoyduğumuz bütün 

vəzifələr  uğurla  həll  olunur.  Artıq  neçə  ildir  ki,  Azərbaycan 

iqtisadi inkişaf sürətinə və infrastruktur layihələrinin reallaşma 

templərinə  görə  dünyada  öncül  mövqelərə  malikdir.  Dünyanın 

iqtisadi  və  enerji  təhlükəsizliyinə  mühüm  töhfə  olan  Bakı–

Tbilisi–Ceyhan  neft,  Bakı–Tbilisi–Ərzurum  qaz  xətlərinin 

istifadəyə  verilməsi,  Bakı-Tbilisi–Qars  dəmir  yolunun 

çəkilməsinə  başlanması  və  bu  kimi  digər  transmilli  layihələrin 

reallaşması  nəticəsində  Azərbaycan  regionun  lider  dövlətinə 

çevrilmişdir.  Vətəndaşlarımızın  və  soydaşlarımızın  birlik  və 

həmrəylik  duyğuları,  milli  mənlik  şüuru  güclənmişdir.  Bu 

mərhələdə  qarşımızda  duran  ən  mühüm  vəzifə,  bir  tərəfdən, 

Azərbaycan  həqiqətlərini  bütün  dünyada  fəal  təbliğ  etmək, 

dövlətimizin  müsbət  imicini  gücləndirmək,  digər  tərəfdən, 

məkrli  erməni  təbliğatını  ifşa  etmək,  ona  qarşı  aktiv  hücum 

mövqeyi tutmaqdır.   

 Bu  əziz  bayram  münasibətilə  dünyada  yaşayan  həmvə-

tənlərimizi  və  bütün  soydaşlarımızı  səmimi-qəlbdən  təbrik  edir, 

hər birinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram.   

  

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 25 dekabr 2007-ci il 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə