167
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1 Təbiət elmləri seriyası 2011
UOT 553.41 (479.24)
QARABAĞ FİLİZ RAYONUNUN STRUKTUR XÜSUSİYYƏTLƏRİ
VƏ FİLİZLƏŞMƏNİN LOKALLAŞMASINDA HƏLQƏVİ VƏ XƏTTİ
STRUKTURLARIN ROLU
V.M.BABAZADƏ, Z.İ.MƏMMƏDOV, M.N.MƏMMƏDOV,
A.A.XƏLƏFLİ, D.M.ƏHMƏDOV, N.Ə.İMAMVERDİYEV,
M.İ.MANSUROV, A.İ.HÜSEYNOV, T.Ə.MƏMMƏDOVA,
K.A.DADAŞOVA, U.İ.KƏRİMLİ
Bakı Dövlət Universiteti
mamoy_mansurov@mail.ru
Məqalədə kompleks faktorların o, cümlədən aero- və kosmik şəkillərin deşifrə olunması
ilə Qarabağ filiz rayonunun strukturu və filiz cisimlərinin morfologiyası haqqında təsəvvürlər
dəqiqləşdirilmişdir. Filizlərin lokallaşması üçün əlverişli hesab olunan dörd qrup struktur
elementlər ayrılmışdır: blok və qırışıqlıq, parçalanma, maqmatogen və morfostruktur. Filiz-
ləşmənin lokallaşması və konsentrasiyası üçün əlverişli olan dərinlik təbiətə malik gizli və
aydın ifadə olunmuş iri tektonik xətti və həlqəvi strukturların kəsişmə düyünlərini ayırmaq
mümkün olmuşdur ki, onlar da filizləşmənin proqnozlaşdırılması üçün elmi əsaslandırılmış
meyarlardan biri hasab oluna bilər.
Açar sözlər: Qarabağ filiz rayonu, həlqəvi və xətti strukturlar, filizləşmənin lokallaş-
ması, filiz düyünləri.
Qızılbulaq filiz sahəsi Kizik Qafqazın Lök-Qarabağ struktur-formasiyası
zonasının tərkibinə daxildir. Filiz sahəsinin struktur mövqeyi onun Qarabağ və
Ağdam antiklinorilərinin Xocavənd sinklinorisi ilə qovuşma zonasının böyük
olmayan kəsiminə uyğunlaşması ilə müəyyən edilir. Burada o, təxminən Qa-
rabağ filiz rayonunun mərkəzində yerləşmiş Xocavənd sinklinorisinin nisbətən
qalxmış şimal-qərb hissəsinə uyğunlaşmışdır (Allahverdiyev və b., 1975).
Qovuşma zonası orta- və üst yura maqmatizminin intensiv təzahür etməsilə
aktiv tektonik zona hesab olunaraq mis-kolçedan və mis-polimetal profilli
filizləşmənin üstünlüyü ilə xarakterizə olunur. Filiz sahəsinin quruluşunda
Drombon, Yayzı antiklinallarında və üçüncü dərəcəli Qazarohoq, Poqosoqo-
mer sinklinallarında yatmış üst və orta yuranın vulkanogen, vulkanogen-çök-
mə, çökmə, intruziv, subvulkanik və metomorfik əmələgəlmələr iştirak edir.
Filizlilik cəhətdən özündə vulkano-tektonik qalxmanı əks etdirən Drombon
168
antiklinalı daha perspektivli hesab olunur.
Struktur cəhətcə filiz sahəsi Mehmana-Dəlidağ eninə qalxmasının mər-
kəzi kəsimi daxilində yerləşmiş Drombon-vulkan günbəz strukturuna uyğun-
laşmışdır (Babazadə, Məmmədov, 1998). Qırışıqlıq strukturları qərbə sərt (30-
50
0
) və şərqə maili (20-20
0
) qanadlı asimmetrik qurluşa malikdir və bat yaşlı
andezitlərin və andezit-dasitlərin piroklastik əmələgəlmələri və lavalarından
təşkil olunmuşdur.
Sahənin daxili quruluşu əksər hallarda andezitlərin, andezit dasitlərin
və dasitlərin subvulkanik kütlələri və ekstruziv günbəzlərin müxtəlif morfolo-
giyası üzrə yatmış parçalanma dislokasiyalarının geniş inkişafı ilə xarakterizə
olunur. Filiz sahəsinin Qızılbulaq mis-qızıl filizi yatağı yerləşdiyi cənub-qərb
hissəsini əhatə edən Drombon vulkan-günbəz strukturu daha mürəkkəb quru-
luşa malikdir.
Vulkan qurğusu mürəkkəb daxili quruluşu, vulkanitlərin müxtəlif petro-
qrafik tərkibi və onların lateral üzrə fasial dəyişmələri ilə xarakterizə olunur.
Qurğunun mərkəzi hissəsində kaldera pozulmasını əks etdirən böyük olmayan
çökmə qeyd olunur. Kaldera qərbə və şərqə doğru mərkəzi blokun düşməsi ilə
nəticələnən qırılma pozulmaları ilə kəsilmişdir. Kaldera şimal-şərqdən qövs-
vari qırılmalarla sərhədlənmişdir. Qövsvari qırılma zonasına yarımhəlqəvi
formaya malik diorit-porfirit və kvarslı diorit intruziv kütləsi uyğunlaşmışdır.
Qızılbulaq yatağı rayonunda vulkan-günbəz strukturu daxilində, filiz
əmələgəlmədə böyük rol oynayan, vulkanik aparatın qalıqlarını əks etdirən
riodasitlərin üç böyük olmayan ştokvari subvulkanik kütlələri ayrılır. Vulkan-
günbəz strukturun mərkəzi hissəsi dasit-riodasitlərin lava-piroklastik fasiyaları
ilə dolmuşdur. Bu qırışıqlıq əsas filizyerləşdirici struktur hesab olunur, so-
nuncu onun günbəzyanı hissəsində lokallaşmışdır və şimal-şərq qanadında şi-
mal-şərq istiqamətli (Şm-Şq-80
0
) filizləşmədən sonrakı qırılmalarla kəsil-
mişdir, nəticədə filiz kütləsinin şimal-şərq hissəsi 12-15 m qalxmışdır. Biklinal
struktur dörd tərəfdən qırılma pozulmaları ilə kəsilmişdir. Onlardan ən böyüyü
meridional (qərbə) və şimal-qərb (şimala) istiqamətli qırılıb-yerdəyişmə ilə
təmsil olunmuşdur. Yatağın şimalında sinklinal struktur, turş tərkibli lava-
lardan ibarət layların mərkəzi qapanması ilə yoxa çıxır. Yatağın cənubunda,
kəşfiyyat quyularının və yeraltı dağ qazmalarının olmadığına görə, burada
sinklinalın quruluşu aydın deyildir. Filiz rayonu daxilində xətti tektonik qı-
rılmalarla yanaşı, həmçinin həlqəvi strukturlarda geniş inkişaf etmişdir. Qı-
zılbulaq filiz sahəsinin və ona qonşu sahələrin struktur xüsusiyyətlərini müəy-
yən etmək məqsədilə, həmçinin faydalı qazıntı yataqlarının yerləşmə qanu-
nauyğunluğununu aşkar etmək üçün kosmiki və aerofoto şəkillərin deşifrə
olunması və alınmış nəticələrin geoloji-geofiziki tədqiqatlarla tutuşdurulması
ilə nəticələnən digər kompleks tədqiqat üsullarından geniş istifadə olunmuş-
dur.
Kosmiki şəkillərdə deşifrə olunmuş qırılma pozulmalarının təhlili və
169
onların aerofoto şəkillərlə, topoqrafiq xəritələrlə, geoloji-geofiziki məlumat-
larla və çöl tədqiqatlarının nəticələri ilə müqayisəsi göstərir ki, qırılmalar adə-
tən relyefdə əks olunmuşdur. Filiz sahəsi və eyniadlı kaldera daxilində bizim
tərəfimizdən ilk dəfə əvvəllər məlum olmayan və kəsişmə qovşağında əksər
filiz təzahürləri təmərküzləşmiş xətti, oval və qövsvari strukturlar ayrılmışdır.
Bundan əlavə konsentrik formalı mini həlqəvi strukturlar daha iri və dəqiq əks
olunmuş hesab olunurlar: Drambon və Qızılbulaq yarımhəlqəvi strukturları
(Babazadə, Məmmədov,1998) (şəkil 1).
Şək. 1. Qarabağ filiz rayonunun mərkəzi və şimali-qərb hissəsinin xətti və həlqəvi struk-
turlarının yerləşmə sxemi (Z.İ.Məmmədova görə, 1998). 1.Drombon yarımhəlqəvi
strukturu; 2.Qızılbulaq konsentrik strukturu; 3.İmarat-Qərvənd həlqəvi strukturu.
Drambon yarımhəlqəvi strukturu eninə 2 km-ə yaxın diametrə malikdir.
O, qırılma zonasının qövsvari zonasında təzahür etmiş diorit porfirit və kvars-
diorit intruziv kütlələrinin ətrafında qövsvari forma əmələ gətirir. Sonuncu
Qzılbulaq çökmə kalderasının şimal-şimal-şərq qanadına uyğun gəlir. Həlqəvi
struktur şimal-qərbdə Tərtər eninə dərinlik qırılması ilə kəsilmişdir.
Məxsusi Qızılbulaq həlqəvi strukturu iki konsentrik yerləşmiş həlqədən
ibarət olub Drombon həlqəvi strukturundan cənub-qərbdə qeyd olunur. Həl-
qənin xarici hissəsi ellipsoid formasına malik olub, 2,5-4 km uzunluğunda oxa
malikdir. Burada deşifrə olunmuş konsentrik sərhədlərin interpretasiyası
çətinlik törədir. Struktur orta və üst yuranın vulkanogen və vulkanogen-çökmə
süxur komplekslərinin inkişaf etdiyi sahəyə uyğunlaşmışdır. Strukturun
quruluşu müxtəlif maqmatik əmələgəlmələrin dəyişilməsi ilə şərtlənən dəqiq
əks olunmuş konsentrik zonallığa malikdir. Süxurlar kənarlardan mərkəzə
doğru ardıcıl olaraq bat və bayos əmələgəlmələrilə əvəz olunlar. Strukturun
mərkəzində və cənub-şərq qurtaracağında, bütün üst bayos və bat süxur
170
komplekslərini yaran, bayoz və bat yazlı orta-əsasi və truş tərkibli izometrik
formalı subvulkanik kütlələrin yeddi böyük olmayan çıxışı ayrılmışdır.
Ayrılmış həlqəvi struktur geofiziki sahədə lokal maqnit və mənfi
qrafitasiya anomaliyası ilə ifadə olunmuşdur.
Drombon yarımhəlqəvi strukturunun mənşəyi ilk növbədə yüksək aero-
foto və kosmik şəkillərdə aşkar olunmuş, dərinlik qövsvari qırılmaların ak-
tivliyi ilə şərtlənən, onun vulkan-plutonik genezisə malik olmasını təsdiq edən
diorit-porfirit və kvarslı diorit porfirit tərkibli hipabissal intruziv kütlələrin
həlqəvi sərhədinə uyğunlaşması ilə səciyələnən maqmatizmlə əlaqədar olması
ilə izah olunur. Belə forma adətən vulkanizm və mərkəzi tip plutonik diapi-
rizim ilə əlaqədar olan vulkano-plutonik mənşəli həlqəvi strukturlar üçün xa-
rakterikdir. Qızılbulaq həlqəvi strukturu vulkanik proseslər nəticəsində əmələ
gəlmişdir.
Filiz sahələrinin həlqəvi strukturunun yaşı geniş diapozonda dəyişir.
Bunu onun orta yuradan neokoma qədər müxtəlif yaşlı maqmatik əmələ gəl-
mələrə uyğunlaşması təsdiq edir. Digər tərəfdən müxtəlif yaşlı maqmatitlərin
bu və ya digər strukturda mövcudluğu ilkin yatmış həlqəvi qırılmaların dövrü
aktivliyini göstərir.
Filiz sahəsinin mərkəzi hissəsində konsentrik həlqəvi struktur daxilində,
mis və kükürd kolçedanı filizləşməsini yerləşdirən və nəzarət edən sub-
meridional və şimal-qərb istiqamətli filizli qırılmaların kəsişməsi və ya haça-
lanması müşahidə olunur.
Bu struktur qovşaqların vəziyyətini radial pozulmaların istiqamətilə əla-
qələndirmək olar. Müəyyən edilmiş həlqəvi strukturların metallogenik əhə-
miyyəti, onların qovşaqlarına endogen filiz konsentrasiyasının uyğunlaşması
ilə təyin olunur. Hər iki həlqəvi struktur daxilində yataqda təzahür edən mi-
nerallaşma mərhələsinə və səpinti oreollarına qədər bu və ya digər filiz tə-
zahürləri iştirak edir.
Müxtəlif tip endogen filiz konsentrasiyası effuziv, piroklastik və səthə
yaxın intruziv maqmatizmin inkişaf zonasında lokallaşmışdır və məkanca həl-
qəvi vulkano-plutonik struktura ilə assosiya təşkil edir. Qızılbulaq yatağı
Drombon və Qızılbulaq həlqəvi strukturun kəsişməsinə və Qızılbulaq submeri-
dional (315-15
0
) qırılmasının asılı zalbandına uyğunlaşmışdır. Drombon ya-
rımhəlqəvi strukturunun mərkəzində və şimal-şərq kənarında Qırmızı Qorka
və Şimali-Dombon filiz təzahürləri yerləşmişdir. Qızılbulaq həlqəvi struktu-
runun daxili həlqəsinin episentrində Qərbi-Qızılbulaq filiz təzahürü yerləş-
mişdir. Bütün bu faktlar endogen filizəmələgəlmənin həlqəvi struktur ilə sıx
əlaqədar olmasını birmənalı şəkildə təsdiq edir.
Filiz obyektləri arasında məkanca həlqəvi strukturlara uyğunlaşmış mis
və kükürd kolçedanı filiz yatağı (Qızılbulaq) və təzahürləri daha geniş təmsil
olunmuşdur. Həlqəvi struktur daxilində, həmçinin polimetal təzahürlərə də
geniş təsadüf olunur. Beləliklə, Qızılbulaq filiz rayonunun həlqəvi strukturu
171
uyğun filiz minerallaşması ilə ümumi «yoxlama» fonunda nəcib metal və poli-
metal yataqlarının aparıcı faydalı komponentlərinin konsentrasiyası üstünlük
təşkil edir.
Yuxarıda qeyd olunmuşdur ki, filiz sahəsində əsas hesab olunan mis-
qızıl və polimetal filizləşmələri məkanca və genetik olaraq yura vulkanizmi ilə
bağlıdır, eyni zamanda əksər filiz təzahürləri vulkan-tektonik strukturunun
mərkəzi və kənar hissələrinə meyillidir. Bu da yura vulkanitlərinin inkişafı
daxilində xətti və həlqəvi parçalanma pozulmalarını öyrənməyin və aşkar
etməyin vacibliyinə əsas verir.
Qızılbulaq qırılması Ağdam filiz nəzarətedici dərinlik qırılmasının ayrıl-
mış qolu hesab olunur və relyefdə təsbehvari yerləşmiş hidrotermal-dəyişilmiş
süxur linzaları ilə təmsil olunaraq yaxşı izlənilir. Qırılma Mehmana-Dəlidağ
eninə qalxmasından kənara çıxaraq, kosmik şəkildə 20 km-dən artıq məsafədə
izlənilir və bütün izlənilməsi boyunca kiçik uzununa və eninə qırılıb-düş-
mələrlə müşayiət olunaraq, Qızılbulaq yatağının və Almalı təzahürünün yer-
ləşməsinə nəzarət edir. Qırılma bütün uzanması boyu maqnit anomaliyasına və
elektrik sahəsinə uyğun olaraq düşməsini şərqə saxlayır. Qızılbulaq yatağı
mürəkkəb daxili quruluşa malikdir, bu da tektonik hərəkətlərin intensivliyini
və dəfələrlə təkralanmasını göstərir. Qırılma asılı təması və daxili tikiş zonası
boyunca, onun dərinliyini, bir qayda olaraq müxtəlif tərkibli maqma və filiz
məhlullarının çox mərhələli ayrılma mənbəyi olan maqmatik mənbə ilə dolayı
əlaqəsini göstərən subvulkanı kütlələri ilə müşayiət olunur.
Yataq sahəsində qırılma, filizləşməni şimaldan, şimal-şərqdən və cə-
nubdan məhdudlaşdıran şimal-qərb və enə yaxın istiqamətli qırılma pozulma-
ları ilə kəsilir – qərb istiqamətli (320-330
0
) qırılma pozulmaları yataq səthində
25 m-ə qədər qalınlığında intensiv minerallaşmış, kaolinləşmiş, limonitləşmiş
və şiştləşmiş süxur çıxışlarına nəzarət edir. Burada oksidləşmə zonasında ilkin
sulfid mineralları tamamilə dəyişilmiş və hipergen limonit, malaxit, azurit və
s. minerallara çevrilmişdir.
Qızılbulaq yatağının formalaşmasında müxtəlif istiqamətlərlə maili
düşən və üst bayos əmələgəlmələrin örtük hissəsindən keçən parçalanmalarda
az rol oynamır. Bu parçalanmalar sərt düşən Qızılbulaq dərinlik qırılmasına
rast gələrək qapalı sinklinal strukturun əmələ gəlməsinə səbəb olmuşdur.
İntensiv tektonik deformasiyaların dəfələrlə təkrarlanması hesabına, filiz küt-
lələrinin əmələ gəlməsində ekran rolunu oynayan 0,5 m-dən 5-6 m-ə qədər
qalınlığında milonitləşmə zonası baş vermişdir. Deformasiya planının gec in-
kişaf mərhələsində bu sərt düşən struktur onun morfologiyasını mürəkkəb-
ləşdirən qırışıqlıq əmələgəlmə prosesinə cəlb olunmuşdur. Qırılmanın səthi
çökəkliklə ayrılan oval qalxma, günbəzvari forma almışdır.
Bu qalxmaların hər birindən sonra yatağın filiz kütlələrinin konsen-
trasiyası əmələ gəlmişdir. Maili qırılma səthindən aşağıda süxur kompleksləri
filizli hidrotermlərin daxil olmasına qədər intensiv mexaniki dəyişilməyə
172
məruz qalmışdır, bu zaman üst bayosun daha massiv riodasitləri güclü
brekçiyalaşmış və sıx çat şəbəkəsinə bölünmüşdür, alt bayos yaşlı orta və əsasi
tərkibli tuflar və effuzivlər isə əksər hallarda şistləşmiş və qismən
brekçiyalaşmışdır (Babazadə, Məmmədov, 1998). Qızılbulaq qırılması
boyunca tektonik hərəkətlərin davam etməsi onun tikiş zonasının açılmasına
və yatağın geoloji quruluşunu əhəmiyyətli dərəcədə mürəkkəbləşdirən orta və
orta-əsasi tərkibli filizləşmədən sonrakı dayka və subvulkan kütlələrinin
təzahür etməsinə səbəb olmuşdur. Subvulkanik kütlələr yalnız sərt düşən
Qızılbulaq qırılması üzrə deyil, həmçinin maili qırılma tikişi və onun çat
sistemi üzrə də təzahür etmişdir. Bu kütlələr uyğun yatıma malikdirlər və maili
qırılma tikişi üzrə təzahür etmişlər, digər hallarda isə müxtəlif istiqamətlərdə
filiz kütlələrini və zonaları kəsirlər.
Yuxarıda qeyd olunmuşdur ki, yataq sahəsində müxtəlif istiqamətli qı-
rılma pozulmaları inkişaf etmişdir. Sonuncu dörd çat sistemi əmələ gətirir:
şimal-qərb; şimal-şərq; meridionala yaxın və enə yaxın. Bu pozulma sistem-
lərindən hər biri iri qırılmalarla qanunauyğun əlaqədardır və filiz əmələgəl-
mədə müəyyən rol oynayır.
Yataqda filizləşmədən sonrakı tektonika tamamilə intensiv inkişaf
etmişdir. Əvvəllər mövcud olan və sonradan əmələ gəlmiş qırılmalar boyunca
filiz yerləşdirən süxurlar və filiz kütlələrinin özü hərəkət zamanı dəfələrlə in-
tensiv əzilmiş və nəticədə bir-birindən tektonik pozulmalarla ayrılan üç əzil-
miş filiz kütləsi əmələ gəlmişdir. Yataqda həmçinin xırda çatlar intensiv inki-
şaf etmişdir. Əksər hallarda kvars və sulfid minerallaşması ilə dolmuş müxtəlif
istiqamətli çat sistemləri ayrılır. Onları yaşa görə ayırmaq həmişə mümkün
olmur. Qarşılıqlı şəkildə onlar ştokverk tekstura əmələ gətirirlər. Müəyyən
olunmuşdur ki, Qızılbulaq mis-qızıl yatağının formalaşma prosesi həlqəvi
strukturun filiz nəzaprətedici xətti qırılmalara sıx qarşılıqlı fəaliyyəti ilə nə-
zarət olunur. Metallogenik cəhətcə həlqəvi strukturların filiz nəzarətedici xətti
qırılma zonaları ilə əlaqə zonası əlverişlidir.
Yuxarıda qeyd olunmuşdur ki, yataq Qızılbulaq və Drombon həlqəvi
strukturlarının əlaqə zonasına və Qızılbulaq qırılmasının asılı zalbandına, həm-
çinin həmin qırılmanın şimal-qərb istiqamətli qırılmalarla kəsişmə qovşağına
uyğunlaşmışdır. Qızılbulaq filiz sahəsi daxilində anoloji sahələrdə filiz yer-
ləşdirən strukturların və filizlərin çökməsi üçün əlverişli şərait yaranmışdır.
Qızılbulaq filiz sahəsi daxilində endogen filizləşmə orta və üst yura
dövründə Drombon həlqəvi strukturu və eyniadlı çökmə kalderasının (Qızıl-
bulaq həlqəvi strukturu) tektonik aktivləşmə fonunda optimal çat əmələgəlmə
şəraitində inkişaf etmişdir. Filizli məhlulların daxil olması tamamilə çat tekto-
genezislə regenarsiya olunmuşdur. Görünür bu səbəbdən Qzılbulaq yatağında
və filiz sahəsinin digər təzahürlərindən əsas filiz komponentlərinin miqdarı ilə
qırılma pozulmalarının və lokal çatların inkişaf tezliyi arasında düzünə asılılıq
müəyyən edilir.
173
Qızılbulaq filiz sahəsinin və eyniadlı yatağın çat tektonikası, tektonik
deformasiyalar nəticəsində bayosun bazalt-andezit-dasit-riolit formasiyası
süxurlarında təzahür etmiş intensiv çatlıqla xarakterizə olunur.
Yataq daxilində filizləşməyə qədərki, intrafilizləşmə və filizləşmədən
sonrakı çat sistemləri ayrılır. Filizləşməyə qədərki çatlar öz növbəsində pro-
tektonik və tektonik çatlara bölünür. Tektonik çatlar yaşına görə daha qədim
(350-15
0
< 65-70
0
) və nisbətən cavan (45-65
0
< 35-45
0
) çatlara ayrılır.
Qızılbulaq filiz sahəsinin yuxarıda baxılan struktur xüsusiyyətləri, onun
mis-qızıl filizinə perspektivliyinin yüksək olmasını təsdiq edir. Qızılbulaq
yatağı xüsusən perspektivli hesab olunur.
Qızılbulaq filiz sahəsi yataqlarının lokallaşmasının struktur şəraitinin
öyrənilməsi, filiz əmələgəlmənin ümumi modelinin myəyyənləşdirilməsində
və konkret sahələrdə axtarış və axtarış-qiymətləndirmə işlərinin əsaslandırıl-
masında mühüm əhəmiyyət kəsb edir. Bu yataqlar tipik yataqlara aiddirsə və
onlar etalon obyektlər kimi iştirak edirsə, onda onlar xüsusən lazımdır və Qı-
zılbulaq mis-qızıl-kolçedan yatağı belə yataqlardandır. Bu yataq mineroloji
fərqə baxmayaraq Gədəbəy, Qoşa və s. qızıl kolçedan yataqları ilə ümumi xa-
rakterə malikdir. Bu ümumilik aşağıdakından ibarətdir; filiz kütlələrinin sub-
vulkanik əmələgəlmələrlə məkanca və genetik əlaqəsi, ətraf süxurların spesifik
hidrotermal-metasomatik dəyişilməsi (metasomatitlərin müxtəlif fasiyalarının
geniş inkişafı: - berezitləşmə, propillitləşmə, argillitləşmə törəmə kvarsitlər)
həm yataq, həm də filiz sahəsi daxilində filiz kütlələrinin müxtəlifliyi, qızıl və
gümüşün ayrılmasının dispers xarakteri və s. (Qavrilyuk və b., 1991).
Məlumdur ki, yatağın daxili strukturu filizçökmə şəraiti ilə müəyyən
olunur. İlkin dəqiq kəşfiyyat dövründə Qızılbulaq yatağının struktur mövqeyi
şimal-qərb istiqamətli Qzılbulaq qırılmasının şimal-şərq istiqamətli qopma
parçalanması və düyümü ilə müəyyən olunmuşdur. Bu zaman yatağın ilkin
forması məhsuldar endogen minerallaşmasının ümumi sərhədi daxilində filiz
zonasının sərhədi boyunca göstərilmişdir, onun struktur forması isə müxtəlif
istiqamətli çatların çox poliqonal şəbəkəsi görünüşündə olmuşdur. Sonda yata-
ğın daxili quruluşu açılmamışdır. Sonralar kompleks faktorların o, cümlədən
aero- və kosmik şəkillərin deşifrə olunmasının cəlb olunması ilə çöl işlərinin
dəqiqləşdirilməsi nəticəsində Qızılbulaq yatağının strukturu və filiz laylarının
morfologiyası haqqında təsəvvürlər kifayt qədər dəqiqləşdirilmişdir. Belə
təsəvür yaranır ki, yatağın filiz lokallaşdıran zonasının forması planda iki və
daha artıq çəp kəsişən istiqamətli tektonik struktura: şimal-qərb və şimal-şərq
(meridionalayaxın) istiqamətli parçalanma pozulmalarının kəsişməsinə
tabedir.
Filiz sahəsi mürəkkəb qırışıq-blok struktura malikdir, burada bütün
strukturlar məkan və zamanca qarşılıqlı əlaqədardır. Bununla, belə onların fi-
lizlərin lokallaşmasında rolu eyni deyildir və buna görə də bu strukturların sis-
temləşdirilməsi lazımdır. Bizim tədqiqatlar nəticəsində filizlərin lokallaşması
174
üçün əlverişli hesab olunan dörd qrup struktur elementlər ayrılmışdır: blok və
qırışıqlıq strukturları, parçalanma strukturları, maqmatogen strukturlar və mor-
fostruktur elementlər.
Birinci qrupa Mehmana-Dəlidağ eninə qalxma bloku, Qarabağ və Ağ-
dam antiklinorilərinin əlaqə zonası, Drombon vulkan-günbəz strukturu, an-
tiklinal (Drombon, Yayçı və s.) və biklinal qırışıqların tağ hissəsi aiddir. Bütün
bu strukturlar öz aralarında sıx əlaqəlidir və filizəmələgətirici məhlulların
təzahürü üçün əlverişlidir (Məmmədov, 2000).
Filizlərin lokallaşması qismində ikinci qrup strukturlar maraqlı hesab
olunur. Burada qırılma pozulmaları və onların əlaqəsi xüsusi əhəmiyyət kəsb
edir. Onlardan bəziləri regional miqyaslı struktur olub, Qarabağ filiz rayo-
nundan kənara çıxırlar.
Üçüncü qrupa maqmatogen proseslərlə sıx əlaqədar olan strukturlar
daxil edilmişdir. Bunların sırasına birinci növbədə mərkəzi tip struktura uy-
ğunlaşmış orta, əsasi və turş tərkibli subvulkanik və dayka kütlələri aid edilir.
Filizlilik cəhətdən maqmatik əmələgəlmələr filiz generasiya mənbələri və filiz-
yerləşdirici mühit kimi iştirak edirlər. Bu əmələgəlmələrin filizləşmədə rolunu
ayırd etmək çətindir. Onlar filiz maddələrinin mənbəyi və filizçökdürücü mü-
hit qismində kompleks halda iştirak edə bilərlər. Müəlliflər tərəfindən aparıl-
mış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, filiz gətirən və filizyer-
ləşdirən mühit bazalt-riolit formasiyasını əmələgətirən bayos yaşlı vulkanogen
və vulkanogen-çökmə süxurlardır və onlar bütün filiz sahəsində geniş inkişaf
tapmışdır.
Filizləşmənin lokallaşması üçün, həmçinin alt bayosun andezibazalt
tuflarının, üst bayosun dasit və riodasitlərlə təmasyanı zolağı da əlverişlidir.
Burada təmasyanı zolağda süxur kompleksləri filizli hidrotermlərin təzahürünə
qədər intensiv mexaniki dəyişmələrə məruz qalmışdır.
Nəhayət, dördüncü qrupa müxtəlif miqyaslı həlqəvi strukturlar aid edil-
mişdir. Bu strukturların əlaqə zonası və qırılma pozulmaları endogen filiz-
ləşmə düyünlərinə nəzarət edir.
Qızılbulaq filiz sahəsində mis-qızıl filizləşməsinin lokallaşması üçün
aparıcı struturlar aşağıdakılardır.
Tərtər dərinklik qırılması. Bu qırılma laylanmış effuziv axımlara, həmçi-
nin tufogen və piroklastik vulkanogen-qırıntı süxurları ilə təmsil olunmuş
Dəlidağ eninə qalxmış blokun formalaşmasında mühüm rol oynayır. Qırılma
üzrə dəfələrlə tektonik yerdəyişmələr baş vermiş və eninə fay və əks faylara
parçalanmışdır.
Mehmana-Dəlidağ qalxmasının Qızılbulaq yatağı yerləşən mərkəzi, Xo-
cavənd sinklinorisinə keçid kəsimi, cənub-şərqdən Yayçı, şimal-şərqdən Meh-
mana, cənub-qərbdən Artyunoqomer və şimal-qərbdən Tərtər qırılması ilə hü-
dudlanmış dördbucaqlı blokun yüksək qalxmış formasına malikdir. Blokun
daxili quruluşu orta və turş tərkibli vulkanik kütlələrdə yatmış qırılma dislo-
175
kasiyalarının geniş inkişafı ilə xarakterizə olunr. Bundan başqa verilmiş bloka
diorit porfiritlərin bir sıra kiçik çıxışları uyğunlaşmışdır. Blokun subvulkanik
və kiçik intruziv kütlələrlə zənginləşməsi onu göstərir ki, eninə qalxmanın kə-
simi yura dövründə Mehmana-Dəlidağ qalxması ilə eyni vaxtda intensiv vul-
kanik fəaliyyətə məruz qalmışdır (Allahverdiyev və b., 1975).
Blok daxilində Qızılbulaq yatağı rayonunda, filiz əmələgəlmədə kifayət
qədər müsbət rol oynayan, vulkan qurğüşunun qalınlığını əks etdirən riodasit-
lərin üç çox da böyük olmayan ştokvari vulkan kütlələrinə rast gəlinir. Bu sub-
vulkanlar bir-birilə turş tərkibli az qalınlıqlı subvulkanik daykalarla əlaqədar-
dır.
Qeyd olunan blok daxilində iki eninə qırışıq; Drombon antiklinalı və
Kazaraqoq sinklinalı ayrılır. Daha filizli Drombon antiklinalı hesab olunur və
özündə vulkan-tektonik qalxmanı əks etdirir. Verilən struktura Şimali-Drom-
bon təzahürü və Qızılbulaq yatağı uyğunlaşmışdır. Qırışıqlıq Drombon kən-
dində daha aydın əks olunmuşdur. Burada onun tağ hissəsi sərt düşən qırılma-
lar seriyası ilə kəsilmiş və intensiv hidrotermal prosesə məruz qalmış riolit tər-
kibli subvulkanik kütlələrlə yarılmışdır. Qırışıq şərt (30-50
0
) qərb və maili (10-
20
0
) şərq qanadlı assimmetrik quruluşa malikdir. Qırışığın quruluşunda sub-
vulkan kütlələrindən başqa andezit və andezit-dasitlərin lava və piroklastik
əmələ gəlmələri də asas rol oynayır. Drombon kəndinin şərq kənarında üzvü-
qırıntı əhəngdaşlı linzalı tuf-çökmə qatın uzanması üzrə qırışığın pereklinal
qapanması baş verir. Əhəng daşları riolitlərin subvulkanları ilə kəsilmiş və mis
minerallaşması ilə yoluxmuşdur. Qızılbulaq yatağının cənubunda qırışığın qu-
ruluşunda əsasən tufkonqlomerat brekçiyaları iştirak edir. Qırışığın qərb qa-
nadı riolit və riodasit subvulkanları ilə tamamlanmış qırılma pozulma seriyası
ilə kəsilmişdir.
Qızılbulaq filiz sahəsində iri qırılma tektonikası elementləri arasında,
cənub-qərbə şərt bucaq (65-70
0
) altında yatmış şimal-qərb istiqamətli Ağdam
(Mehmana) dərinlik qırılması xüsusi diqqət cəlb edir. Qırılma Xocavənd sin-
klinorisinin təmasını Ağdam antiklinorsindən ayıraraq əsas filiz nəzarətedici
struktur hesab olunur və lokal filizli zonaların vəziyyətini müəyyən edir.
Filiz-maqmatik sisteminin əsas elementləri sırasına minerallaşmış filiz
zonaları və ya kütlələri də aiddir. Qeyd etmək lazımdır ki, apardığımız tədqi-
qatlar nəticəsində Qarabağ filiz sahəsində xeyli miqdar minerallaşma zonaları,
məntəqələri, nöqtələri və xüsusən sənaye əhəmiyyəti kəsb edən orta və kiçik
ölçülü filiz kütlələri aşkar edilmişdir. Özlüyündə, minerallaşmış sahələr axtarış
əlamətləri kimi qiymətləndirməlidirlər.
Filiz-maqmatik sisteminin əsas elementlərindən biri hesab edilən və por-
firlərin intruziyası zamanı özləri ilə gətirdikləri dərində yerləşmiş süxurların
ksenolitlərinə və eksploziv brekçiyalar Qarabağ filiz sahəsində rast gəlinmir.
Güman edilir ki, bunun əsas səbəbi yataq sahəsinin dərin eroziyaya uğra-
masıdır.
176
Qızılbulaq filiz sahəsinin struktur mövqeyi onun Qarabağ və Ağdam
antiklinorisi ilə qovuşma zonasının böyük olmayan kəsiminə uyğunlaşması ilə
müəyyən edilir. Burada o, təxminən Qarabağ filiz rayonunun mərkəzində yer-
ləşmiş Xocavənd sinklinorisinin nisbətən qalxmış şimal-qərb hissəsinə uy-
ğunlaşmışdır.
Yatağın geoloji quruluşunda bayosun bazalt-riolit formasiyasının kon-
trast diferensiallaşmış vulkanogen-çökmə süxurları iştirak edirlər. Bu formasi-
ya bazalt (alt bayos) və riolit (üst bayos) komplekslərindən təşkil olunmuşdur.
Qızılbulaq yatağı rayonunda vulkan-günbəz strukturu daxilində,
filizəmələgəlmədə böyük rol oynayan, vulkanik qurğunun qalıqlarını əks
etdirən riodasitlərin ştokvari subvulkanik kütlələri ayrılır.
Morfostruktur və geoloji məlumatların məcmusu belə bir nəticəyə
gəlməyə əsas verir ki, Qızılbulaq və Drombon həlqəvi morfostrukturları iri
vulkanik qurğular olub, onun strukturunda hidrotermal dəyişmiş və brekçiya-
lanmış süxurlar iştirak edir. Morfostrukturların haşiyələrində müxtəlif fasiyalı
vulkanogen süxurlar, o cümlədən ekstruziv və dayka süxurları iştirak edir.
Məhz bu hissələrdə filizləşmə müşahidə edilir. Bu cəhətdən morfostukturların
periferik həssələri, xüsusilə də müxtəlif istiqamətli lineamentlərin kəsişmə dü-
yünləri və açılmamış ekstruziv cisimlərin sahələri ən perspektivli sayıla bilər.
Aparılan tədqiqatları yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, Kiçik
Qafqazda, o cümlədən Qarabağ filiz rayonunda filizləşmənin lokallaşmasında
birbaşa pozulma zonaları eyni cür rol oynamamışdır. Ən dərin, çox yəqin ki,
Moxo sərhədinə qədər çatan eninə qırılma olan Gədəbəy-Dəlidağ
lineamentidir. Məhz bu lineament daha mobildir. Bu lineament Kiçik Qafqazın
inkişaf tarixində bir neçə dəfə fəallaşmış və bu lineament boyunca geofiziki
sahələr müşahidə edilir və çox güman ki, özülün müxtəlif cinsli bloklarının
sərhədini əks etdirir (Süleymanov və b., 1983, Şıxəlibəyli və b, 1989;). Bu
zonalar boyu uzununa şimal-qərb istiqamətli strukturların yerdəyişməsi qeyd
edilir. Onların da filizləşmədə müəyyən rol oynaması yuxarıda qeyd
edilmişdir. Lakin onlar ancaq yer qabığının yuxarı hissələrinə nüfuz edir,
eninə zonalar isə maqmatik flüdlərin daha çox nüfuz etməsi üçün daha
münasibdir və maqmatik ərintilərin-hidrotermlərin yaxşı daşıyıcıları olub
filiztoplayıcı stukturlara aid edilə bilər. Şimal-qərb istiqamətli zonalar da
baxmayaraq ki, dərinlik maqmatizmin daşıyıcılarıdır, onlar az dərinliklidir. Bu
tipli zonalar, ancaq yuxarı mərtəbələrdə təzahür etmişdir və filiz sahəsi
hüdudlarında filiz damarlarının lokallaşmasına və istiqamətlənməsinə xidmət
etmişdir və ona görə də onları filiz lokallaşdıran adlandırmaq olar.
Hər iki zonalar Kiçik Qafqazın iri tektonik strukturları ilə kəsişərək
tektonik düyünlər əmələ gətirir və onlardan bir çoxu potensial filizlidir. Bu
düyünlər tektonik elementlərin xüsusi bir elementi olub, xüsusi öyrənilmə
obyektidir. Bu düyünlərin sahələri bir neçə istiqamətli dərinlik strukturların
kəsişməsi ilə səciyyələnir və ona görə də yüksək dərəcədə doğranması,
177
keçiriciliyi ilə fərqlənir. Belə düyünləri tektonik sərhədləri olan həcmli
dərinlik cisimləri kimi təsəvvür etmək olar. Qarabağ filiz rayonun timsalında
müəyyən olunmuşdur ki, belə düyünlər avtonom blok və həlqəvi
morfostrukturlar olub, tektonik və maqmatik proseslərin uzun müddət və
dəfələrlə inkişafı ilə xarakterizə olunur.
Beləliklə, tədqiqat rayonunda filizləşmənin lokallaşması və konsentra-
siyası üçün əlverişli olan dərinlik təbiətə malik gizli və aydın ifadə olunmuş iri
tektonik xətti və həlqəvi strukturların kəsişmə düyünlərini ayırmaq mümkün
olmuşdur ki, onlar da filizləşmənin proqnozlaşdırılması üçün elmi əsaslan-
dırılmış meyarlardan biri hasab oluna bilər.
ƏDƏBİYYAT
1. Бабазадя В.М.,Ящмядов Д.М., Q
ələndərov B.H. və b. Murovdağ filiz rayonunda maq-
matik komplekslərin potensial filizləşməsində filiztoplayıcı strukturların rolu // Áàêû Óíè-
âåðñèòåòèíèí õÿáÿðëÿðè. Òÿáèÿò åëìëÿðè ñåðèéàñû, 2010, №3, s.84-89.
2. Баба-заде В.М., Мамедов З.И. Особенности структуры Гызылбулагского рудного по-
ля // Вестник Бакинского Университета, серия естественных наук, 1998, №4, с. 107-
117.
3. Баба-заде В.М., Рамазанов В.Г. и др. Минерально-сырьевые ресурсы Азерабайджана.
Баку: Озан, 2005, 808 с.
4. Баба-заде В.М., Мехтиев А.Ш., Пашаев А.М. и др. Тектоническое развитие, геоди-
намическое формирование и закономерности размещения месторождений полезных
ископаемых Кавказского сегмента Средиземноморского пояса (Азербайджан). Баку:
Озан, 2009, 146 с.
5. Гаврилюк П.С., Магриби А.А., Русинов В.Л., Носик Л.П. Условия формирования Кы-
зылбулагского золотоносного медноколчеданного месторождения (Малый Кавказа)
// Геология рудных месторождений, 1991, №1, с.56-58.
6. Мамедов З.И. Геолого-струкутрные особенности формирования и закономерности
размещения медно-золотых руд Кызылбулагского месторождения. Автореф. дисс. на
соиск. ученой степени канд. геол-минер. наук. Баку, 2005, 22 с.
7. Сулейманов С.М., Баба-заде В.М., Масимов А.А., Рамазанов В.Г. Соотношение ос-
новных линейных и кольцевых структур как фактор прогноза рудных месторожде-
ний // ДАН Азерб.ССР, 1983, №7, с. 156-167.
8. Шихалибейли Э.Ш., Магеррамова Ф.С., Рустамов М.И. Зангезур-Далидаг-Самгори-
Казбек-Ставропольский транскавказский север-северо-западный доальпийский ли-
неамент и его роль в структуре Кавказа // Матер. юбил. сесс., посв. 50-летию Ин-та
геологии АН Азерб. ССР, Баку: Элм, 1989, с.57-64.
178
СТРУКТУРНЫЕ ОСОБЕННОСТИ КАРАБАХСКОГО РУДНОГО РАЙОНА И
РОЛЬ КОЛЬЦЕВЫХ И ЛИНЕЙНЫХ СТРУКТУР В ЛОКАЛИЗАЦИИ
ОРУДЕНЕНИЯ
В.М.БАБА-ЗАДЕ, З.И.МАМЕДОВ, М.Н.МАМЕДОВ, А.А.ХАЛАФЛЫ,
Д.М.АХМЕДОВ, Н.А.ИМАМВЕРДИЕВ, М.И.МАНСУРОВ, А.И.ГУСЕЙНОВ,
Т.А.МАМЕДОВА, К.А.ДАДАШЕВА, У.И.КЕРИМЛИ
РЕЗЮМЕ
В статье на основе комплексных исследований, с привлечением результатов
дешифрирование аэро- и космических снимков уточнена структура и представления о
морфологии рудных тел Карабахского рудного района. Выделены четыре группы
структурных элементов, благоприятных для локализации оруденение: блочные и склад-
чатые, разрывные, магматогенные и морфоструктурные структуры. Выделены узлы пе-
ресечения крупнейших линейных и кольцевых структур скрытого и явного типов,
имеющих глубинное заложение, что дает возможность познать их роль в локализации и
концентрации оруденения и дать научно-обоснованный прогноз оруденения.
Ключевые слова: Карабахский рудный район, кольцевые и линейные структу-
ры, локализация оруденения, рудные узлы
STRUCTURAL FEATURES OF THE KARABAKH ORE DISTRICT AND THE ROLE
OF RING AND LINEAR STRUCTURES IN THE LOCALIZATION
OF MINERALIZATION
V.M.BABA-ZADEH, Z. I.MAMMADOV, M.N. MAMMADOV, A.A KHALAFLI,
D.M.AHMADOV, N.A. IMAMVERDIYEV, M.I.MANSUROV, A.I.HUSEYNOV,
T.A. MAMMADOVA, K.A. DADASHOVA, U.İ.KERİMLİ
SUMMARY
The structure and presentation of the morphology of ore bodies of Karabakh ore district
are specified on the basis of comprehensive studies, involving the interpretation of the results
of aerial and satellite imagery. The four groups of structural elements that are favorable for the
localization of mineralization – block and folded, fault, magmatic and morphostructural
structures are assigned. An isolated node of intersection of the largest linear and ring
structures of latent and sensible types with depth is marked what, in turn, gives the opportunity
to know their role in the localization and concentration of mineralization and provide science-
based prediction for the mineralization.
Key words: Karabakh ore district, ring and linear structures, the localization of
mineralization, ore nodes
Redaksiyaya daxil oldu: 05.01.2011-ci il
Çapa imzalandı: 27.05.2011-ci il.
Dostları ilə paylaş: |