İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə23/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
şında  hər  sahədə  üstün  olan  ölkə  (kimin  daha  çox  neft,  kənd 
təsərrüfatı  məhsulu,  sərmayə  tutumlu  məhsul  istehsal  etdiyi) 
təbii şərtlər səbəbindən öncədən məlum idi. İKT məhsulları ilə 
meydana çıxan “başabaş rəqabət” anlayışı isə dinamik bir rə‐
qabət  quruluşunun  doğmasına  səbəb  olub.  Birinciliyin  mütə‐
madi əl dəyişdirdiyi və yeni fürsətlərin ortaya çıxdığı bu dina‐
mik  rəqabət  quruluşunda  oyunu  qaydalarına  görə  oynayan, 
çağın tələbatlarını doğru anlayan hər şirkət və ölkə  gələcəyin 
inşasında söz sahibi olacaqdır. 
Bu  gün  McRaein  iqtisadi  müvəffəqiyyət  üçün  ən  önəmli 
amillər  arasında  göstərdiyi  keyfiyyət  göstəricilərindən  olan 
elastiki istehsal paradiqmasının tələblərinə cavab verəcək təş‐
kilati struktura, dəyişmənin və inkişafın ön şərti olan motiva‐
siyaya sahib olmayan bir inkişaf prosesi yaşayan, sənaye top‐
lumu olma yolunda arzu etdikləri müvəffəqiyyəti əldə edə bil‐
məyən  inkişaf  etməkdə  olan  ölkələr,  yeni  çağın  rəqabətçi  və 
fürsətlər yaradan özəlliklərindən faydalanaraq bilgi toplumu‐
na transformasiya imkanına sahibdirlər. Fəqət bu imkanın isti‐
fadəsi  böyük  ölçüdə  digər  sahələr  üçün  tətbiq  edilən  köhnə‐
yeni  bölgüsünün  zehniyyət  quruluşunda  da  müzakirəyə  açıl‐
ması ilə mümkündür. 
Newton  fizikasının  düşüncə  sistemimizə  yerləşdirdiyi  və 
sənaye  çağında  çox  işimizə  yarayan,  qaydalar  və  dəmir  qa‐
nunlar sayəsində formalaşdırılan zehniyyət quruluşumuz, gə‐
ləcəyi  anlamada  çətinlik  çəkməyimizə  səbəb  olmaqdadır.  Bu 
zehniyyət  quruluşu  bizə  transformasiya  prosesinin  lineer 
(düzxətli) və mütəmadi olduğunu, gələcəyin nəzarət altına alı‐
na biləcəyini və düzgün proqnozlaşdırıla biləcəyini öyrətmiş‐
dir. Rostowun beş mərhələli inkişaf modeli bu anlayışın bir tə‐
zahürüdür.  Buna  görə  bir ölkənin  inkişaf  məqsədlərində  mü‐
vəffəqiyyətə  nail  olması  üçün  inkişaf  etmiş  ölkələrin  tarixi 
prosesdə  keçdiyi  mərhələləri  keçmək  yetərlidir.  Yeni  elm  ad‐
landırılan  kvant  fizikasının  və  xaos  nəzəriyyəsinin  isə  bizə 
 
‐ 91 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
transformasiya prosesinin əslində lineer olmadığını, gələcəyin 
qeyri‐müəyyən,  kontrol  altına  alınması  imkansız  və proqnoz‐
laşdırıla  bilməyən  olduğunu  öyrətməkdədir.  Lineer  olmayan 
transformasiya  prosesi  və  gələcəyin  qeyri‐müəyyənliyindən 
doğan fürsət və imkanlar, inkişaf etməkdə olan ölkələrə inki‐
şafın,  sahib  olduqları  gənc  fəal  insan  potensialını  yüksək  bir 
təhsil prosesindən keçirərək və “beyin gücünü” effektli bir şə‐
kildə təşkilatlandıraraq, inkişaf etmiş ölkələrin tarixi prosesdə 
keçdiyi mərhələləri bir‐bir keçməyə ehtiyac duymadan, bir sıç‐
rama ilə mümkün ola biləcəyi ümidini verməkdədir. 
Bu  ümidin  gerçəkləşməsi,  öz  beyninin  önəmini  qavrayan 
fərdlərdən təşkil olunan bir toplumun formalaşması ilə, bu isə 
öz  növbəsində  fərdin  önəminin  fərqinə  varan  çağdaş  və  elmi 
idarəetmə  anlayışının  hakim  qılınması  ilə  mümkündür.  İnki‐
şaf etməkdə olan ölkələrin iqtisadi problemlərini çözmək, icti‐
mai transformasiyasını gerçəkləşdirmək və dünya iqtisadiyya‐
tına inteqrasiyasına nail olmaq üçün zəruri olan keyfiyyət pa‐
rametrlərini qazanması böyük ölçüdə bu ölkələrdə hakim olan 
mövcud zehniyyət quruluşunun bu yöndəki dəyişməsinə bağ‐
lıdır. 
Bu prosesdə bizlər bir fərd olaraq dünyada hər şeyi olmasa 
belə, çox şeyi dəyişdirmə gücünə sahib olduğumuza inanmaq 
və  müvəffəqiyyətə  fokuslanmaq  məcburiyyətindəyik.  Fransız 
qəhrəmanı Jean Darkın ifadəsi ilə: “Bütün savaşlar ilk öncə in‐
san zehnində qazanılır”. İnsanların edə biləcəklərinin, edə bi‐
ləcəyini düşündükləri ilə məhdud olduğunu unutmamalıyıq. 
 
 
 
 
 
 
 
‐ 92 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Yeni iqtisadi gerçəkliklər
*
 
Ceyhun Qədirli 
 
Yeni minilliyin astanasında sənaye cəmiyyətindən informa‐
siya  cəmiyyətinə  keçid  prosesi  yaşanmaqdadır.  Bundan  çox‐
çox əvvəl isə, XVII əsrdə sənaye inqilabı dalğası vüsət almışdı. 
Həmin  mərhələdə  su  və  buxar  mühərrikləri  geniş  şəkildə 
istifadə olunmağa başladı. Dəmiryol şəbəkəsinin inşası ilə bir‐
likdə  yük  daşıma  və  nəqliyyat  xərcləri  aşağı  düşdü.  Paralel 
olaraq, dəmir və polad istehsal edən zavodlar sənayeləşmədə 
önəmli  rol  oynamağa  başladı.  Bir  sonrakı  mərhələ  isə,  daxili 
yanma  mühərriki,  elektrik  enerjisi  və  müxtəlif  kimyəvi  mad‐
dələrin  istehsalat  prosesində  geniş  istifadə  edildiyi  mərhələ‐
dir. 
50‐ci illərdən başlayan və 90‐ci illərdə öz inkişafının ən üst 
mərhələsinə çatan “elektron dövrü” artıq yerini, media, dijital 
şəbəkə  və  yeni  texnologiyaların  istehsalat  proseslərində  daha 
aktiv  olduğu  “yeni  iqtisadiyyat”  deyilən  bir  mərhələyə  bura‐
xıb. “Yeni iqtisadiyyat” informasiyanın əldə edilməsi, emalı və 
yayılması proseslərini əhatə edir. Yeni iqtisadiyyatda informa‐
siya  əsas  istehsal  faktoru  olaraq  ön  plana  çıxmaqdadır.  Yeni 
iqtisadiyyat  sahələrində  intellektual  sərmayə  bəşəri  və  fiziki 
sərmayəni tamamlamaqdadır. 
Bu  gün  yaşanan  bütün  bu  proseslər  sanki  intibah  dövrü‐
nün  yaşandığı  XVII  əsri  xatırladır.  Mətbəə  ixtira  olunmamış‐
dan əvvəl dünyadakı bütün kitabların sayı 30 minə qədər idi. 
Gutenbergin mətbəəni ixtira etməsindən sadəcə 20‐30 il sonra 
dünyada  10  milyona  qədər  kitab  çap  olundu.  Kitab  çapının 
artması nəticəsində elmə, sənətə, ixtiralara maraq intibaha yol 
açdı.  Bənzər  situasiya  bir  az  fərqli  şəkildə  bu  gün  də  yaşan‐
                                                 
*
 16 mart 2004. 
 
‐ 93 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə