İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə17/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   13   14   15   16   17   18   19   20   ...   115

 

53 


 

 

 



TÜRKİYƏNİN QURU QOŞUNLARI KOMANDANI 

İLKƏR BAŞBUĞUN  

RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ  

HEYƏTİ İLƏ GÖRÜŞ  

 

Prezident sarayı 

 

6 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın  6-da  Prezident  sarayında  Türkiyənin  Quru  Qoşunları 

Komandanı İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini 

qəbul etmişdir.    

Dövlətimizin  başçısı  Azərbaycan–Türkiyə  münasibətlərinin 

çox  sürətlə  inkişaf  etdiyini  bildirdi.  İki  ölkə  arasında  bütün 

sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın uğurla həyata 

keçirildiyini  vurğulayan  prezident  İlham  Əliyev  əlaqələrimizin 

daha  da  gücləndiriləcəyinə  əminliyini  ifadə  etdi.  O, 

ölkələrimizin  mühüm  beynəlxalq  layihələrin  həyata  keçirilmə-

sində  birgə  iştirak  etdiyini  və  Azərbaycan–Türkiyə  əməkdaşlı-

ğının region üçün böyük əhəmiyyəti olduğunu bildirdi.  

İlkər  Başbuğ  Türkiyənin  prezidenti  Əhməd  Necdət  Sezərin 

salamlarını  Azərbaycanın  dövlət  başçısına  çatdırdı.  Ölkəmizə 

ikinci  dəfə  səfər  etdiyini  bildirən  qonaq  dedi  ki,  bu  səfərindən 

məqsəd  Azərbaycanda  ordu  quruculuğu  sahəsində  həyata 

keçirilən işlərlə tanış olmaq, iki ölkənin silahlı qüvvələri arasın-

da gələcək əməkdaşlıq məsələlərini müzakirə etməkdir.  

Prezident  İlham  Əliyev  Türkiyə  prezidenti  Əhməd  Necdət 

Sezərin  salamlarına  görə  minnətdarlığını  bildirdi  və  onun  da 

salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.  

 

 



 54 

 



 

55 


 

 

 



DÜNYA AZƏRBAYCAN VƏ TÜRK DİASPOR  

TƏŞKİLATLARI RƏHBƏRLƏRİNİN  

I FORUMUNDA



  

 

Bakı, Heydər Əliyev adına saray 

 

9 mart 2007-ci il 

 

Martın  9-da  Bakıda  dünya  Azərbaycan  və  türk  diaspor 



təşkilatları  rəhbərlərinin  I  forumu  başlanmışdır.  Əvvəlcə  işti-

rakçılar  Fəxri  xiyabana  gedərək  türk  dünyasının  böyük  oğlu, 

ulu  öndər  Heydər  Əliyevin  məzarını  ziyarət  etmiş,  abidəsi 

önünə əklil qoymuşlar. 

Onlar  görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə  xanım 

Əliyevanın da məzarını ziyarət etmişlər. 

 

* * * 



 

Sonra  forum  iştirakçıları  Şəhidlər xiyabanına  gələrək  Azər-

baycanın  müstəqilliyi  və  ərazi  bütövlüyü  uğrunda  mübarizədə 

canlarından  keçmiş  Vətən  övladlarının  məzarları  üstünə  tər 

qərənfillər  düzmüş,  «Əbədi  məşəl»  abidəsini,  şəhid  türk 

əsgərlərinin  şərəfinə  ucaldılmış  abidəni  ziyarət  edərək  əklil 

qoymuşlar. 

--------------------------------- 

     



 



Forumda  Xarici  Ölkələrdə  Yaşayan  Azərbaycanlılarla  İş  üzrə  Dövlət 

Komitəsinin sədri  Nazim İbrahimov, Şimali Kiprin lideri  Mehmet  Əli  Tələt, 

Qazaxıstanın  YUNESKO  yanında  səfiri,  yazıçı  Oljas  Süleymenov,  Litva 

Respublikası Hökuməti yanında Milli Azlıqlar və Miqrasiya Departamentinin 

Baş  direktoru  Antanas  Petrauskas,  Özbəkistan  Beynəlmiləl  Mədəniyyət 

Mərkəzinin  direktoru  Nasriddin  Muhammadiyev,  Latviya  Respublikasının 

İctimaiyyətin  İnteqrasiyası  üzrə  Xüsusi  Tapşırıqlar  naziri  Oskar  Kastensin, 

Qırğızıstan  Respublikasının  müşaviri  Bolodtbek  Şəmşiyev  və  Estoniya 

Respublikasının Milli Münasibətlər naziri Paul Erik Rummo çıxış etdilər. 



 56 

Əklilqoyma  mərasimlərində  qonaqları  Xarici  Ölkələrdə 

Yaşayan  Azərbaycanlılarla  İş    üzrə  Dövlət  Komitəsinin  sədri 

Nazim İbrahimov və digər rəsmi şəxslər müşayiət etmişlər. 

Həmin gün Heydər Əliyev adına sarayda dünya Azərbaycan 

və  türk  diaspor  təşkilatları  rəhbərlərinin  I  forumunun  açılışı 

olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  forumda  iştirak  etmək 

üçün ölkəmizə səfərə gələn Türkiyənin Baş naziri Rəcəb Tayyib 

Ərdoğanı  və  onun  xanımını  sarayın  önündə  böyük  hörmət  və 

ehtiramla qarşıladı. 

Forumda  48  ölkədən    ümumilikdə  513  nəfər  iştirak  edirdi. 

Ən böyük nümayəndə heyətləri Türkiyə, Almaniya, ABŞ, Rusiya, 

Ukrayna,  Niderland,  İsveç,  Rumıniya,  Norveç  və  Litvadan 

gəlmişdi. 

Salona  toplaşanlar  Azərbaycan  prezidenti  İlham  Əliyevi, 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və Şimali Kiprin 

lideri  Mehmet  Əli  Tələti  və  onların  xanımlarını  hərarətlə 

qarşıladılar. 

 


 

57 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

DÜNYA AZƏRBAYCAN VƏ TÜRK DİASPOR 

TƏŞKİLATLARI RƏHBƏRLƏRİNİN  

I FORUMUNDA NİTQİ 

 

Bakı, Heydər Əliyev adına saray 

 

9 mart 2007-ci il 

 

Hörmətli xanımlar və cənablar! 



Əziz qonaqlar! 

Mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram, 

ölkəmizə, öz doğma vətəninizə xoş gəlmisiniz! 

İndi nümayiş etdirilən bu kiçik filmdə bir daha gördük ki, 

Türkiyə–Azərbaycan  birliyi  nə  qədər  güclüdür,  xalqlarımızın 

həyatında onun nə qədər böyük əhəmiyyəti var. Biz əsrlər boyu 

bir  yerdə  olmuşuq.  Amma  müxtəlif  tarixi  hadisələr  bizim 

xalqlarımızı  bir-birindən  ayrı  salmışdır.  Yalnız  Azərbaycanın 

dövlət  müstəqilliyinin  bərpasından  sonra  bizim  birliyimiz  də 

bərpa  olundu  və  bu  gün  Türkiyə  və  Azərbaycan  –  iki  qardaş 

ölkə  bərabər  addımlayır.  Biz  bütün  tədbirlərdə  bərabər  iştirak 

edirik,  aramızda  ən  yüksək  fikir  birliyi  var.  Bəlkə  də  dünyada 

ikinci  belə  ölkələr  yoxdur  ki,  bir-birinə  bu  qədər  bağlı  olsun. 

Həm  xalqların  etnik  mənsubiyyəti  baxımından,  həm  siyasi 

baxışlar, həm də ortaq maraqlar baxımından. Biz elə etməliyik 

ki,  birliyimiz  daha  da  güclənsin,  hərtərəfli  olsun.  Təbii  ki,  bu 

işlərdə  xaricdə  yaşayan  soydaşlarımızın  da  fəaliyyəti  çox 

əhəmiyyətlidir. 

Azərbaycan müstəqilliyinin 15 ilini yaşamışdır. Artıq bu kiçik 

tarix göstərdi ki, ölkəmiz müstəqil dövlət kimi yaşaya, inkişaf edə 

bilir. Əgər biz müstəqilliyimizin ilk illərinə nəzər salsaq görərik ki, 

o  vaxt  ölkəmizin  durumu  çox  acınacaqlı  idi.  İqtisadi  tənəzzül, 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə