İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
MÜHƏNDİS (GEOLOQ) VƏZİFƏSİ ÜZRƏ
MÖVZULAR
1. Ümumi geologiya - süxurların litoloji tərkibi və struktur quruluşu, stratiqrafiya,
tektonika, geomorfologiya
2. Tədqiqat işlərinin aparılma metodları, cihaz və avadanlıqların iş prinsipləri
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
1. Süxurun keçiriciliyi deyəndə nə başa düşülür?
A) Temperatur artdıqca süxurlarda maye və qazların yerdəyişməsinə keçiricilik
deyilir
B) Maye və qazların yerləşdiyi mühitdə miqrasiyasına keçiricilik deyilir
C) Təzyiqin düşməsi nəticəsində süxurun maye və qazları keçirmə qabiliyyətinə
keçiricilik deyilir
D) Örtük süxurlarla kollektorlar arasındakı əlaqəyə keçiricilik deyilir
E) Təzyiq və temperaturun artması nəticəsində maye və qazların hərəkətinə
keçiricilik deyilir
2. Struktur xəritə nədir?
A) İstinad horizontun relyefinin kağız üzərində təsviri
B) Yataq üzrə quyuların kağız üzərində təsviri
C) Yataq üzrə neft və qaz ehtiyatının kağız üzərində təsviri
D) Keçiricilik və məsaməliliyn xəritədə paylanmasının təsviri
E) Lay təzyiqinin paylanmasının təsviri
3. Layın yer səthinə çıxan qalınlığı necə adlanır?
A) Üfüqi qalınlıq
B) Həqiqi qalınlıq
C) Vertikal qalınlıq
D) Görünən qalınlıq
E) Maili qalınlıq
4. Geotermik pillə nədir?
A) Temperaturun 1 ºC dəyişməsinə uyğun gələn metrlərin sayı
B) Hər 100 m-ə dərinliyə uyğun gələn temperatur dəyişməsidir
C) Hər 100 m-ə uyğun gələn təzyiq
D) Təzyiqin 1 atm. dəyişməsinə uyğun gələn temperatur
E) Süxurların ərimə temperaturu
5. Sedimentasiya hövzələrində hansı proses baş verir?
A) Neft əmələ gəlir
B) Neft-qaz əmələ gəlir
C) Çöküntü toplanma prosesi gedir
D) Tektonik proseslər baş verir
E) Süxurlar deformasiya edir