161
böyük işlər torpaqlarımız işğaldan azad olunandan sonra
başlayacaqdır. Bayaq qeyd etdiyim kimi, işğal edilmiş bütün
ərazilərdə bütün infrastrukturlar dağıdılıbdır. Biz yeni şəhərlər
tikəcəyik, yeni qəsəbələr, kəndlər salınacaq və buna hazır
olmalıyıq. Onu da bilirik ki, biz ancaq öz gücümüzə arxalana,
ancaq öz gücümüzə istinad edə bilərik.
Biz, əlbəttə ki, xarici beynəlxalq donor təşkilatlarının
yardımından istifadə etmişik və bizim üçün ən çətin dövrdə
yardım etdiklərinə görə o təşkilatlara öz minnətdarlığımızı
bildiririk. Amma onu da bilirik ki, işğaldan azad olunacaq bütün
yerləri, rayonları abadlaşdırmaq üçün milyardlarla dollar vəsait
lazım olacaqdır. Heç bir beynəlxalq təşkilat o qədər vəsaiti bizə
verməz. Biz öz gücümüzə istinad etməliyik. Ona görə iqtisadi
potensialımızı möhkəmləndiririk. Ona görə ki, güclü olaq və
gələcəkdə bütün bu rayonları öz hesabımıza bərpa edək. Bu
məqsədlə Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bu gün
daha da dərinləşməlidir. Biz bütün imkanlarımızı səfərbər
etməliyik ki, güclü dövlət yaradaq, güclü iqtisadiyyat yaradaq.
İqtisadiyyat hər bir dövlətin təməl sütunudur. Güclü iqtisadiyyatı
olan ölkə siyasi cəhətdən də müstəqil olur və öz maraqlarını daha
da uğurla müdafiə edə bilər.
Azərbaycanın üzləşdiyi çətin problemlərin əsas səbəbi ondan
ibarət idi ki, 90-cı illərin əvvəllərində biz müstəqilliyimizi bərpa
edəndə Azərbaycanın iqtisadiyyatı dağılmış vəziyyətdə idi.
Azərbaycanın nə xarici siyasəti, nə daxili siyasəti milli
maraqlara cavab vermirdi. Sənaye istehsalı, demək olar ki,
tamamilə aşağı düşmüşdü, iflic vəziyyətində idi, iqtisadi böhran
hökm sürürdü və faktiki olaraq, ölkənin gələcəyi qeyri-müəyyən
idi. Erməni qəsbkarları bu amildən, eyni zamanda, başqa
amillərdən, xarici hərbi yardımdan istifadə edərək, bizim
torpaqlarımızı işğal ediblər. İndi onlar bəzi hallarda sübut
etməyə çalışırlar ki, müharibədə qələbə qazanıblar. Bu belə
deyil, əsla belə deyil! Çünki müharibə hələ bitməyib,
müharibənin birinci dövrü başa çatıb və xarici dəstəyin
nəticəsində bizim torpaqlarımız erməni işğalçıları tərəfindən
162
zəbt edilibdir. 90-cı illərin əvvəlindəki vəziyyətdən fərqli
olaraq, biz bu gün daha güclüyük. Biz iqtisadi imkanlarımızı
artırırıq və bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan
iqtisadiyyatı ilə müqayisədə həcm baxımından 5-6 dəfə
böyükdür. Bu həcm getdikcə artacaq və bütün imkanlarımızı
səfərbər edib güclü dövlət, güclü iqtisadiyyat yaradacağıq ki,
ərazi bütövlüyümüzü bərpa edək. Biz güclü ordu yaradırıq.
Əminəm ki, bütün bu amillər – Azərbaycanın uğurlu iqtisadi
siyasəti, xarici siyasəti, bölgədəki nüfuzu və artan rolu, bizim
iqtisadi potensialımız və enerji baxımından güclü olmağımız,
ordu quruculuğunun sürətlə getməsi danışıqlar prosesinə də
müsbət təsir göstərir. Əgər bir neçə il bundan əvvəl Ermənistan
tərəfi danışıqlar zamanı Dağlıq Qarabağa müstəqilliyin
verilməsini tələb edirdisə, bu gün bu belə deyildir. Bu gün onlar
da anlayırlar ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik
verilməyəcək, heç vaxt Dağlıq Qarabağ Ermənistana
birləşməyəcəkdir. Bu, artıq təkcə bizim mövqeyimiz deyil –
bütün zamanlarda bizim mövqeyimiz bundan ibarət olmuşdur –
eyni zamanda, beynəlxalq vasitəçilərin mövqeyidir və
Ermənistan tərəfi məcbur olub bu reallıqla hesablaşır. Əgər
vaxtilə 4 rayonun Azərbaycana qaytarılması məsələsi müzakirə
olunurdusa, daha doğrusu, Ermənistan tərəfindən irəli
sürülürdüsə, bu gün artıq bu da keçmişdə qalıbdır. İndi 7
rayonun, bütün işğal olunmuş torpaqların Azərbaycana
qaytarılmasından söhbət gedir. Bunu Ermənistandan beynəlxalq
vasitəçilər, ATƏT-in Minsk qrupu tələb edir və Ermənistan
rəhbərliyi məcbur olub bunu qəbul edir. Yəni bu çox böyük
irəliləyişdir, çox böyük uğurlardır.
Düzdür, məsələ hələ ki, öz həllini tapmayıb, amma biz buna
yaxınlaşırıq. Bizim siyasətimiz, gücümüz, imkanlarımız və
qətiyyətimiz o günü yaxınlaşdırır və danışıqlar çərçivəsində
əldə edilmiş irəliləyiş Azərbaycanı qane edir. Hələ tam şəkildə
deyə bilmərəm ki, təklif edilən variantda hər şey bizi qane edir.
Bəzi məsələlər bizi qane etmir və biz onlarla razı ola bilmərik.
Amma bütövlükdə danışıqların gedişatı müsbət istiqamətdədir.
163
Biz buna nəyin hesabına nail olmuşuq? Yəni həm beynəlxalq
ictimaiyyətin, həm Ermənistan rəhbərliyinin güzəştlərə getməyə
hazır olmasına və artıq dediyim məsələlərə razılıq verməsinə
nəyin hesabına nail ola bilmişik? Ancaq öz gücümüzün
hesabına. Ona görə ki, Ermənistan anlayır ki, artıq Azərbaycan
güclü dövlətə çevrilibdir. Azərbaycanın beynəlxalq mövqeləri
möhkəmlənir, Azərbaycan Avropa təhlükəsizliyi üçün, enerji
təhlükəsizliyi üçün əvəzolunmaz ölkəyə çevrilir, Azərbaycan öz
zəngin neft-qaz yataqlarının işlənilməsinə uğurla nail olubdur
və bu gün qonşu ölkələri, Avropa və dünya ölkələrini enerji
resursları ilə xeyli dərəcədə təmin edir.
Azərbaycan iqtisadi artıma görə ardıcıl olaraq 3 ildir
dünyada birinci yerdədir. Azərbaycan öz ordu quruculuğunu
gücləndirir, keçən il və bu il orduya ayrılan təxminən iki
milyard yarım dollar vəsait bizim imkanlarımızı, gücümüzü
artırır. Ermənistan tərəfi bunu bilir və bununla hesablaşmağa
məcburdur. Vaxt bizə işləyir. Mən bir daha demək istəyirəm,
bizim hamımız istəyirik ki, tezliklə torpaqlarımız işğalçılardan
azad edilsin. Soydaşlarımız tezliklə öz doğma yurduna, öz
doğma torpaqlarına qayıtsınlar. Bir daha qeyd etmək istəyirəm
ki, artıq bu rayonların bərpası üçün də bizim imkanlarımız var.
Ancaq mən istəyirəm ki, imzalanacaq sülh sazişi Azərbaycanın
maraqlarını tam şəkildə təmin etsin. Mən hələ deyə bilmərəm
ki, tam şəkildə bizi qane edir. Ona görə biz danışıqlar prosesini
davam etdirəcəyik, öz mövqeyimizdən dönməyəcəyik.
Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil,
olmayıb və olmayacaqdır. Dağlıq Qarabağa, orada yaşayan
ermənilərə və ora qayıdacaq azərbaycanlılara Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində yüksək idarəetmə statusu verilə
bilər. Başqa Avropa ölkələrində biz bunu görürük, bu ölkələrdə
muxtariyyət formaları var, müxtəlif formalar var və onların
hamısı ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunubdur.
Biz heç bir yeni formanı icad etmək fikrində deyilik. Bizim
mövqeyimiz tarixi həqiqətə əsaslanır. Qarabağ, o cümlədən
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu azər-
Dostları ilə paylaş: |