İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə24/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   20   21   22   23   24   25   26   27   ...   121

 

79 


 

 

 



AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

AZƏRBAYCAN TARİXİ MUZEYİNİN TƏMİR-

BƏRPA İŞLƏRİNDƏN SONRA AÇILIŞ 

MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR 

 

28 dekabr 2007-ci il 

 

Dekabrın 28-də Milli Elmlər Akademiyasının Azərbaycan 



Tarixi  Muzeyinin  əsaslı  təmir-bərpa  işlərindən  sonra  açılışı 

olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 

etmişdir. 

Muzeyin  direktoru,  MEA-nın  vitse-prezidenti,  akademik 

Nailə  Vəlixanlı,  Baş  nazirin  müavini  Abid  Şərifov,  «Azəraq-

rartikinti»  Səhmdar  Cəmiyyətinin  prezidenti  Agalar  Vəliyev, 

inşaatçılar və paytaxt sakinləri dövlətimizin başçısını və xanımı 

Mehriban  Əliyevanı  muzeyin  binası  önündə  səmimiyyətlə 

qarşıladılar, onlara gül dəstələri təqdim olundu.  

Dövlətimizin  başçısının  göstərişi  ilə  təmir  edilən  çoxsaylı 

tarixi binalardan biri olan Azərbaycan Tarixi Muzeyinin binası 

Bakının  ən  gözəl  memarlıq  abidələrindəndir.  1920-ci  ildə 

yaradılmış  muzeydə  qədim  dövrdən  başlayaraq  Azərbaycan 

tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplan-

mışdır. Lakin bina uzun illər əsaslı təmir edilmədiyindən bərbad 

vəziyyətə  düşmüşdü.  2004-cü  ilin  dekabrında    muzeydə 

yaranmış vəziyyətlə yaxından tanış olan prezident İlham Əliyev 

binanın əsaslı təmiri və bərpası barədə göstəriş vermiş, 2005-ci 

ilin aprel ayından bu işlərə başlanılmışdı. 

Prezident  İlham  Əliyev  əvvəlcə  binanın  xarici  görünüşünə 

baxdı.  Baş  nazirin  müavini  Abid  Şərifov  məlumat  verdi  ki, 

1895–97-ci illərdə tikilmiş bina əsaslı şəkildə təmir olunmuş və 

yeni görkəm almışdır. Bu memarlıq abidəsinin gecələr də  yaxşı 


 80 

görünməsi  üçün  müasir  işıqlandırma  sistemi  quraşdırılmışdır. 

Hacı  Zeynalabdin  Tağıyev  küçəsinə    başdan-başa  çapma  daş 

formasında  xırda  piltələr  döşənmişdir.  Ərazilərin  Bərpası  və 

Yenidən  Qurulması    üzrə  Agentliyin  sifarişi  ilə  təmir  işlərini 

yerinə  yetirən  «Azəraqrartikinti»  Səhmdar  Cəmiyyəti  binanın 

mühəndis-texniki 

qurğularını, 

kommunikasiya 

sistemini 

yeniləşdirmiş, dam örtüyünü tamamilə təzələmişdir. 

Dövlətimizin  başçısı  ətrafda  yerləşən  tarixi  binaların  da 

təmir olunmasının zəruriliyini vurğuladı. 

Sonra  prezident  İlham  Əliyev  muzeyin  rəmzi  açılışını  bil-

dirən lenti kəsdi, əsas  ekspozisiya salonunun yerləşəcəyi birinci 

mərtəbədə görülmüş təmir işləri ilə tanış oldu. 

Muzeyin  direktoru  Nailə  Vəlixanlı  bildirdi  ki,  vaxtilə  Hacı 

Zeynalabdin Tağıyevin mülkü olmuş bu binanın bərpası zamanı 

divarlardakı  naxışların  və  bəzək  elementlərinin  orijinallığının 

qorunmasına xüsusi diqqət yetirilmişdir. 

300  mindən  çox  eksponatı  olan  muzeydə  xalqımızın  bir  çox 

görkəmli  şəxsiyyətlərinin  təhsil  almasına  yardımçı  olmuş  Hacı 

Zeynalabdin  Tağıyevin  həyatı  və  fəaliyyətinə  dair  fotoşəkillər, 

tarixi  sənədlər,  ona  məxsus  qiymətli  əşyalar  da  toplanmışdır. 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, tariximizə 

və  mədəniyyətimizə  daim  böyük  diqqət  və  qayğı  göstərmiş,  bir 

neçə  dəfə bu muzeyə gəlmiş ulu öndər Heydər Əliyevin zəngin 

fəaliyyəti  ilə    bağlı  guşə  də  yaradılmışdır.  Hazırda  muzeydə 

130-dan  çox  işçi  çalışır.  Muzeyin  laboratoriyası  da  müasir 

tələblərə cavab verir. 

Dövlətimizin başçısı bir əsrdən çox yaşı olan binanın daxili 

tərtibatının  təmirdən  sonrakı  vəziyyəti  ilə,  ekspozisiya  və 

fondlarla  tanış  oldu,  milli  tariximizin  bu  zəngin  nümunələrinin 

çox ciddi qorunmasının vacibliyini vurğuladı. 

Baş  nazirin  müavini  Abid  Şərifov  bildirdi  ki,  binada  əsaslı 

bərpa  və  təmir  işləri  uğurla    aparılmışdır.  Zirzəmidə  möh-

kəmləndirmə işləri görülmüşdür. 

Hazırlanmış bir neçə layihə əsasında Şərq memarlığına xas 

çox incə və zəngin naxışlar yüksək səviyyədə bərpa edilmişdir. 


 

81 


Şirvanşahlar  sarayının  bərpasında  işləyən  tanınmış  İtaliya 

şirkətinin  nümayəndələri  yerli  bərpaçılarla  birgə  işləmişlər. 

Onlar  Almaniyada,  Fransada,  Böyük  Britaniyada  və  digər 

Avropa  ölkələrində  sırf  bu  işlə  məşğul  olurlar  və  böyük  təc-

rübələri var. İndi bizim yerli mütəxəssislərin də belə zərif bərpa 

işləri görmək təcrübəsi yaranır. 

İkinci  mərtəbədə  yaradılmış  Hacı  Zeynalabdin  Tağıyevin 

xatirə  muzeyi  ilə  tanış  olan  dövlətimizin  başçısına  məlumat 

verildi  ki,  İtaliyanın  «Eleka»  şirkətinin  mütəxəssisləri  divar-

larda, arakəsmələrdə, tavan və döşəmələrdə yüz il əvvəlki bəzək 

və naxışları aşkarlayıb ilkin formada bərpa etmişlər. O dövrdə 

quraşdırılmış  qapı-pəncərələr,  istilik  və  işıq  sistemləri  orijinal 

üslubda  yeniləşdirilmişdir.  İndiyədək  bir-iki  dəfə  aparılan 

yüngül  təmir  zamanı  otaqların  ilkin  görünüşü  tamamilə 

dəyişdirilsə də, hazırlanmış layihəyə əsasən və şəkillərin köməyi 

ilə otaqların əvvəlki vəziyyəti qaytarılmışdır. 

Dövlətimizin başçısı muzeydə çalışmış Azərbaycan və İtaliya 

mütəxəssisləri  ilə  görüşərək,  onlara  təşəkkür  etdi,  təmir-bərpa 

zamanı hər bir memarlıq elementinin qorunub saxlanılmasının 

asan  iş  olmadığını  söylədi,  binanın  orijinal  görkəminin 

saxlanıldığını xüsusi vurğuladı. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  binanın  keçmiş  qonaq, 

yataq,  yeməkxana,  uşaq  otaqları  ilə  tanış  oldu.  Əsasən  Şərqdən 

gələn qonaqları qəbul etmək üçün nəzərdə tutulan dəbdəbəli Şərq 

salonunu,  onun  incə  naxışlarını  nəzərdən  keçirdi,  hər  bir  otağın 

ilkin  görünüşünü,  binanın  ümumi  fasadını  əks  etdirən  şəkillərə, 

bərpa olunan ev əşyalarına, musiqi, idman alətlərinə, Zeynalabdin 

Tağıyevin  indiyədək  saxlanılan  kitabxanasına  da  baxdı  və 

otaqlardan eyvana çıxaraq ətrafı seyr etdi. 

Dövlətimizin  başçısı  muzeyin  Fəxri  qonaqlar  kitabına  ürək 

sözlərini  yazdı:  «Tarix  muzeyi  əsaslı  təmirdən  sonra  öz 

fəaliyyətini  davam  etdirir.  Muzeyin  ekspozisiyası  Azərbaycan 

tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir. Muzeyin 

bütün  avadanlığı  dünya  standartlarına  uyğundur.  Muzeyin 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə