127
Açıq deyirəm, biz onları bütün layihələrdən – enerji,
nəqliyyat layihələrindən, bütün başqa layihələrdən bundan
sonra da təcrid edəcəyik. O vaxt ki, onlar bizim torpağımızdan
könüllü şəkildə çıxacaqlar, ondan sonra vəziyyət dəyişə bilər.
Gələcəkdə yollar da açıla bilər və Ermənistan Azərbaycanın
imkanlarından nə vaxtsa faydalana bilər. O vaxt ki, bizim
torpaqlarımız işğalçılardan azad olunacaq, Azərbaycan
qaçqınları, köçkünləri öz torpaqlarına qayıdacaqlar.
Mən bu məsələyə xüsusi toxundum. Çünki bu bizim üçün ən
başlıca vəzifədir. Azərbaycanın qarşısında bütün yollar, bütün
imkanlar açıqdır. Biz bilirik haraya gedirik. Biz uğurla inkişaf
edirik. Ölkəmiz həm siyasi, həm iqtisadi, həm də bütün başqa
sahələrdə inkişaf edir. Lakin bu məsələ bir nömrəli məsələdir.
Bizim bütün səylərimiz bu məsələyə yönəldilməlidir. Bütün
qurumların – dövlət, hökumət qurumlarının, ictimai, özəl
qurumların, bütün Azərbaycan vətəndaşlarının səyləri
birləşməlidir, bütün dünya azərbaycanlılarının səyləri
birləşməlidir və biz işğalçı dövlətə qarşı bundan sonra da
mübarizəni aparacağıq.
Bir sözlə, mən bir daha demək istəyirəm ki, 2007-ci il
Azərbaycanın hərtərəfli inkişafı üçün uğurlu il olubdur. Mən
ümid edirəm və şübhə etmirəm ki, 2008-ci il də bizim üçün
uğurlu olacaqdır.
128
YEKUN NİTQİ
Bütövlükdə, burada səslənən bütün rəqəmlər bir daha onu
göstərir ki, 2007-ci ildə bizim iqtisadiyyatımız çox sürətlə
inkişaf edib və şübhəsiz, 2008-ci ildə bu müsbət dinamika
davam etdiriləcəkdir.
2008-ci ildə nəzərdə tutulmuş vəzifələrə keçməzdən əvvəl,
mən kəskinləşən hava şəraiti ilə bağlı, yaranmış vəziyyətlə bağlı
məlumatları dinləmək istəyirəm. Mən bu günlərdə həm Bakı
Şəhər İcra Hakimiyyətinə, həm də Nəqliyyat Nazirliyinə,
Fövqəladə Hallar Nazirliyinə göstərişlər vermişəm ki, yaranmış
qeyri-adi vəziyyətlə bağlı tədbirlərini gücləndirsinlər. Çünki
Bakı şəhəri üçün və bütövlükdə, ölkəmiz üçün çox qeyri-adi bir
vəziyyətdir. Uzun müddətdir ki, heç vaxt bu qədər qar
yağmamışdı və əlbəttə, bu, əlavə problemlər yaradır.
Enerji və qaz təchizatında böyük problem yoxdur, yəni bu
sahədə işlər tənzimlənir, ancaq yol hərəkəti, əlbəttə ki, çox
çətinləşibdir. Yolları, səkiləri, avtomobil yollarını buz bağlayıb,
nəqliyyatın hərəkəti çətinləşib, insanlar müxtəlif zədələr alırlar.
Tibb məntəqələrinə müraciət edənlərin sayı artır. Bir daha
demək istəyirəm ki, Bakı kimi cənub şəhəri üçün bu çox qeyri-
adi bir vəziyyətdir. Yaxşı ki, biz keçən il yeni texnikanın
alınmasına kifayət qədər vəsait ayırmışıq. 25 milyon manat
vəsait ayrılmış və texnika alınmışdır. Amma indi bu texnikanın
mövcudluğu, ondan istifadə, əslində vəziyyəti nə dərəcədə
yüngülləşdirir, nə dərəcədə bizə imkan verir ki, tezliklə bu
vəziyyətə son qoyaq və yol hərəkəti sistemini tənzimləyək. Bu
barədə sonuncu məlumatı eşitmək istəyirəm.
H a c ı b a l a A b u t a l ı b o v (Bakı Şəhər İcra Hakimiyyə-
tinin başçısı): Möhtərəm Prezident, Sizin hər gün bizə
verdiyiniz göstəriş əsasında, Bakı Şəhər İcra Hakimiyyətinin
Mənzil-Kommunal İstismar İdarəsində olan bütün yeni texnika,
Nəqliyyat Nazirliyinin bütün texnikası, habelə Fövqəladə Hallar
Nazirliyinin işçiləri, demək olar ki, gecə saat 10-dan səhər saat
6-ya kimi şəhərdə işləyir. Əlimizdən gələni edirik ki, şəhərdə
129
nəqliyyatın hərəkəti çətinləşməsin. Mərkəzi küçələrin
hamısında şəhər nəqliyyatı işləyir. Ara küçələrdə vəziyyət,
demək olar ki, normallaşmaq üzrədir. Amma hələlik normaya
uyğun deyildir. Ona görə də biz bu gecə də, dünən gecə də
səfərbərliyi
tamamilə
yüksək
səviyyəyə
qaldırmışıq,
buzlaşmanın qarşısını alırıq, səkilərin təmizlənməsi üçün işlər
gedir. Alınmış yeni 37 texnika – qumsəpən maşınlarımız
gündəlik işləyir və əlimizdən gələni edəcəyik ki, Sizin göstəriş-
ləriniz ən yüksək səviyyədə, qısa müddətdə yerinə yetirilsin.
İ l h a m Ə l i y e v: Alınan texnika kifayət qədərdir ki, bu
məsələlərin hamısı həll olunsun, yoxsa əlavə texnika alın-
malıdır?
H a c ı b a l a A b u t a l ı b o v: Qum səpilməsi üçün tex-
nika bəs edir, amma buzun təmizlənməsi, qarın yığılıb daşın-
masından ötrü əlavə texnikaya ehtiyac var.
İ l h a m Ə l i y e v: Buzun üstünə qum səpiləndə heç bir
əhəmiyyəti olmayacaqdır. Buzlar təmizlənməlidir. İndi mərkəzi
küçələrdə iş gedir, amma Bakı təkcə mərkəzi küçələrdən ibarət
deyil. Hər tərəfdə yaşayan insanlar bərabər hüquqa malikdirlər.
Ona görə çalışmaq lazımdır ki, şəhərin bütün yerlərində bu işlər
daha da fəal getsin. Mən baxıram, görürəm ki, mərkəzi
küçələrdə işlər gedir və yəqin daha çox o yerlərdə işlər gedir ki,
haradan mən keçirəm. Bu da həqiqətdir. Keçmişdən qalan,
sovet sistemindən qalan gözdən pərdə asmaq praktikasını
yığışdırın. Mənə bu lazım deyil. Mən istənilən küçədən gedə
bilərəm, gedirəm və baxıram da. Bəzi hallarda sizin bundan
xəbəriniz də olmur. Ona görə hər yerdə iş getməlidir, yollar
hamı üçün açıq olmalıdır.
Nəqliyyat Nazirliyində işlər necədir?
Z i y a M ə m m ə d o v ( Nəqliyyat naziri): Möhtərəm
cənab Prezident, həqiqətən də, qeyd etdiyiniz kimi, baş verən bu
təbii hadisə ilə bağlı Sizin tapşırıqlarınıza uyğun olaraq, demək
olar ki, respublikanın bütün ərazisində müvafiq tədbirlər
görülür. Qərargah yaradılıb, bütün sutka ərzində fəaliyyət
göstərir. Qərargaha birbaşa «Azəryolservis» Açıq Səhmdar
Dostları ilə paylaş: |