133
böyük rəqəmdir. Düzdür, əhalinin pul gəlirləri 38 faiz artmışdır
və beləliklə, real gəlirlər 22 faiz səviyyəsindədir və bu çox
böyük rəqəmdir, göstəricidir. Amma bununla bərabər, onu da
bilməliyik ki, əhalinin pul gəlirləri bərabər şəkildə bölünmür.
Yəni kasıb təbəqə var – 16 faiz. Düzdür, biz bunu xeyli aşağı
salmışıq. Amma yenə də vətəndaşlarımızın 16 faizi yoxsulluq
şəraitində yaşayır və onlar üçün bu məhsulların, xüsusilə ərzaq
məhsullarının bahalaşması çox böyük problemlər yaradır. Biz
2008-ci ildə makroiqtisadi vəziyyəti sabit saxlamalıyıq. Burada
çıxışlarda səsləndi, əlbəttə ki, həm obyektiv, həm də subyektiv
amillər mövcuddur. Dünyada neftin qiymətinin kəskin şəkildə
bahalaşması bütün idxal edilən malların bahalaşmasına gətirib
çıxarıbdır. Bizim hələ ki, istehlak bazarımız daha çox idxaldan
asılıdır və Azərbaycanda həyata keçirilən həm regional inkişaf
proqramı, həm sənayeləşmə proqramı, həm də sahibkarlığın
inkişafı proqramı o məqsədi güdür ki, Azərbaycan idxaldan öz
asılılığını maksimum dərəcədə azalda bilsin. Biz buna tədricən
nail oluruq. Amma hələ ki, ərzaq mallarının bir hissəsi xaricdən
gətirilir. Xaricdə də qiymətlər Azərbaycanda olan səviyyədə
qalxır.
2007-ci ildə dünyada taxılın qiyməti 50 faiz qalxmışdır və
bu, istər-istəməz bütün başqa sahələrə də öz mənfi təsirini
göstərir. Əlbəttə, inflyasiyanı yaradan obyektiv səbəblərdən biri
də Azərbaycanda əhalinin pul gəlirlərinin artmasıdır, maaşların,
pensiyaların qaldırılmasıdır. Yəni, ümumiyyətlə, iqtisadi inki-
şafın əlamətidir. Ancaq subyektiv səbəblər də var. Məhz
subyektiv səbəblərin aradan qaldırılmasına biz gərək böyük səy
göstərək. Sağlam rəqabət prinsipi tam bərqərar olunmalıdır,
inhisarçılıq meyilləri aradan qaldırılmalıdır. Bizim bazarımız
tam liberallaşmalıdır, rəqabət getməlidir. İmkan verməməliyik
ki, nə idxalda, nə də daxili istehsalda inhisarçılıq yaransın. Ona
görə mən ümid edirəm ki, həm makroiqtisadi, həm də inzibati
tədbirlər nəticəsində 2008-ci ildə inflyasiya normal çərçivədə
olacaqdır.
134
Deyə bilərəm ki, bundan başqa, bizim iqtisadi və makro-
iqtisadi sahədə böyük ciddi problemlərimiz yoxdur. Əksinə, biz
2007-ci ili çox yaxşı nəticələrlə başa vurduq. Bizim valyuta
ehtiyatlarımız 7 milyard ABŞ dollarını ötüb keçmişdir. 2008-ci
ildə xəzinəmizə çox böyük həcmdə valyuta ehtiyatları daxil
olacaqdır. Beləliklə, Azərbaycanın dayanıqlı inkişafı bundan
sonra da uzun illər təmin ediləcəkdir. Nəzərə alsaq ki, dünyada
neftin qiyməti qalxıb və bildiyiniz kimi, Dünya Bankının
verdiyi bəyanatlara görə, Azərbaycan neftin satışından 2020-ci
ilə qədər 200 milyard dollar vəsait toplayacaqdır. Əlbəttə ki,
neftin qiyməti artdıqca, bu rəqəm də artacaqdır. Biz buna hazır
olmalıyıq və elə etməliyik ki, bunun makroiqtisadi vəziyyətə
mənfi təsiri minimum səviyyədə olsun.
Eyni zamanda, biz artıq bundan sonra, gələcəkdə heç bir
maliyyə sıxıntısı keçirməyəcəyik. Biz sadəcə olaraq, öz maliyyə
imkanlarımızdan ağıllı istifadə etməliyik, onları lazım olan
yerlərə yönəltməliyik. Elə etməliyik ki, qısa müddət ərzində bu
məbləğlər, ölkəmizə gələn maliyyə resursları ölkəmizin hərtərəfli
inkişafına xidmət göstərsin. Ölkəmiz müasirləşsin, modernləşsin,
ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilsin. Bütün
sahələrdə – istər tikinti, istərsə də səhiyyə, təhsil, infrastruktur –
ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilməlidir. Biz bunu
görürük. Azərbaycanda son illər ərzində, xüsusilə dövlət xətti ilə
yaradılan müəssisələr, həyata keçirilən infrastruktur layihələri,
tikilən obyektlər dünyanın ən yüksək standartlarına cavab verir.
Qeyri-neft sektoruna yenə diqqət göstərməliyik. 2008-ci ildə
qeyri-neft sektorunun inkişafı bizim üçün çox vacibdir.
Beləliklə, bizim iqtisadiyyatımız neft amilindən asılı olmaya-
caqdır. Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi
imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan
qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun
inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də
özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir.
Bildiyiniz kimi, biz bir neçə il ərzində sahibkarlara güzəştli
kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin
135
hesabına yeni müəssisələr – fabriklər, emal müəssisələri
yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi
çəkisində özəl biznesin kifayət qədər böyük yeri var.
Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun
əsasında qurulubdur.
Mən artıq qeyd etdim, regional inkişaf proqramının başa
çatması gözlənilir və artıq hökumətə tapşırıqlar verilibdir, ondan
sonra 2009–2013-cü illər üçün yeni regional inkişaf proqramı
hazırlanmalıdır. O proqramda bu vaxta qədər həll olunmamış
bütün məsələlər öz əksini tapmalıdır. Beləliklə, 2013-cü ilə
qədər, əminəm ki, bundan da tez biz ölkədə bütün infrastruktur
layihələrini başa çatdırmalıyıq, bütün sosial məsələləri həll
etməliyik və hər bir kəndin problemi öz həllini tapmalıdır. Bir
sözlə, biz bu imkanlardan, artan maliyyə imkanlarımızdan
səmərəli istifadə etməliyik və edəcəyik.
Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyətinin güc-
lənməsi də, əminəm ki, müsbət nəticələrə gətirib çıxaracaqdır.
Bir müddət bundan əvvəl Dövlət İnvestisiya Şirkəti
yaradılmışdır. Müəyyən danışıqlar aparılır, amma hələlik heç
bir nəticə yoxdur. Baxmayaraq ki, iki ildən artıqdır hər il
büdcədə bu məqsədlər üçün 100 milyon dollar vəsait nəzərdə
tutulur. Biz Dövlət İnvestisiya Şirkətini məhz bu məqsədlə
yaratdıq ki, Azərbaycan üçün lazım olan sahələrə xaricdən
investisiyaları cəlb etsin, özü investor kimi orada iştirak etsin və
müəssisələr yaradıldıqdan, işə başladıqdan sonra Dövlət
İnvestisiya Şirkəti öz payını açıq hərraca çıxarsın və beləliklə,
özəl sektora dəstək versin. Çünki Azərbaycana qoyulan
investisiyalar, xüsusilə özəl sektor tərəfindən qoyulan
investisiyalar özəl sektorun marağında olan sahələrə yönəldilir.
Bəzi hallarda dövlət üçün əhəmiyyətli olan sahələr investisiya
almır. Çünki özəl sektor buna maraqlı deyil. Dövlət İnvestisiya
Şirkətinin əsas məqsədi ondan ibarətdir ki, bizim üçün, dövlət
üçün lazım olan sahələrə vəsait cəlb edək. Mən əminəm ki,
2008-ci ildə bu şirkətin fəaliyyəti daha da uğurlu olacaqdır.
Dostları ilə paylaş: |