İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
84 
84 
«Sekyuriti»  yazılmış  sarışın,  göygöz  oğlan  mənə 
yaxınlaşıb soruşdu: 
– Du yus pik inqliş? 
Başa  düşdüm  ki,  məni  içəri  buraxmayacaq, 
onunçün də özümdən asılı olmayaraq ingiliscə bildiyim 
yeganə  kəlmə  dilimə  gəldi,  «Kis  may  əz»  qışqırıb 
raqatkadan  çıxan  daş  sürətiylə  üzüaşağı  götürüldüm. 
Və  qaça-qaça  hiss  etdim  ki  mən  öz  doğma  şəhərimdə 
yavaş-yavaş qaçqına çevrilirəm, əsl qaçqına. Hə, Bakıda 
yaşayan  bakılı  qaçqın...  Ən  dəhşətlisi  isə  bu  idi  ki  bu 
qaçış mənim xoşuma gəlirdi, daha dəqiq desəm, ürəyim 
buna  etiraz  etsə  də,  ruhən  özümü  çox  yüngül  hiss 
edirdim,  elə  bil  çiynimdən  çox  ağır  yük  götürülmüşdü. 
İndi başımıza gələnləri izah etməkçün bəhanə tapılmışdı 
sanki.    Bəhanə  isə  bu  idi  -  bütün  günahlar  onlardadır, 
şəhərimi  udan  məxluqlarda,  onlar  güclüdürlər,  mənim 
daha  əlimdən  heç  nə  gəlmir,  istəsəm  də  bir  şey  edə 
bilmərəm, bacarmaram, gücüm çatmaz< 
 
 
          Dincəl bir az, ey hər gün özündən qaçan oğlan, 
          Ahıyla içindən çölünə yol açan oğlan.  
 
          Düşsən yağışa, tez dəyəcəksən yerə, vallah, 
 Kağız qanad ilə göy üzündə uçan oğlan. 
 
          Yanma bu qədər boş yerə, səndən günəş olmaz. 
          Ey şölələnib hər tərəfə nur saçan oğlan. 
 
 
 Çox başqasının qanın içən görmüşəm, ancaq 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
85 
85 
85 
          Heç görmədim öz qanını səntək içən oğlan. 
 
          Vaxtın çatıb artıq, daha bir gözdə məkan tut, 
          Dünya kimi gözdən-gözə daim köçən oğlan. 
 
          Sən ki, ölüsən, dəfn eyləyiblər öz içində,  
          Yorma özün, ey qəbri üçün yer seçən oğlan. 
 
          Kim Fəhmini gördü dedi: əhsən hələ sağmış 
          Dünyada cəhənnəm alovundan keçən oğlan. 
 
 
Təngnəfəs  olub  dayandım,  anladım  ki,  müasir 
Bakının  bu  cür  nihilist  olmasının,  öz  keçmişini 
udmasının  bir  səbəbkarı  da,  elə  mən  özüməm,  mənim 
içimdəki  tamahdı.  Milyonlarla  dollar  alıb  İçərişəhərdə 
hansısa  qədimi  binanı  əcnəbilərə  satan  məmurla,  əlli 
min  dollar  alıb  nənəmin  namaz  otağını  satan  mənim 
aramda  zərrə  qədər  də  fərq  yoxdur.  Fərq  olsa  –  olsa 
yalnız  satış  obyektinin  ölçüsündə  və  ödənişin 
miqdarındadır. 
 
 Bu  yazdıqlarım  yenə  də  kiməsə  gülməli  görünə 
bilər. Deyərlər ki, axı darısqal, şəraitsiz həyətlərdə, alçaq 
evlərdə  nə  var  ki,  onların  itirilməsi  sənə  bu  qədər  təsir 
edib? Axı sən indi daha rahat mənzildə yaşayırsan. Hər 
cür  kommunal  şəraitin  var,  hamamın-ayaqyolun  evin 
içində,  işığın-qazın  normal  gəlir,  yağış  yağanda  evin 
dammır,  qonşular  gəlib  ağzının  içinə  girmir,  hər  şey 
yaxşıdır, daha nə istəyirsən? 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
86 
86 
Belə  düşünənlər  bəlkə  də  haqlıdır.  Mənim  indiki 
şəraitim,  həqiqətən  də  əvvəlkindən  qat-qat  yaxşıdır  və 
əgər  nəsə  itirmişəmsə  də,  ondan  beş  dəfə  artığını  əldə 
etmişəm. 
Amma  məni  bir  sual  düşündürür  -  babalarım, 
nənələrim  onilliklər  boyu  bu  darısqal,  alçaq  evlərdə, 
beş-altı 
mənzillik 
xırda 
həyətlərdə 
yaşayırdılar, 
ayaqyolundan 
tutmuş 
süpürgə-xəkəndazacan 
hər 
şeyləri  ümumiydi,  bişirdikləri  yeməklərdən  hamıya 
paylayardılar, 
söz-söhbətlərini 
biri-birindən 
gizlətməzdilər,  sirr  saxlamazdılar,  xırda  uşaqlar 
qonşunun  evinə  girəndə  heç  icazə  də  istəməzdilər, 
birinin 
qonağı 
çox 
olanda 

birinin 
evində 
yatızdırardılar, xalça-palazı, pal-paltarı birgə yuyardılar, 
şüşəbəndlərin  pərdələrini  demək  olar  ki,  heç  vaxt 
çəkməzdilər,  çünki  bilirdilər  ki,  qonşulardan  heç  biri 
keçəndə  başını  qaldırıb  o  birinin  evinə  baxmaz,  lakin 
bütün bunlara baxmayaraq, heç kim özünü narahat hiss 
eləməzdi, 
ev-eşiyindən, 
şəraitsizliyindən 
şikayətlənməzdi,  daha  artığına  nail  olmaqçün  dəridən-
qabıqdan  çıxmazdı,  Allahın  yetirdiyinə  qane  olardı, 
şükür  eliyərdi.  Eləcə  yaşayardılar  özləriyçün  sevinə-
sevinə,  gülə-gülə;  elə  gülə-gülə  də  ölərdilər,  şair 
demişkən.  
Yaxşı,  bəs  birdən-birə  nə  oldu  ki,  ata-
babalarımızın  qane  olduqları,  rahat  yaşadıqları  şərait 
birdən-birə  bizə  dözülməz  gəldi,  öz  evimizi  sıxıntılı, 
darısqal  hesab  elədik,  daha  genişliyə,  asudəliyə  can 
atmağa  başladıq,  nəyə  görə?  Yoxsa  onlar  avam    idilər, 
zırramaydılar,  yoxsa  adam  kimi  yaşamağın  yolunu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
87 
87 
87 
bilmirdilər?  Yox,  hər  şeyi  bilirdilər,  çox  yaxşı  da 
bilirdilər. Bəs onda dəyişən nədir? Nə baş verdi? O baş 
verdi 
ki, 
bizə 
göstərdilər; 
görmədiyimiz 
və 
görmədiyimizə 
görə 
də 
istəmədiyimiz 
şeyləri 
göstərdilər,  bizim  içimizdə,  ruhumuzun  dərinliklərində 
yatmış  şeytanı  oyatdılar,    tamahımızı  qıcıqlandırdılar. 
Bizə  göstərdilər  ki,  ayaqyolu  evin  içində  olarsa  daha 
rahat  olar,    soyuqda,  küləkdə  həyətə  düşməyə  ehtiyac 
qalmaz.  Bizim  də  içimizdəki  tənbəlliyi  qıdıqladılar,  biz 
də  qulaqlarımızı  sallayıb  sözsüz  razılaşdıq.  Arvad-
uşağın  gözünün  qabağında  nazikdivavrlı  ayaqyoluya 
girib,  onların  qulaqlarının  dibində  min  cür  bədheybət 
səslər  çıxartmaqla  arada  olan  ar  pərdəsini  götürdük,  
özümüz  də  hiss  etmədən  ailədəki  abır-həyanı  əldən 
verdik. 
Bizə    başa  saldılar  ki  mətbəx  şüşəbənddə, 
camaatın  gözünün  qabağında  olanda  qonşulara  iy 
dəydiyinə  görə  bişirdiyin  yeməklərdən  onlara  da  pay 
göndərməli  olursan,  amma  dəmir  qapılı  mənzilin 
dərinliklərində  olarsa,  heç  kim  sənin  nə  bişirdiyindən 
xəbər  tutmaz,  qonum-qonşuya  da  pay  verməyə  ehtiyac 
qalmaz.  Bu  dəfə  içimizdəki  simiclik  hissləri  yuxudan 
oyandı,  yenə  də  qulaqlarımızı  sallayıb  razılaşdıq,  bu 
dəfə səxavətimiz, əliaçıqlığımız bada getdi. 
Bizə  öyrətdilər  ki,  həyət  evində  yaşayırsızsa, 
yanınıza  gəlib-gedən  adamları  hamı  görür,    hamı  bilir 
ki, kimin yanına kim gəlir, nə vaxt gəlir, hansı məqsədlə 
gəlir. Amma bina evində belə deyil, hamı öz mənzilinin 
dəmir  qapısını  bağlayıb  girir  içəri  və  sən  də  öz  evinə 
kimi istəsən, nə vaxt istəsən, nə məqsədlə istəsən gətirə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə