İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə42/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   38   39   40   41   42   43   44   45   ...   121

 136 

2007-ci  ildə  biz  eyni  zamanda  gördük  ki,  öz  ərzaq  təhlü-

kəsizliyimizi  də  təmin  etməliyik.  Azərbaycan  iqtisadi  təhlükə-

sizliyini, enerji təhlükəsizliyini təmin edibdir və başqa ölkələrin 

enerji  təhlükəsizliyində  iştirak  edir.  Ərzaq  təhlükəsizliyi  də 

ondan  az  əhəmiyyət  daşımayan  sahədir.  Xüsusilə  biz  görəndə 

ki,  dünyada  ərzaq  məhsullarının  qiymətləri  qalxır  və  bu,  istər-

istəməz  bizim  istehlak  bazarımıza  mənfi  təsir  göstərir. 

Bildiyiniz  kimi,  qəbul  edilmiş  bütün  qərarlar,  tədbirlər  ona 

xidmət  edir  ki,  Azərbaycanda  kənd  təsərrüfatı  daha  da  inkişaf 

etsin.  Hər  bir  kəndliyə  dotasiya  verilir.  Biz  2007-ci  ildə  bu 

məqsədlərə  80  milyon  manat  vəsait  nəzərdə  tutmuşduq  və  bu 

vəsait paylanılıbdır. Elədirmi? 

İ s m ə t   A b a s o v (Kənd Təsərrüfatı naziri): Bəli, keçən il 

üçün  ayrılan  vəsait  paylanılmışdır.  Növbəti  il  üçün  yenidən  80 

milyon  manat  nəzərdə  tutulmuşdur.  40  milyon  manat  «Aq-

rolizinq»  Səhmdar  Cəmiyyətinə  nəzərdə  tutulmuşdur,  5  milyon 

manat  isə  «Aqrokredit»  Agentliyi  vasitəsilə  kredit  şəklində 

veriləcəkdir. 



İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Bundan  başqa,  taxıl  əkən  hər  bir 

fermerə hər hektar üçün 40 manat dotasiya verilir. 



İ s m ə t   A b a s o v: Bəli, cənab Prezident, Sizin göstə-

rişinizlə  buğda  istehsalçılarına  əlavə  olaraq  40  manat  vəsait 

verildi. Hazırda keçən ilin müvafiq dövrünə nisbətən təxminən 

127 min hektar əlavə buğda əkini aparılmışdır. Bu da təxminən 

300 min ton əlavə buğdanın olacağını göstərir. 

İ l h a m   Ə l i y e v: Beləliklə, 2008-ci ildə bu sahəyə daha 

da böyük diqqət göstərməliyik. Bizim gözəl imkanlarımız, təbii 

şəraitimiz,  iqlimimiz  var.  Azərbaycanda,  demək  olar  ki,  bütün 

kənd  təsərrüfatı  məhsulları  yetişdirilir.  Buraya  dövlət  xətti  ilə 

daha da böyük vəsait qoymalıyıq. 

Eyni  zamanda,  biz  meliorasiya  sahəsinə  əlavə  vəsaitlərin 

qoyulmasını  təmin  etməliyik.  İndi  bu  proses  gedir  və  Samur–

Abşeron  kanalı  tikilir.  Taxtakörpü  su  anbarının  tikintisinə 

başlanmışdır  və  başqa  layihələr  icra  olunmalıdır.  Biz  növbəti 

illərdə  bu  sahəyə  böyük  diqqət  göstərməliyik.  Bu  həm  kənd 




 

137 


təsərrüfatının  inkişafına  xidmət  göstərəcək,  həm  məşğulluğu 

artıracaq  və  həm  də  bütövlükdə  ölkəmizin  inkişafı  üçün  çox 

vacib olan sahədir. İndi bizim maliyyə imkanlarımız var, sadəcə 

olaraq, yaxşı proqramlar, layihələr hazırlanmalıdır və biz onlara 

vəsait ayırmalıyıq. 

Energetika sahəsində nəzərdə tutulmuş əsas layihələr, demək 

olar  ki,  ya  başa  çatıb,  yaxud  da  yaxın  2-3  il  ərzində  başa 

çatacaqdır.  Biz  son  üç  il  ərzində  təxminən  700  meqavat  əlavə 

enerji  gücü  yaratdıq.  Bu  bizə  imkan  verir  ki,  artıq  ölkəmizi 

elektrik  enerjisi  ilə  tam  şəkildə  təmin  edək.  Növbəti  üç  il 

ərzində Azərbaycanda bir neçə elektrik stansiyasının tikintisi və 

yenidən  qurulması  nəzərdə  tutulur  və  bu  işlərin  nəticəsində  3 

min meqavat enerji gücü yaranacaqdır. 

Bu,  Azərbaycanın  bundan  sonra  uzun  illər  ərzində  elektrik 

enerjisi  ilə  təminatını  təmin  edəcək  və  gələcəkdə  biz  elektrik 

enerjisini xarici ölkələrə də ixrac edə bilərik. 

Bizim  iqtisadiyyatımız  artır,  əhali  artır,  yeni  müəssisələr, 

fabriklər,  zavodlar  tikilir,  elektrik  enerjisinə  olan  tələbat  artır. 

Biz  buna  hazır  olmalıyıq  və  bütün  tədbirləri  əvvəldən 

görməliyik.  Yəni  mən  hesab  edirəm  ki,  bu  sahədə  qəbul 

olunmuş  proqramlar  energetika  sektorunu  artıq  tam  şəkildə 

təmin  edəcəkdir.  Vəsait  də  var,  maliyyə  mənbələri  də  var  və 

elektrik stansiyaları tikilir, elektrik xətləri çəkilir və bu sahədə 

artıq tam qayda-qanun yaradılacaqdır. 

Əhalini qazla təmin etmək üçün 2008-ci ildə əlavə tədbirlər 

görülməlidir.  Bizim  hələ  iki  rayonumuz  –  Ağcabədi  və 

Beyləqan rayonları obyektiv səbəblərə görə təbii qaz almır. Bu 

ilin  əvvəlində  Ağcabədi  rayonuna  qaz  veriləcək  və  ilin  birinci 

yarısına qədər Beyləqan rayonuna da təbii qazın verilməsi bərpa 

olunacaqdır.  Beləliklə,  Azərbaycanın  bütün  rayonları  qazla 

təmin  ediləcəkdir.  Hələ  deyə  bilmərik  ki,  bütün  kəndlər  qazla 

təmin  olunubdur.  Bəzi  yerlərdə  heç  qaz  xətləri  olmayıb,  bəzi 

yerlərdə bu, böyük çətinliklərlə bağlıdır. 

Ancaq deyə bilərəm ki, indi Azərbaycan əhalisinin təxminən 

80  faizə  yaxını  təbii  qaz  alır  və  bu,  dünya  miqyasında,  bizim 



 138 

bölgədə,  MDB  məkanında  kifayət  qədər  böyük  göstəricidir. 

Bizdən daha böyük həcmdə qaz hasil və ixrac edən ölkələrdə bu 

rəqəm 50–60 faiz səviyyəsindədir. Bizdə 75–80 faizdir. Nəzərə 

alsaq ki, bizim böyük qaz  ehtiyatlarımız var, qaz hasilatı artır, 

çalışmalıyıq  ki,  Azərbaycan  vətəndaşlarını  təbii  qazla 

maksimum  dərəcədə  təmin  edək.  Həm  «Şahdəniz»  yatağından 

hasilat, həm də Dövlət Neft Şirkəti tərəfindən görülən tədbirlər 

və qoyulan investisiyalar nəticəsində, demək olar ki, qaz təhvili 

iki dəfə artıbdır. Biz ilk növbədə, maksimum dərəcədə özümüzü 

təmin  etməliyik  və  əlbəttə,  bununla  bərabər,  qaz  ixrac  edən 

ölkəyə  çevrilmişik.  Bundan  da  böyük  iqtisadi  və  siyasi  divi-

dentlər götürəcəyik. 

Mən  elektrik  enerjisi  ilə  bağlı  bir  məsələyə  də  toxunmaq 

istəyirəm.  Bildiyiniz  kimi,  13  il  ərzində blokadada  yaşayan  və 

qazdan  məhrum  olan  Naxçıvanı  biz  bu  yaxınlarda  təbii  qazla 

təmin etdik. İran İslam Respublikası ilə bağlanmış müqaviləyə 

əsasən,  mübadilə  yolu  ilə  biz  buna  nail  ola  bilmişik.  Biz 

Astaradan  İrana  qaz  veririk,  İrandan  isə  Naxçıvana  qaz  alırıq. 

Naxçıvanda təxminən 90 meqavat gücündə modul tipli elektrik 

stansiyası  tikilibdir.  Son  günlərə  qədər  Naxçıvanın  təbii  qazla 

və elektrik enerjisi ilə təminatında heç bir problem olmamışdır. 

Demək olar ki, bütün muxtar respublika elektrik enerjisi ilə tam 

şəkildə  təmin  olunur  və  qaz  xətlərinin  çəkilişi  nəticəsində 

əhalinin təxminən 90 faizə yaxını təbii qaz alır. Elədirmi? 

Ə l i x a n   M ə l i k o v («Azəriqaz» Səhmdar Cəmiyyətinin 

sədri):  Bəli,  cənab  Prezident,  hazırda  Naxçıvan  əhalisinin  90 

faizi təbii qaz alır. 



İ l h a m   Ə l i y e v: Alırlar? 

Ə l i x a n   M ə l i k o v: Bəli. 

İ l h a m   Ə l i y e v: Amma bildiyiniz kimi, havanın pisləş-

məsi ilə əlaqədar qonşu İranda da müəyyən problem yarandı və 

İrandan  Naxçıvana  qazın  verilməsi  dayandırıldı.  Ondan  sonra 

bərpa  olundu,  amma  lazım  olan  səviyyədə  verilmir.  Biz  bunu 

araşdırdıq  və  görürük  ki,  bunun  texniki  səbəbləri  var.  Ancaq 

bununla  bərabər,  biz  görürük  ki,  Naxçıvan  əhalisi  bu 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə