167
Mən bu gözəl, beynəlxalq səviyyəli olimpiya kompleksinin
açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı,
uğurlar arzulayıram. Sağ olun.
168
AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ
KOMANDAN İLHAM ƏLİYEV
CƏBHƏ XƏTTİNDƏ OLMUŞ
HƏRBÇİLƏRİ MÜKAFATLANDIRMIŞDIR
17 yanvar 2008-ci il
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko-
mandanı İlham Əliyev yanvarın 17-də Ağdam rayonuna səfəri
zamanı cəbhə xəttində də olmuşdur.
Hərbçilər Ali Baş Komandana raport verdilər.
Dövlətimizin başçısı səngərdə qurulmuş məntəqədən işğal
altında olan əraziləri müşahidə etdi, əsgərlərin ixtiyarındakı
hərbi ləvazimatla tanış oldu.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev döyüş bölgəsindəki xidmətdə fərqlənən hərbçiləri –
Baş leytenant Pərviz Ələkbərovu, kiçik çavuş Cavid Muradovu,
əsgər Əzizxan Vəliyevi medallarla təltif etdi.
İ l h a m Ə l i y e v: Ordumuzda xidmət etmək çox şərəfli
işdir. Amma ön mövqedə dayanmaq, əlbəttə, böyük məsuliy-
yətdir. Bizdə atəşkəs rejimi var, amma sülh sazişi yoxdur. Özü
də bu atəşkəs rejimi tez-tez pozulur. Ona görə siz bütün
hadisələrə hər an hazır olmalısınız. İndi geyimlə, yeməklə
bağlı vəziyyət yaxşıdır.
S ə f ə r Ə b i y e v (
Müdafiə naziri): Cənab Prezident, heç
bir problem yoxdur.
İ l h a m Ə l i y e v: Yaxşı yemək olmalıdır, xüsusilə bu
hava şəraitində, isti paltar olmalıdır.
S ə f ə r Ə b i y e v: Sizə minnətdarlığımızı bildirmək istə-
yirik. Çox gərgin iş qrafikinizə baxmayaraq, vaxt ayırıb buraya
gəldiniz. Çox sağ olun. Bir neçə rayonda hərbçilər üçün evlər
tikilir. Hesab edirik ki, bu ilin axırına kimi onları Sizin
göstərişinizlə təhvil verəcəyik.
169
İ l h a m Ə l i y e v: Orduya diqqət həmişə yüksək səviyyədə
olmalıdır. İndi Azərbaycanın dövlət xərclərinin ən böyük hissəsi
orduya yönəldilir. Bu il büdcədə ən böyük xərclər ordu qurucu-
luğunadır, yəni 1 milyard 200 milyon dollar xərclənəcəkdir. Əlbəttə
ki, buraya silahların alınması, zabitlərin sosial məsələlərinin həlli də
daxildir. Nazir dedi ki, evlər tikilir, maaş artırılıbdır. Gələcəkdə yenə
də artıracağıq. Bizim əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz sosial
baxımdan müdafiə olunmalıdırlar. İndi bizim iqtisadi imkanımız da
artır, yeni binalar tikiləcəkdir. Hərbi hissələr tikilir və tikilməlidir,
maaş da artırılacaqdır. O tərəfdə, bizim torpaqlarımızı işğal edən
işğalçı qüvvələr bunu bilirlər. Bilirlər ki, vaxt gələcək və onlar
buradan çıxmalı olacaqlar. Onlar üçün yaxşı olar ki, öz xoşları ilə,
müharibəsiz getsinlər. Yox, getməsələr, onda öz torpaqlarımızı geri
qaytarmağa bizim tam haqqımız var. Haqqımız var, indi imkanımız
da var, silahımız da var, əsgərlərimiz də var. Ona görə peşəkarlıq
artırılmalıdır və xüsusilə belə çətin şəraitdə xidmət edənlər üçün yaxşı
şərait yaradılmalıdır.
Yenə də deyirəm, ordunun hər bir hissəsində xidmət etmək
böyük şərəfdir. Ancaq düşmənlə ön mövqedə üzbəüz olmaq sizin
üçün çox böyük bir vəzifədir. Siz hamınız gəncsiniz.
Neçə yaşınız var?
Ə s g ə r l ə r: 19-20 yaşımız var.
İ l h a m Ə l i y e v: Gəncsiniz, amma siz Azərbaycanın
müdafiəsində, keşiyində dayanmısınız. Azərbaycanın güclü,
vətənpərvər gənc nəsli yetişir.
Bu gün Ağdamda yeni gözəl Olimpiya İdman Kompleksi
istifadəyə verilmişdir ki, gənclər orada idmanla məşğul olsunlar.
Bizim işimiz haqq işidir. Biz başqasının torpağını zəbt etməmişik.
Ona görə bütün cəhətlərdən, o cümlədən həm mənəvi cəhətdən, həm
tarix baxımından, həm də hüquqi baxımdan tam haqlıyıq ki,
düşməni buradan vurub çıxaraq. Elə də olacaqdır.
* * *
Ali Baş Komandan İlham Əliyev daha sonra artilleriya bölüyündə
oldu, burada xidmətdə fərqlənənlərə medallar təqdim etdi.
170
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
AĞCABƏDİ RAYONUNA SƏFƏRİ
Ağcabədi rayonu
17 yanvar 2008-ci il
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də
Ağdam rayonundan Ağcabədi rayonuna gəlmişdir.
Rayon mərkəzində sakinlər dövlətimizin başçısını böyük
hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin
şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Həmin gün Ağcabədi şəhərinə təbii qazın verilməsi müna-
sibətilə mərasim keçirildi. Rayon icra hakimiyyətinin başçısı
Şahin Məmmədov, «Azəriqaz» Səhmdar Cəmiyyətinin sədri
Əlixan Məlikov, rayon ağsaqqalı Aqil Muradov çıxış etdilər.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.