İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ


n  İPƏK YOLU  n  2/2014 3. AZƏRBAyCANIN yEyİNtİ SƏNAyESİNİN tƏKMİLLƏŞDİRMƏ ÜStÜN-



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə35/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
87

İPƏK YOLU 

2/2014
3. AZƏRBAyCANIN yEyİNtİ SƏNAyESİNİN tƏKMİLLƏŞDİRMƏ ÜStÜN-
LÜKLƏRİ
Respublikamızda yeyinti sənayesinin inkişaf etdirilməsi ilə bağlı bir sıra üstünlüklər vardır:
 Yeyinti sənayesinin tarixi ənənələri;
 Yeyinti sənayesinin istehsalı üçün zəngin xammal bazası;
 Ölkəmizdə yetişdirilən meyvə-tərəvəz məhsullarının bir çoxunun dünyada analoqunun
olmaması;
 Bir sıra istehsalatların respublikanın kiçik və orta şəhərlərində yerləşdirilməsi imkanı
və ərazi ehtiyatı;
 Nəqliyyat daşımaları baxımından əlverişli iqtisadi-coğrafi mövqe; 
 Potensial ixrac bazarlarına yaxınlıq.
Qeyd edilənlər bu sənaye sahəsinin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb et-
məkdədir. sahənin inkişaf etdirilməsi məqsədilə, daxili və xarici bazar üçün məhsul istehsalı
həcminin artırılması, həmçinin əsaslı vəsaitlərin ilk növbədə fəaliyyətdə olan müəssisələrin
yenidən qurulması, genişləndirilməsi və texniki cəhətdən silahlandırılmasına yönəldilməsi,
xarici investisiyaların, ekspertlərin, texnologiya və nou-hauların cəlb edilməsi, digər yeyinti
məhsulları istehsalçıları ilə əməkdaşlıq və kooperasiya əlaqələrinin qurulması, MDB və yaxın
xaric ölkələrinin bazarlarına keyfiyyətli məhsulun ixrac edilməsi, emal-yeyinti sənayesinin
inkişafı üçün xammal mənbəyi hesab edilən kənd təsərrüfatı məhsullarının bölgələr üzrə
inkişafı, daxili və xarici istehlak bazarının tələbatının rəqabətədavamlı yeyinti məhsullarla
təmin edilməsi, yeyinti sənayesi üçün xammal və hazır məhsulun ekoloji təmizliyinin və key-
fiyyətinin dünya standartları səviyyəsinə çatdırılması, emal sənayesi üçün tələb olunan avadan-
lıqların respublikamızda istehsalının təşkil edilməsi zəruridir [6, s.320].
3.1 Azərbaycanın yeyinti Sənayesində Qablaşdırılmış Qidalar 
“Euromonitor İnternational” 2012-ci ildə Azərbaycanın Yeyinti sənayesində qablaşdırılmış
qidalar haqqında xülasə çap edib. Xülasədə qeyd edilir ki, 2012-ci il ərzində Azərbaycanın
qablaşdırılmış qida sənayesi Azərbaycan dövlətinin biznesə dəstək üçün ayırdığı özəl kre -
ditlərdən bəhrələnərək inkişaf etməkdə davam edir. Bu yerli istehsalçılara istehsal etdikləri
qablaşdırılmış qida məhsullarını təkminləşdirməyə və eyni zamanda istehsal texnologiyalarını
müasirləşdirməyə şərait yaratdı. 2012-ci ildə qablaşdırılmış qida sənayesində ən dinamik
sahələr şirniyyat, qablaşdırılmış tort, keks və dondurma olmuşdur və bu sahədə keyfiyyətin
artım göstəriciləri də diqqəti cəlb etmişdir. Hal hazırda bu tip qablaşdırılmış məhsullar yal-
nızca uşaq seqmentini deyil, eyni zamanda gənc, orta və yuxarı yaşlı əhalini də özünə seqment
seçib. 
Dövlətin yerli qablaşdırılmış qida məhsulları istehsalçılarına ayırdığı güzəştli biznes kre -
ditləri nəticəsində yerli şirkətlər öz məhsul çeşidi ilə bərabər müəssisələrinin də inkişafını və
genişlənməsini təmin edə bildilər. Bütün bunlara baxmayaraq, Azərbaycanın qablaşdırılmış
qida bazarında mövcud olan malların əksəriyyəti Rusiya, Türkiyə, ukrayna, Belarusiya, Polşa
və son zamanlarda Xorvatiya kimi ölkələrdən idxal olunur. Bu ölkələrdən idxal olunan məh-
sulların Azərbaycan istehlakçıları arasında yüksək imici vardır və ekoloji sağlam, qiymət/key-
fiyyət imici kimi qavranılır. 



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
88
“Euromonitor İnternational”ın araşdırmasına görə, qablaşdırılmış məhsullar 2017-ci ildə
müşahidə olunan 2012-ci ilə nisbətən daha böyük sabit dəyərə qalxacaq. İqtisadiyyatı günü
gündən inkişaf edən və böyüyən Azərbaycanın istehlakçıları da açıq şəkildə istehsal olunmuş
məhsullardan daha çox qablaşdırılmış qidalara üstünlük verir [8]. 
4. AZƏRBAyCANIN QİDA SƏNAyESİNƏ DÖvLƏt DƏStƏyİ 
2014-cü  ilin  May  ayının  22-24-də  keçirilən  20-ci  “World  food Azerbaijan”  sərgisi
dövlətin qida sənayesinə verdiyi önəmin nümunəsidir. Bu sərgi artıq ənənə halını alıb və in-
diyə kimi 20 dəfə keçirilib. Bu il özünün 20 illik yubileyini qeyd edən “World food Azer-
baijan” Beynəlxalq qida sənayesi sərgisi ötən dövrdə qida məhsulları bazarında həm yerli,
həm də xarici istehsalçılar üçün istiqamətləndirici funksiyanı yerinə yetirmişdir. “World
food Azerbaijan” sərgisi ilk dəfə öz qapılarını 1995-ci ildə açmışdır və o vaxtdan etibarən
onun nüfuzu Azərbaycan, Xəzəryanı region və bütün dünyanın mütəxəssisləri arasında dur-
madan artır. Bu illər ərzində sərgidə 1400-dən artıq şirkət iştirak etmişdir. sərgi Azərbay-
canda İxracın və İnvestisiyaların Təşviqi fondu (AZPRoMo) və Azərbaycan Respublikası
sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. sərginin
qarşıya qoyduğu və uğurla reallaşdırdığı əsas məqsədlərdən biznes üçün yeni tərəfdaşlar
tapmaq, mövcud işgüzar münasibətləri daha da möhkəmləndirmək, müqavilələr bağlamaq
və yeni məhsul növlərini təqdim etmək kimi məsələləri qeyd etmək olar [10].
Ədəbiyyat:
1. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi fondu (AZPRoMo)-nun 2013-cü il
Qida sənayesi üzrə hesabatı. 
2. Joanna szwacka-Mockrzycka, R. Abutalıbov, s. Quliyev, Yeyinti sənayesində Qlo -
ballaşma Prosesi – Avropa Təcrübəsi //Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya,
iv Beynəlxalq Konqres Materialı, Qafqaz universiteti, 3-4 May, 2014, s.2-4. 
3. Kamalov N.B. 1992-2006-cı illər arasında Azərbaycanın ərzaq ticarəti. // Azərbaycan
Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu. Elmi Əsərləri. №1,
2008, səh. 260-266.
4. Kamalov N.B. Azərbaycanda ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsalı. //
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu. Elmi Əsər-
ləri, №4, 2008, səh. 293-301.
5. Məmmədov P.H. Azərbaycanda keyfiyyətli ərzaq məhsulu istehsalı və satışında yaran-
mış aktual problemlər// Gənc tədqiqatçıların ümumrespublika elmi konfransı; Qafqaz uni-
versiteti; 06-07 may, 2010, s.137-141.
6. Məmmədov P.H. Marketinqin təşkili və yeyinti sənayesi müəssisələrində idarəetmə
strategiyası // Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutu Dirçəliş
jurnalında, 158 – 159, 2011, s.316 – 321.
7.  veb  səhifə:  [http://www.azerbaijan.az/_Economy/_industry/_industry_e.html],
[29/05/2014 tarixində məlumat əldə edilib], 15:55.
8.  “fiNEKo  informational  &  Analytic  Agency  oJsC”  şirkətinin  veb  səhifəsi
[http://abc.az/eng/interview/165.html], [20/05/2014 tarixində məlumat əldə edilib], 11:35.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə