İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə20/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   16   17   18   19   20   21   22   23   ...   115

 64 

Bəlkə  də  yeganə  ölkələrik  ki,  bizim  əleyhimizə  dünyanın 

istənilən  yerində  güclü  təbliğat  maşını,  yenə  də  deyirəm, 

böhtan,  yalan  və  tarixi  təhrif  edərək,  bizi  ləkələmək  istəyən 

qüvvə işləyir. 

Bir  tərəfdən,  bu  problem,  digər  tərəfdən,  Azərbaycanın  işğal 

olunmuş  torpaqları.  Türkiyəyə  qarşı  əsassız  ittihamlar,  qondarma 

«soyqırımının»  tanıdılması  cəhdləri  –  bütün  bunlar  bizim 

xalqlarımıza  qarşı  yönəldilən  əməllərdir.  Xocalı  soyqırımını 

törədən  vəhşilər  bizi  soyqırımda  ittiham  edirlər  və  bəzi  hallarda 

onların  yalan  təbliğatı  uğurlar  gətirir.  Bir  çox  hallarda  xarici 

ölkələrin  onlar  tərəfindən  pulla,  rüşvətlə  ələ  alınmış  riyakar 

siyasətçiləri onların səsinə səs verirlər. Bu, ədalətsizliyin zirvəsidir. 

Bu,  mənəviyyatsızlığın  zirvəsidir.  Biz  buna  qarşı  mübarizə 

aparmalıyıq, aparmalıyıq və aparmalıyıq! Türk diplomatlarını qətlə 

yetirən,  onlara  qarşı  terror  aktları  törədən  erməni  terrorist 

təşkilatları  nədənsə  qınaq  obyektinə  çevrilmir.  Onların  məkrli 

hərəkətləri nədənsə qınaq obyektinə çevrilmir.  Avropa ölkələrində 

həbs  olunmuş  erməni  terroristləri  nədənsə  bir  müddətdən  sonra 

azadlığa  buraxılırlar.  Bəs  burada  qətlə  yetirilən  bizim 

soydaşlarımız insan deyilmi? Biz bu ikili standartlara nə qədər göz 

yummalıyıq? Biz bununla nə qədər barışmalıyıq? Biz görürük ki, 

bəzi hallarda ədalət prinsipi tamamilə aradan qaldırılır. Biz bunun 

qarşısına  nəyi  çıxarmalıyıq?  Ancaq  öz  gücümüzü,  başqa  amil 

yoxdur!  Biz  güclənməliyik,  hərtərəfli  –  hərbi,  iqtisadi,  siyasi 

cəhətdən, bütün cəhətlərdən və birgə fəaliyyət göstərməliyik!  

Ermənistan  on  ildən  artıqdır  ki,  Azərbaycan  torpaqlarını 

işğal  edib,  indi  Azərbaycanı  işğal  siyasətində  ittiham  edir. 

Bizim  ata-baba  torpağımız  olan  İrəvan  xanlığı,  Zəngəzur 

mahalı,  digər  torpaqlar  indi  Ermənistan  dövləti  üçün  torpaq 

olubdur.  Bunlar  bizim  tarixi  torpaqlarımızdır,  ancaq  biz 

Ermənistana  qarşı  torpaq  iddiası  irəli  sürmürük.  Halbuki,  sürə 

bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, 

Azərbaycan  torpaqlarıdır.  Əgər  onlar  öz  xalqının  gələcəyini 

düşünürlərsə, 

 

siyasətlərində 



dəyişiklik 

etməlidirlər. 

Azərbaycanın  işğal  olunmuş  torpaqlarından  qeyd-şərtsiz 



 

65 


çıxmalıdırlar  və  Türkiyəyə  qarşı  əsassız  ittihamlardan  əl 

çəkməlidirlər. Əks təqdirdə, Ermənistanın özünün müqəddəratı 

sual  altına  düşə  bilər.  Azərbaycan  heç  vaxt  Dağlıq  Qarabağın 

itirilməsinə  razılıq  verməyəcək,  nəyin  bahasına  olursa-olsun, 

doğma  torpaqlarını  azad  edəcək,  ərazi  bütövlüyünü  bərpa 

edəcək.  

Dağlıq  Qarabağ  əzəli  Azərbaycan  torpağıdır.  Ermənilər 

oraya  XIX  əsrin  əvvəllərində  köçürülmüşlər.  Bir  dəfə  Azər-

baycan, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci 

erməni  dövlətinin  yaranmasına  biz  heç  vaxt  imkan  vermərik. 

Hüquqi  cəhətdən  haqq-ədalət  bizim  tərəfimizdədir,  çünki 

Azərbaycanın  ərazi  bütövlüyü  bütün  dünya  tərəfindən  tanınır. 

Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik  Şurasının  4 

qətnaməsi  qəbul  edilib  və  orada  göstərilir  ki,  Ermənistanın 

işğalçı  qüvvələri  Azərbaycanın  zəbt  olunmuş  torpaqlarından 

qeyd-şərtsiz  çıxmalıdır.  Ermənistan  buna  əməl  etmir.  Yəni 

hüquqi  əsaslar  tam  imkan  verir  ki,  Azərbaycan  öz  dövlət 

suverenliyini, ərazi bütövlüyünü bərpa etsin.   

Biz uzun illər ərzində danışıqlar yolu ilə çalışırıq ki, məsə-

ləni həll edək. Amma hələ ki, buna müvəffəq olmamışıq. Biz öz 

siyasətimizi  aparacağıq.  Azərbaycanın  ərazi  bütövlüyü 

danışıqlar  predmeti  deyil,  olmayıb  və  heç  vaxt  olmayacaqdır. 

Azərbaycanın  suverenliyi,  ərazi  bütövlüyü  bərpa  ediləcəkdir. 

Əziz  dostlar,  əziz  qardaşlar,  mən  bu  gün  çox  xoşbəxtəm,  çox 

şadam  ki,  Azərbaycanda,  Bakıda  belə  mötəbər  tədbir  keçirilir. 

Bu  forumun  çox  böyük  əhəmiyyəti  var.  Çünki  ilk  dəfədir  ki, 

türk və Azərbaycan diaspor təşkilatları  belə geniş formatda bir 

araya gəlir. Əminəm ki, burada, Bakıda qəbul edilmiş sənədlər, 

qərarlar  qısa  müddət  ərzində  öz  bəhrəsini  verəcəkdir.  Forum 

dünən  öz  işinə  başlamışdır  və  bildiyimə  görə,  çox  səmərəli 

çıxışlar  olmuş,  müzakirələr  aparılmışdır.  Bu  gün  isə  forum  öz 

işini  davam  etdirəcəkdir.  Forumun  nəticəsi  olaraq,  bizim 

birliyimiz daha da möhkəmlənəcək, daha da güclənəcək, xaricdə 

yaşayan soydaşlarımız özlərini daha da rahat hiss edəcəklər. Hər 

zaman  əmin  olmalıdırlar  ki,  onların  Türkiyə  kimi,  Azərbaycan 



 66 

kimi  dayağı  var.  Biz  sizin  dayağınızıq,  sizsə  xaricdə  bizim 

dayağımızsınız.  

Forumun  bütün  iştirakçılarına  və  qonaqlara  bir  daha  öz 

səmimi  salamlarımı  yetirmək  istəyirəm.  Türk  və  Azərbaycan 

xalqlarının  inkişafı  naminə,  çiçəklənməsi  naminə  biz  birlikdə 

işləməliyik və işləyəcəyik.  

Yaşasın, Türkiyə–Azərbaycan qardaşlığı!  

 

Türkiyə Cümhuriyyətinin Baş naziri 

Rəcəb Tayyib Ərdoğanın nitqi 

 

Çox hörmətli prezident Əliyev və xanımı! 

Hörmətli cümhur başqanı Tələt və xanımı! 

Dəyərli iştirakçılar! 

Dəyərli qonaqlar! 

Hörmətli xanımlar və cənablar! 

Sizin  hamınızı  bu  coşqu,  həyəcan  və  sevinc  dolu  gündə  ən 

səmimi duyğularla salamlayıram. 

Əvvəlcə qardaşım, hörmətli prezident İlham Əliyevin qonağı 

kimi,  dost  və  qardaş  Azərbaycanda  olmaqdan  böyük  bir 

məmnunluq  duyduğumu  xüsusi  ifadə  etmək  istəyirəm.  Biz 

Türkiyədən  Azərbaycana  hər  gəlişimizdə  özümüzü  ölkəmizin 

bir  güşəsindən  digər  güşəsinə  gəlmiş  kimi  hiss  edirik.  Bu  gün 

bunun  bəxtiyarlığını  bir  daha  duyuruq.  Bu  vəsilə  ilə  dəyərli 

qardaşım,  hörmətli  Əliyevə  bizlərə  göstərdikləri  mehriban  ev 

sahibliyi, səmimi münasibət üçün təşəkkür edirəm. 

Şimali Kipr Türk Cümhuriyyətinin cümhur başqanı hörmətli 

Tələtin  də  bu  gün  bizimlə  birlikdə  Dünya  Azərbaycan  və  türk 

diaspor  təşkilatları  rəhbərlərinin  I  forumunda  iştirakından 

məmnunluq duyduğumu  ifadə etmək istəyirəm. 

Təbii,  bir  məsələni  burada  xüsusilə  vurğulamaq  istəyirəm. 

Ev  sahibi  kimi,  qardaşım  İlham  Əliyevin  hörmətli  Tələti  bu 

toplantıya  dəvət  etməsi  bizlər  üçün  çox  əhəmiyyətlidir.  Buna 

görə ona xüsusilə təşəkkür edirəm. 

Yurdlarından  uzaqda  yaşayan  Türkiyə  və  Azərbaycan 

vətəndaşlarını  bir  araya  gətirən  bu  forumun  gerçəkləşməsində 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə