142
zavodlarımız işləyir. Sən də direktor olmusan, yaxşı bilirsən.
Amma onlar hələ ki, tam, yəni dünya səviyyəsində məhsul
buraxmır. Baxmayaraq ki yenidənqurma işləri aparılıb və bəzi
məhsullar dünya səviyyəsinə çatdırılıbdır. Amma onlar çoxdan
tikilib, ekoloji cəhətdən havanı korlayır.
Azərbaycanda yeni, müasir neft kimyası kompleksi tikil-
məlidir. Beləliklə, biz həm neftimizi, həm də qazımızı daha
səmərəli şəkildə emal edib dünya bazarlarına çatdıracağıq. Bu
həm məşğulluqdur, iş yerləridir, həm sənaye potensialıdır, həm
də yenilikdir, müasirlikdir. Bilirsiniz ki, Avropada indi meyarlar
çox güclənib, çox sərtləşibdir. Bizdə istehsal olunan dizel
yanacağı, yaxud da kerosin ilə gələcəkdə dünya bazarına
çıxmaq mümkün olmayacaqdır. Belə olsa, biz yalnız xam nefti
satacağıq. O da bir yoldur, amma mən hesab etmirəm ki, bu
bizim üçün əsas yoldur. Xam neft öz yerində, amma biz neft
məhsulları bazarını da itirməməliyik. Nəzərə alın ki, indi biz
müxtəlif ölkələrdə – həm qonşu ölkələrdə, həm də Avropada
neft məhsullarının satışı ilə də məşğul olmaq istəyirik. Ona görə
2008-ci ildə bu sahədə konkret tədbirləri hazırlayın və məruzə
edərsiniz.
Bir sözlə, sənaye potensialının artımı bizim prioritet
məsələmiz olmalıdır. 2008-ci ildə başqa sahələrdə də işlər qəbul
edilmiş proqramlar əsasında gedəcəkdir. Nəqliyyat sektorunda
həm magistral yollar, həm Bakının yolları, həm də körpülər, yol
qovşaqları – bütün bunlar proqramda var. Biz onu Dövlət
İnvestisiya Proqramına da salacağıq. Elə etməliyik ki, bütün yol
infrastrukturu ən yüksək səviyyədə olsun, dünya standartlarına
cavab versin. Həm mövcud yolları yenidən qurmalı, həm də
mövcud olmayan, yeni şəhərlərarası yollar salmalıyıq ki, yol
hərəkəti daha da rahat olsun.
2008-ci ildə də ekologiya məsələlərinə diqqət göstəriləcək,
vəsait ayrılacaqdır. Biz böyük ekoloji proqram qəbul etdik. O,
artıq icra olunmağa başlamışdır. Mən görürəm, artıq Bibi-
heybətdə birinci işlərə başlanmışdır. Mən o məsələni Dövlət
Neft Şirkətinin qarşısında qoydum ki, Bibiheybət buxtasını və
143
orada olan çirklənmiş bütün əraziləri siz təmizləməlisiniz. Onlar
da mənə söz vermişdilər ki, oranı gözəl bir parka çevirəcəklər.
Elədir?
R ö v n ə q A b d u l l a y e v: Bəli, cənab Prezident. May
ayınadək bu məsələ həll ediləcək.
İ l h a m Ə l i y e v: Ora Bakının neftlə çirklənmiş əsas
yerlərindəndir. Həm görüntü baxımından, həm də ekologiya
baxımından çox mənfi təsiri olan bir yerdir. Amma tarixi bir
yerdir. Azərbaycanın neft tarixi həm də oradan başlanmışdır.
Ona görə biz o yeri abadlaşdırmalıyıq, orada gözəl parklar
salınacaqdır. İndi belə bərbad vəziyyətdə olan yerləri biz
yüksək səviyyəyə çatdıracağıq.
Əlbəttə, ekologiya proqramı bunlarla bitmir. Neft Şirkəti
vaxtilə neft sənayesinin fəaliyyəti nəticəsində çirklənmiş yerləri
təmizləməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz
vəzifələrini bilir. Bu yaxınlarda içməli su baxımından ən pis
vəziyyətdə olan kəndlərə suyun verilməsinə başlanmışdır. 50
kəndə su verilir.
H ü s e y n q u l u B a ğ ı r o v: Bəli, havaların soyuması
Salyanda, Neftçalada və başqa rayonlarda buna mane olur.
Amma 50 kənddə işlər başa çatdırılmışdır.
İ l h a m Ə l i y e v: Sonrakı mərhələdə əlavə kəndlər nə-
zərdə tutulmalıdır.
H ü s e y n q u l u B a ğ ı r o v: Bəli, əlavə kəndlər üçün
proqram hazırdır. Ümumiyyətlə, Azərbaycanda 450 min əhali-
nin su problemi var. Yəni su var, sadəcə, onun keyfiyyət
problemi var.
Sizin tapşırığınızla həmin suların keyfiyyətinin yaxşılaş-
dırılması ilə bağlı proqram hazırlanıb başa çatdırılmışdır və qısa
müddətdə Sizə təqdim ediləcəkdir. Bununla da Azərbaycanda
keyfiyyətsiz su içən insan olmayacaqdır.
İ l h a m Ə l i y e v: Çox yaxşı, biz buna nail olmalıyıq.
Çünki su həyatdır, sağlamlıqdır. Su insanların fiziki gücüdür,
insan orqanizmi üçün əsasdır. Biz elə etməliyik ki, Azərbaycan
vətəndaşları təmiz su içsinlər. İndi Oğuz–Qəbələ–Bakı su
144
kəməri tikilir. Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da
uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı
zamanı müzakirə edilmişdi. Müxtəlif fərziyyələr var idi: su
ehtiyatları var, yoxdur, bunun qiyməti nə qədər olacaq, necə
olacaq, maliyyə haradan olacaq. Biz özümüz etdik. Kredit
istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa
müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz
qaldı. Nə etdik? Özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il
istismara veriləcək və Bakı əhalisi təmiz içməli su ilə təmin
olunacaqdır. Yenə də deyirəm, bu mənim üçün Bakı–Tbilisi–
Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi
xarakter daşıyır. Biz neft kəmərini tikdik və neftdən, o kəmərin
fəaliyyətindən əldə olunan gəlirlə su kəməri də çəkdik. Azər-
baycan nefti Azərbaycan xalqına xidmət edir. İnsanların
sağlamlığına xidmət edir. Ölkəmizin inkişafına xidmət edir.
Bütün bunları bir daha təhlil edəndə görürük ki, 90-cı illərin
o ağır şəraitində «Əsrin müqaviləsi»nin imzalanması ulu öndər
Heydər Əliyevin nə qədər cəsarətli və müdrik addımı olmuşdur.
Əgər o vaxt bu müqavilə imzalanmasaydı, mən açıq deyirəm,
bunların heç biri bu gün olmazdı və ümumiyyətlə, təsəvvür
etmək çətindir ki, Azərbaycanın indiki vəziyyəti necə ola
bilərdi. Bu bizə imkan verdi, bizim qollarımızı açdı. Biz sərbəst
inkişaf edirik, müstəqil ölkə kimi inkişaf edirik. Heç kimdən
asılı deyilik. Öz taleyimizi özümüz həll edirik və uğurla həll
edirik. Müstəqil ölkə kimi və uğurlu ölkə kimi, biz sübut etdik
ki, Azərbaycan xalqı müstəqil xalq kimi yaşaya bilər,
Azərbaycan xalqı müstəqil dövlət qura bilər, bu dövləti qoruya,
möhkəmləndirə bilər. Bu dövlət möhkəm dövlətdir və yerləşdiyi
bölgədə öz təsir imkanlarını genişləndirir. Bu, hər bir
vətənpərvər insanda qürur hissi oyadır. Mən çox şadam ki, biz,
Azərbaycan xalqı qısa bir tarixi müddət ərzində güclü dövlət
qurmuşuq.
Mən burada səslənən bir məsələ barədə də öz fikrimi
bildirmək istəyirəm. Füzuli Ələkbərovun çıxışında xaricdən
gələn miqrantlarla bağlı məsələlər səsləndi. Yadınızdadırsa, bu
Dostları ilə paylaş: |