İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə12/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   8   9   10   11   12   13   14   15   ...   115

 

37 


Prezidentə  məlumat  verildi  ki,  4,6  hektar  ərazidə  yerləşən 

kompleksin  tikintisi  2005-ci  ilin  iyun  ayında  başlanmış,  keçən 

ilin  sonunda  tamamlanmışdır.  Ümumilikdə  2  milyon  625  min 

manat vəsait xərclənmişdir. Əhaliyə nümunəvi xidmət göstərilən 

kompleksdə  ən  müxtəlif  mallar,  habelə    kənd  təsərrüfatı 

məhsulları satılır. Burada 700 nəfər özünə iş yeri tapmışdır.  

Prezident  İlham  Əliyev  geyim  dəstləri,  kompleksin  süd, 

meyvə-tərəvəz,  ət  və  ət  məhsulları  satılan  bölmələrini  gəzdi, 

malların çeşidi, qiyməti, keyfiyyəti ilə maraqlandı.   

Satıcılar, fermerlər onlara yaradılan müasir şəraitə, region-

ların  sosial-iqtisadi  inkişafına,  kəndli  fermer  təsərrüfatlarına 

göstərilən  diqqət  və  qayğıya  görə  dövlətimizin  başçısına  dərin 

minnətdarlıqlarını  ifadə  edərək  dedilər  ki,  Allah  Sizdən  razı 

olsun.  Siz  bizim  sevimli  prezidentimizsiniz,  sevimli  Mehriban 

xanım  da  xoş  gəlibdir.  Dolanışığımız  gündən-günə  yaxşılaşır. 

Satışa  çıxarılan  bütün  məhsulların  xeylisini  özümüz  istehsal 

edirik, qiymətlər də nisbətən ucuzdur.  

Prezident  İlham  Əliyev  əhaliyə  satılan  kənd  təsərrüfatı 

məhsullarının  keyfiyyətindən  və  bu  cür  müasir  ticarət  obyekt-

lərinin fəaliyyətindən razılığını bildirdi. 

 

 



 

 

 



 

Zərifə Əliyeva adına parkda 

 

Azərbaycan prezidenti İlham Əliyev martın 2-də Qəbələ şə-



hərində  görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə  xanım 

Əliyevanın  adını  daşıyan  parkın  açılışında  iştirak  etmişdir. 

Burada  dövlətimizin  başçısını  və  xanımını    musiqi  ilə  qarşı-

ladılar.  Prezident  İlham  Əliyev  parkın  rəmzi  açılışını  bildirən 

lenti kəsdi.   

Məlumat  verildi  ki,  6,5  hektar  ərazini  əhatə  edən  parkda 

milliliklə  müasirlik çox uyarlı şəkildə uzlaşdırılmışdır. Burada 

kafe, şirniyyat evi, idman kompleksi, ağsaqqallar üçün çay evi, 

restoran, diskoteka, konsert və əyləncəli proqramlar üçün gözəl 

səhnə yaradılmışdır. Göz oxşayan parkda 7 süni göl, fəvvarəli 

hovuzlar, yaraşıqlı bulaqlar vardır. Parkda 10 mindən çox gül 


 38 

kolu  və  ağac  əkilmişdir.  Xüsusilə  gecə  vaxtları  əsrarəngiz 

görünən  park  gözəl  təəssürat  bağışlayır.  Sakinlərin  istirahəti 

üçün  hər  cür  şərait  yaradılmış  bu  mədəniyyət  və  istirahət 

obyekti  müasir  standartlara  cavab  verir.  Gənclərin  asudə 

vaxtının  səmərəli  keçməsi  üçün  maraqlı  proqramlar  təşkil 

olunur,  kiçik  yaşlı  uşaqlar  üçün    karusellər,  yelləncəklər 

quraşdırılmışdır.  Kompleksdə  futbol,  voleybol,  basketbol  mey-

dançaları,  idman  salonları  var.  Burada  gələcəkdə  rayon  əhə-

miyyətli yarışlar keçiriləcəkdir. 

Prezident  İlham  Əliyev incəsənət  ustalarının  ifasını  dinlədi, 

idman kompleksində balaca karateçilərin nümunəvi çıxışlarına, 

futbolçuların məşqlərinə tamaşa etdi.  

Dövlətimizin  başçısı  parkı  gəzdi,  rayonun  gənc  rəssam-

larının  işlərinə  baxdı, parka  gəzintiyə  çıxmış  sakinlərlə  görüş-

dü.  Prezident  İlham  Əliyevə  gənc  rəssamların  adından  rəsm 

əsəri hədiyyə olundu.  

Sakinlər ali qonağı və xanımını salamladılar, istirahət üçün 

yaradılan  şəraitə  görə  təşəkkür  etdilər,  göstərilən  diqqət  və 

qayğıdan  razılıqlarını  bildirdilər.  Balaca  uşaqlar  ulu  öndər 

Heydər Əliyevə və dövlətimizin başçısına həsr olunmuş şeirlər 

söylədilər.   

Prezident İlham Əliyev onlara təşəkkür edərək dedi ki, park 

çox gözəldir. İstirahət üçün hər bir şərait var, çox gözəl abadlıq 

işləri  görülmüşdür.  İnsanlar  buradan  səmərəli  istifadə 

edəcəklər.  

Sakinlər  və  balaca  uşaqlarla  xatirə  şəkli  çəkdirən  dövləti-

mizin başçısı gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün 

yaradılan diskoteka ilə də tanış oldu. 

Sonra  prezident  İlham  Əliyev  parkda  istirahət  edən  ağsaq-

qallarla görüşüb söhbət etdi.  

N a z i m   M u s t a f a y e v (Rayon Ağsaqqallar Şurasının 

sədri): Cənab Prezident, bu gün bizim üçün çox xoş bir gündür. 

Sizin  xanımınızla  birlikdə  buraya  gəlməyiniz  bizim  üçün  toy-

bayramdır.  Ulu  öndərimizi  biz  heç  vaxt  yaddan  çıxartmırıq. 

Allah  ona  qəni-qəni  rəhmət  eləsin.  Sizə  isə  ailənizlə  birlikdə 




 

39 


xoşbəxtlik  arzulayırıq.  Siz  nəinki  Azərbaycanda,  xarici 

ölkələrdə  də  ən  yüksək  hörmətlə  qarşılanırsınız.  Bu  da  bizi 

fərəhləndirir.  

Y a v ə r   M ə m m ə d o v (rayon ağsaqqalı): Cənab Prezi-

dent, bu istirahət parkı rəhmətlik Zərifə xanım Əliyevanın adını 

daşıyır.  Zərifə  xanım  yeganə  akademik  olub  ki,  göz 

xəstəliklərinin  müalicəsi  ilə  əlaqədar  zavodlarda,  fabriklərdə, 

müəssisələrdə xüsusi laboratoriyaları var idi. Fəhlələri müalicə 

edib,  çox  insanlara  şəfa  veribdir.  Mənim  böyük  qızım  onun 

tələbəsi  olub,  müəyyən  vaxtlarda  o  proseslərdə  iştirak  edibdir. 

Allah-təaladan  ona  rəhmət  diləyirik.  Ağsaqqal  kimi,  mən  fəxr 

edirəm ki, Zərifə xanımın adına belə gözəl park sa-lınıbdır. Biz 

Mehriban  xanıma  da  minnətdarıq.  Heydər  Əli-yev  Fondunun 

təşəbbüsü, köməyi ilə Qəbələdə neçə-neçə məktəb tikilibdir. O, 

dağılan məktəbləri yenidən tikir. Bu xeyirxah işlərə görə hamı 

təşəkkür  edir.  Hamınıza  xoşbəxtlik,  ailə  səadəti  arzulayırıq. 

Qəbələ camaatının Sizə xüsusi hörməti var. 



İ l h a m   Ə l i y e v:  Təşəkkür edirəm, bu park çox yüksək 

səviyyədə  salınmışdır.  Əslində,  bu  parkda  ölkəmizdə  gedən 

bütün  proseslər  öz  əksini  tapır.  İdmançılar,  gənclər,  uşaqlar 

üçün məşq, istirahət, oyun yerləri, ağsaqqalların istirahəti üçün 

şərait yaradılmışdır. Buranın havası da, təbiəti də çox gözəldir. 

Adam  bu  dağlara  baxanda  özünü  daha    gümrah  hiss  edir.  Siz 

məndən  də  yaxşı  bilirsiniz  ki,  Qəbələ  necə  gözəlləşir,  inkişaf 

edir. Qəbələ buna layiqdir. Çünki Azərbaycanın qədim paytaxtı 

olubdur,  qədim,  tarixi  şəhəridir.  Ona  görə  gərək  inkişafı 

hərtərəfli olsun.   

Ulu öndər Qəbələyə 2002-ci ildə gəlmişdi. O vaxtdan beş il 

keçib,  amma  nə  qədər  böyük  dəyişikliklər  baş  veribdir. 

Qəbələni  tanımaq  mümkün  deyildir.  Bundan  sonra  daha  da 

yaxşı  olacaqdır.  Parklar,  müəssisələr,  xəstəxanalar,  müxtəlif 

sənaye  obyektləri  tikilir,  iş  yerləri  açılır.  Bunların  hamısı 

vacibdir.        



Y  a  v  ə  r      M  ə  m  m  ə  d  o  v:  Rayonun  inkişafında  Milli 

Məclisin  deputatı  Fəttah  Heydərovun  da  xidmətləri  var.  İndi 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə