107
ölkə daxilində proseslər çox uğurla gedir, ölkədə ictimai-siyasi
sabitlik tam bərqərar olunmuşdur. Xalqla iqtidar arasında birlik
tam şəkildə təmin olunmuşdur və bizim bütün işlərimizin
məqsədi, bütün amalımız xalqa xidmət etməkdir. Mən bu
vəzifəni icra edirəm və bundan sonra da öz səylərimi
əsirgəməyəcəyəm.
Azərbaycanın beynəlxalq, xarici müstəvidə olan mövqeləri
də möhkəmlənmişdir. 2007-ci ildə xarici ölkələrin dövlət və
hökumət başçılarının Azərbaycana səfərləri və mənim xarici
ölkələrə səfərlərim, eyni zamanda, beynəlxalq təşkilatlarla
uğurlu əməkdaşlığımız Azərbaycanın inkişafı üçün çox gözəl
şərait yaratmışdır. Biz daha da çox müttəfiqlər qazandıq, daha
da çox dost ölkələr qazandıq. Azərbaycanın ərazi bütövlüyü
bütün dünya ictimaiyyəti tərəfindən dəstəklənir və ikitərəfli
müstəvidə keçirdiyim bütün görüşlərdə və imzaladığım
sənədlərdə Azərbaycanın ərazi bütövlüyü prinsipi öz əksini
tapmışdır.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar
olsun ki, 2007-ci ildə öz həllini tapmadı. Amma günah bizdə deyil,
günah Ermənistanın qeyri-konstruktiv mövqeyindədir. Biz
danışıqlara hazırıq və bu danışıqları aparırıq. Baxmayaraq ki,
danışıqların hələ heç bir nəticəsi yoxdur. Sadəcə olaraq, biz
çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək, beynəlxalq hüquq
əsasında həll edək. Əfsuslar olsun, Ermənistan tərəfinin qeyri-
konstruktiv mövqeyi, işğalçı siyasəti imkan vermədi ki, biz 2007-
ci ildə bu məsələni həll edək.
Biz öz ərazi bütövlüyümüzü heç vaxt güzəştə getməyəcəyik.
Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, Dağlıq Qarabağa
heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan rəhbərliyi və
Azərbaycan xalqı heç vaxt bununla razı olmayacaqdır.
Beynəlxalq ictimaiyyət isə Dağlıq Qarabağın müstəqilliyini heç
vaxt tanımayacaqdır. Biz danışıqları bu istiqamətdə aparırıq.
Sizə deyə bilərəm ki, danışıqların əsas mahiyyəti ondan
ibarətdir ki, Azərbaycanın zəbt olunmuş bütün torpaqları
işğalçılardan azad edilsin, Azərbaycan vətəndaşları – məcburi
108
köçkünlər həmin torpaqlara qayıtsınlar, o cümlədən də Dağlıq
Qarabağa qayıtsınlar. Bu bizim prinsipial mövqeyimizdir və bu
mövqedən bir addım da geri çəkilməyəcəyik. Ermənistan bunu
nə qədər tez başa düşsə, onlar üçün bir o qədər yaxşıdır. Biz heç
vaxt imkan verə bilmərik ki, Azərbaycan torpağında ikinci
erməni dövləti yaradılsın. Əgər Dağlıq Qarabağda yaşayan
ermənilər öz müqəddəratını həll etmək istəyirlərsə, onu
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etsinlər, yaxud
da əgər bunu istəmirlərsə, onda Dağlıq Qarabağdan çıxıb başqa
yerdə özləri üçün ikinci dövlət yaratsınlar. Hər halda, Azər-
baycan torpağında ikinci erməni dövlətinin yaradılması qeyri-
mümkündür. Bizim prinsipial mövqeyimiz günü-gündən daha
da çox beynəlxalq dəstək qazanır. Eyni zamanda, bir daha
demək istəyirəm ki, biz danışıqlar prosesini bu istiqamətdə
davam etdirəcəyik.
Bununla yanaşı, ordu potensialımızı da gücləndiririk. Biz
danışıqlara sadiqik, danışıqlar prosesi gedir və hələ bir müddət
gedəcəkdir. Hələ ki, bizim ümidlərimiz tam tükənməyibdir.
Ancaq biz hər şeyə hazır olmalıyıq. Siz mənim bu barədə
mövqeyimi yaxşı bilirsiniz. Mən hər şeyi xalqa olduğu kimi
deyirəm.
Artıq bir neçə ildir ki, Azərbaycanın ordu potensialı daha da
çox artırılır. Artıq bir neçə ildir ki, hərbi xərclərə yüz
milyonlarla dollar yönəldilir. Bu il bizim hərbi xərclərimiz
təxminən 1 milyard dollar səviyyəsində idi. Gələn il bu, ən azı 1
milyard 200 milyon dollar səviyyəsində olacaqdır. Hər halda,
Azərbaycanın dövlət büdcəsində bu məbləğ nəzərdə
tutulmuşdur. Biz yeni silahlar alırıq, yeni avadanlıq alırıq,
ordumuzun peşəkarlığını yüksəldirik. Müdafiə sənayesi ya-
ratmışıq və artıq müdafiə sənayesi ordumuz üçün lazım olan
silah-sursatı istehsal edir. Deyə bilərəm ki, bu sənaye məxfi
xarakter daşıyır, ona görə ictimaiyyət bu barədə böyük bilgilərə
malik deyildir. Ancaq bilin ki, bu sahədə lazımi səviyyədə işlər
görülür və Azərbaycanın ordu potensialı möhkəmləndirilir. Biz
109
ordumuzu ona görə gücləndiririk ki, öz doğma torpaqlarımızı
işğalçılardan istənilən yolla azad etməyə hər an hazır olaq.
Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Bildiyiniz kimi, bu gün Dünya azərbaycanlılarının həm-
rəyliyi günüdür. Bu bayram bizim üçün çox əzizdir. Mən
əminəm ki, dünyada yaşayan bütün azərbaycanlılar 2008-ci ildə
daha da sıx birləşəcəklər. Azərbaycan dövləti buna nail olmaq
üçün əlindən gələni edir. Azərbaycanda keçirilən dünya
azərbaycanlılarının qurultayları, müxtəlif tədbirlər azərbay-
canlıların birləşməsinə xidmət göstərir. Azərbaycanlılar
müxtəlif ölkələrdə yaşayırlar, ancaq bizim hamımızın, bütün
azərbaycanlıların bir dövləti var – müstəqil Azərbaycan Res-
publikası. Bir Vətəni var – Azərbaycan. Biz öz doğma xal-
qımıza daha da böyük xidmət göstərməliyik, öz doğma döv-
lətimizi gücləndirməliyik. Mən əminəm ki, 2008-ci ildə bu
istiqamətdə işlər uğurla gedəcəkdir və biz güclü Azərbaycan
dövlətini yaradacağıq.
Əziz dostlar!
Əziz həmvətənlər, bacılar və qardaşlar!
Sizi qarşıdan gələn bayramlar münasibətilə bir daha təbrik
edirəm, sizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar
arzulayıram. Sağ olun.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 dekabr 2007-ci il
AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN
İCMASINA
Dostları ilə paylaş: |