İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə16/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
yaranır. Nurkse, sərmayənin bu qısır dövriyyədən çıxarılması 
üçün  ölkələrin  xaricdən  borc  almaları  gərəkliliyini  irəli  sür‐
müşdür. Beləliklə daha çox infrastruktur və istehsal investisi‐
yaları həyata keçiriləcək və sərmayənin qısır dövriyyəsi aşıla‐
caqdır. 
Sərmayə sıxıntısını aradan qaldırmağın bir yolu da ölkəyə 
birbaşa xarici sərmayə cəlb etməkdir. Azərbaycanda neft sek‐
toruna yüksək miqdarda xarici kapital qoyuluşu olsa da, qey‐
ri‐neft sahəsində sərmayə qoyuluşu yetərsizdir. Qeyri‐neft sa‐
hələrinə  də  xarici  investorların  diqqətini  çəkə  bilmək  üçünsə 
ölkədə iqtisadi azadlıqlar yüksək səviyyədə təmin edilməlidir. 
Azərbaycanın  daha  aşağı  faizlərlə  borc  aldığı  qeyd  edilir. 
Bu  doğrudur.  Ancaq  Azərbaycanın  xarici  borclarının  artma 
trendinə  daxil  olduğu  müşahidə  edilir.  Ayrıca,  xarici  borclar‐
dan istifadə olunması nə qədər güzəştli olursa olsun faiz məs‐
rəfləri  dolayısilə  məsrəfli  bir  qaynaqdır.  Burada  sadəcə  faiz 
məsrəflərinə də baxılmamalıdır. Əgər kreditlərin istifadəsində 
sui‐istifadə  halları  mövcuddursa  bu  kreditlərin  real  məsrəflə‐
rini yüksəldər. Kreditlərdən səmərəli şəkildə istifadə olunması 
ilk növbədə ölkə hökumətinin öz səriştəsinə bağlıdır. Əslində, 
əgər səmərəli investisiyalar həyata keçirilirsə, bunların maliy‐
yələşdirilməsində xarici və ya daxili ehtiyatların istifadə edil‐
məsinin  fərqi  olmamalıdır.  Çünki,  iqtisadiyyatda  əsas  məsələ 
ehtiyatların məhsuldar istifadəsidir. 
Bəziləri Azərbaycanın xarici borclara yönəlməsini bu borc‐
lardan  daha  səmərəli  istifadə  ediləcəyinin  zəmanəti  kimi  də‐
yərləndirir.  Belə  ki,  xarici  donorlar  borc  verdikləri  zaman  bu 
borcun faizi ilə birlikdə geri ödənməsində maraqlı olduqların‐
dan  ölkə  hökumətini  verdikləri  vəsaitin  daha  səmərəli  istifa‐
dəsinə  istiqamətləndirəcəklər.  Halbuki  dünyadakı  bir  çox 
praktika bunun heç də belə olmadığını göstərir. Kreditlərin is‐
tifadəçilərinin kimlər olduğu və necə istifadə olunduğuna dair 
 
‐ 64 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
məşhur hadisələrdən biri Rusiya ilə əlaqədardır. BVF, Rusiya‐
ya iqtisadi islahatların həyata keçirilməsi və sərbəst bazar iqti‐
sadiyyatına keçilməsi üçün 10 milyard dolar kredit ayırmışdı. 
Ancaq bu vəsaitin aralarında Boris Yeltsin və bir çox idarəçi və 
“iş  adamlarının”  da  olduğu  bir  şəbəkə  tərəfindən  “Bank  of 
New York” və “National Republic Bank” adlı ABŞ banklarına 
yatırıldığı  meydana  çıxdı.  Ona  görə  də  xarici  borcların  səmə‐
rəli  istifadəsi  məsələsində  beynəlxalq  təşkilatların  və  maliyyə 
qurumlarının nəzarətinə də arxayın olmağa dəyməz. 
Azərbaycanın xarici valyuta ehtiyatları hal‐hazırdakı xarici 
borcundan 1,3 dəfə artıqdır. Xarici qurumlar mövcud ehtiyat‐
larını dəyərləndirmək üçün Azərbaycan kimi aldıqları borcla‐
rını  faizi  ilə  bərabər  ödəmə  gücünə  sahib  olan  ölkələrə  borc 
verməkdə  maraqlıdırlar.  Geri  ödəmədə  çətinlik  çəkildiyi  za‐
man da təklif edilən variantlardan biri köhnə borcların və faiz‐
lərin ödənməsi üçün yeni borc alınması olur. Beləliklə, ölkələr 
bir borc bataqlığının içinə düşmüş olurlar. 
Əslində biz prinsip olaraq xaricdən borc alınmasının əley‐
hinə  də  deyilik.  Milli  iqtisadiyyatın  inkişafı  üçün  zəruri  olan 
infrastruktur investisiyalarının həyata keçirilməsi və ölkə için‐
də  kredit  bolluğu  yaradılması  baxımından  xarici  borclardan 
istifadə edilməsi müsbət haldır. Ancaq, alınan borcların səmə‐
rəli  şəkildə  istifadə  edilib‐edilmədiyi  önəmlidir.  Azərbaycan‐
da alınan kreditlərin zəruriliyinə və səmərəli istifadə olunma‐
sına nəzarət mexanizminin yaradılması və dövlətin həm daxili 
həm  də  xarici  borclarını  tənzimləməsi  baxımından  “Dövlət 
Borcları  Haqqında”  qanununun  qəbulu  və  həyata  keçirilməsi 
çox vacibdir. 
 
 
 
 
 
 
‐ 65 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 66 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Dünya Ticarət Təşkilatı və Azərbaycan
*
 
Əkbər Eldaroğlu 
 
1947‐ci  ildən  bəri  “Rüsumlar  və  Ticarət  Üzrə  Baş  Saziş”in 
(QATT‐ GATT) bütün iclaslarında alınan qərarlar dünya tica‐
rətindəki  sərbəstliyi  məhdudlaşdıran  maneələrin  aradan  qal‐
dırılmasına  yönəlik  olmuşdur.  1986‐cı  ildə  Uruqvayda  başla‐
yan  8‐ci  görüş  1993‐cü  ildə  Dünya  Ticarət  Təşkilatının  (DTT‐
WTO)  qurulmasının  qərarlaşdırılması ilə  nəticələnmişdir.  Bu‐
nunla  da  Uruqvay  raundundan  sonra  beynəlxalq  ticarət  mü‐
nasibətlərini  tənzimləmək  məqsədilə  1  yanvar  1995‐ci  ildə 
Dünya  Ticarət  Təşkilatı  quruldu.  Hazırda  140‐dan  artıq  ölkə 
Dünya  Ticarət  Təşkilatına  üzv  qəbul  edilmişdir.  Təşkilat  mü‐
əyyənləşdirdiyi qayda və normalar əsasında dünya ticarətinin 
95 faizini tənzimləyir. 
Dünya  Ticarət  Təşkilatı,  Beynəlxalq  Valyuta  Fondu  (BVF‐
IMF)  və  Dünya  Bankı  (DB‐IBRD)  ilə  birlikdə  yaxın  gələcəkdə 
beynəlxalq  iqtisadi  münasibətlərin  inkişaf  etdirilməsində  ən 
əhəmiyyətli üç dünya təşkilatından biri olacaqdır. Azərbayca‐
nın yuxarıda adını sadaladığımız üç dünya təşkilatı ilə müna‐
sibətlərinə  ciddi  əhəmiyyət  verməsi  zəruridir.  Yəni,  Azərbay‐
can beynəlxalq iqtisadi münasibətlərini bu təşkilatların müəy‐
yənləşdirdiyi  qaydalar  çərçivəsində qurmalı  olacaq. Azərbay‐
can  1992‐ci  ildən  Beynəlxalq  Valyuta  Fondunun  və  Dünya 
Bankının üzvü olsa da, 1993‐cü ildən QATT‐a hələlik müşahi‐
dəçi statusu ilə qatılmaqdadır. 2003‐cü il üçün DTT‐yə üzv ol‐
mağı planlaşdırır. 
DTT‐yə üzvlük isə adətən BVF və DB‐yə üzvlüklə müqayi‐
sədə  daha  ciddi  müzakirələrə  səbəb  olur.  Hətta,  Rusiyanın 
DTT‐yə  daxil  olarsa,  iqtisadi  müstəqilliyini  könüllü  surətdə 
                                                 
*
 31 may 2001. 
 
‐ 67 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə