İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə19/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
88 
88 
bilərsən,  istər  oğlan  olsun,  istər  qız    və  bundan  da  heç 
kim  xəbər  tutmayacaq,  heç  kim  sənin  daxili  işlərinə 
burun soxmayacaq. Bu dəfə də içimizdəki şəhvət hissləri 
baş  qaldırdı,  yenə  qulaqlarımızı  sallayıb  sevinə-sevinə 
razılaşdıq  və  heç  özümüz  də  hiss  etmədən  namus-
qeyrəti verdik əldən.  
Daha 
sonra 
qonaqpərvərliyimiz, 
mehribançılığımız  və  başqa  xüsusiyyətlərimiz  də  bala-
bala əriyib getdi. Dönüb olduq beton evlər kimi soyuq, 
kvadrat məxluqlar. 
Bu  yerdə  də  etiraz  edənlər  ola  bilər,  deyərlər  ki, 
hər  şey  insanın  xarakterindən  asılıdır  simic  hər  yerdə 
simicdi,  avara  hər  yerdə  avaradır,  tərbiyəsiz  də  ki, 
eynən. Yaşadığı şərait insanın xasiyyətini bir o qədər də 
dəyişmir. 
Bununla  da  razı  deyiləm,  çünki  ilk  baxışdan  adi 
görünən  bir  çox  faktorlar  var  ki,  onların  təsiri  zahirən 
sezilmir.  Amma  bu  təsirləri  heç  vəchlə  nəzərdən 
qaçırmaq  olmaz.  Mən  də  bu  faktorların  bəzilərinə 
açıqlıq gətirmək istəyirəm.  
Ən  əvvəl  mistik-sakral  faktora  nəzər  salaq. 
Qədim evlərimizin tikintisində məlum məsələdir ki, heç 
bir  texniki  vasitələrdən  istifadə  olunmayıb.  Hər  daşı, 
taxtanı  əllə  yonub  düzəldirdilər  və  tikinti  prossesində 
iştirak  edən  hər  bir  yaradıcı  insanın  müsbət  enerjisi 
həmin  daşların,  taxtaların  bətninə  hopur.  Beləliklə,  bu 
evlərin  hər  daşın,  taxtanın  ətrafında  müəyyən    mistik 
aura  olur  ki,  bu  da  babalarımızın  daxili  bioenerjisinin 
bizə qədər gəlib çatmasına şərait yaradıb. Əlbəttə ki, bu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
89 
89 
89 
cür  irrassional  faktoru  bir  çoxları  qəbul  etməyəcək, 
amma bu, heç nəyi dəyişmir. 
İkinci  faktor  icma  faktorudur.  O  vaxt  insanlar 
bizim  köhnə  Bakı  həyətlərindəki  bir  növ,  açıq 
mənzillərdə yaşayırdısa, canında bəd xasiyyətlər olanlar 
da  özlərini  o  birilərinə  oxşatmaqdan,  yazılmamış 
qanunlara  tabe  olmaqdan  başqa  əlacı  qalmırdı,  çünki 
bilirdi  ki,  əks  halda  bu  həyətdə,  bu  məhəllədə  rahat 
yaşaya bilməz. Məsəlçün,  kimsə simicdisə, həyət evində 
yaşadığından  şüşəbəndin  arxasında  biş-düş  edirdi, 
yemək  hazırlayırdı,  və  təbii  ki,  bunu  qonşulardan 
gizlədə bilmirdi, məcbur olurdu ki, bişirdiyindən iki-üç 
qab  çəkib  onlara  paylasın.  Bir  dəfə,  iki  dəfə,  üç  dəfə  və 
insanın içindəki simiclik hissi islah olurdu, onun yerinə 
səxavət 
gəlirdi. 
Yaxud, 
öz 
evini 
avaraxanaya 
döndərmək istəyir əxlaqsız bir adam könüllü olmasa da, 
bundan  vaz  keçmək  məcburiyyətində  qalır,  çünki  bilir 
ki, evinə artıq adam  gəlib-getsə, evdən artıq-əskik səslər 
çıxsa,  yaxud  başqa  xoşagəlməz  hallar  olsa,  qonşular 
onun başına oyun açar, rahat yaşamağa qoymaz. 
Azadlıq  sevər həmvətənlərim növbəti dəfə etiraz 
edib  deyər  ki,  bu  cür  yaşayış  zamanı  insanın  azadlığı, 
müstəqilliyi əlindən alınır, o ətraf mühitin iradəsinə tabe 
olur, icmanın əsirinə çevrilir. 
Düzdü, mənim təsvir etdiyim mühitdə həqiqətən 
də,  konkret  bir  fərdin  hərəkət  meydanı  çox  kiçikdir, 
insanı  bu  çərçivədən  kənara  çıxmağa  qoymurlar  və 
əlbəttə  ki,  azadlığı,  müəyyən  mənada,  əlindən  alınmış 
olur.  Lakin  gəlin  problemə  başqa  tərəfdən  yanaşaq:  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
90 
90 
məgər  insan  dünyaya    yalnız  azad  olmaqçün  gəlib? 
Başqa bir məqsəd yoxdur?  
İkincisi  də  ki,  azadlıq  heç  də  bizim  beynimizə 
yeridildiyi  kimi  hansısa  əxlaqi  çərçivələrin  sındırılması 
və  insanın  bütün  davranışının  yalnız  nəfsin  istəklərinə 
tabe olması deyil. Azadlıq tamam ayrı bir şeydir.              
Əslində,  mütləq  azadlıq  yoxdur.  İnsan  ya 
iradəsini  nəfsinə  tabe  edib  bütün  ömrünü  daxili 
istəklərini  yerinə  yetirməyə  həsr  edir,  yəni  nəfsinin 
əsirinə  çevrilir,  ya  da  əksinə,  insan  nəfsini,  istəklərini 
iradəsinə tabe edir, nəfsinin hakimiyyətindən azad olur. 
İndi  baxaq  görək  bunlardan  hansı  əsl  azadlığa 
daha  yaxındır?  Cahil  insanlar  şəksiz  ki,  birincisini 
seçəcəklər.  Çünki  onların  fikrincə,    əsl  azadlıq  insan 
hissiyyatının tam sərbəst buraxılmasıdır.  
Ağıllı  adamlar  isə  əsl  ruhi  azadlığı  nəfsin  əqlə 
tabe olmasında görəcəklər. 
Deyəsən,  söhbəti  çox  uzatdım.  Məqsədimiz  heç 
də  ağıl  və  nəfs  barədə  moizə  oxumaq  deyil,  bunu 
ilahiyyat alimləri bizdən daha yaxşı edirlər. 
Bizsə,  sadəcə,  onu  demək  istəyirik  ki,  köhnə 
Bakının açıq həyətlərində elə bir ab-hava hökm sürürdü 
ki,  hər  bir  sakin  öz  istəklərini  cilovlamağa  bir  növ 
məcbur  edilirdi,  bu  da  insanın  nəfsin  əsirliyindən 
qurtulub  həmin  azadlığa  doğru  addımlamasına 
yardımçı olurdu, əlbəttə bu, çox yaxşı bir hal idi. 
Köhnə 
Bakını 
deyəsən 
çox 
şişirtdim, 
ideallaşdırdım.  Tanımayanlar  elə  bilər  ki,  o  vaxtkı  Bakı 
cənnətməkan  idi,  adamları  da  huri-mələk.  Bütün  günü 
can  deyib  can  eşidirdilər,  bir-birinə  əl  tutardılar, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə