TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ
BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MİSSİYASI
Növbədənkənar prezident seçkiləri, Qazaxıstan Respublikası
26 Aprel, 2015-ci il
RƏY
TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 26 aprel 2015-ci il tarixində Qazaxıstan
Respublikasında keçirilən növbədənkənar Prezident seçkilərinin qısamüddətli
müşahidəsini həyata keçirmişdir.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən bu seçkilər üçün müvafiq
qanunvericilik bazası 1995-ci ildə qəbul edilmiş “Qazaxıstan Respublikasında Seçkilər
haqqında” konstitusiya qanununda öz əksini tapmışdır (03.02.2011 tarixində qanuna
düzəlişlər edilmişdir, №404-IV).
TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının tərkibinə Azərbaycan Respublikası,
Qırğızıstan Respublikası, Turkiyə Cümhurriyətinin parlamentariləri, və həmçinin
TÜRKPA Katibliyinin nümayəndələri daxil idi.
Seçki məntəqələri səhər saat 07:00-dan etibarən axşam saat 20:00-a qədər açıq
olmuşdur. Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən
səsvermədə 95% seçici iştirak etmişdir.
Səfər çərçivəsində, müşahidəçilər Qazaxıstan Parlamenti Məclisinin sədri cənab
Kabibulla Jakupov, Mərkəzi Seçki Komissiyasının sədri cənab Kuandık Turgankulov və
xarici işlər naziri cənab Erlan İdrisovla gorüşlər keçirmişdir. Həmin görüşlər ərzində
prezident seçkilərinə hazırlıqla bağlı həyata keçirilən tədbirlər və seçki prosesinin
təkmilləşdirilməsi barədə müşahidəçilərə ətraflı məlumat verilmişdir.
Missiya seçkilərdə namizədlərin seçkiqabağı qərargahın nümayəndələri ilə görüşlər
keçirmişdir. Seçki günündən bir gün öncə missiya üzvləri paytaxtın Esil rayonunun
ərazi (dairə) seçki komissiyasını ziyarət etmişdi və orada səsvermə ilə bağlı hazırlıq
işləri ilə tanış olmuşdu.
Qazaxıstanda beynəlxalq seçki müşahidəsinin həyata keçiriməsi üçün zəruri hüquqi və
təşkilati-texniki şərait yaradılmışdır. Xarici müşahidəçilərin seçki dövründə
mövcudluğunun təmin edilməsi ictimai və qərəzsiz şəkildə beynəlxalq müşahidəsinin
aparılmasına imkan yaradır. TÜRKPA müşahidəçiləri seçkilərin qısa müddətli
monitoringı üzrə funksiyasını yerinə yetirərək seçki komissiyaların və səsvermə üçün
nəzərdə tutulmuş yerlərin hazırlığını qiymətləndirmiş, seçkiqabağı təbliğat-təşviqat
kampaniyasını təhlil etmiş, həmçinin seçicilərlə, seçki məntəqələrin üzvləri və Mərkəzi
Seçki Komissiyasının nümayəndələri ilə söhbət etmişdi. “Qazaxıstan Respublikasında
seçkilər haqqında” konstitusiya qanununa uyğun olaraq namizədlərə azad təbliğat-
təşviqat kampaniyasını aparmaq üçün bərabər imkanlar yaradılmışdır.
Səsvermə günü, 26 Aprel 2015-ci il tarixində, TÜRKPA beynəlxalq müşahidəçiləri
Astana şəhərinin 97, 91, 88, 81, 82 və 104 nömrəli seçki məntəqələrində olmuş, orada
səsvermənin müxtəlif mərhələlərində – məntəqələrin açılmasından başlamış, seçicilərin
səslərinin hesablanmasına və seçkilərin nəticələrinin müəyyən edilməsinə qədər –
səsvermə prosesi haqqında şəxsi təəssürat formalaşdırmaq imkanına malik olmuşlar.
Müşahidəçilər missiyası öz fəaliyyətində Beynəlxalq Millətlər Təşkilatı tərəfindən
2005-ci ildə qəbul edilmiş “Beynəlxalq Müşahidəçilərin Davranışı” Məcəlləsində,
Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri və
digər
beynəlxalq-hüquqi aktlarda
təsbit olunmuş obyektivlik, aşkarlıq, ədalətlilik və qərəzsizlik prinsiplərini rəhbər
tutmuşlar.
Müşahidə zamanı inzibati və hüquq-mühafizə orqanları tərəfindən seçki
komissiyalarının işinə müdaxilə edilməmişdir. Exit poll-un həyata keçirilməsi üçün hər
cür şərait yaradılmışdır.
TÜRKPA müşahidəçiləri öz fəaliyyətində Qazaxıstan Respublikasının seçki
qanunvericiliyini, eyni zamanda siyasi neytrallıq, qərəsizlik və seçki prosesinin
iştirakçılarına üstünlüyün verilməməsi prinsiplərini rəhbər tutmuşlar.
Qazaxıstan Respublikasında keçirilən növbədənkənar prezident seçkiləri demokratik
şəraitdə keçmiş, seçkilər haqqında milli qanunvericiliyə və beynəlxalq normalara
tamamilə müvafiq olmuşdur. Bu, Qazaxıstan dövləti tərəfindən demokratik seçkilər
keçirilməsi üzrə beynəlxalq öhdəliklərə riayət edilməsini, seçki prosesinin bütün
iştirakçılarının seçki hüquq və azadlıqlarının təmin olunmasını təsdiq edir. Qeydə
alınmış cüzi texniki qüsurlar ümumi seçki prosesinə hec cür təsir göstərə bilməzdi.
Bütövlükdə, 26 aprel 2015-ci il tarixində Qazaxıstanda keçirilmiş növbədənkənar
seçkiləri beynəlxalq demokratik standartlara uyğun olaraq həyata keçirilmişdir.