İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə39/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   35   36   37   38   39   40   41   42   ...   121

 

127 


Açıq  deyirəm,  biz  onları  bütün  layihələrdən  –  enerji, 

nəqliyyat  layihələrindən,  bütün  başqa  layihələrdən  bundan 

sonra da təcrid edəcəyik. O vaxt ki, onlar bizim torpağımızdan 

könüllü  şəkildə  çıxacaqlar,  ondan  sonra  vəziyyət  dəyişə  bilər. 

Gələcəkdə  yollar  da  açıla  bilər  və  Ermənistan  Azərbaycanın 

imkanlarından  nə  vaxtsa  faydalana  bilər.  O  vaxt  ki,  bizim 

torpaqlarımız  işğalçılardan  azad  olunacaq,  Azərbaycan 

qaçqınları, köçkünləri öz torpaqlarına qayıdacaqlar. 

Mən bu məsələyə xüsusi toxundum. Çünki bu bizim üçün ən 

başlıca  vəzifədir.  Azərbaycanın  qarşısında  bütün  yollar,  bütün 

imkanlar açıqdır.  Biz  bilirik  haraya  gedirik.  Biz  uğurla inkişaf 

edirik.  Ölkəmiz  həm  siyasi,  həm  iqtisadi,  həm  də  bütün  başqa 

sahələrdə inkişaf edir.  Lakin bu məsələ bir nömrəli məsələdir. 

Bizim  bütün  səylərimiz  bu  məsələyə  yönəldilməlidir.  Bütün 

qurumların  –  dövlət,  hökumət  qurumlarının,  ictimai,  özəl 

qurumların,  bütün  Azərbaycan  vətəndaşlarının  səyləri 

birləşməlidir,  bütün  dünya  azərbaycanlılarının  səyləri 

birləşməlidir  və  biz  işğalçı  dövlətə  qarşı  bundan  sonra  da 

mübarizəni aparacağıq. 

Bir  sözlə,  mən  bir  daha  demək  istəyirəm  ki,  2007-ci  il 

Azərbaycanın  hərtərəfli  inkişafı  üçün  uğurlu  il  olubdur.  Mən 

ümid  edirəm  və  şübhə  etmirəm  ki,  2008-ci  il  də  bizim  üçün 

uğurlu olacaqdır. 

 



 128 

YEKUN NİTQİ 

 

Bütövlükdə,  burada  səslənən  bütün  rəqəmlər  bir  daha  onu 



göstərir  ki,  2007-ci  ildə  bizim  iqtisadiyyatımız  çox  sürətlə 

inkişaf  edib  və  şübhəsiz,  2008-ci  ildə  bu  müsbət  dinamika 

davam etdiriləcəkdir. 

2008-ci  ildə  nəzərdə  tutulmuş  vəzifələrə  keçməzdən  əvvəl, 

mən kəskinləşən hava şəraiti ilə bağlı, yaranmış vəziyyətlə bağlı 

məlumatları  dinləmək  istəyirəm.  Mən  bu  günlərdə  həm  Bakı 

Şəhər  İcra  Hakimiyyətinə,  həm  də  Nəqliyyat  Nazirliyinə, 

Fövqəladə Hallar Nazirliyinə göstərişlər vermişəm ki, yaranmış 

qeyri-adi  vəziyyətlə  bağlı  tədbirlərini  gücləndirsinlər.  Çünki 

Bakı şəhəri üçün və bütövlükdə, ölkəmiz üçün çox qeyri-adi bir 

vəziyyətdir.  Uzun  müddətdir  ki,  heç  vaxt  bu  qədər  qar 

yağmamışdı və əlbəttə, bu, əlavə problemlər yaradır. 

Enerji  və  qaz  təchizatında  böyük  problem  yoxdur,  yəni  bu 

sahədə  işlər  tənzimlənir,  ancaq  yol  hərəkəti,  əlbəttə  ki,  çox 

çətinləşibdir. Yolları, səkiləri, avtomobil yollarını buz bağlayıb, 

nəqliyyatın hərəkəti çətinləşib, insanlar müxtəlif zədələr alırlar. 

Tibb  məntəqələrinə  müraciət  edənlərin  sayı  artır.  Bir  daha 

demək istəyirəm ki, Bakı kimi cənub şəhəri üçün bu çox qeyri-

adi  bir  vəziyyətdir.  Yaxşı  ki,  biz  keçən  il  yeni  texnikanın 

alınmasına  kifayət  qədər  vəsait  ayırmışıq.  25  milyon  manat 

vəsait ayrılmış və texnika alınmışdır. Amma indi bu texnikanın 

mövcudluğu,  ondan  istifadə,  əslində  vəziyyəti  nə  dərəcədə 

yüngülləşdirir,  nə  dərəcədə  bizə  imkan  verir  ki,  tezliklə  bu 

vəziyyətə son qoyaq və yol hərəkəti sistemini tənzimləyək. Bu 

barədə sonuncu məlumatı eşitmək istəyirəm. 

H a c ı b a l a  A b u t a l ı b o v (Bakı Şəhər İcra Hakimiyyə-

tinin  başçısı):  Möhtərəm  Prezident,  Sizin  hər  gün  bizə 

verdiyiniz  göstəriş  əsasında,  Bakı  Şəhər  İcra  Hakimiyyətinin 

Mənzil-Kommunal İstismar İdarəsində olan bütün yeni texnika, 

Nəqliyyat Nazirliyinin bütün texnikası, habelə Fövqəladə Hallar 

Nazirliyinin işçiləri, demək olar ki, gecə saat 10-dan səhər saat 

6-ya  kimi  şəhərdə  işləyir.  Əlimizdən  gələni  edirik  ki,  şəhərdə 




 

129 


nəqliyyatın  hərəkəti  çətinləşməsin.  Mərkəzi  küçələrin 

hamısında  şəhər  nəqliyyatı  işləyir.  Ara  küçələrdə  vəziyyət, 

demək  olar  ki,  normallaşmaq  üzrədir.  Amma  hələlik  normaya 

uyğun  deyildir.  Ona  görə  də  biz  bu  gecə  də,  dünən  gecə  də 

səfərbərliyi 

tamamilə 

yüksək 

səviyyəyə 



qaldırmışıq, 

buzlaşmanın  qarşısını  alırıq,  səkilərin  təmizlənməsi  üçün  işlər 

gedir.  Alınmış  yeni  37  texnika  –  qumsəpən  maşınlarımız 

gündəlik işləyir və əlimizdən gələni edəcəyik ki, Sizin göstəriş-

ləriniz ən yüksək səviyyədə, qısa müddətdə yerinə yetirilsin. 

İ l h a m   Ə l i y e v: Alınan texnika kifayət qədərdir ki, bu 

məsələlərin  hamısı  həll  olunsun,  yoxsa  əlavə  texnika  alın-

malıdır? 

H a c ı b a l a   A b u t a l ı b o v: Qum səpilməsi üçün tex-

nika  bəs  edir,  amma  buzun  təmizlənməsi,  qarın  yığılıb  daşın-

masından ötrü əlavə texnikaya ehtiyac var. 

İ l h a m   Ə l i y e v: Buzun üstünə qum səpiləndə heç bir 

əhəmiyyəti olmayacaqdır. Buzlar təmizlənməlidir. İndi mərkəzi 

küçələrdə iş gedir, amma Bakı təkcə mərkəzi küçələrdən ibarət 

deyil. Hər tərəfdə yaşayan insanlar bərabər hüquqa malikdirlər. 

Ona görə çalışmaq lazımdır ki, şəhərin bütün yerlərində bu işlər 

daha  da  fəal  getsin.  Mən  baxıram,  görürəm  ki,  mərkəzi 

küçələrdə işlər gedir və yəqin daha çox o yerlərdə işlər gedir ki, 

haradan  mən  keçirəm.  Bu  da  həqiqətdir.  Keçmişdən  qalan, 

sovet  sistemindən  qalan  gözdən  pərdə  asmaq  praktikasını 

yığışdırın.  Mənə  bu  lazım  deyil.  Mən  istənilən  küçədən  gedə 

bilərəm,  gedirəm  və  baxıram  da.  Bəzi  hallarda  sizin  bundan 

xəbəriniz  də  olmur.  Ona  görə  hər  yerdə  iş  getməlidir,  yollar 

hamı üçün açıq olmalıdır. 

Nəqliyyat Nazirliyində işlər necədir? 



Z  i  y  a      M  ə  m  m  ə  d  o  v  (Nəqliyyat  naziri):  Möhtərəm 

cənab Prezident, həqiqətən də, qeyd etdiyiniz kimi, baş verən bu 

təbii hadisə ilə bağlı Sizin tapşırıqlarınıza uyğun olaraq, demək 

olar  ki,  respublikanın  bütün  ərazisində  müvafiq  tədbirlər 

görülür.  Qərargah  yaradılıb,  bütün  sutka  ərzində  fəaliyyət 

göstərir.  Qərargaha  birbaşa  «Azəryolservis»  Açıq  Səhmdar 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə