International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə22/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   18   19   20   21   22   23   24   25   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

961

  

27-28 April 2018, Baku, Azerbaijan 

valinin  yanında  “Şad”  titulu  ilə  sərkərdə  idi  [14,  s.150].  V.Qukasyan  Q.Dörferə  istinadən  yazır  ki, 

şərqi Türk xaqanlığında xaqandan sonra bir vitse xaqan və dörd kiçik xaqan, yəni iki şad və iki yabğu 

gəlirdi. Ayrı-ayrı vilayətlərin valisi olan bu kiçik xaqanlar ya xaqanın oğlanları, yaxud da qardaşları 

olurdu.  Deməli,  böyük  (Şərq)  türk  xaqanlığının  ierarxiyası  altı  nəfərdən  ibarət  imiş.  Kiçik  xaqanlar 

(məs. Xəzər xaqanlığı) isə üç nəfərdən-xaqandan, yabğudan və şaddan ibarət olurmuş [15, s.54].  

Qazi  Bürhanəddin  “Divan”inda  qədim  türk  mənşəli  rütbə,  vəzifə  bildirən  sözlərdən  yüksək 

sənətkarlıqla  istifadə  etmişdir.  Beləliklə,  tədqiqatlardan  da  göründüyü  kimi,  xan  titulu  türk  mənşəli 

olub, hal-hazırda arxaikləşmişdir. Bu söz yalnız tarixi mənbələrdə və yazılı ədəbi əsərlərdə titul kimi 

işlənmişdir.  Əvvəldə  qeyd  etdiyimiz  kimi,  da  əsərlərində  Qazi  Bürhanəddin  də  xan,  xaqan  sözünü 

yüksək sənətkarlıqla titul kimi işlətmişdir.  

 

ƏDƏBIYYAT 

1.

 

Q.Bürhanəddin. Divan. Bakı, Öndər nəşriyyatı, 2005 



2.

 

Kaşğarli M. Divanü lüğət-it türk.Tercümesi, c. 3, Ankara: Aladdin Kiral Basimevi, 1939 



3.

 

Древнетюркский словарь. Ленинград: Наука, 1969 



4.

 

Məmmədov Y. Orxon-Yenisey abidələrində adlar. I hissə, Bakı:APİ nəşri, 1979  



5.

 

Şükürlü Ə. C. Qədim türk yazılı abidələrinin dili. Bakı:Maarif, 1993 



6.

 

Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, X c., Bakı:ASE-nin Baş redaksiyası, 1987  



7.

 

Cəfərli N.H. Səfəvilər dövründə yerli hakimiyyət və idarə orqanları. Bakı:Bakı Universitetinin xəbərləri, sosial-siyasi 



elmlər seriyası, 2000, №1 

8.

 



Ərəb və fars sözləri lüğəti. Bakı:Az. SSR EA nəşr-tı, 1966  

9.

 



Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri (Səfəvilər dövrü). Bakı:Elm, 1962 

10.


 

Paşayev A. Azərbaycan antroponimiyasının leksik problemləri. Bakı:Maarif, 1997  

11.

 

Aydın Abi Aydın. Şəхs adları lüğəti. Bakı: Çıraq, 2002 



12.

 

Həsənov H. Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti. Bakı:Mütərcim, 2002  



13.

 

V.Qukasyan, V.Aslanov. İssledovaniya po istorii azerbaydjanskoqo yazıka dopismennoqo perioda. B., izd. Elm, 1986 



14.

 

L.N.Qumilev. Drevnie tyurki. M., izd. Nauka, 1967 



15.

 

Azərbaycan tarixi. II c. Bakı, Elm, 1998. 



 

 

MÜASİR AZƏRBAYCAN DİLİNDƏ TƏSİRLİK HALIN                                                                      

BƏRABƏRHÜQUQLU NORMALARI 

 

Mətanət MAHMUDOVA  

Gəncə Dövlət Universiteti 



metanet.mahmudova.76@mail.ru 

AZƏRBAYCAN 



 

XÜLASƏ 

Azərbaycan  dilində  qrammatik  kateqoriyaların  böyük  əksəriyyətində  yazı  və  nitq  üçün  bərabərhüquqlu  normalardan 

istifadə edilir. Norma sabitliyi əsasında dildəki qaydaların sabitliyinin qorunması, ifadələrin aydın, məntiqli və ardıcıl olması 

təmin  olunur.  Tədqiqat  işində  ismin  təsirlik  halının  formalaşmasının  və  dilimizdə  normallaşmasının  tarixi  məqamları 

göstərilir və müasir Azərbaycan dilində təsirlik halın bərabərhüquqlu normaları nümunələrdə əks olunur. 

Açar sözlər: norma, kateqoriya, sabitlik, nitq, isim, təsirlik hal. 

 

Müstəqillik  dövlətçilik  mərhələsində,  informasiya  texnologiyalarının  cəmiyyət  həyatındakı  rolu 



artdıqca  dilin  daha  intensiv  işlənməsinə  böyük  zərurət  yaranır.  Odur  ki,  dilin  kütləviləşməsinin 

bazasını  təşkil  edən  norma  vəhdəti  barəsində  düşünməyin  artıq  çoxdan  vaxtı  çatmışdır.  Ümummilli 

liderimiz Heydər Əliyevin imzaladığı “Ana dilinin tətbiqi işinin təkmilləşdirilməsi” haqqında fərmanın 

dildə  normalaşma  yaradılması  baxımından  çox  böyük  tarixi  əhəmiyyəti  var.  Yazılı  və  şifahi  dil 

arasında norma vəhdəti yaradılmasında qrammatik vasitələr, onların yazılışı və deyilişi arasında əlaqə 

və münasibətlər basilica yer tutur (8, s.7). 

Bərabərhüquqlu  normalar  ismin  bütün  qrammatik  kateqoriyalarında  mövcuddur.  Qrammatik 

kateqoriyalarda  bərabərhüquqlu  normaların  inkişafı  bir  tərəfdən  yazı  və  nitqin  yaxınlaşmasına, 

uyuşmasına,  standartlaşmasına  və  sabitləşməsinə  xidmət  edir,  digər  tərəfdən  natiqlik  sənətinin 

formalaşmasının təməlini yaradır. 

İsmin  hallarının  formalaşmasının  və  müasir  dilimizdə  normallaşmasının  özünəməxsus  tarixi 

məqamları  mövcuddur.  Aydındır  ki,  tarixin  keçmiş  dövrlərinə  aid  şifahi  nitqi  canlandıran  dil 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

962

  

27-28 April 2018, Baku, Azerbaijan 

nümunələri  hazırda  mövcud  deyildir.  Ancaq  yazılı  mənbələrdə  halların  ifadə  vasitələri  ilə  bağlı 

nümunələr saxlanılır. Həmin nümunələr hər bir sənətkarın fərdi üslubunu canlandırmış olsa da belə, 

onlarda danışıq dilinə məxsus elementlər saxlanılır. 

Hal  kateqoriyasının  adlıq  halında  şəkilçi  iştirak  etmir.  Ona  görə  də  adlıq  halın  qrammatik 

əlamətinin  qrammatik  normaya  münasibəti  barədə  bəhs  edilmir.  Yerdə  qalan  hallarda  qrammatik 

şəkilçilər  işlədilir.  Qrammatik  şəkilçilərin  işləndiyi  məqamda  sözün  kök-şəkilçi  mövqeyinə  aid 

müvafiq  hadisələrin  baş  verməsi  müşahidə  edilir.  Baş  verən  hadisələr  söz  kökü  sonunun  və  şəkilçi 

başlanğıcının sait və ya samitlə ifadə olunması ilə bağlı olur.  

 İsmin təsirlik halı üzərində təsir icra olunan əşyanı bildirdiyi üçün cümlənin yalnız feli xəbəri ilə 

bağlı olması, morfoloji əlamətinin samitlə bitən sözlərdə -ı(-i,-u,-ü), saitlə biitən sözlərdə -nı(-ni, -nu,-



nü,)  istisna  hallarda  isə  -yu,-yi ilə  ifadə  edilməsi,  məkani  hallar  içərisində  qeyri-müəyyənlik  bildirən 

yeganə  hal  olması,  yalnız təsirli fellərlə  qrammatik  əlaqə  yaratması,  qoşmalarla  idarə  əlaqəsinə  girə 

bilməməsi qrammatik normadır (3,s.50). Bu normalar hə yazılı, həm şifahi nitqə aiddir. Bəzi hallarda 

yerli  nitq  areallarında  təsirlik  hal  şəkilçilərinin  işlədilməsində  ümumi  norma  ilə  uyğun  olmayan 

məqamlara da rast gəlmək olur. Vahid normadan kənara çıxma halları başlıca olaraq, bir saitlə ifadə 

olunan  şəkilçilərin  işlədilməsində  yox,  tərkibi  geniş  olan  şəkilçilərdə  rast  gəlmək  olur  (8,  s.18). 

Təsirlik halın müasir ədəbi dilimizdə normallaşması bir çox mərhələlərdən keçmişdir ki, hal- hazırda 

da qədim formaların izləri dialekt və şivələrimizdə işlənərək lokal normallıq təşkil edir. 

Sözlərin  təsirlik  hal  şəkilçisi  qəbul  etməsi  müəyyən  tələb  daxilində  reallaşır.  Ümumi  isimlərin 

əksər  hissəsi  müəyyən  və  qeyri-müəyyən  təsirlik  halda  işlənə  bilir:  qapı  açmaq-qarını  açmaq,  saç 



daramaq-saçı  daramaq,  kitab  oxumaq-  kitabı  oxumaq,  qab  yumaq-qabı  yumaq  və  s.  Təsirlik  halın 

müəyyənlik  və  qeyri-müəyyənlik  bildirməsi  danışanın  məqsədindən asılı  olaraq dəyişir.  Belə  ki,  hal 

şəkilçisinin  iştirakı  olmadan  yaranan  birləşmələrdə  ümumilik,  digər  vəziyyətdə  isə  konkretlik 

müşahidə olunur. Bu xüsusiyyətlərinə görə asılı tərəfi ümumi isimlərlə ifadə olunan feli birləşmələrdə 

birinci  tərəf  həm  qeyri-müəyyənlik,  həm  də  müəyyənlik  (pul  vermək-pulu  vermək,  dərs  öyrənmək-

dərsi öyrənmək, gül dərmək-gülü dərmək və s.) bildirir. Bəzi məqamlarda isə ümumi isimlər təsirlik 

hal şəkilçisi ilə işlənə bilmir. Atanı çağırmaq, qonşunu cağırmaq birləşmələrini təsirlik hal şəkilçisiz 

(ata  çağırmaq,  qonşu  çağırmaq)  işlətmək  olmur.  Belə  isimlər  canlı  məfhum  bildirdiyindən  xüsusi 

isimlərə  oxşayır  və  adətən  onlar  kimi  müəyyən  təsirlik  halda  işlənir.  Çox  az  hallarda  onları  qeyri-

müəyyən  təsirlik  halda  işlətmək  olur:  həkimi  çağırmaq-həkim  çağırmaq;  aşığı  çağırmaq-aşıq 

çağırmaq (toya)qonağı çağırmaq- qonaq cağırmaq və s. 

Təsirlik  halın  daimi  müəyyənlik 

bildirməsi  şəxs  əvəzlikləri  və  xüsusi  isimlərdə  müşahidə  olunur.  Bu  həmin  sözlərin  konkret  məna 

daşımasından irəli gəlir. Tabe tətəfi yalnız təsirlik hal şəkilçisi ilə işlənən sözlər (səni görmək, onları 



dinləmək,  Nadiri  cağırmaq,  Güləri  öyrətmək  və  s.)  hal  şəkilçisinin  iştirakı  olmadan  təsirli  feillərlə 

idarə  əlaqəsinə  girə  bilmir  və  bu,  qrammatik  normadır.  Göründüyü  kimi,  həmin  şəxs  əvəzlikləri  və 

xüsusi  isimləri  şəkilçisiz  işlətdikdə  (sən  görmək,  onlar  dinləmək,  Nadir  cağırmaq,  Gülər  öyrətmək

morfoloji çatışmazlıq yaranır ki, bu da norma pozulması hesab olunur. M.Yusifov belə sözlərin qeyri-

müəyyən  variantının  olmadığını  və  şəkilçinin  işlənməsinin  səbəbini  həmin  sözlərin  konkret  məna 

bildirməsindən irəli gəldiyini qeyd edir (9,s.88).  

Bəzi  sözlər  frazeoloji  birləşmələrin  tərkib  hissəsi  kimi  işlənərək  həmişə  qeyri-müəyyən  təsirlik 

hal şəkilçisi ilə işlənir: söz vermək, baş qoşmaq, göz yetirmək və s. Bu birləşmələrin intensiv işlənməsi 

onlar  arasında  qrammatik  bağlılığı  gücləndirmiş  və  bu  da  təsirlik  hal  şəkilçisinin  ixtisarına  səbəb 

olmuşdur.  Belə  sintaktik  tərkiblər  dildə  bu  və  ya  digər  şəkildə  fəal  işlənmiş,  insanlar  tərəfindən  bu 

formada qəbul edilmiş, sabitləşmiş və normaya çevrilmişdir. Sabit birləşmələr adlanan belə tərkiblərdə 

şəkilçini bərpa etmək mümkün olmur. Yaranan belə birləşmələrin az qismini həm həqiqi, həm məcazi 

(əl  tutmaq-əli  tutmaq,  əl  qaldırmaq-əli  qaldırmaq,  bel  bağlamaq-beli  bağlamaq)  ,  əksəriyyərini  isə 

yalnız məcazi mənada işlətmək olur: xəbər tutmaq, söz atmaq, nəzər salmaq və s. Bu bağlılığın daha 

da  güclənməsi  mürəkkəb  sözlərin  yaranmasına  səbəb  olmuşdur.  Bu  sözlərin  də  tərkibində  qeyri-

müəyyən  təsirlik  halın  işlənməsini  görürük:  dilbilməz,  qabyuyan,  paltaryuyan,  ətçəkən,  evyıxan, 



sözgəzdirən və s. 

Təsirlik hal şəkilçisinin digər qrammatik şəkilçilərdən (mənsubiyyət və cəm) sonra işlənməsində 

də normallıq özünü göstərir. Mənsubiyyət şəkilçilərinin iştirakı ilə yaranan söz birləşmələrinin  hansı 

şəxsə aid olmasından və tabe tərəfinin müəyyən və ya qeyri-müəyyən yiyəlik halda işlənməsindən asılı 

olaraq  təsirlik  hal  şəkilçisi  qəbul  etmə  imkanları  da  dəyişir.  Birinci  və  ikinci  şəxsin  tək  və  cəminə 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə