İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə26/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

belə əməkdaşlıq regional xarakterli beynəlxalq müqavilələrin bağlanması yolu ilə həyata
keçirilir. İlk növbədə bank fəaliyyəti əleyhinə törədilən cinayətlər sırasına aid etdiyimiz
kibercinayətlərlə mübarizə sahəsində regional səviyyədə həyata keçirilən konvension əmək-
daşlıqdan başlayaq. Bu sahədə konvension əməkdaşlığı həyata keçirmək üçün bir sıra re-
gional dövlətlərarası beynəlxalq təşkilat (məsələn, Avropa Şurası, MDB və digər təşkilatlar
çərçivəsində) beynəlxalq müqavilə bağlanmışdır. 
İnformasiya texnologiyaları sahəsində törədilən cinayətlərlə mübarizə aparmaq üçün
dövlətlərin avropa səviyyəsində öz səylərini birləşdirməsi buna gətirib çıxartdı ki, Avropa
İttifaqı çərçivəsində 23 noyabr 2001-ci il tarixində “Kibercinayətkarlıq haqqında” beynəlxalq
Konvensiya qəbul edildi. Bu Konvensiyanın qəbul edilməsi onu göstərdi ki, kibercinayətkar-
lıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bilavasitə məşğul olan qu-
rumlar arasında Avropa Şurası mühüm rol oynayır. Düzdür, belə məsələlərlə bilavasitə BMT,
MDB, ATƏT, Avropa İttifaqı və “Böyük səkkizlik” ölkələri də məşğul olur. Lakin kiberci-
nayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə məşğul olan qurumlar
sırasında Avropa Şurasının adını xüsusi olaraq çəkmək lazımdır. Avropa Şurası tərəfindən
kibercinayətkarlıq haqqında regional səviyyədə beynəlxalq Konvensiya kimi vacib sənədin
qəbul edilməsi dediklərimizə sübutdur.
İkinci növ (qrup) əməllər “kompüterdən istifadə ilə bağlı cinayətlər” kimi terminlə əhatə
olunur. Bu növ cinayətlər sırasına Konvensiya aid edir: 1) kompüterdən istifadə ilə bağlı
saxtalaşdırma; 2) kompüterdən istifadə etməklə dələduzluq. Üçüncü növ əməllər kompüter
sistemi ilə yayılan uşaq pornoqrafiyası ilə bağlı olan hüquq pozuntuları, dördüncü növ əməl-
lər isə müəlliflik hüququ və əlaqəli hüquqların pozulması ilə bağlı hüquq pozuntuları adlanır.
Aydın məsələdir ki, birinci və ikinci növ cinayətlər bank fəaliyyəti ilə bağlı olan əməllərdir.
Belə ki, həmin cinayətlərin bank fəaliyyəti sferasında törədilməsi mümkündür. Heç kəsə sirr
deyildir ki, bu kimi ictimai təhlükəli əməllərin hədəfinin həm də bankların olması şəksizdir.
Yeri gəlmişkən qeyd edək ki, Konvensiyada nəzərdə tutulan cinayətlərin (söhbət birinci və
ikinci növə aid olan cinayətlərdən gedir) çoxuna görə AR CM-də məsuliyyət nəzərdə tutul-
muşdur (Məsələn, kompüter sisteminə qanunsuz daxilolma, kompüter məlumatlarını qanun-
suz ələkeçirmə, kompüter sisteminə  və ya kompüter məlumatlarına qanunsuz müdaxilə və
s.). Avropa Şurasının üzvlərindən biri olan Respublikamızın “Kibercinayətkarlıq haqqında”
Konvensiyanın iştirakçısı olması səbəbindən bizim ölkənin qanunverici orqanı görünür ki,
bir sıra cinayət tərkibini CM-nə daxil etmişdir. 
Kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə həm də
Müstəqil Dövlətlər Birliyi (MDB) məşğul olur. Öz hüquqi statusuna görə dövlətlərarası
beynəlxalq təşkilat kimi tanınan MDB çərçivəsində 2001-ci ildə “Müstəqil Dövlətlər Bir-
liyinin  iştirakçısı  olan  dövlətlərin  kompüter  informasiyası  sahəsində  cinayətlərə  qarşı
mübarizədə  əməkdaşlığı  haqqında”  saziş  bağlanmışdır  (2).  Bağlanmış  bu  saziş  həmin
cinayətlərlə effektiv mübarizəni təmin etmək məqsədinə xidmət edir. 
Avropa Şurası tərəfindən həm də 1990-cı ildə “Cinayət fəaliyyətindən gələn gəlirin yuyul-

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
66


ması, ifşa edilməsi, müsadirə edilməsinə dair” Avropa Konvensiyası qəbul edilmişdir ki, bu
Konvensiya çirkli pulların yuyulması – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqal-
laşdırılması  kimi  kriminal  əməllə  regional  səviyyədə  mübarizədə  vacib  rol  oynayır  (7).
Düzdür, biz, həmin əməli bank fəaliyyəti əleyhinə törədilən cinayətlər sırasına aid etməmişik.
Amma reallıq bundan ibarətdir ki, çirkli pulların yuyulması (cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərini leqallaşdırma) əməli bank fəaliyyətinin həyata keçirilməsinə mane olan əməldir.
Belə ki, çirkli pullar cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri çox vaxt bankların vasitəsi
ilə yuyulur, leqallaşdırılır. Bu zaman banklar öz iradəsindən asılı olmayaraq həmin prosesin
necə deyərlər, iştirakçısına çevrilir. unutmaq olmaz ki, banklar adətən çirkli pulların yuyul-
ması prosesində qəsdən bilə-bilə iştirak etmir. Çirkli pulların yuyulmasının qarşısını almaq
məqsədi ilə onlar hər bir vaxt xidmət göstərdiyi bütün müştərilərin kimliyini təyin etmə-
lidirlər. Ödənişləri həyata keçirərkən banklar tərəfindən müştərilərdən vəsait alanın (bene-
fisiarın) göstərilməsi tələb olunmalıdır. Anonim hesabların, o cümlədən anonim əmanət
hesablarının açılmasına yol verilmir. 
Cinayətkarlıqla, o cümlədən bank fəaliyyəti əleyhinə törədilən cinayətlərlə mübarizədə
dövlətlərin regional səviyyədə əməkdaşlığı nəinki beynəlxalq müqavilə bağlamaq yolu ilə
(konvension əməkdaşlıq), həmçinin regional beynəlxalq təşkilatlar çərçivəsində (institusion
əməkdaşlıq) həyata keçirilir. söhbət ilk növbədə Avropa İttifaqı çərçivəsində 01.07.1999-cu
il tarixindən fəaliyyət göstərən və Hollandiyanın Haaqa şəhərində yerləşən Avropoldan (Eu-
ropol - Avropa Polis Təşkilatından) gedir (8). Avropol bir tərəfdən Avropa İttifaqı adlı quru-
mun  orqanı  sayılır,  digər  tərəfdən  müstəqil  hüquq  subyektliyinə  malik  olan  regional
beynəlxalq hüquq-mühafizə təşkilatı kimi tanınır. Belə ki, məsələn, Avropol beynəlxalq
hüquq-mühafizə təşkilatı olan İnterpolla, habelə Avropa İttifaqının üzvü olmayan dövlətlərlə
münasibətə daxil ola bilər (Avropolun yaradılması haqqında Konvensiyanın 10, 26 və 42-ci
maddələri). Təsis müqaviləsi sayılan Konvensiya (söhbət Avropolun yaradılması haqqında
Konvensiyadan gedir) müəyyən edir ki, üzv dövlətlərin, hər şeydən əvvəl Avropa İttifaqının
tərkibinə daxil olan ölkələrin milli hüquq-mühafizə orqanlarının işini yaxşılaşdırmaq və onlar
arasında əməkdaşlığın effektivliyini artırmaq Avropolun məqsədi sayılır. Qeyd etməliyik ki,
Avropa itifaqının üzvü olan istənilən dövlət üzv qismində Avropolun tərkibinə daxil ola bilər. 
sözügedən regional beynəlxalq hüquq-mühafizə təşkilatının səlahiyyətinə gəldikdə, demək
lazımdır ki, Avropolun səlahiyyəti ictimai cəhətdən daha təhlükəli olan bir sıra əməllərlə
(məsələn, terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz im-
miqrasiya, avtonəqliyyat vasitələrinin qaçırılması, radiaktiv maddələrin və nüvə material-
larının qanunsuz dövriyyəsi ilə və s.) mübarizəni əhatə edir. onlar arasında bizim bank
fəaliyyəti əleyhinə törədilən cinayətlərə aid etdiyimiz əməllərə də təsadüf olunur. Məsələn,
Avropa İttifaqının kollektiv valyutası olan avronun saxtalaşdırılması (saxta avro hazırlama)
və çirkli pulların yuyulması (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma) belə əməllərə misal ola bilər. Avropolun səlahiyyətlərinə həm də bu kimi bank
fəaliyyəti əleyhinə törədilən cinayətlərlə mübarizə aiddir. Respublikamız Avropolun üzvü
deyildir. ona görə də, bu beynəlxalq hüquq-mühafizə təşkilatının üzvü yalnız Avropa İtti-
AZƏRBAYCAN UNİVERSİTETİ
67

İPƏK YOLU 

2/2014


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə