İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə15/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   11   12   13   14   15   16   17   18   ...   115

 46 

21 kottec artıq hazırdır. Gələcəkdə restoran, üzgüçülük hovuzu, 

idman,  konfrans  salonları  da  olacaqdır.  Tikintidə  hazırda  200 

nəfər  çalışır.  Kompleks  tam  hazır  olandan  sonra  100  nəfər 

daimi işlə təmin ediləcəkdir. Təqribən 11 milyon manat sərmayə 

qoyulacaq  kompleksin  tikinti  işlərini  yerli  «Şinkar  İnşaat» 

şirkəti yerinə yetirir.  

Prezident İlham Əliyev tikinti işləri ilə tanış oldu, kottecləri 

gəzdi.  Dövlətimizin  başçısı  inşaatçılarla  görüşdü,  xarici 

turistlərin cəlb edilməsi üçün görülən işlərin, o cümlədən bina-

ların  xarici  görünüşünün  yüksək  səviyyədə  olmasının  zəruri-

liyini söylədi.   


 

47 


 

 

 

RUSİYA TƏHSİL VƏ ELM NAZİRİ  

ANDREY FURSENKO İLƏ GÖRÜŞ 

 

Qəbələ şəhəri 

 

2 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

Qəbələ  rayonuna  səfəri  çərçivəsində  martın  2-də  rayon  icra 

hakimiyyətinin binasında Rusiya Federasiyasının Təhsil və Elm 

naziri Andrey Fursenkonu qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  ilə  Rusiya  arasında  əlaqələrin  bütün 

sahələrdə,  o  cümlədən  təhsil  sahəsində  uğurla  inkişaf  etdiyi 

vurğulandı. 

Prezident İlham Əliyev nazir Andrey Fursenkonun Azərbay-

cana  budəfəki  səfərinin  iki  ölkə  arasında  təhsil  sahəsində 

əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyini bildirdi. 

Nazir  respublikamıza,  o  cümlədən  Qəbələyə  səfərinin  onda 

Azərbaycan həqiqətləri, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı 

barədə  dolğun  təsəvvür  və  zəngin  təəssürat  oyatdığını  söylədi. 

O,  təhsil  sahəsində  əməkdaşlığın  genişləndirilməsi,  konkret 

layihələrin  reallaşdırılması  üçün  səyini  əsirgəməyəcəyini 

bildirdi. 

 


 48 

 

 

 

HEYDƏR ƏLİYEV ADINA SARAYDA  

ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA 

İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ 

 

Bakı, Heydər Əliyev adına saray 



 

5 mart 2007-ci il 

 

Martın  5-də  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham Əliyev Heydər Əliyev adına sarayda aparılacaq əsaslı tə-

mir  və  yenidənqurma  işləri  ilə  əlaqədar  hazırlanmış layihə  ilə 

tanış olmuşdur.  

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev məlumat verə-

rək bildirdi  ki, dövlətimizin başçısının «Azərbaycan teatr sənə-

tinin  inkişaf  etdirilməsi  haqqında»  sərəncamında  göstərildiyi 

kimi,  Heydər  Əliyev  adına  sarayın  mühüm  ictimai-siyasi,  mə-

dəni  tədbirlərin  təşkil  edilməsi  və  həyata  keçirilməsində  əhə-

miyyətini  nəzərə  alaraq,  burada  əsaslı  təmir  və  yenidənqurma 

işləri  aparılacaq,  saray  müasir  avadanlıqla  təchiz  ediləcəkdir. 

Bununla  əlaqədar,    Türkiyənin  «Pim  Proje»  şirkəti  xüsusi 

layihə hazırlamışdır. Martın 15-dən saray fəaliyyətini dayandı-

racaq,  bir  ay  müddətində  yenidən  yoxlamalar  aparıldıqdan 

sonra işə başlanacaqdır. «Aqrartikinti» Səhmdar Cəmiyyəti tə-

rəfindən görüləcək işlər 2008-ci ilin sentyabrında başa çatdırı-

lacaqdır.  

Prezident  İlham  Əliyev  əvvəlcə  layihədə  nəzərdə  tutulan 

dəyişikliklərlə  tanış  oldu,  sarayin  təmirdən  sonrakı  vəziyyətini 

göstərən şəkillərə baxdı.   

«Pim  Proje»  şirkətinin  rəhbəri  Cəlal  Özkan  layihə  barədə 

məlumat verərək, ulu öndər Heydər Əliyevin adını daşıyan sa-

rayın  layihə  işlərinin  onlara  həvalə  olunmasına  görə  təşəkkür 

edərək dedi ki, bu bizim üçün böyük fəxrdir. Layihədə binanın 


 

49 


xaricində, ətrafında və daxilində  görüləcək işlər nəzərdə tutul-

muşdur. Binaya mərmər üzlük çəkiləcəkdir.  

İ l h a m   Ə l i y e v: Gərək binanın xarici görünüşü çox gö-

zəl olsun, müasir olsun.  



C ə l a l   Ö z k a n: İşıqlandırma sistemi tamamilə yenidən 

qurulacaq, İtaliyadan gətirilmiş xüsusi şüşələr quraşdırılacaq və 

beləliklə, 24 saat ərzində binanın üzərindən ekran kimi istifadə 

olunacaqdır.  Bu  bizim  layihəmizin  əsasını  təşkil  edir.  Binanın 

qarşısından  keçən  yolda  nəqliyyat  vasitələrinin  dayandırılması 

üçün avtomat tipli xüsusi sədlər quraşdırılacaq və tədbirlər olan 

zaman  bundan  istifadə  olunacaq  və  insanların  qarşıdakı  parkla 

əlaqəsi yaranacaqdır.   



İ  l  h  a m     Ə l i  y  e  v:  Yəni  bütün  insanlar  buradan  rahat 

keçə bilsinlər.  



C ə l a l   Ö z k a n: Binanın giriş hissəsinin hündürlüyünü 

bir metr  qaldıracaq və işıqlandıracağıq. Xüsusilə tədbirlər gecə 

keçirildiyi üçün daha işıqlı olacaqdır.  

Ə b ü l f ə s   Q a r a y e v: Cənab Prezident, hazırda giriş 

hissənin  hündürlüyü  3,5  metrdir.  Biz  bunu  bir  metr  yuxarı 

qaldırmaqla daha yaraşıqlı edəcəyik.  

İ l h a m   Ə l i y e v: Giriş hissədə neçə qapı olacaqdır?  

Ə b ü l f ə s   Q a r a y e v: 7-8 qapı idi, hamısı qalır.  

İ l h a m   Ə l i y e v: Yəni necə var idisə, elə də qalır.  

C ə l a l   Ö z k a n: Bəli, amma qapılar avtomatik açılıb-

bağlanacaqdır.  Görüləcək  bütün  işlərdə  son  texnologiyalar, 

Avropada istifadə olunan materiallar tətbiq ediləcəkdir. Bu bina 

memarlıq baxımından çox gözəldir. Hazırda 50-yə yaxın memar 

binada texniki araşdırmaları davam etdirir.  

İ l h a m   Ə l i y e v: Demək olar ki, binanın xarici görü-

nüşü  dəyişməz  olaraq  qalacaqdır.  Sadəcə  olaraq,  biz  bunu 

müasirləşdirəcəyik  və  yeni  texnologiyalar  tətbiq  olunacaqdır. 

Sanki yeni bir saray tikilir.  



C ə l a l   Ö z k a n: Cənab Prezident, tamamilə doğrudur.  

Ə b ü l f ə s    Q a r a y  e v:  Cənab Prezident, dövlət təd-

birlərinin burada keçirilməsini nəzərə alaraq, ali və hörmətli qo-




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə