İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə22/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   18   19   20   21   22   23   24   25   ...   115

 70 

və  bilməyəcəklər  də.  Yalan  üzərində  həqiqəti,  doğrunu  sübut 

edə bilməzsən! 

Dövlət  səviyyəsində  Azərbaycanla  qurduğumuz  işbirliyi, 

imzaladığımız layihələr və xalqlarımız arasındakı könül birliyi 

Azərbaycan  və  Türkiyə  xaricində  yaşayan  vətəndaşlarımıza 

sonsuz  ilham  verir.  Dünya  hələ  önəmli  bir  dəyişim  dövrünü 

yaşamaqdadır.  Çətin  bir  dövrdən  keçirik,  həssas  bir  bölgədə 

yaşayırıq. Yaxın çevrəmizdə cərəyan edən hadisələr – İraqda, 

Yaxın Şərqdə baş verənlər çox diqqətli və ayıq olmağımızı tələb 

edir.  Bu  hadisələr  eyni  zamanda,  Türkiyə  və  Azərbaycanla 

birlikdə  bütün  türk  dünyasını  maraqlandırır.  İraqdakı  türkmən 

qardaşlarımızın  vəziyyəti  bu  gün  hamımızı  narahat  edir.  Kipr 

türklərinin  mücadiləsi  hələ  davam  etməkdədir  və  Şimali  Kipr 

Türk  Cümhuriyyəti  haqsız  və  insafsız  şəkildə  təcriddə 

saxlanılmaqdadır. 

Qarabağ  qan  axan  yaramızdır.  Balkanda  yaşayan  soydaş-

larımızın  qarşılaşdıqları  sıxıntıları  da  yaxından  izləyirik.  O  da 

bizə ayrıca bir aləmdir. Ancaq sıx işbirliyi və yaxın həmrəyliklə 

bütün  bu  çətinliklərin  öhdəsindən  gələ  bilərik.  Türkiyə  ilə 

Azərbaycan  arasında  son  illərdə  həyata  keçirilən  və  bir 

zamanlar  əfsanə  kimi  görünən  beynəlxalq  layihələr  bu 

işbirliyinin  və  həmrəyliyin  ən  gözəl  örnəkləridir,  bizim 

gücümüzdür.  Keçən  il  Bakı–Tbilisi–Ceyhan  neft  boru  xəttini 

istifadəyə  verdik.  Yaxın  zamanda  Bakı–Tbilisi–Ərzurum  qaz 

kəməri,  yəni  «Şahdəniz»  layihəsi  tam  şəkildə  fəaliyyətə  baş-

layacaqdır.  Bu  yazda  Bakı–Tbilisi–Qars  dəmir  yolu  xəttinin 

təməli  qoyularaq  inşasına  başlanacaqdır.  Bütün  bunlar 

ölkələrimizi  yaxınlaşdıran,  bir-birinə  bağlayan  sarsılmaz  əla-

qələri  göstərir.  Bu  eyni  zamanda,  Asiya  ilə  Avropanı,  Şərqlə 

Qərbi  bir-birinə  yaxınlaşdıran  əlaqələndirmə  və  inkişaf 

kanallarıdır. Bu kanalları təmin etmək Türkiyə və Azərbaycana 

dünya miqyasında önəm qazandırmaqdadır. 

Bu  baxımdan  bir  məqamı  xüsusi  vurğulamaq  istəyirəm. 

Dünyanın hər yerində türk millətlərinin maraqlarının qorunması 

və  etibarının  yüksəldilməsi  uğrunda  aparılan  mübarizədə 




 

71 


qardaşların  bir-birinə  dəstək  olmasından  daha  təbii  bir  iş  ola 

bilməz.  Biz  davam  edəcəyinə  inandığımız  bu  həmrəyliyi 

sistemli bir hala gətirərək daha konkret və təsirli nəticələrə nail 

olmaq  üçün  göstərilən  bütün  səyləri  tədbirlə  qarşılayır  və 

dəstəkləyirik.  Avropada  və  Amerika  Birləşmiş  Ştatlarında, 

Rusiyada,  Avstraliyada,  Yaxın  Şərqdə  və  dünyanın  digər 

bölgələrində  yaşayan  Türkiyə  və  Azərbaycan  insanlarının  bir-

birinin 


gücündən 

və 


təcrübələrindən 

yararlanmalarını 

gözləyirik.  Çünki  hədəflərimiz  böyük,  aradan  qaldırmağımız 

vacib olan əngəllər çoxdur. Bu yolda hamımızın üzərinə önəmli 

vəzifələr 

düşür. 


Siyasətçilərimizin, 

alimlərimizin, 

sənətçilərimizin, 

mətbuat 


nümayəndələrimizin, 

sər-


mayədarlarımızın, bütün iş adamlarımızın – hamımızın üzərinə 

iş  düşür.  Əl-ələ,  çiyin-çiyinə  verərək  həmrəy  olacaq  və  bütün 

türk dünyasını aydın gələcəyə aparacağıq. 

Tarix  boyunca  bir  çox  sınaqdan  uğurla  çıxan  Türkiyə  və 

Azərbaycan  xalqlarının  qardaşlığının  beynəlxalq  miqyasda  bu 

layihəni  də  həyata  keçirməsi  hamımız  üçün  bir  qürur 

mənbəyidir. Bu layihənin sadəcə, ölkələrimiz üçün deyil, bütün 

türk  dünyası  üçün  xeyirli  olmasını  arzu  edirik.  Ayrıca    bunu 

xüsusilə  vurğulamaq  istəyirəm.  Əgər  bu  gün  türk  iş  adamları 

Azərbaycanda birinci sıraya doğru gedirsə, yüksəlirsə, bunun ən 

önəmli  səbəbi  aramızdakı  möhkəm  əlaqələrdir.  İnşallah, 

inanıram  ki,  türk  iş  adamları  Azərbaycana  qoyacaqları 

sərmayələrlə  Almaniyadakından  da  qabağa  gedəcəklər.  Bunu 

görürəm. Bu bizim bir-birimizə olan bağlılığı artıran ən önəmli 

addımdır.  

Sözlərimi  tamamlayaraq  Türkiyə  və  Azərbaycan  diaspor 

təşkilatları  rəhbərlərinə  fəaliyyətlərində  uğurlar  diləyirəm.  Bu 

forumun  təşkilində  başda  hörmətli  prezident,  qardaşım  İlham 

Əliyevə  və  əməyi  keçən  bütün  digər  qardaşlarıma  öz  adımdan 

və  millətim  adından  təşəkkürümü  bildirirəm.  Bu  forumun 

xeyirlə nəticələnməsini Allahdan təmənna edirəm. 

Yaşasın sarsılmaz birlik və bərabərliyimiz!  




 72 

* * * 


 

Çıxışlardan sonra forumun rəsmi hissəsi bağlı elan olundu. 

Fasilədən  sonra  forum  «Park  İnn»  mehmanxanasında  işini 

davam  etdirdi.  Mandat  Komissiyasının  sədri,  Xarici  Ölkələrdə 

Yaşayan  Azərbaycanlılarla  İş  üzrə  Dövlət  Komitəsinin  sədri 

Nazim İbrahimovun məlumatı dinlənildi. 

Redaksiya  komissiyasının,  katibliyin  tərkibi  müəyyənləş-

dirildi, forumun gündəliyi, reqlamenti və işçi orqanlarının, dün-

ya  Azərbaycan  və  türk  diaspor  təşkilatlarının  əlaqələndirmə 

Şurasının  tərkibləri  təsdiqləndi.  Bildirildi  ki,  Şuranın 

həmsədrləri  Azərbaycan  və  türk  diaspor  təşkilatları  tərəfindən 

bu ilin sonunadək seçiləcək və islamda təsdiqlənəcəkdir. 

Litva  parlamenti  sədrinin  müavini  Gintaras  Stepanaviçyus, 

Litva  prezidentinin  müşaviri  Hailina  Kobeskayte,  Lüksemburq  

parlamentinin  deputatı  Lakiv  Hehkes,  Türkiyə  parlamentinin  

deputatı  Dursun  Akdəmir  çıxış  edərək    Azərbaycanın  dünyada 

artan  nüfuzundan  razılıqla  danışdılar,  forumun  keçirilməsinin 

diaspor  təşkilatları,  eləcə  də  dövlətlərimiz  arasında  əlaqələrin 

inkişafında  mühüm  rol  oynayacağını  vurğuladılar.  Azərbay-

canın  Avropa  İttifaqına  inteqrasiyasına  dəstək  verəcəklərini, 

digər  həmkarlarını  və  dostlarını    Azərbaycana  dəstək  olmağa 

çağıracaqlarını bildirdilər. 

Türk  dünyası  Dostluq,  Qardaşlıq  və  Əməkdaşlıq  Fondunun 

prezidenti Əbdülxalid Çay, Makedoniya Türk İcmasının başçısı 

Ərdoğan  Sarac,  Ukrayna  Azərbaycanlıları  Konqresinin  sədri 

Akif  Cülməmmədov  və  başqaları    forumun  işini  yüksək 

qiymətləndirdilər, bunun iki qardaş ölkənin, eləcə də bütün türk 

dünyasının  birliyində  mühüm  mərhələ  açdığını  söylədilər. 

Xüsusi vurğulandı ki, bu birlik dünyada ermənilərin qondarma 

«soyqırımı» təbliğatının, Azərbaycana və Türkiyəyə qarşı ərazi 

iddialarının qarşısının alınmasında, habelə Xocalı soyqırımının 

dünya  parlamentlərində  tanınmasında,  əsl  həqiqətlərin 

beynəlxalq  ictimaiyyətə  çatdırılmasında  mühüm  rol  oynaya-

caqdır. 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə