İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

39

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

əsasən  bankların,  sığorta  və  təkrarsığorta  şirkətlərinin  mənfəətinin  nizamnamə  kapitalının  artırılmasına 

yönəldilən hissəsi 1 yanvar 2009-cu il tarixdən 3 il müddətinə mənfəət vergisindən azad olunub. 

Ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, onların vergitutma mexanizmini asanlaşdırmaq 

məqsədi  ilə  2001-ci  ildən  sadələşdirilmiş  vergi  növü  tətbiq  edilir.  Malların  təqdim  edilməsi  və  işlərin 

görülməsinin ümumi hasilatının həcminə və satışdankənar gəlirlərə tətbiq olunan bu verginin dərəcəsi Bakı 

şəhəri üzrə 4%, qalan bütün ərazilər üzrə 2% təşkil edir. 

Vergi  sistemi  vasitəsilə  kənd  təsərrüfatı  istehsalının  stimullaşdırılması  məqsədi  ilə  kənd  təsərrüfatı 

istehsalçılarının, torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilmə müddəti 2013-cü ilin 

sonunadək uzadılıb. 



Bank sektoru və iqtisadiyyatın kreditləşdirilməsi. 1 yanvar 2011-ci il tarixinə olan məlumata görə, ölkədə 

AMB-nin lisenziyası əsasında bank xidməti göstərən 150 kredit təşkilatı var. Onların 44-ü bank, 106-sı isə 

bank  olmayan  kredit  təşkilatıdır.  Bankların  1-i  dövlət,  43-ü  özəl,  o  cümlədən  özəl  bankların  22-si  xarici 

kapitallıdır

47

. 2000-2010-cu illər dövründə bankların sayı 52-dən 44-ə enib. Ümumilikdə kredit təşkilatlarının 



sayı 2000-ci ildə 158 idisə, 2010-cu ildə 146 olub. 

Azərbaycanda bank sisteminin aktivlərinin həcmi 2000-ci ildəki 865.0 milyon manatdan 2010-cu ilin sonuna 

13.3 milyard manata kimi yüksəlib

48

 – 15,4 dəfə artıb. Bu müddətdə ÜDM-in nominal həcmi 8,8 dəfə artıb. 



2000-ci ildə bank sektoru aktivlərinin ÜDM-ə nisbəti 18,3% olduğu halda, 2010-cu ildə bu göstərici artaraq 

32%-ə çatıb. 2010-cu ildə bank sistemi aktivlərinin qeyri-neft ÜDM-inə nisbəti 72,1% təşkil edib. 2000-2010-

cu illərdə ölkənin bank sektorunda aktivlərin artım tempi ÜDM-in artım tempini üstələyib. 

2001-2010-cu illərdə ölkənin kredit bazarında davamlı artım dinamikası müşahidə edilib: həm milli, həm də 

xarici valyutada olan bank kreditlərinin həcmi ildən-ilə artıb, 2006-cı ildən başlayaraq bu artım daha sürətli 

olub. Belə ki, ölkə iqtisadiyyatına yönəldilən cəmi bank kreditləri 2001-ci ildə 486.2 milyon manat olubsa, 

2005-ci ildə bu məbləğ 1441.0, 2010-cu ildə isə 9163.4 milyon manata qalxıb. 

Diaqram 19. Azərbaycan kredit təşkilatlarının ümumi kredit qoyuluşu

49

 (milyon manat)

2001-ci illə müqayisədə ölkədə kredit qoyuluşlarının ümumi həcmi 2005-ci ildə təqribən 3 dəfə, 2010-cu ildə 

isə 18,8 dəfə artıb. 2010-cu ildə ölkə bank larının iqtisadiyyata təqdim etdiyi kre ditlərin ümumi məbləği 2005-

ci illə müqayisədə 6,4 dəfə çox olub. 

oktyabr 2008-ci il, № 710-IIIQ 

http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=15646&doctype=0 

47

  AMB, www.cbar.az



48

  AMB-nin statistik bülleteni. No:3 (133), 3/2011. www.cbar.az

49

  AMB-nin statistik bülleteni. No:12 (130) 12/2010. www.cbar.az




40

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

2006-cı ilədək ölkənin bank sisteminin kreditlərində qısamüddətli kreditlər üstün lük təşkil edib, 2007-ci ildən 

isə uzunmüddətli kreditlər daha böyük paya sahib olmağa başlayıb. 2001-ci ildə bütün kredit qoyuluşlarının 

yalnız 27,2%-i (132.3 milyon manatı) uzun müddətli kreditlər olubsa, 2006-cı ildə onun payı 51,7% (yaxud 

1220.7 milyon manat), 2010-cu ildə isə 72,0% (6596.3 milyon manat) təşkil edib

50

.



2010-cu ilin sonuna ümumi kredit qoyuluşunun 24,1%-i (2206.8 milyon manat) ticarət və xidmət sektoruna, 

10,7%-i (984.0 milyon manat) energetika, kimya və təbii ehtiyatlar sektoruna, 4,8%-i (441.3 milyon manat) 

kənd təsərrüfatı və emal sektoruna, 7,2%-i (660.6 milyon manat) inşaat və əmlak sektoruna, 7,4%-i (682.4 

milyon  manat)  sənaye  və  istehsala,  5,0%-i  (454.4  milyon  manat)  və  29,5%-i  (2700.8  milyon  manat)  ev 

təsərrüfatlarına yönəldilib

51



Kredit qoyuluşunun təqribən 4-5%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 6-7%-i isə sənaye 

və  istehsal  sektoruna  yönəldilir. Araşdırmalar  göstərir  ki,  bu  sahələrə  təqdim  edilən  kredit  vəsaitlərinin 

əksər hissəsini SKMF-nin

52

 və Kənd Təsərrüfatı Kreditləri Dövlət Agentliyinin dövlət büdcəsindən müvəkkil 



bankların vasitəçiliyi ilə sahibkarlara və fermerlərə verdikləri güzəştli kreditlər təşkil edir. 

Energetika sektorunun bank kreditlərindəki payı 5-6%-dən 2009-cu ildə kəskin artaraq 17-18% səviyyəsinə 

qalxıb.  Bu,  2009-cu  ildə  AMB-nin  resursları  hesabına  Beynəlxalq  Bank  vasitəsilə  ARDNŞ-yə  güzəştli 

şərtlərlə (3%-lə) 7 il müddətinə verilən 750 milyon manatlıq kredit hesabına

53

 baş verib. Bununla belə, enerji 



sektorunun kredit qoyuluşlarında payı 2010-cu ilin sonuna 11%-ə qədər düşüb.

Son illər ölkə regionlarında bankların filiallarının sayının artmasına rəğmən hələ də bütün kredit qoyuluşunun 

85%-dən çoxu yalnız Bakı şəhərinin payına düşür. Abşeron da nəzərə alınmaqla Bakı–Abşeron ərazisində 

bütün kredit qoyuluşlarının 88,7%-i istifadə edilir. Kredit qoyuluşlarının yalnız 10%-i ölkənin digər regionları 

arasında paylanır. Əgər nəzərə alsaq ki, Gəncə, Şirvan, Şamaxı, Lənkəran, Mingəçevir kimi şəhərlərdə olan 

kreditlər  də  bunun  tərkibindədir,  onda  kreditlərin  belə  təmərküzləşmə  səviyyəsinin  ölkə  regionlarının 

inkişafına ciddi dəstək verə bilmədiyi üzə çıxır. Bu, həm də bankların regionları kreditləşdirməkdə maraqlı 

olmadığını əks etdirir. 

AMB-nin məlumatlarına əsasən, 2002-2010-cu illərdə Azərbaycanın kredit bazarında kreditlər üzrə orta illik 

orta faiz dərəcələri 13-19% intervalında dəyişilib. Son illər kreditlər üzrə illik orta faiz dərəcələri təqribən 

15-17% dəhlizində dəyişir. Lakin Media və İctimai Təşəbbüslər Mərkəzinin araşdırmalarına əsasən

54

, 2010-



cu ildə müxtəlif növ kreditlər üzrə illik faiz dərəcələri 4%-dən (dövlət büdcəsindən verilən bəzi güzəştli 

kreditlər üzrə) 35%-dək olan geniş bir intervalda dəyişib

55

. Ölkə üzrə orta kredit faizi 15-17% səviyyəsində 



qərarlaşması  əsasən  dövlət  büdcəsi  və  AMB-nin  resursları  hesabına  verilən  aşağı  faizli  (3-8%-dək)  və 

güzəştli kreditlər hesabına baş verir. Belə ki, bank sisteminin bütün kredit qoyuluşlarının təqribən 25-28%-

ni məhz həmin mənbələrdən olan kreditlər təşkil edir

56

. Halbuku bankların öz resursları hesabına kiçik və 



orta sahibkarlıq subyektlərinə və ev təsərrüfatlarına təqdim etdikləri kreditlər üzrə faiz dərəcələri əsasən 22-

30% aralığında dəyişir. Belə yüksək faiz dərəcələri biznesin kredit resurslarına əlçatanlığına ciddi problem 

olaraq qalmaqdadır. 

Qiymətli  kağızlar  bazarının  inkişafı.  Dövlət  və  korporativ  qiymətli  kağızlar  (yaxud  borc  öhdəlikləri) 

bazarının inkişafı birbaşa bank kreditləşməsinə alternativ hesab olunmaqla yanaşı, həm də ölkə iqtisadiyyatına 

50

  AMB, www.cbar.az 



51

  AMB-nin statistik bülleteni. No:12(130)12/2010

52

  http://anfes.gov.az/files/Hes_2010.pdf 



53

 http://www.lent.az/news.php?id=29442 



54

  http://www.sei.az/news-1063.html 

55

   Azərbaycanda  kredit  faizinin  səviyyəsinə  təsir  göstərən  amillərin  qiymətləndirilməsi.  Tədqiqat  sənədi.  Media  və  İctimai 



Təşəbbüslər Mərkəzi – Açıq Cəmiyyət İnstitutu Yardım Fondu. 2011 

56

  Maliyyə Nazirliyinin məlumatına əsasən, 2006-2011-ci illər ərzində dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 453.1 



milyon, “Aqrolizinq” üçün 317.6 milyon, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 40.0 milyon, sosial ipotekaya 116.0 

milyon manat vəsait ayrılıb. 2009-cu ildə AMB-nin ehtiyatları hesabına Azərbaycan Beynəlxalq Bankı vasitəsilə iki iri dövlət şirkətinə 

aşağı fazilə (3%) 1.2 milyard manatlıq uzunmüddətli güzətli kredit verilib. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə