İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə40/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   36   37   38   39   40   41   42   43   ...   121

 130 

Cəmiyyətinin sədri Cavid Qurbanov rəhbərlik edir. Demək olar 

ki, hava haqqında məlumatı aldıqdan dərhal sonra qışa hazırlıq 

planına  uyğun  olaraq,  biz  texnikaların  və  müvafiq  avadanlığın 

səfərbər edilməsi barədə lazımi işlərin görülməsinə başladıq. 

Həqiqətən  də,  respublikada  son  bir  neçə  onilliklər  ərzində 

görünməyən  bu  qar  nəqliyyatın  hərəkətində  müəyyən  prob-

lemlər  və  çətinliklər  yaratmışdır.  Amma  bütün bunlara  baxma-

yaraq,  755  ədəd  texnika  və  avadanlıq  səfərbər  edilmiş  və 

respublikanın,  demək  olar,  bütün  ərazilərində  və  xüsusilə  baş 

magistral yolların və şəhər daxilində mövcud olan əsas yolların 

təmizlənməsinə cəlb edilmişdir. Texnikanın idarə edilməsi, eyni 

zamanda, yardımçı işlərin həyata keçirilməsi üçün 5 minə qədər 

işçi qüvvəsi səfərbər olunmuşdur. Cənab Prezident, diqqətinizə 

çatdırmaq istəyirəm ki, 157 avtoqreyderdən 32-si, 437 yükünü 

özü boşaldan avtomobildən 137-si, 90 ədəd yükləyici ekskava-

tordan  30-u  Bakı  şəhərində  işləyir.  Bakı  şəhərində  31  ədəd 

qumsəpən maşın və təxminən 2500-dən artıq işçi qüvvəsi cəlb 

edilmişdir. 

Görülən tədbirlər nəticəsində, qeyd etdiyiniz kimi, həqiqətən 

də  həyat  üçün  zəruri  olan  əsas  baş  magistral  yollar 

təmizlənmişdir.  Amma  şübhəsiz  ki,  istənilən  nəticəyə  nail 

olunmayıbdır. Çünki şaxta olduğundan hər yer buz bağlayıbdır. 

Qar yağan zaman biz həm qarı təmizləyir, həm də yollara qum 

qarışıq duz səpirdik. Bəzən bu, istənilən nəticəni vermirdi. Ona 

görə  ki,  qum,  duz  səpiləndən  sonra  onun  üstünü  yenidən  qar 

örtürdü  və  yenidən  yolları  təmizləmək  məcburiyyətində 

qalırdıq. 

Demək  istəyirəm  ki,  Bakı  şəhərində  həqiqətən  əsas  küçələr 

təmizlənibdir. Bu işlərin görülməsində biz uzun illərdir ilk dəfə 

olaraq, əlaqədar qurumlarla  – Daxili İşlər Nazirliyi, Fövqəladə 

Hallar  Nazirliyi  və  Bakı  Şəhər  İcra  Hakimiyyətinin  rəhbərliyi 

ilə birgə işləyirik. Eyni zamanda, özəl sektordan da imkanlarını 

səfərbər  etməyi  xahiş  etdik.  Deyərdim  ki,  hamı  böyük  məm-

nuniyyətlə bu işə qoşuldu və təbiətin yaratdığı bu problemlərlə 

birgə mübarizə aparırıq. 




 

131 


Buz  yolların  bəzi  hissələrini  bağlayıb  texnika  vasitəsilə 

yolları  təmizləyərkən  həm  də  ehtiyatla  hərəkət  edirik.  Çünki 

qreyderlər  buzu  təmizləyən  zaman  yolları  sıradan  çıxara  bilər. 

Ona görə də biz ehtiyatla işləyirik. Amma Sizi tam əmin etmək 

istəyirəm  ki,  biz  eyni  zamanda,  yardımçı  yollarda  da  işlər 

görmüşük.  Bakı  şəhərində  insanlar  bunları  görürlər.  Təkcə 

magistral  yollarda  deyil,  eyni  zamanda,  yardımçı  yollarda  çox 

böyük  tədbirlər  həyata  keçirilibdir.  Əlbəttə,  Bakı  şəhərində 

müəyyən  problemlər  yaransa  da,    nəqliyyatın  tam  dayanması 

olmayıbdır.  Bəzi  mətbuat  orqanlarında  yazıldığı  kimi,  heç  də 

Bakıda,  respublikada  nəqliyyat  iflic  olmayıbdır.  Əlbəttə  ki, 

məhdudiyyətlər olub, amma biz tədbirlərimizi bu gün də davam 

etdiririk.  Cənab  Prezident,  Sizi  əmin  edirik  ki,  mövcud  olan 

bütün texnika və işçi qüvvələri bu işə səfərbər olunub və bütün 

bu proses nəzarətimiz altındadır. 

İ l h a m   Ə l i y e v: Fövqəladə Hallar naziri. 

K ə m a l ə d d i n   H e y d ə r o v (Fövqəladə Hallar nazi-

ri): Möhtərəm cənab Prezident, biz xüsusən yollara çox texnika 

çıxara  bilmədik.  Çünki  bizim  cəmi  4  qartəmizləyən  texnikamız 

var, onlardan biri hazırda Naxçıvan Muxtar  Respublikasındadır. 

Bakı Şəhər İcra Hakimiyyətinin və Nəqliyyat Nazirliyinin texniki 

imkanlarından  istifadə  etməklə  yanaşı,  biz  canlı  qüvvənin  də 

köməyi  ilə  Bakı  şəhərində  olan  səkilərin  təmizlənməsində 

iştirak  etmişik.  İlk  gündən  başlayaraq  xəstəxanaların,  doğum 

evlərinin,  çörək  bişirən  sexlərin  və  çörək  mağazalarının 

ətrafında xüsusi iş aparmışıq ki, əhaliyə ərzağın çatdırılmasında 

ləngimələr  olmasın.  Möhtərəm  cənab  Prezident,  dünəndən 

başlayaraq,  biz  yeni  ayırdığımız  yanğınsöndürmə  texnikası 

vasitəsilə  bəzi  binaların  damlarından  sallanan  buzları 

təmizləməyə başlamışıq. Çünki bu buzlar böyük təhlükə törədə 

bilər.  Biz  yanvarın  6-dan  Nəqliyyat  Nazirliyinin,  Daxili  İşlər 

Nazirliyinin  qüvvələri  ilə  birgə  döngələrdə  qartəmizləmə 

işlərinə başlamışıq.  Siz  qeyd  etdiyiniz  kimi,  uzun  illərdir  hava 

bu  qədər  soyuq  keçməmişdi.  Ona  görə  də  hər  gün  qrafik  üzrə 

bizim canlı qüvvəmiz və mövcud texnikamız yollarda işləyir. 




 132 

İ l h a m   Ə l i y e v: Keçən illərlə müqayisədə, əlbəttə ki, 

bu  il  bu  sahədə  daha  böyük  işlər  görülübdür.  Amma  o  da 

həqiqətdir  ki,  bu  il  qış  daha  da  sərt  keçir.  Əvvəllər  iki-üç 

gündən  sonra  buz  əriyir  və  vəziyyət  normallaşırdı.  Amma 

baxmayaraq  ki,  bu  qədər  texnika  alınıb  və  bütün  qüvvələr  – 

Bakı  Şəhər  İcra  Hakimiyyəti,  Nəqliyyat  Nazirliyi,  Fövqəladə 

Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi səfərbər olunub, yenə də 

bu problem var. Yəni bu, təbii bir vəziyyətdir. Nəzərə almalıyıq 

ki,  hava  proqnozu  hələ  1-2  gün  eyni  olacaqdır.  Proqnoz 

təxminən bu səviyyədə olacaq? 



H ü s e y n q u l u   B a ğ ı r o v (Ekologiya və Təbii Sərvət-

lər  naziri):  Möhtərəm  cənab  Prezident,  hələ  bu  günün  ikinci 

yarısında  havanın  yenidən  tutulması,  axşam  saatlarında  arabir 

bəzi yerlərdə az qar yağması ehtimalı var. Bu gün səhər saat 4-

dən 8-dək olan məlumata görə, Bakıda bəzi yerlərdə 1-2 milli-

metrə qədər qar yağmışdır. Biləcəridə və Pirallahı adasında sulu 

qar  müşahidə  olunur.  Günün  ikinci  yarısında  havanın 

temperaturunun  –3  dərəcə  həddində  olacağı  gözlənilir,  buz 

bağlamaq ehtimalı da var. Yanvarın 12-13-də gözlənilir ki, hava 

buludlu  olacaq,  arabir  açılacaqdır.  Yağıntının  kəsilməsi 

gözlənilir. Düzdür, bəzi yerlərdə az qar yağması ehtimalı yenə 

də  qalır.  Amma  ayın  14-dən  tədricən  temperatur  yüksəlməyə 

başlayacaq  və  gündüz  1–3  dərəcə  təşkil  edəcəkdir.  Sonrakı 

günlərdə isə 5 dərəcəyə qədər istilik gözlənilir. 

İ l h a m   Ə l i y e v: Hər halda, iki-üç gün belə hava şəraiti 

davam  edəcəkdir.  Ona  görə  siz  bütün  gücləri  səfərbər  edin, 

gücləndirilmiş  iş  rejimində  işləyin  və  çalışın  ki,  bu  vəziyyəti 

maksimum dərəcədə aradan qaldıraq. 

O ki qaldı 2008-ci ilə olan vəzifələrə, mən hesab edirəm, bu 

vaxta  qədər  görülmüş  işlər,  aparılmış  və  başlanmış  islahatlar 

imkan  verəcək  ki,  bu  il  də  Azərbaycan  iqtisadiyyatı  öz 

inkişafını uğurla davam etdirsin. 

İqtisadi  sahədə  ən  çox  fikir,  diqqət  yetirdiyimiz  sahə  ba-

halaşma  və  inflyasiyadır.  Burada  səsləndi  ki,  2007-ci  ildə 

Azərbaycanda  inflyasiya  16  faizdən  çox  olmuşdur.  Bu  çox 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə