İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə48/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   44   45   46   47   48   49   50   51   ...   121

 158 

idman potensialımız var, gənc nəsil yetişir. O cümlədən Ağdam 

rayonundan  olan  idmançılar  həmişə  Azərbaycanın  idman 

şöhrətini yüksəklərə qaldırmışlar. Ağdamın çox gözəl və güclü 

idman  məktəbi  olmuşdur  və  indi  də  var.  Bu  gün  burada  çıxış 

edən  Elçin  Cəfərov  sizin  yerlinizdir  və  o,  milli  komandaya 

başçılıq  edir.  O  milli  komandaya  ki,  bu  idman  növündə  bizim 

olimpiya  və  dünya  çempionu  medallarımız  var,  qızıl 

medallarımız var. Ona görə rayonun infrastrukturunun inkişafı, o 

cümlədən  idman  imkanlarının  genişlənməsi,  əlbəttə  ki,  bizi  bu 

idman kompleksini tikməyə vadar etmişdir. Təkcə buna görə yox, 

eyni  zamanda,  mən  hesab  edirdim  ki,  Ağdamda  mütləq  gözəl 

Olimpiya  İdman  Kompleksi  tikilməlidir.  Rayonun  əksər  hissəsi 

işğal altındadır və Quzanlı müvəqqəti olaraq Ağdam rayonunun 

mərkəzinə  çevrilmişdir.  Quzanlının  statusunun  qaldırılması,  ona 

qəsəbə  statusunun  verilməsi,  bu  qəsəbənin  inkişafına  əlavə 

vəsaitin  ayrılması,  idman  kompleksinin  tikilməsi  o  məqsədi 

güdürdü  ki,  müvəqqəti  olaraq  Ağdam  rayonunun  mərkəzi  kimi, 

Quzanlı  qəsəbəsi  inkişaf  etsin,  abadlaşsın.  Gələcəkdə  qəsəbənin 

və  digər  kəndlərin  inkişafı  üçün  lazımi  tədbirlər  görüləcəkdir. 

Mən Ağdam rayonunun inkişafı üçün əlavə vəsait ayıracağam və 

o  vəsaitdən  istifadə  edilməklə  rayonun  problemləri  həll 

olunacaqdır. 

Mən keçən dəfə burada olarkən demişdim və bu gün yenə də 

demək  istəyirəm  ki,  Ağdam  rayonuna  biz  xüsusi  diqqət 

göstərməliyik.  Rayonun  həmişə  böyük  potensialı  olubdur. 

Ancaq  indi  rayonun  əksər  hissəsində  bütün  binalar,  bütün 

infrastruktur  dağıdılıb,  erməni  talançıları  tərəfindən  bütün 

əmlak  oğurlanıb  aparılıbdır.  Bunu  həm  biz  bilirik,  həm  də 

beynəlxalq  ictimaiyyət  bilir.  ATƏT-in  faktaraşdırıcı  missiyası 

iki  il  bundan  əvvəl  bölgəyə  səfər  etmişdir  və  o  missiyanın 

məruzəsində bütün bu acınacaqlı həqiqətlər öz əksini tapmışdır. 

Erməni  vandalları  tərəfindən  şəhər,  demək  olar  ki,  tamamilə 

dağıdılmışdır.  Orada  bir  dənə  salamat  bina  qalmayıb  və 

insanların  bütün  əmlakı,  bizim  maddi  və  mənəvi  irsimizin 

inciləri aparılmışdır. 




 

159 


Biz  öz  ərazi  bütövlüyümüzü  bərpa  edəcəyik,  mən  buna 

şübhə  etmirəm.  Ondan  sonra  yeni  şəhərlər  tikəcəyik,  yeni 

qəsəbələr,  kəndlər  tikəcəyik.  Ancaq  hələ  ki,  biz  müvəqqəti 

olaraq  burada  məskunlaşan  insanların  həyat  səviyyəsini 

qaldırmalıyıq.  Bildiyiniz  kimi,  bu  məqsədlə  qaçqınların  və 

məcburi  köçkünlərin  yaşayış  səviyyəsinin  yaxşılaşdırılması  və 

məşğulluğunun artırılması istiqamətində qəbul edilmiş qərarlar, 

sərəncamlar  bu  gün  çox  uğurla  icra  edilir. Keçən  ilin  sonunda 

əvvəllər  qəbul  edilmiş  proqramlara  əlavələr  göstərir  ki, 

proqramın əsas hissəsi icra olunubdur. Hər il bu məqsədlərə yüz 

milyonlarla  manat  vəsait  sərf  edilir,  yeni  qəsəbələr,  yeni 

şəhərciklər salınır. Burada icra hakimiyyəti başçısının çıxışında 

qeyd  olundu  ki,  təkcə  Ağdam  rayonunda  12  qəsəbə  salınıbdır. 

Mənə  verilən  məlumata  görə,  indi  Ağdam  rayonunun  işğaldan 

azad  olunmuş  yerlərində  86  min  insan  yaşayır.  Bu,  rayon 

əhalisinin,  demək  olar  ki,  yarısıdır.  Yəni  biz  buna  müvəqqəti 

olaraq  nail  ola  bilmişik.  İnsanları  normal  şəraitlə  təmin  edə 

bilmişik  və  burada  salınan  qəsəbələr,  digər  bölgələrdə  – 

Füzulidə,  başqa  yerlərdə  salinan  qəsəbələr  bizim  siyasətimizi 

əks etdirir. 

Mən  2003-cü  ilin  payızında  prezident  seçkiləri  ərəfəsində 

söz  vermişdim  ki,  Azərbaycanda  bir  dənə  də  çadır  şəhərciyi 

qalmayacaqdır.  İndi  deyə  bilərəm  ki,  biz  bu  məqsədə  4  il 

ərzində  nail  olduq.  Sonuncu  çadır  şəhərcikləri  ləğv  edilibdir. 

Onların  əvəzində  yeni,  gözəl  qəsəbələr  tikilibdir,  məktəblər, 

tibb  məntəqələri,  uşaq  bağçaları,  bütün  infrastruktur  var, 

elektrik  xətləri  çəkilibdir.  İndi  Ağdam  rayonuna  təbii  qazın 

verilməsi  məsələsi  də  həll  olunur.  Bu  gün  Ağcabədiyə  uzun 

fasilədən sonra ilk dəfə qazın verilməsi bərpa ediləcəkdir. Sonra 

o  xətdən  Ağdam  rayonuna  yeni  xətt  çəkiləcək  və  bu  rayon  da 

təbii qazla təmin olunacaqdır. 

Bir  sözlə,  məcburi  köçkünlərin  yaşayış  səviyyəsinin 

yaxşılaşdırılması  Azərbaycan  dövlətinin  əsas  prioritet  məsə-

ləsidir  və  bu  məqsədlərə  böyük  vəsait  ayırırıq.  Bu  məqsədlər 

üçün  biz  müvafiq  proqramlar  qəbul  etmişik,  16  fərman  və 



 160 

sərəncam  imzalanmışdır.  Bütün  bu  fərman  və  sərəncamlar 

əməli-praktik işlərin görülməsi üçün əsasdır. Qəbul edilmiş hər 

bir  qərar  ona  gətirib  çıxaracaq  ki,  insanların  həyat  səviyyəsi 

yaxşılaşacaqdır.  Bizim  qəbul  etdiyimiz  qərarlar,  imzaladığımız 

sərəncamlar  şüar  xarakteri  daşımır.  Onlar  əməli-praktik 

tədbirlərin həyata keçirilməsini nəzərdə tutur və biz bunu edirik. 

Hesab  edirəm  ki,  qısa  müddət  ərzində  Azərbaycanda  çadır 

şəhərciklərinin ləğvi çox böyük nailiyyətdir. 

2007–2011-ci illərdə Dövlət Proqramına əlavələrlə əlaqədar 

500  milyon  manat  həcmində  vəsaitin  xərclənməsi  nəzərdə 

tutulur.  Yeni  qəsəbələr  tikiləcək,  fin  tipli  qəsəbələrdə  yaşayan 

soydaşlarımız,  hərbi  hissələrin  ərazilərində  yaşayanlar, 

məktəblərdə,  yararsız  vəziyyətdə  olan  binalarda  yaşayan 

soydaşlarımız  müasir,  gözəl  qəsəbələrə  köçürüləcək  və  onların 

məişət problemləri öz həllini tapacaqdır. Beləliklə, o proqramın 

icrası  nəticəsində  ən  azı  220  min,  bəlkə  ondan  da  çox  insan, 

məcburi  köçkün  normal  yaşayış  imkanları  ilə  təmin 

olunacaqdır.  Əlbəttə  ki,  bu  proqramlar  böyük  vəsait  tələb  edir 

və Azərbaycan indi inkişaf edən ölkədir. Amma hələ ki, bizim 

başqa  sahələrdə  böyük  ehtiyaclarımız  var  –  iqtisadi  inkişafa, 

sənaye potensialının inkişafına, ölkənin təhlükəsizliyinin təmin 

olunmasına,  ordu  quruculuğuna  böyük  vəsaitin  ayrılması 

lazımdır.  Ancaq  bununla  bərabər,  biz  ilk  növbədə,  sosial 

məsələlərə  də  mütləq  və  mütləq  diqqət  yetirməliyik.  Mən  çox 

şadam  ki,  bu  istiqamətdə  bizim  gördüyümüz  işlər  çox 

müsbətdir,  göz  qabağındadır.  Nə  ediriksə,  insanlar  bunların 

hamısının nəticəsini görə bilir, bundan istifadə edə bilirlər. Mən 

əminəm  ki,  belə  olan  halda,  ardıcıl,  məqsədyönlü  siyasət 

nəticəsində biz çətin vəziyyətdə yaşayan soydaşlarımızın həyat 

səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağıq. 

Ancaq o da həqiqətdir ki, bütün bu tədbirlər müvəqqəti xarakter 

daşıyır. Əlbəttə, bizim siyasətimiz – Ağdamdan və Füzulidən olan 

məcburi  köçkünləri  ilk  növbədə  o  rayonların  ərazisində 

yerləşdirmək,  hesab  edirəm  ki,  düzgün  siyasətdir  və  biz  bu 

məsələni  artıq  indidən  həll  edirik.  Amma  əsas  məsələlər,  əsas 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə