İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


QAZAXISTANIN ASTANA HAVA LİMANINDA



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   15   16   17   18   19   20   21   22   ...   84

55 
 
 
QAZAXISTANIN ASTANA HAVA LİMANINDA  
QARŞILANMA MƏRASİMİ 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev Qazaxıstan Respublikasının prezidenti Nursultan 
Nazarbayevin dəvəti ilə martın 1-2-də bu ölkədə dövlət səfərində olmuşdur.  
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə  bəzədilmiş Astana hava limanında dövlətimizin 
başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 
Azərbaycan prezidenti İlham Əliyevi Qazaxıstanın rəsmi şəxsləri səmimiyyətlə qarşıladılar. 
Milli geyimli qızlar İlham Əliyevə  və onun xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim etdilər. 
Hərbi orkestrin ifasında Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndi.  
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan 
dövlətinin başçısına raport verdi. 
Azərbaycan prezidenti İlham Əliyev hava limanından Astanada onun üçün ayrılmış iqamətgaha yola düşdü. 
 


56 
 
 
QAZAXISTAN PREZİDENTİNİN  
İQAMƏTGAHINDA TƏNTƏNƏLİ  
QARŞILANMA MƏRASİMİ 
 
Martın 1-də Qazaxıstan Respublikası prezidentinin iqamətgahında Azərbaycan Respublikasının prezidenti 
İlham Əliyevin təntənəli qarşılanması mərasimi oldu.  
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş sarayın önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul 
dəstəsi düzülmüşdü. 
Sarayın qarşısında Azərbaycan prezidenti İlham  Əliyevi və onun xanımı Mehriban Əliyevanı Qazaxıstan 
prezidenti Nursultan Nazarbayev və  qızı Dariqa Nazarbayeva səmimiyyətlə, böyük hörmət və ehtiramla 
qarşıladılar.  
Mərasimdə  İlham  Əliyev Qazaxıstanın yüksək vəzifəli  şəxsləri və Astanada akkreditə olunmuş xarici 
ölkələrin səfirləri ilə səmimiyyətlə görüşdü. 
 
 


57 
 
 
LEV QUMİLYOV ADINA QAZAXISTAN  
DÖVLƏT AVRASİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ 
 
1 mart 2004-cü il 
 
Azərbaycan prezidenti İlham Əliyevi universitetin binası önündə bu ali məktəbin rəhbərləri səmimiyyətlə 
və mehribanlıqla qarşıladılar. İlham Əliyev universitetdə türkdilli xalqların mədəniyyəti və əlyazmaları muzeyi 
ilə ətraflı tanış oldu. Azərbaycan prezidentinə məlumat verildi ki, muzeydə mədəniyyət nümunələri, o cümlədən 
əlyazmaları, qədim Türk Xaqanlığının abidələri toplanmışdır. Muzeyin eksponatları bu mədəniyyət ocağına 
gələn bir çox dövlətlərin rəhbərlərində böyük maraq doğurur. Belə bir məlumat da verildi ki, Xaqanlığın 
banilərinin abidəsinin üçüncü nüsxəsini Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə Yaponiya 
heykəltəraşları yaratmışlar. Bu muzeydə XI əsrin məşhur filoloq-türkoloqu Mahmud Kaşqarinin "Divani-lüğət-
it-türk", orta əsrin filosof şairi Yunus Balasaqunlunun əsərləri, habelə müxtəlif dövr əlifbalarının ilkin 
variantları saxlanılır.  
Azərbaycan dövlətinin başçısı bu maraqlı muzeylə tanışlıqdan məmnunluğunu bildirərək qeyd etdi ki, bu 
qədim ərazilər türk tayfalarının ilk yurdları olmuşdur. 
S a r s e n q a l i   A b d e m a n a p o v: Hörmətli İlham Heydər oğlu!  
Axşamınız xeyir, əziz qonaqlar! 
Avrasiya Milli Universitetinin kollektivi adından Azərbaycan Respublikasının prezidentini bu tarixi salonda 
salamlayıram. Burada bir çox dövlət xadimləri və ictimai xadimlər çıxış etmişlər. Biz çox şadıq ki, bu gün 
qonağımız Sizsiniz – dost və qardaş Azərbaycanın prezidenti İlham Heydər oğludur. Xoş gəlmisiniz!  
Hörmətli İlham Heydər oğlu, Siz universitetlə qısa tanış oldunuz və artıq bilirsiniz ki, Avrasiya Universiteti 
Qazaxıstan elitasının yeni nəslini hazırlamaq üçün prezident Nursultan Nazarbayevin fərmanı ilə yaradılmışdır. 
Universitetimiz bu gün aparıcı ali məktəbdir və burada ölkənin müxtəlif regionlarından istedadlı gənclər təhsil 
alırlar. Qazaxıstan məktəblərini qızıl medalla bitirənlərin dörddə bir hissəsi Avrasiya Universitetinin tələbəsi 
olmuşdur. Kollektivimiz bununla fəxr edir. Universitetin fəaliyyətinin  əsasını elə  əvvəldən Avrasiya ideyası, 
inteqrasiya ideyası  təşkil etmişdir. Prezident universitetimizə Avrasiyanı öyrənən görkəmli alim, tarixçi-
türkoloq Lev Nikolayeviç Qumilyovun adını vermişdir. Bu il universitetin 8 yaşı tamam olur. İndi olduğumuz 
korpus 2000-ci ildə ölkə prezidentinin iştirakı ilə açılmışdır. Bir il bundan əvvəl yenə də prezident Nazarbayevin 
iştirakı ilə daha bir müasir tədris və laboratoriya korpusu istifadəyə verilmişdir. Qazaxıstan hökuməti universi-
tetin maddi-texniki bazasının beynəlxalq standartlara uyğun olmasına çalışır. Bizim üçün hər cür şərait yaradılır.  
Hörmətli İlham Heydəroviç, Sizin zəngin tərcümeyi-halınızda ali məktəbdə – yüksək nüfuzlu Moskva Dövlət 
Beynəlxalq Münasibətlər  İnstitutunda iş dövrü də var. Ona görə  də müasir təhsil problemləri Sizə tanışdır. 
Azərbaycan Respublikasının prezidenti kimi, Siz mədəniyyətin, elm və  təhsilin inkişafına böyük diqqət 
yetirirsiniz. 2003-cü il oktyabrın 15-də prezident seçkilərində qazandığınız qələbə bütün qardaş Azərbaycan 
xalqının qələbəsidir. 
Möhtərəm Prezident, icazə verin, xoş bir vəzifəni yerinə yetirim və universitetin Elmi Şurası adından Sizin 
L.Qumilyov adına Avrasiya Universitetinin fəxri professoru adına layiq görüldüyünüzü elan edim. 
                                  
(Universitetin rektoru Sarsenqali Abdemanapov görüş  iştirakçılarının alqışları altında fəxri professor 
diplomunu və mantiyanı dövlətimizin başçısına təqdim etdi.) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə