95
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
BAKIDA DÖVLƏT BAYRAĞI MEYDANININ
TƏMƏLQOYMA MƏRASİMİNDƏ İŞTİRAK
ETMİŞDİR
30 dekabr 2007-ci il
Bakıda Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin
bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyul-
muşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmək üçün
əraziyə gəldi. Burada dövlətimizin başçısının şərəfinə Fəxri
qarovul dəstəsi düzülmüşdü.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan
prezidenti İlham Əliyevə raport verdi: «Cənab Ali Baş
komandan, şəxsi heyət Dövlət bayrağı meydanının təməlqoyma
mərasiminə hazırdır».
Prezident İlham Əliyev mərasimə toplaşan dövlət və hö-
kumət nümayəndələri ilə görüşdü, meydanın layihəsi ilə tanış
oldu, meydanın və bayrağın görünüşünü əks etdirən foto-
şəkillərə baxdı. Burada dövlətimizin başçısı tərəfindən bu il
noyabrın 17-də imzalanmış «Azərbaycan Respublikasının pay-
taxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması
haqqında» sərəncamın mətni də vurulmuşdu.
Müdafiə naziri meydan üçün seçilmiş yerin Dövlət bay-
rağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan
yaradacağını vurğuladı.
Bildirildi ki, Amerika Birləşmiş Ştatlarının «Trident Sup-
port» şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azər-
baycanın «Azenko» şirkəti yerinə yetirəcəkdir. Bütün işlər
2008-ci il mayın 24-də başa çatdırılacaq, mayın 28-i – Respub-
96
lika günündə isə rəsmi açılış mərasimi keçiriləcəkdir. 20 min
kvadratmetr ərazisi olacaq meydanda bütün infrastruktur
yaradılacaqdır.
D e y v i d Ç a m b e r s («
Trident Support» şirkətinin
təsisçisi və idarəedici direktoru): Cənab Prezident, dəstəyinizə
görə minnətdaram. Bu cür milli layihədə iştirak etmək imkanını
yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm. Şirkətimiz bir
sıra ölkələrdə nəhəng Dövlət bayrağı meydanları tikmişdir. Sizə
deməliyəm ki, ölkənizdə bu təşəbbüsə xüsusi həvəslə və milli
qürur hissi ilə yanaşırlar. Budəfəki mərasim digər ölkələrdəki
mərasimlərdən xeyli fərqlənir.
Şirkətimiz Fars körfəzi regionunda üç nəhəng Dövlət
bayrağı meydanı tikmişdir. Abu-Dabidə 123 metrlik, Əmmanda
127 metrlik, Akabada isə 131 metrlik bayraq dayağı
quraşdırmışıq. Burada isə dayağın hündürlüyü 150 metr
olacaqdır və bu bizim üçün, sözün əsl mənasında, böyük bir
sınaqdır. Ölkəniz üçün bu işi görməkdən çox məmnunuq.
İcazənizlə, Dövlət bayrağı meydanının texniki parametrləri
haqqında bir neçə kəlmə deyim. Dayağın bünövrəsinin diametri
3,2 metr olacaqdır. Müqayisə üçün bildirmək istəyirəm ki, biz
Akabada diametri yalnız 2,8 metr olan bünövrədən istifadə
etmişik. Bünövrənin üst hissəsinin diametri 1,09 metrdir.
Dayağın alt hissəsindəki qalınlıq 40 millimetrdir. Onun bir
nümunəsini Sizə göstərirəm.
İ l h a m Ə l i y e v: Bu, aşağı hissədə belə olacaq?
D e y v i d Ç a m b e r s: Bəli, aşağı hissədə. Dayağın yu-
xarı hissəsinə qədər biz 13 seksiyadan istifadə etmişik. Yəni,
hündürlüyə qalxdıqca enlik azalır və beləliklə, ən zirvədə
qalınlıq 10 millimetr təşkil edir. Bu, küləyin təsirini azaltmaq
məqsədi ilə hesablanmışdır. Qurğunun ümumi çəkisi 220
tondur. Dayaq küləyin sürəti saatda 209 kilometr olduqda da
davam gətirəcəkdir.
İ l h a m Ə l i y e v: Hava şəraitindən, küləkdən yəqin ki, xə-
bəriniz var. Xüsusən də bu ərazidə. Buradan 2 kilometr məsafədə,
digər istiqamətdə külək yoxdur. Amma burada var.
97
D e y v i d Ç a m b e r s: Bəli, məlumatım var. Mən bura-
da çox küləkli hava şəraitində olmuşam. Biz bunu nəzərə
almışıq. Zirvədə küləyin maksimum sürəti saatda 200 kilometr
olanda, 150 metrlik dayaq 4,2 metr əyiləcəkdir.
İ l h a m Ə l i y e v: Lakin bu görünməyəcəkdir.
D e y v i d Ç a m b e r s: Xeyr, görünməyəcəkdir. Normal
havada dayaq üst hissədə təqribən 2-3 düym əyilir. Mən bunu
bilirəm, çünki həmin hündürlükdə olmuşam. İşlərimizi başa
çatdırdıqdan sonra Sizinlə məmnuniyyətlə açılışda iştirak
edəcəyik.
Bayrağın özünə gəldikdə, bildiyiniz kimi, o 35x70 metrdir.
Yəni onun sahəsi 2450 kvadratmetr təşkil edir.
İ l h a m Ə l i y e v: 2450 kvadratmert?!
D e y v i d Ç a m b e r s: Bəli, çəkisi isə təqribən 350
kiloqramdır.
İ l h a m Ə l i y e v: Bayrağın çəkisi 350 kiloqramdır?!
D e y v i d Ç a m b e r s: Bəli, təkcə bayraq 350 kiloqram-
dır. Biz onun materialı üçün çox davamlı xüsusi poliest
materialından istifadə edirik. O yumşaqdır, lakin çox da-
vamlıdır.
İ l h a m Ə l i y e v: Biz binalarda dalğalanan bayraqları
tez-tez dəyişməli oluruq. Bu cür bayrağın orta istifadə müddəti
nə qədərdir?
D e y v i d Ç a m b e r s: Üç və ya dörd həftə, təqribən bir
ay. Bu, uzun müddətdir.
İ l h a m Ə l i y e v: Bir ay.
D e y v i d Ç a m b e r s: Bəli. Bəzi hallarda bayraqlar iki
və ya üç gün istifadə olunma müddəti ilə hazırlanır. Lakin
böyük bayraqlara gəldikdə, onlar davamlı olur. Biz uzun illər
ərzində dayaqların dizaynı üzərində işləmişik və bayrağın
möhkəm olmasına tam əminik.
İ l h a m Ə l i y e v: Çox sağ olun.
D e y v i d Ç a m b e r s: Cənab Prezident, Siz sağ olun,
buraya gəldiyinizə görə minnətdaram.