İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə24/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

əsaslarını pozur. Həmin əməlin ictimai təhlükəliliyi də məhz bunlardan ibarətdir. odur ki,
həm də qiymətli kağızların saxtalaşdırılması cinayəti ilə beynəlxalq səviyyədə mübarizə
aparılmalıdır. Təsadüfi deyildir ki, ayrı-ayrı müxtəlif ölkələrin Qanunvericiliyi saxta qiymətli
kağızlar hazırlamağa, əldə etməyə və ya saxlamağa görə cinayət məsuliyyəti nəzərdə tutur.
Məsələn, AR CM-nin 204-cü maddəsi saxtalaşdırmanın predmetinə pul nişanlarından başqa,
qiymətli kağızları da daxil edir. Eyni yanaşmaya Rusiya federasiyasının CM-nin 186-cı
maddəsində də rast gəlirik (14). Belə olan halda nə üçün saxta qiymətli kağızlar hazırlama
əməli ilə beynəlxalq-hüquqi mübarizə aparılmasın? Bundan ötrü, yəni qiymətli kağızların
saxtalaşdırılması ilə beynəlxalq səviyyədə mübarizə aparmaq üçün xüsusi olaraq ayrıca
beynəlxalq Konvensiyanın qəbul edilməsinə fikrimizcə ehtiyac və zərurət yoxdur. Zənn
edirik ki, Cenevrə Konvensiyasında onun müddəalarının qiymətli kağızların saxtalaşdırıl-
masına aid olması və şamil edilməsi barədə göstəriş nəzərdə tutulması yetərli olub, kifayət
edər. Belə bir göstəriş qiymətli kağızların saxtalaşdırılması ilə mübarizədə dövlətlərin həyata
keçirdikləri  əməkdaşlığın  beynəlxalq-hüquqi  əsası  olardı.  Düzdür,  beynəlxalq  hüquq
ədəbiyyatı səhifələrində bəzi müəlliflər belə bir fikir söyləyirlər ki, Cenevrə Konvensiyasında
qiymətli kağızların saxtalaşdırılması əməlinə dair heç nə deyilməsə də, belə əməl saxta pul
nişanlarının hazırlanmasına və satışına bərabər tutulur (4). Digər müəlliflər isə belə hesab
edirlər ki, Cenevrə Konvensiyasının mətni köhnəlmişdir və “pul nişanları” anlayışı geniş
mənada başa düşülməlidir. Şübhəsiz alimlərin söylədikləri bu cür fikirlər məcburi xarakter
daşımır. Məsələyə ən düzgün və ağlabatan yanaşma bundan ibarətdir ki, Cenevrə Konven-
siyası həm də qiymətli kağızları saxtalaşdırmanın predmeti hesab etsin. Bununla o, qiymətli
kağızların saxtalaşdırılması kimi cinayət əməlini də əhatə etmiş olardı. 
Dünyanın müasir dövrü bu gün cinayətkarlığın qloballaşması kimi təhlükəli tendensiya
ilə mübarizə aparmaq problemi ilə üzləşmişdir; bu problem isə təkcə milli (dövlətdaxili)
metod və vasitələrin köməyi ilə həll edilə bilməz, çünki onlar məhdud xarakterə malikdir.
odur ki, həmin problemi həll etmək üçün həm də beynəlxalq-hüquqi vasitə və metodlardan
istifadə edilməlidir. söhbət ilk növbədə beynəlxalq xarakterli iqtisadi cinayətlərlə mübarizə
aparmaq üçün dövlətlərin öz səylərini birləşdirərək konvension əməkdaşlığı həyata keçir-
mələrindən gedir. Konvension əməkdaşlıq isə üç formada həyata keçirilir. Birinci forma
ikitərəfli əməkdaşlıq adlanır ki, bu formanın tarixi köhnə vaxtlara gedib çıxır. Əvvəlki dövr-
lərdə də cinayətkarlıqla mübarizə aparmaq üçün dövlətlər ikitərəfli konvension əməkdaşlığı
həyata keçirmişdir. Müasir dövrdə konvension əməkdaşlığın bu forması öz aktuallığını itir-
məyərək, saxlayır. Təkcə bunu demək kifayətdir ki, dövlətlər bu gün də hüquqi yardım
göstərilməsi, cinayətkarların verilməsi (ekstradisiya) və mühakimə olunmuş şəxslərin cəza-
sını çəkmək üçün vətəndaşı olduğu ölkəyə verilməsi məsələləri haqqında ikitərəfli beynəlx-
alq sazişlər bağlamaq praktikasından geniş səviyyədə, tez-tez hallarda istifadə edirlər.
Beynəlxalq xarakterli cinayətlərlə mübarizə aparmaq üçün dövlətlər öz aralarında həm
də regional beynəlxalq sazişlər bağlayırlar ki, bu onların həyata keçirdikləri konvension
əməkdaşlığın ikinci forması sayılır. Regional beynəlxalq sazişlər isə ayrı-ayrı dövlətlərarası

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
62


beynəlxalq regional təşkilatlar çərçivəsində bağlanılır. Məsələn, Müstəqil Dövlətlər Birliyi
(MDB) çərçivəsində (MDB öz beynəlxalq-hüquqi statusuna görə dövlətlərarası regional təş -
kilat hesab edilir) Minsk şəhərində 1993-cü ildə “Hüquqi yardım və mülki, ailə və cinayət
işləri üzrə hüquq münasibətləri haqqında” Konvensiya qəbul edilmişdir (5). Bu konvensiya
cinayətkarların verilməsi, cinayət təqibinin həyata keçirilməsi, ittiham hökmünə və məhkum-
luğa  dair  informasiyaların  mübadiləsi,  habelə  digər  məsələlər  barəsində  dövlətlərarası
beynəlxalq əməkdaşlığın həyata keçirilməsini nizama salır.     
Dövlətlərin beynəlxalq xarakterli cinayətlərlə mübarizədə həyata keçirdikləri əməkdaşlığın
üçüncü  forması  universal  əməkdaşlıq  adlanır.  universal  əməkdaşlıq  dedikdə,  çoxtərəfli
beynəlxalq müqavilələr əsasında həyata keçirilən əməkdaşlıq başa düşülür. Belə əməkdaşlığın
həyata keçirilməsi təsadüfi xarakter daşımayaraq, yaranmış obyektiv zərurətlə bağlıdır. Belə
ki, dövlətlərin beynəlxalq xarakterli cinayətlərlə mübarizədə həyata keçirdikləri ikitərəfli və
regional əməkdaşlıq iştirakçıların (iştirakçı dövlətlərin) dairəsinin məhdud olması ilə xarak-
terizə olunur. Aydın bir həqiqətdir ki, hər iki konvension əməkdaşlıq forması beynəlxalq
xarakterli cinayətlərlə mübarizədə dövlətlərin fəaliyyətlərinin tam şəkildə əlaqələndirilməsinə
imkan vermir. Digər tərəfdən nəzərə almalıyıq ki, ikitərəfli və regional əməkdaşlıq bütövlükdə
beynəlxalq  birliyin  maraqlarını  əhatə  etmir.  odur  ki,  dövlətlər  beynəlxalq  xarakterli
cinayətlərlə mübarizədə universal konvension əməkdaşlığı həyata keçirməyə başladılar. uni-
versal konvension əməkdaşlığın həyata keçirməyin vasitəsi isə çoxtərəfli beynəlxalq müqa -
vilələr hesab edilir ki, bu müqavilələr bir sıra xarakterik cəhətlərlə xarakterizə olunur: 1)
bütün dövlətləri istisnasız olaraq müqavilənin iştirakçısı olmaq hüququ ilə təmin edir; 2)
cinayət  tərkibini  ümumi  standart  kimi  müəyyənləşdirir;  3)  iştirakçı  dövlətlərin  üzərinə
beynəlxalq və milli cinayət-hüquqi tənzimetmələri uyğunlaşdırmaq öhdəliyi qoyur; 4) işti-
rakçı dövlətlər arasında yurisdiksiyaya aidiyyət (bölgüsü) məsələlərini həll edir.  
Nə üçün bizim bank fəaliyyəti əleyhinə törədilən cinayətlər sırasına aid etdiyimiz ictimai
təhlükəli əməllərlə mübarizə etmək üçün dövlətlər universal konvension əməkdaşlığı həyata
keçirməsin və bundan ötrü onlar öz aralarında çoxtərəfli beynəlxalq müqavilə bağlamasın?
Axı həmin əməllərdə son zamanlar, cinayətkarlığın qloballaşması şəraitində xarici element
iştirak edir və onlar transmilli, yəni beynəlxalq xarakter alır. Buna görə də hesab edirik ki,
bank fəaliyyəti əleyhinə törədilən beynəlxalq xarakterli cinayətlərin digər növləri (məsələn,
qanunsuz kredit alma, kreditor borclarını ödəməmə və digər növləri) ilə beynəlxalq səviyyədə
effektiv mübarizə aparmaq üçün dövlətlər öz aralarında çoxtərəfli beynəlxalq müqavilələr
bağlamalı, bu yolla universal konvension əməkdaşlığı həyata keçirməlidir.
Xüsusilə də kibercinayətlərlə mübarizə işində dövlətlərin universal konvension əmək-
daşlığı həyata keçirmələrini vacib sayırıq. Kompüter texnologiyasının tətbiqi nəticəsində baş
verən köklü dəyişikliklər (mübaliğəsiz olaraq deyə bilərik ki, “inqilabi” dəyişikliklər), habelə
kompüter şəbəkələrinin birləşməsi və qloballaşması beynəlxalq xarakterli ictimai təhlükəli
əməlin kibercinayət kimi yeni növünün yaranmasına gətirib çıxardı ki, həmin cinayət növü
sərhəd anlayışı tanımır. Kibercinayətlərlə mübarizə aparmaq üçün dövlətlər regional konven-
sion əməkdaşlıq həyata keçirirlər. Belə ki, kibercinayətlərlə mübarizə aparmaq məqsədi ilə
AZƏRBAYCAN UNİVERSİTETİ
63

İPƏK YOLU 

2/2014


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə