İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə14/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   10   11   12   13   14   15   16   17   ...   115

 

43 


yinizin, apardığınız siyasətin, regionların sosial-iqtisadi inkişafı 

sahəsində  görülən  işlərin  nəticəsini  bu  məktəbdə  hiss  edirik. 

Çox  sevindiricidir  ki,  bu  işlər  ölkəmizin  bütün  regionlarında 

görülür.  O  bu  məktəbdə  xarici  dil  fənninin  tədrisi  sahəsində 

kifayət  qədər  uğurlar  olduğunu  vurğuladı.  Bildirdi  ki, 

məzunların  bəziləri  Avropanın  bir  sıra  qabaqcıl  təhsil  ocaq-

larında oxuyurlar. 30-dan çox fransız dili mütəxəssisi hazırlan-

mışdır  və  onlar  müxtəlif  yerli  və xarici təşkilatlarda işləyirlər. 

Ulu  öndərimizin  maddi  köməyi  sayəsində  məktəbimizin 

yetirməsi  Ağasəlim  Rəsulov  Fransada  təhsilini  başa  vurmuş, 

dilçilik üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Keçən il 

məzunlardan  biri  yüksək  –    659  bal  toplayaraq,  Dövlət  İda-

rəçilik Akademiyasına qəbul olmuşdur.   

Prezident İlham Əliyev uşaqların belə gözəl məktəbdə yaxşı 

təhsil almalarını, ingilis dilini mükəmməl öyrənmələrini tövsiyə 

etdi, informasiya və kompyuter sinfi ilə tanış oldu.  

Məktəbin  pedaqoji  kollektivini  təbrik  edən  prezident  İlham 

Əliyev dedi ki, burada uşaqların yaxşı təhsil alması üçün bütün 

şərait  var,  avadanlıq,  ləvazimat,  kompyuter  sinfi  də  var.  Əsas 

odur  ki,  uşaqlar  yaxşı  oxusunlar  və  dəyərli  insanlar  olsunlar. 

Gələcəkdə Azərbaycanın inkişafı üçün fəaliyyət göstərsinlər. 

Prezidentlə  görüşə  gələn  Tüntül  kənd  orta  məktəbinin 

direktoru  Telman  Abdulkərimov  prezidentə  müraciətlə  dedi  ki,  

biz  də  uzun  illər  yaxşı  məktəbin  arzusunda  idik.  2006-cı  ildə 

Sizin, çox hörmətli Mehriban xanımın qayğısı nəticəsində gözəl 

məktəb  binası  tikilib,  müəllimlərin,  şagirdlərin  istifadəsinə 

verilibdir.  Buna  görə  camaatımızın  adından  çox-çox 

minnətdarlıq  edirəm.  Gözəl  şərait,  zəngin  kabinetlər,  yaraşıqlı 

sinif otaqları yaradılıbdır. Müəllim kimi,  üzərimizə düşən və-zi-

fəmiz, ulu öndərimizin dediyi kimi, azərbaycanlı olmağı ilə fəxr 

edən  vətəndaşlar  yetişdirməkdir.  Siz  də,  Mehriban  xanım  da 

dağlar  qədər  əzəmətli,  qüdrətlisiniz.  O  dağlar  torpağa 

söykənib,  onlara  heç  kim  heç  nə  edə  bilməz.  Siz  isə  xalqa 

söykənmisiniz.  Ona  görə  Sizə  heç  kim  heç  nə  edə  bilməz. 

Azərbaycan  var  –  Siz  varsınız,  Siz  varsınız  –  Azərbaycan  da 


 44 

var.  Bizim  düşüncəmiz  belədir.  Biz  bu  iqtisadi  inkişafı  İlham 

Əliyevin iqtisadi möcüzəsi kimi qəbul edirik.    

  Prezident İlham Əliyev təşəkkür edərək dedi ki, gənclər hər 

bir ölkənin gələcəyi deməkdir. Yəni, indi burada oxuyan uşaqlar 

gələcəkdə  Azərbaycanda  müxtəlif  vəzifələrdə  işləyəcəklər, 

Azərbaycanı idarə edəcəklər. Ona görə gənc nəsil vətənpərvər, 

xalqa  bağlı  olmalıdır.  Vətəni  sevməlidir,  bilikli  və  peşəkar 

olmalıdır  ki,  həyatda  öz  yerini  tutsun.  İndi  biz  məktəblərin 

maddi-texniki  bazasını  möhkəmləndiririk, yeni  məktəblər tikilir 

və tikiləcəkdir. Ən əsası isə, təhsilin səviyyəsi yüksəlməlidir. Bu 

işdə  müəllimlərdən  çox  şey  asılıdır.  Mən  də  müəllimlərin 

fəaliyyətini  çox  yüksək  qiymətləndirirəm.  Siz  böyük  iş 

görürsünüz,  uşaqları  tərbiyə  edirsiniz,  təhsil  verirsiniz.  Arzu 

edirəm ki, uşaqlar yaxşı oxusunlar, müəllimlər də razı olsunlar. 

Mən bu yaxınlarda müəllimlərin maaşını artırdım, gələcəkdə də 

artıracağam  ki,  heç  kəs  maddi cəhətdən  əziyyət  çəkməsin. Sağ 

olun.   

 

 



 

 

 



 

Qəbələ kərpic zavodunda 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  2-də  «Gilan 



Holding»  Şirkətlər  Qrupuna  məxsus  Qəbələ  kərpic  zavodunda 

olmuşdur.  Müəssisənin  kollektivi  dövlət  başçısını  və  ölkəmizin 

birinci xanımını səmimiyyətlə qarşıladı.  

Prezidentə məlumat verildi ki, müəssisənin tikintisinə 2004-

cü  ilin  avqustunda  başlanmış,  keçən  il  istifadəyə  verilmişdir. 

Lakin  rəsmi  açılışı  olmamışdır.  İndi  prezidentin  rayona  gəlişi 

ilə  əlaqədar  artıq  bu  zavod  tam  gücü  ilə  işə  salınır.  İstehsal 

gücü ildə 25–30 milyon ədəd kərpic olan müəssisədə 120 nəfər 

çalışır,  orta  aylıq  əməkhaqqı  150–180  manatdır.  Avadanlıq 

Ukrayna və Rusiyadan gətirilmişdir. Burada Qafqazda analoqu 

olmayan  texnologiya  əsasında  məhsul  buraxılır.  Yerli  bazarda 

tələbat  artır  və  məhsulu  ixrac  etmək  də  nəzərdə  tutulur.  Si-

farişlər gündən-günə artır. 


 

45 


Prezident  İlham  Əliyev  düyməni  basaraq  zavodu  yeni  is-

tehsal  sahələri  ilə  birlikdə  işə  saldı,  ayrı-ayrı  sexləri  gəzdi, 

texnoloji prosesi izlədi. Dövlətimizin başçısı müəssisələrin işçi-

ləri ilə  görüşdü, tikinti sektorunda bu cür məhsula tələbatın çox 

olduğunu vurğuladı.  

 

 

Avropa standartlarına cavab verən Qəbələ 

mehmanxanası ilə tanışlıq 

  

Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  2-də  «Gilan 

Holding»  Şirkətlər  Qrupuna  məxsus  «Qəbələ»  mehmanxanası 

ilə tanış olmuşdur.  

Qəbələ şəhərinin mərkəzində yerləşən bu hotel dövlətimizin 

başçısının  bölgələrdə  turizmin  inkişafına  göstərdiyi  qayğının 

bariz nümunəsidir. Dördmərtəbəli mehmanxanada lüks, yarım-

lüks,  standart  səviyyəli  58  nömrə  var.  Avropa  mehmanxana 

standartları və Şərq qonaqpərvərliyi buranın müştərilərinə hər 

cür  şəraiti  təmin  edir.  Xidmət  heyəti  ingilis,  rus,  alman,  türk 

dillərini  bilir.  Mehmanxananın  trenajoru,  konfrans  salonu, 

mühafizə edilən 20 yerlik avtomobil dayanacağı, sauna, masaj, 

bilyard  salonları  qonaqların  xidmətindədir.  Mərkəzləşdirilmiş 

istilik  sistemi,  stasionar  generator  quraşdırılmışdır.  100 

nəfərlik restoranda müxtəlif ziyafətlər təşkil etmək mümkündür.  

 Qonaqların  istirahətinin  daha  maraqlı  olması  üçün Qəbələ 

rayonunun  və  ətraf  rayonların  gəzməli-görməli  yerlərinə  sə-

yahətlər  təşkil edilir.  

 

 

 

 

 

 

«Gilan Holding» Turizm-istirahət kompleksi ilə tanışlıq 

 

Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri 



çərçivəsində  «Gilan  Holding»  Şirkətlər  Qrupunun  Turizm-

istirahət  kompleksinin  tikintisi  ilə    tanış  olmuşdur.  İnşasına 

keçən  il  başlanılmış  kompleksdə  hazırda  beşmərtəbəli  iki 

mehmanxana  tikilir.  Beşulduzlu  nəzərdə  tutulan  6  mərtəbəli 

mehmanxanada isə son tamamlama işləri görülür. Kompleksdə 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə