İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə20/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   16   17   18   19   20   21   22   23   ...   121

 

67 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

PAYTAXTIN MƏRKƏZİNDƏKİ BAĞDA 

APARILAN YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ 

OLMUŞDUR 

 

26 dekabr 2007-ci il 

 

  



Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da pay-

taxtın  Əziz  Əliyev  küçəsinin  və  Neftçilər  prospektinin  kəsiş-

məsində  (Kukla  Teatrı  ilə  üzbəüz)  yerləşən  bağda  aparılan 

yenidənqurma işləri ilə tanış olmuşdur.  

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva istirahət 

guşəsini  gəzdilər.  Məlumat  verildi  ki,  burada  müasir  üslubda 

fəvvarə quraşdırılmış, əraziyə xaricdən gətirilmiş üzlük piltələr 

döşənmiş, oturacaqlar qoyulmuş və müasir standartlara uyğun 

işıqlandırma sistemi yaradılmışdır. Bütün bunlar əraziyə xüsusi 

yaraşıq  verir.  Bir  sözlə,  Bakının  bu  guşəsində  sakinlərin  və 

paytaxtımızın qonaqlarının istirahəti üçün hər cür şərait vardır.  

Prezident  İlham  Əliyev  şəhərin  bu  mərkəzi  hissəsinin  göz 

oxşamasının  zəruriliyini  bildirdi,  işıqlandırma,  yaşıllaşdırma 

işləri, habelə ətraf ərazinin də abadlaşdırılması ilə bağlı tövsiyə 

və tapşırıqlarını verdi.   

 


 68 

 

 



 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV  

MİLLİ OLİMPİYA KOMİTƏSİNİN 2007-ci İLİN  

YEKUNLARINA HƏSR OLUNMUŞ  

MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR 

 

27 dekabr 2007-ci il 

 

Milli  Olimpiya  Komitəsi  (MOK)  2007-ci  ilə  yekun  vur-

muş,  idmançılara,  məşqçilərə  və  idman  veteranlarına,  mütə-

xəssislərinə mükafatlar təqdim olunmuşdur. 

Azərbaycan  Respublikasının  Prezidenti,  Milli  Olimpiya Komi-

təsinin prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. 

Dövlətimizin  başçısı  əvvəlcə  MOK-un  inzibati  binasının  

foyesində  Beynəlxalq  Olimpiya  Komitəsinin  «Olimpiya,  incə-

sənət və idman» müsabiqəsinin respublika milli mərhələsi üçün 

təşkil olunan sərgiyə təqdim edilmiş əsərlərə baxdı. 

MOK-un  birinci  vitse-prezidenti  Çingiz  Hüseynzadə  məlu-

mat  verdi  ki, belə  müsabiqələr,  adətən,  Olimpiya  oyunları  ərə-

fəsində təşkil olunur. 2008-ci ildə Pekində keçiriləcək Olimpiya 

oyunları  ilə  əlaqədar  elan  olunan  bu  müsabiqədə  yerli  sə-

nətkarlarımızın 30-dan çox rəssamlıq və heykəltəraşlıq əsərləri 

vardır.  Bu  müsabiqələr  dünya  ölkələrinin  hər  birində  təşkil 

olunur.  İki  janr  üzrə  qalib  sayılan  əsər  BOK-un  Lozanna 

şəhərində  yerləşən  muzeyinə  göndərilir  və  orada  yenidən 

müsabiqəyə təqdim edilir. Orada birinci yeri tutan  əsərin müəl-

lifinə 30 min, ikinci yerə 20 min, üçüncü yerə görə isə 10 min 

dollar    mükafat  verilir.  Gələn  ilin  martında  isə  Pekində  qalib 

əsərlərdən 

ibarət 

sərgi 

keçiriləcəkdir. 

Azərbaycanda 

müsabiqənin  münsiflər  heyəti  10  gün  ərzində  qalibi  müəy-

yənləşdirdikdən  sonra  həmin  əsərlər  Lozannaya  göndəriləcək-

dir. Bakıda ilk üç yer üçün müvafiq olaraq 2000, 1700 və 1500 

manat məbləğində mükafat təsis edilmişdir. 


 

69 


Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin iclas 

salonuna  toplaşanlar  dövlətimizin  başçısını  alqışlarla  qar-

şıladılar. 

Dövlətimizin başçısı mərasimdə nitq söylədi. 

 

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin 

prezidenti İlham Əliyevin nitqi 

 

Əziz dostlar!  

Yeni  il  ərəfəsində  bizim  görüşlərimiz  ənənəvi  xarakter 

daşıyır. Həm ilin idman yekunları müzakirə edilir, həm də biz 

görüşürük,  birlikdə  oluruq.  Dünən  Milli  Olimpiya  Komitəsi 

İcraiyyə Komitəsinin toplantısında ilin yekunları haqqında geniş 

müzakirələr  aparılmışdır.  Bütövlükdə,  Azərbaycan  idmançıları 

bu  ili  uğurla  başa  vurdular.  Beynəlxalq  yarışlarda  həm 

olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə 452 medal 

qazanılmışdır. Beləliklə, Azərbaycanın idman imkanları daha da 

geniş şəkildə dünyaya təqdim edilmişdir. 

Mən  çox  sevinirəm  ki,  ildən-ilə  medalların  sayı  azalmır, 

artır.  Azərbaycanda  çox  gözəl  gənc  nəsil  yetişir.  İdman 

ənənələri yaşayır, davam etdirilir və Azərbaycan artıq bir neçə 

ildir  ki,  dünyada  idman  dövləti  kimi  tanınır.  İdmançılarımızın 

uğurları ilə yanaşı, idmanla bağlı bütün başqa sahələrdə də işlər 

yaxşı  gedir.  İdman  infrastrukturu  yaradılır,  yeniləşir.  Bu  il  də 

bölgələrdə  olimpiya  idman  komplekslərinin  açılışları  olmuşdur. 

Gələn  il  də  yeni  komplekslərin  açılışları  nəzərdə  tutulur.  Artıq 

gələn  il  və  ondan  sonrakı  illərdə  komplekslərin  sayı  böyük 

rəqəmlərlə ölçüləcəkdir. Mənim yadımdadır, biz 2000-ci ildə bu 

təşəbbüslə  çıxış  edəndə  nəzərdə  tuturduq  ki,  Bakıda  və  böyük 

şəhərlərdə  olimpiya  kompleksləri  tikilsin.  Ancaq  ondan  sonra 

gördük  ki,  buna  çox  böyük  maraq  var,  bölgələrdə  idmançıların, 

xüsusilə  gənc  idmançıların,  uşaqların  idmanla  məşğul  olmağa 

çox böyük marağı var. Qərar qəbul etdik ki, Azərbaycanın bütün 

bölgələrində maksimum dərəcədə gözəl idman qurğuları tikilsin. 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə