26
QƏBƏLƏ RAYONU İCTİMAİYYƏTİNİN
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ
NİTQ
2 mart 2007-ci il
Əziz bacılar və qardaşlar!
Əziz qəbələlilər!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox
gözəl bir gündür, ulu öndər Heydər Əliyevin muzeyi açılır.
Muzeyin çox gözəl ekspozisiyası var. Ulu öndərin həyat və
fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Eyni zamanda bu,
memarlıq baxımından da çox gözəl binadır və Qəbələ şəhərinə
əlavə yaraşıq verəcəkdir.
Bu gün muzeydə nümayiş etdirilən fotoşəkillər və sənədlərlə
tanış olarkən bir daha görürük ki, ulu öndər Heydər Əliyevin
Azərbaycan xalqının inkişafında, Azərbaycan Respublikasının
möhkəmlənməsində çox böyük rolu olmuşdur. 70-ci illərdə
Azərbaycanı çox yüksək inkişaf səviyyəsinə gətirib çıxarmışdır.
1969-cu ildə rəhbərliyə gəldiyi zaman Azərbaycan Sovet İttifa-
qında ən geridə qalmış respublika idi. 1982-ci ildən isə ən
qabaqcıl respublikaya çevrilmişdir.
Müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi o ağır
vəziyyət, o böhranlı günlər, faktiki olaraq ölkəmizi həm
iqtisadi, həm də siyasi cəhətdən çox çətin vəziyyətə salmışdır.
Bizim müstəqilliyimiz faktiki olaraq şübhə altında idi. Yalnız
Azərbaycan xalqının tələbi və xahişi ilə 1993-cü ildə Heydər
Əliyevin rəhbərliyə gəlişindən sonra bütün xoşagəlməz
meyillərin qarşısı alındı və ölkəmiz inkişaf yoluna qədəm
qoydu. Əgər o vaxt bütün müstəqilliyini yenicə əldə etmiş
respublikalar arasında Azərbaycan ən ağır vəziyyətdə idisə, bu
27
gün Azərbaycan ən sürətlə inkişaf edən ölkədir. Budur tarixdə
liderlərin rolu və onların fəaliyyəti!
Bu gün biz inamla inkişaf edirik. Bunu biz Qəbələ rayo-
nunun timsalında da görürük. Deyə bilərəm ki, Qəbələ rayo-
nunun sürətli inkişafı ulu öndər Heydər Əliyevin 2002-ci ildə
Qəbələyə gəlişindən sonra başlanmışdır. O burada vəziyyətlə
tanış olmuş, öz göstərişlərini vermiş və inkişaf proqramlarını
müəyyən etmişdi. Bu gün bu proqramlar uğurla icra edilir. Siz
də bunu yaxşı bilirsiniz ki, qısa müddət ərzində Qəbələnin,
demək olar, siması dəyişdi. Yollar, xiyabanlar, parklar salındı,
yeni binalar, sənaye müəssisələri tikilir. Bu gün böyük konserv
zavodunun açılışında olacağam, ondan sonra digər sənaye
obyektlərinin tikintisi ilə tanış olacağam.
Qəbələnin iqtisadi potensialı artır, yeni iş yerləri açılır,
sənaye müəssisələri ilə yanaşı, sosial infrastruktura da böyük
diqqət göstərilir. Bildiyiniz kimi, Qəbələdə yeni müasir
Müalicə-Diaqnostika Mərkəzinin tikintisinə başlamışıq və ümid
edirəm ki, yaxın zamanlarda bu gözəl xəstəxana istifadəyə
veriləcəkdir.
Qəbələdə mehmanxanalar tikilir, buranın çox gözəl təbiəti var.
Turizm üçün çox gözəl yerlər var. Turizmin inkişafı, infrastrukturun
inkişafı, sosial məsələlərin həlli, məktəb tikintisi – bütün bunlar
Qəbələ rayonunun inkişafında çox mühüm rol oynayan amillərdir.
Rayonun potensialı ildən-ilə möhkəmlənir və mən bu gün deyə
bilərəm ki, Qəbələ rayonu Azərbaycanın ən sürətlə inkişaf edən
rayonları sırasındadır. Bu uğurlar münasibətilə mən sizin hamınızı
təbrik edirəm.
Bütövlükdə, bu bölgənin inkişafı çox sürətlə gedir. Bildiyiniz
kimi, mən bölgələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. O
cümlədən, bu bölgədə də dəfələrlə olmuşam. Son zamanlar
bölgənin iqtisadi potensialının möhkəmləndirilməsi üçün böyük
işlər görülübdür. Enerji təchizatı sistemi müasirləşir. Şəkidə
istifadəyə verilmiş yeni elektrik stansiyası bütün bu bölgəni
elektrik enerjisi ilə təmin edəcəkdir. Artıq biz çoxlu elektrik