İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə47/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   43   44   45   46   47   48   49   50   ...   121

 

153 


 

 

HİNDİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB MANMOHAN SİNQHƏ 

 

Hörmətli cənab Baş nazir! 



Ölkənizin milli bayramı – Respublika günü münasibətilə 

Sizi və xalqınızı ürəkdən təbrik edirəm. 

Ümidvaram  ki,  Azərbaycan–Hindistan  əməkdaşlığının 

inkişafı  bundan  sonra  da  xalqlarımızın  mənafelərinə  xidmət 

edəcəkdir. 

Sizə ən xoş arzularımı yetirir, dost Hindistan xalqına əmin-

amanlıq və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 16 yanvar 2008-ci il 



 

 


 154 

 

 

 

AVSTRALİYANIN BAŞ NAZİRİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB KEVİN RUDA 

 

Hörmətli cənab Baş nazir! 



Milli bayramınız  – Avstraliya günü  münasibətilə Sizi və 

bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. 

Ümidvar olduğumu bildirirəm ki,  Azərbaycan ilə Avstraliya 

arasındakı  münasibətlər  qarşıdakı  illərdə  də  dostluq  və 

əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. 

Sizə  ən  xoş  arzularımı  yetirir,  dost  xalqınıza  əmin-amanlıq 

və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 16 yanvar 2008-ci il 

 



 

155 


 

 

 

AZƏRBAYCAN  RESPUBLİKASININ 

PREZİDENTİ İLHAM ƏLİYEVİN  

AĞDAM RAYONUNA SƏFƏRİ 

 

17 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın 17-də Ağdam rayonunda olmuşdur. 

Dövlət  başçısı  və  xanımı  Mehriban  Əliyeva  əvvəlcə Ağdam 

rayonunun  Quzanlı  qəsəbəsində  ulu  öndər  Heydər  Əliyevin 

abidəsini ziyarət edərək gül dəstələri qoydular. 

Sonra  Heydər  Əliyev  Muzeyinin  açılışı  oldu.  Muzeydə  ulu 

öndərin  büstü  qoyulmuş,  həyat  və  fəaliyyətini  əks  etdirən 

fotoşəkillər,  sənədlər  və  onun  haqqında  yazılmış  kitablar  top-

lanmışdır.  Burada  Heydər  Əliyevin  1970–80-ci,  1990-cı  və 

2001-ci  illərdə  Ağdam  rayonuna  səfərlərini,  sakinlərlə  gö-

rüşlərini  əks  etdirən  fotoşəkillər,  eksponatlar  xüsusi  yer  tutur. 

Muzeyin  ikinci  mərtəbəsində    «Heydər  Əliyev  ürəklərdə  əbədi 

yaşayacaq»,  «Heydər  Əliyev  Azərbaycan  Respublikasının 

memarıdır» guşələri ulu öndərin şərəfli ömür yolunu, eləcə də 

ikinci  dəfə  ölkəyə  rəhbərlik  etdiyi  illərdə  Azərbaycanın  müs-

təqilliyinin  əbədiliyi,  beynəlxalq  nüfuzunun  və  iqtisadi  qüdrə-

tinin möhkəmləndirilməsi üçün həyata keçirdiyi məqsədyönlü və 

kompleks siyasəti dolğun ehtiva edir. 

Prezident  İlham  Əliyev  muzeylə  tanışlıqdan  sonra  Fəxri 

qonaqlar kitabına ürək sözlərini yazdı. 

 

Ağdam Olimpiya İdman Kompleksinin açılış mərasimi 

 

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Ağdam 

rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin 

təntənəli  açılış  mərasimində  iştirak  etmişdir.  Mərasimə 



 156 

toplaşan idmançılar, inşaatçılar və yerli sakinlər dövlət başçı-

sını  və  xanımını  böyük  hörmət  və  ehtiramla,  gül-çiçəklə  qar-

şıladılar. 

Prezident İlham Əliyev idmançılar və inşaatçılarla görüşdü, 

sonra  Olimpiya  İdman  Kompleksinin  rəmzi  açılışını  bildirən 

qırmızı lenti kəsdi. 

Kompleksin  tikintisinə  2006-cı  ilin  yazında  başlanmış,  döv-

lətimizin  başçısı  təməlqoyma  mərasimində  iştirak  etmişdi. 

Dövlət  Neft  Fondunun  vəsaiti  hesabına  tikilmiş  və  üç  hektar 

ərazisi  olan  kompleksin  ikimərtəbəli  binasında  500  yerlik 

tribunaları olan idman salonu, habelə kiçik idman salonu, tre-

najor,  məşq  salonları,  beynəlxalq  standartlara  uyğun  2  min 

yerlik tribunaları olan futbol meydançası, voleybol və basketbol 

meydançaları,  30  nəfərlik  mehmanxanası  vardır.  Tikinti 

işlərində hər ay 100 nəfər çalışmışdır. 

Prezident İlham Əliyev komplekslə tanış oldu, burada yara-

dılan şəraitlə maraqlandı. 

Olimpiya  kompleksinin  açılışına  həsr  olunmuş  mərasim 

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlandı. 

Ağdam  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Həsən  Sarıyev, 

yunan-roma  güləşi  üzrə  Azərbaycan  yığma  komandasının  Baş 

məşqçisi  Elçin  Cəfərov  çıxış  etdilər.  Prezident  İlham  Əliyev 

mərasimdə nitq söylədi. 

 



 

157 


 

 

 



AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 

AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNİN 

AÇILIŞ MƏRASİMİNDƏ NİTQİ 

  

Ağdam rayonu 

 

17 yanvar 2008-ci il 

 

Əziz ağdamlılar! 



Əziz bacılar və qardaşlar! 

Mən sizin hamınızı ürəkdən salamlayıram, yenidən Ağdam 

rayonunda olmağımdan məmnunluq hissi keçirirəm. İki il bundan 

əvvəl biz sizinlə bərabər bu gözəl Olimpiya İdman Kompleksinin 

təməlini qoyduq və bu gün onun açılışında iştirak edirik. Bu çox 

əlamətdar bir hadisədir. Bu onu göstərir ki, bizim qəbul etdiyimiz 

bütün  qərarlar  vaxtında,  özü  də  böyük  peşəkarlıqla,  yüksək 

səviyyədə  yerinə  yetirilir.  Bu  Olimpiya  İdman  Kompleksi 

beynəlxalq  standartlara  cavab  verən  bir  idman  qurğusudur. 

Azərbaycanda  son  illər  ərzində  müxtəlif  bölgələrdə  olimpiya 

idman  kompleksləri  tikilmişdir.  Lakin  ilk  dəfədir  ki,  rayonlarda, 

kənddə  –  əslində  indi  qəsəbədir,  amma  biz  kompleksin  təməlini 

qoyanda Quzanlı kənd hesab olunurdu – belə möhtəşəm Olimpiya 

İdman Kompleksi tikilmişdir. Bu onu göstərir ki, bölgələrin inkişafı, 

Azərbaycanın  müxtəlif  yerlərində,  ən  ucqar  yerlərində  yaşayan 

insanların  şəraitinin  yaxşılaşdırılması  üçün,  müasir  infrastrukturun 

yaradılması  üçün  bütün  tədbirlər  görülür.  Biz  ölkəmizi  hərtərəfli 

inkişaf etdiririk. İstəyirik ki, bütün bölgələr inkişaf etsin və hər bir 

yerdə, hər bir rayonda, hər bir qəsəbədə bütün lazımi şərait olsun. 

Azərbaycanın idman şöhrəti yüksəklərdədir. Bu, artıq bütün 

dünya idman ailəsi tərəfindən qəbul edilir. Biz həm ölkəmizdə 

ən  böyük  beynəlxalq  yarışları  uğurla  keçiririk,  həm  də 

idmançılarımız bizi öz uğurları ilə sevindirirlər, bizim çox güclü 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə