16
inkişaf getsin, Azərbaycanın hərtərəfli inkişafı məhz bunun
hesabına davam edəcəkdir.
Bizim artıq çox güclü iqtisadi potensialımız mövcuddur.
Neft-qaz layihələri Azərbaycanı inkişaf edən ölkəyə çeviribdir.
Növbəti illərdə bizə çoxlu gəlirlər gələcəkdir və ilk növbədə,
ölkəmizin müxtəlif sahələrini inkişaf etdirməliyik. İnfrastruktur,
sosial obyektlərin yaradılması, yeni iş yerlərinin açılması,
sahibkarlara dəstək, turizmin inkişafı və beləliklə, qeyri-neft
sektorunun ümumi inkişafı mümkün olacaqdır. Biz bunu artıq
görürük. Bu yaxınlarda regional inkişaf proqramının üçilliyinə
həsr edilmiş müşavirədə biz bunu bir daha gördük. Bütün
bölgələrdə sürətli inkişaf gedir, böyük işlər görülür. Əminəm ki,
bundan sonra da nəzərdə tutulmuş bütün proqramlar həyatda öz
əksini tapacaqdır.
Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır, bizim
iqtisadi imkanlarımız artır, Azərbaycan iqtisadi müstəqilliyini,
enerji təhlükəsizliyini təmin edibdir və başqa ölkələrin enerji
təhlükəsizliyini də təmin edəcəkdir. Biz indi çox sürətlə inkişaf
edən ölkəyik və qarşımızda duran əsas vəzifələr ondan ibarətdir
ki, insanların həyat səviyyəsini yaxşılaşdıraq. Bunu müxtəlif
yollarla, müxtəlif proqramlarla edirik. İlk növbədə, maaşları və
pensiyaları ildən-ilə və hətta ildə iki dəfə artırmaqla edirik.
Büdcə təşkilatlarında çalışanların maaşları və pensiyaları
artırılıbdır. Digər tərəfdən, minimum əməkhaqqının qaldırılması
o deməkdir ki, artıq özəl sektorda da minimum əməkhaqqından
aşağı maaş verilə bilməz. Qısa müddət ərzində biz minimum
əməkhaqqını 50 manata çatdırdıq.
Kreditlərin verilməsi, xüsusilə bölgələrdə yerli sahibkarlığın
inkişafı, onlara dəstək verilməsi. Təkcə bu il sahibkarlara kredit
şəklində 100 milyon dollar vəsait veriləcəkdir. Bu kreditlər
ğüzəştli şərtlərlə verilir. Kənd təsərrüfatının inkişafı üçün
«Aqrolizinq» Səhmdar Cəmiyyəti yaradılmışdır, onun xətti ilə
rayonlara böyük miqdarda texnika gətirilir və alınan texnikanın
həcmi ildən-ilə artmaqdadır.
17
Kənd təsərrüfatına dəstək vermək üçün bu yaxınlarda 80
milyon manat vəsait nəzərdə tutulubdur. Bu vəsaitlə gübrələr
alınacaq və eyni zamanda, fermerlərə vəsait veriləcək ki, onlar
enerji daşıyıcılarını ala bilsinlər. Yəni dövlət bu yolla öz üzərinə
düşən vəzifələri icra edir.
Digər tərəfdən, sahibkarlığın inkişafı. Çünki müasir dünyada
bu ən başlıca amildir. Hər bir inkişaf etmiş ölkənin
iqtisadiyyatında özəl sektor tam əksəriyyət təşkil edir. Azər-
baycanda da bu göstərici yüksək səviyyədədir. Nəzərə alsaq ki,
biz müstəqilliyimizi əldə edəndə özəl sektor faktiki olaraq yox
dərəcəsində idi, bu gün iqtisadiyyatımızda özəl sektorun payı 81
faizdir. Bu çox böyük göstəricidir və qısa müddət ərzində, 15 il
ərzində biz buna nail ola bilmişik. Nəyin hesabına? Çox uğurlu
iqtisadi islahatların hesabına, eyni zamanda, yeni sahibkarlığın
dəstəklənməsi sayəsində.
Beynəlxalq qurumlarla bizim münasibətlərimiz güclənir.
Bütövlükdə, Azərbaycanda aparılan xarici siyasət bizim
ölkəmizi daha da möhkəmləndirir və ölkədə gedən proseslərin
müsbət istiqamətdə davamını təmin edir. Azərbaycanda daxili
sabitlik tam şəkildə bərqərar olunubdur. Bayaq qeyd etdiyim kimi,
iqtisadi göstəricilər ən yüksək səviyyədədir. Sadəcə olaraq, bundan
sonra qəbul edilmiş bütün proqramlar vaxtlı-vaxtında icra
olunmalıdır və müəyyən edilmiş bütün məsələlər öz həllini
tapmalıdır.
Təxminən il yarım bundan əvvəl bu su kəmərinin tikintisinə
dair məhz Bakıda geniş müşavirə keçirildi. Orada məruzələr
dinlənildi və göstərişlər verildi. Konkret göstəriş verilmişdi ki,
bütün çətin işlər görülsün, texniki-iqtisadi əsaslandırma
hazırlansın və biz tezliklə kəmərin tikintisinə başlayaq. Belə də
oldu. Bütün bu məsələlər qısa müddət ərzində öz həllini tapdı
və bu gün biz kəmərin təməlini qoyduq.
Bu kəmərin inşası eyni zamanda, Azərbaycanda yeni sənaye
sahəsinin başlanmasına gətirib çıxarır. Keçən ilin sonunda mən
Sumqayıtda kompozit borular zavodunun açılışında iştirak
etmişdim. O borular məhz bu kəmərin tikintisi üçün yaradılır.
18
Əgər biz kəmərin tikintisinə başlamasaydıq, heç kim, heç bir
investor bu boruların istehsalına vəsait qoymazdı. Ona da külli
miqdarda vəsait qoyulubdur və bu borular Azərbaycanda
istehsal olunur. Biz bunu da təmin edirik. Pulu olan ölkələr
müxtəlif yerlərdən avadanlıq ala bilərlər, müxtəlif yerlərdən bu
boruları ala bilərlər.
Amma biz başqa yolu seçmişik. Biz istəyirik ki, əldə edilmiş
gəlirlər ilk növbədə, Azərbaycanda yerli istehsalın möh-
kəmlənməsinə yönəldilsin. Özəl sektor da bunu bilir. Bilir ki,
əgər Azərbaycanda yüksək keyfiyyətli məhsul istehsal olunursa,
onda dövlət xətti ilə icra olunan bütün layihələrdə məhz bu
məhsuldan istifadə ediləcəkdir. Belə də oldu. Bu gözəl borular
artıq Azərbaycanda istehsal olunur. Bu kəmərin tikintisində
onlardan istifadə edəcəyik. Ondan sonrakı işlərdə də istifadə
edəcəyik. Sonra bunlar xaricə satılacaqdır. Beləliklə,
Azərbaycanda yeni bir istehsal sahəsi yaranır. Bu da öz
növbəsində yeni iş yerlərinin açılmasına, yaradılmasına gətirib
çıxarır. Yəni bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Sadəcə
olaraq, güclü təkan veriləndə bütün başqa sektorlara da təsir
güclü olur.
Bizim iqtisadi potensialımız möhkəmlənir və belə olan halda
istənilən məsələni həll edə bilərik. Büdcəmiz son 3-4 il ərzində
4-5 dəfə artıbdır. Bu nə deməkdir? Əlavə vəsaitdir, dövlət xətti
ilə qoyulan investisiyaların həcminin artımı, maaş, pensiyaların
artımıdır. Bizim ölkəmiz bundan sonra da bu istiqamətdə
inkişaf edəcəkdir. Güclü siyasi sistem, siyasi sabitlik, xalqla
iqtidar arasında olan birlik, güclü iqtisadi potensial, neft
strategiyamızın uğurla davam etdirilməsi, sosial məsələlərin
həlli, sosial obyektlərin yaradılması və insanların ildən-ilə rifah
halının yaxşılaşdırılması – bizim məqsədimiz budur və bu
məqsədə doğru inamla irəliləyirik. Bu günə qədər görülən işlər
onu göstərir ki, bu istiqamətdə bütün planlarımızı həyata
keçiririk.
Bu su kəmərinin tikintisi ona görə önəmlidir ki, ilk növbədə
o Bakının su probleminin həllinə kömək göstərəcəkdir. Bu gün
Dostları ilə paylaş: |