İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə55/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   51   52   53   54   55   56   57   58   ...   121

 180 

İki  mərtəbədən  ibarət  və  müasir  görünüşə  malik  muzeyin 

birinci  mərtəbəsində  ulu  öndərin  büstü  qoyulmuşdur.  Burada 

konfrans salonu, kompyuter otağı, məktəblilər üçün sinif otaq-

ları  vardır.  Bildirildi  ki,  məktəblilər  muzeyə  gələrək,  ulu  ön-

dərin zəngin həyatı, fəaliyyəti və irsi ilə tanış olacaqlar. İkinci 

mərtəbədə eksponat salonu yerləşir.Yaradılmış xüsusi guşələrdə 

ulu  öndərin  uşaqlıq  və  gənclik  illərindən,  ailə  həyatından, 

Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illərdən, Azərbaycana 

rəhbərliyinin  hər  iki  dövründən  bəhs  edən  fotoşəkillər,  dahi 

şəxsiyyət  haqqında  yazılmış  kitablar  toplanmışdır.  Burada 

ümummilli  liderimizin  Qarabağ  bölgəsinə,  o  cümlədən  Ağca-

bədiyə 70-ci illərdə dörd dəfə, 1993-cü ildən sonra isə iki dəfə 

səfərinə,  keçirdiyi  görüşlərə  dair  fotoşəkillər  və  materiallarla 

da tanış olmaq mümkündür. 

Dövlətimizin  başçısı  muzeyin  ayrı-ayrı  guşələri  ilə  tanış 

oldu, Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. 

Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  ulu 

öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə 

baxdılar. 

Dövlətimizin  başçısına  ümummilli  lider  Heydər  Əliyevin 

Ağcabədiyə səfərlərini əks etdirən fotoalbom təqdim olundu. 

 

 



AĞCABƏDİDƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ 

MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ 

BİNASININ İSTİFADƏYƏ VERİLMƏSİ 

MƏRASİMİ 

 

Ağcabədi rayonu 



 

17 yanvar 2008-ci il  

 



 

181 


Yanvarın  17-də  Ağcabədi  şəhərində  şəhid  ailələri  və 

Qarabağ  müharibəsi  əlilləri  üçün  inşa  olunan  üçmərtəbəli,  24 

mənzilli bina istifadəyə verilmişdir. 

Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  bu 

münasibətlə keçirilən mərasimdə iştirak etdilər. 

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  rayonda  170 

şəhid ailəsi və 101 nəfər Qarabağ müharibəsi əlili var. Binada 

yaşayış  üçün  bütün  şərait  yaradılmış,  mənzillərin  hamısı 

telefonlaşdırılmışdır. Yeni mənzil alanların on ikisi şəhid ailəsi, 

on  ikisi  isə  Qarabağ  müharibəsi  əlilidir.  Prezidentin  tapşırığı 

ilə ötən il təməli qoyulmuş bina bir il ərzində inşa olunmuşdur. 

Bu  ilin  sonunadək  daha  iki  belə  binanın  istifadəyə  verilməsi 

nəzərdə tutulmuşdur. 

Prezident  İlham  Əliyev  mənzillərin  orderlərini  sahiblərinə 

təqdim etdi. 

R a m i l   N a ğ ı y e v (Birinci qrup Qarabağ müharibəsi 

əlili): Möhtərəm cənab Prezident, göstərilən bu yüksək qayğıya 

görə  Sizə  bütün  Qarabağ  əlilləri  və  şəhid  ailələrinin    adından 

dərin  minnətdarlığımızı  bildiririk  və  Uca  Tanrıdan  ulu 

öndərimizə qəni-qəni rəhmət diləyirik. Cənab Prezident, bu əziz 

gündə  bizə  hədiyyə  etdiyiniz  bu  gözəl  mənzillərdə  Sizi  bir 

stəkan çay içməyə dəvət edirik. 



İ l h a m   Ə l i y e v:  Sizi təbrik edirəm. Bu gözəl binada 

yaşayacaqsınız. Burada hər cür şərait var. Yaxşı, gözəl binadır, 

müasir qaydada tikilib, hər bir avadanlıq var. Televizor, telefon 

və  onları  qoymaq  üçün  xüsusi  stollar,  xalça,  tozsoran  –  hər  şey 

olmalıdır.  Siz  buna  layiqsiniz.  Siz  yaxınlarınızı  itirmisiniz,  əlil 

olmusunuz.  Azərbaycan  dövləti  sizə  bundan  sonra  da  həmişə 

diqqət  göstərəcəkdir.  Əgər  bu  ev  sizin  vəziyyətinizi bir  balaca 

yüngülləşdirirsə, hesab edirəm ki, bu, böyük işdir. 



S a k i n l ə r : Cənab Prezident, Allah Sizə dəyməsin. Azər-

baycan  xalqı  Sizin  arxanızdadır.  Tanrı  Sizdən  razı  olsun.  Çox 

sağ  olun.  Sizin  rəhbərliyinizlə  bayrağımızı  qaldıraraq 

müharibəyə getməyə hər an hazırıq. 




 182 

İ l h a m   Ə l i y e v: Bəli, lazım olarsa. Mən bu gün əsgərlər-

lə görüşmüşəm, döyüş mövqeyində olmuşam. Əhval-ruhiyyə çox 

yüksək  səviyyədədir.  Azərbaycan  güclənir,  imkanlar  artır  və 

bundan sonra da sizin üçün belə gözəl binalar tikiləcəkdir. Bütün 

şəhid ailələri, müharibə veteranları üçün biz daha da böyük işlər 

görməliyik. Bu binada xoşbəxt yaşayın. 



S a k i n l ə r: Allah Sizdən razı olsun. Siz ki bu təşəbbüsü 

elədiniz, Allah Sizə dəyməsin. 

 

* * * 


Sonra  prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva 

yeni mənzillərlə tanış oldular. Ağcabədidə ilk dəfə şəhid ailələri 

və Qarabağ müharibəsi veteranları üçün inşa olunan bu binada 

yaşayış  üçün  hər  cür  şərait  yaradılmışdır.  Hazırda  şəhid 

ailələri  və  Qarabağ  müharibəsi  veteranları  üçün  16  mənzilli 

daha bir bina tikilir. 

Dövlətimizin  başçısı  Qarabağ  müharibəsi  əlili  Ramil  Na-

ğıyevin ailəsinin qonağı oldu. 

R a m i l   N a ğ ı y e v: Ağcabədi veteranları adından, bütün 

şəhid  ailələrinin  üzvləri  adından,  Ağcabədi  gəncləri  adından 

Sizə  dərin  minnətdarlığımızı  bildiririk  və  yürütdüyünüz  çox 

düzgün,  uğurlu  siyasətə  görə  Sizinlə  fəxr  edirik  və  hər  zaman 

Sizin arxanızdayıq. 

İ l h a m   Ə l i y e v:  Çox sağ olun. Mən də çox şadam ki, 

Azərbaycan dövləti öz dəyərli insanları üçün belə gözəl binalar 

tikir və hədiyyə edir. Siz də burada xoşbəxt yaşayın. 

R a m i l   N a ğ ı y e v: Cənab Prezident, çox sağ olun. Bu 

ev  azmış  kimi,  bizə  üstəlik  hələ  əlavə  hədiyyələr  də  təqdim 

etmisiniz. 

İ l h a m   Ə l i y e v: Bəli, televizor, tozsoran, telefon, xalça 

və sair. 



Ş  a  h  i  n      M  ə  m m  ə  d  o  v  (Rayon İcra  Hakimiyyətinin 

başçısı):  Bəli,  televizoru  və  telefon  aparatını  qoymaq  üçün 

altlıqlar, eyni zamanda, ehtiyacı olanlara əlavə olaraq stol dəsti 

də hədiyyə verilibdir. 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə