İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə34/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   30   31   32   33   34   35   36   37   ...   121

 110 

Hörmətli həmvətənlər! 

Sizi  –  Azərbaycanın  bütün  xristian  icmasını  müqəddəs 

Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən 

səmimi arzularımı yetirirəm. 

Bu  gün  dünyada  tolerantlıq  örnəyi  kimi  tanınan  müstəqil 

Azərbaycan  Respublikasının  bütün  vətəndaşları  dilindən, 

dinindən,  etnik  mənsubiyyətindən  asılı  olmayaraq,  əsas  insan 

hüquq  və  azadlıqlarına,  o  cümlədən  vicdan  azadlığına 

malikdirlər.  Ölkəmizdə  yaşayan  müxtəlif  xalqlara  öz  milli-

mənəvi  dəyərlərini,  dini  etiqadını,  adət-ənənələrini  qoruyub 

saxlamaq,  dil  və  mədəniyyətini  inkişaf  etdirmək  üçün  demok-

ratik  şərait  təmin  edilmişdir.  Cəmiyyətimizin  mühüm  hissəsi 

olan xristian icması da yaradılmış bu imkanlardan geniş şəkildə 

faydalanır.  Məmnuniyyət  hissi  ilə  qeyd  etmək  istəyirəm  ki, 

onlar Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi həyatında 

yaxından  iştirak  edir,  respublikamızın  tərəqqisi  naminə  fəal 

vətəndaş mövqeyi göstərirlər. 

İsa  peyğəmbərin  mövludu  günü  kimi  əlamətdar  olan  mü-

barək  Milad  bayramı  yenilik,  əmin-amanlıq,  mərhəmət  və 

şəfqət  duyğularının  təntənəsini  təcəssüm  etdirir.  Qoy  bu  nurlu 

bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza 

firavanlıq gətirsin. 

 

Bayramınız mübarək olsun! 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 5 yanvar 2008-ci il 



 


 

111 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV  

«AKADEMİK ZƏRİFƏ ƏLİYEVA» GƏMİ-

BƏRƏSİNİN İSTİFADƏYƏ VERİLMƏSİ  

MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR  

 

8 yanvar 2008-ci il 

 

Yanvarın 8-də görkəmli oftalmoloq alim, akademik Zəri-

fə Əliyevanın adını daşıyan gəmi-bərə istifadəyə verilmişdir. 

Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak etmək 

üçün gəmi-bərənin yan aldığı Yaxt-kluba gəldi. 

Xəzər  Dəniz  Gəmiçiliyinin  rəisi  Aydın  Bəşirov  dövlətimizin 

başçısına  məlumat  verdi  ki,  gəmi-bərə  Xorvatiyanın  Ulyanik 

tərsanəsində  düzəldilmişdir.  Ən  müasir  naviqasiya  sisteminə 

malik, uzunluğu 154,5 metr, eni 17,5 metr olan gəmi-bərə dəmir-

yol  vaqonlarının  daşınması  üçün  nəzərdə  tutulmuşdur.  Tam 

yükgötürmə qabiliyyəti 5985 ton olan gəmi-bərəyə eyni vaxtda 52 

dəmiryol  vaqonu  yükləmək  mümkündür.  Bu,  Xəzər  Dəniz 

Gəmiçiliyində sayca 8-ci gəmi-bərədir və özündən əvvəlkilərdən 

yükgötürmə  qabiliyyətinin  çox  olmasına  görə  fərqlənir.  Əvvəlki 

gəmi-bərənin hər biri cəmi 28 vaqon götürə bilir. 

Gəmi-bərə  ilə  tanış  olan  prezident  İlham  Əliyevə  məlumat 

verildi  ki,  vaqonların  yerləşdirilməsi  üçün  ən  müasir metodlar 

tətbiq edilir. Burada uzaq məsafələrə daşınan vaqonların daha 

sıx  dayanması  üçün  xüsusi  qurğulardan  və  liftlərdən  istifadə 

olunur.  Dövlətimizin  başçısı  İlham  Əliyev  vaqonların  aşağı 

mərtəbəyə endirilməsi üçün istifadə edilən qaldırıcı qurğuya da 

baxdı. 

«Akademik  Zərifə  Əliyeva»  gəmi-bərəsi  Bakı–Tbilisi–Qars 

dəmir  yolu  layihəsi  çərçivəsində  istifadə  olunacaqdır.  Onunla 

Aktau və Türkmənbaşı limanlarına yük vaqonları daşınacaq və 


 112 

bu,  Xəzər  dənizində  yükdaşımaların  intensivliyinə  təsir 

göstərəcəkdir. 

Prezident  İlham  Əliyev  gəmi-bərənin  yuxarı  mərtəbəsindəki 

qayıq  göyərtəsində  də  oldu.  Bildirildi  ki,  bütün  ekstremal  vəziy-

yətlərə  hazır  olan  gəmidə  yüksək  təhlükəsizlik  sistemi  quraş-

dırılmış, xilasetmə qayıqları qoyulmuşdur. 

Dövlətimizin  başçısı  gəmi-bərədə  akademik  Zərifə  xanım 

Əliyevanın  xatirəsinə  yaradılan  muzeyə  də  baxdı.  Burada 

görkəmli  oftalmoloq  alimin  həyat  və  fəaliyyətinə  dair  foto-

şəkillər toplanmışdır. 

Məlumat  verildi  ki,  gəmidə  heyət  üzvlərinin  fəaliyyəti  və 

istirahəti  üçün  bütün  şərait  yaradılmışdır.  Azərbaycan  prezi-

denti müxtəlif otaqları gəzdi, kapitanın iş otağına baxdı. 

Sonra  kapitan  körpüsünə  gələn  prezident  İlham  Əliyev 

buradakı cihazlarla tanış oldu. Bildirildi ki, yüksək standartlara 

cavab  verən  avadanlıqların  quraşdırıldığı  kapitan  körpüsündə 

nadir  idarəetmə  mərkəzi  yaradılmış  və  bütün  sistem 

kompyuterləşdirilmişdir. Radarlar 200 kilometr radiusda bütün 

üzən  obyektlərin  koordinatlarını,  sürətini  və  istiqamətini 

müəyyən etməyə imkan verir. 

Prezident  İlham  Əliyev  gəmi-bərənin  istifadəyə  verilməsini 

bildirən  düyməni  basdı,  heyət  üzvlərinə  uğurlar  arzuladı, 

tapşırıq və tövsiyələrini verdi. 

 



 

113 


 

 

 



GÜRCÜSTAN RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB MİXEİL SAAKAŞVİLİYƏ 

 

Hörmətli Mixeil Nikolozoviç! 



Gürcüstanın  prezidenti  vəzifəsinə  yenidən  seçilməyiniz 

münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

Azərbaycan  və  Gürcüstanı  tarixən  möhkəm  dostluq, 

mehriban qonşuluq və qarşılıqlı dəstək telləri bağlayır. Bu gözəl 

ənənələr  hazırda  bizim  dövlətlərarası  münasibətlərimizin, 

strateji tərəfdaşlığımızın möhkəm əsasını təşkil edir. 

Əminəm  ki,  Azərbaycan–Gürcüstan  əməkdaşlığının  istər 

ikitərəfli  qaydada,  istərsə  də  beynəlxalq  və  regional  qurumlar 

çərçivəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsinə 

dair birgə səylərimiz bundan sonra da xalqlarımızın tərəqqisinə, 

regionda  sülhün,  sabitliyin  və  yüksəlişin  təmin  olunmasına 

kömək edəcəkdir. 

Hörmətli  Mixeil  Nikolozoviç,  Sizə  möhkəm  cansağlığı, 

xoşbəxtlik  və  qardaş  Gürcüstan  xalqının  rifahı  naminə  döv-

lətçilik fəaliyyətinizdə uğurlar diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 8 yanvar 2008-ci il 



 

 

 

 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə