Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

müddətinə  baxır  və  müvafiq  qərar  qəbul  edir.  Məhkəmədə 
bankın iştirak etməməsi ərizəyə baxılmasını dayandırmır. 
Ləğv edilən bankın məcburi ləğvi və ləğvedicinin təyin 
olunması  haqqında  məhkəmə  qərarı  qəbul  edildiyi  gündən 
dərhal  icraya  yönəldilir.  Ləğvedici  bankın  ləğvi  prosesinin 
başlanması  və  ləğvedicinin  təyin  olunması  haqqında 
məlumatı  dərhal  kütləvi  informasiya  vasitələrində  dərc 
etdirir, bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq 
bildiriş göndərir. 
Bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyİn  edilməsi 
haqqında məhkəmə qərarından bankın səhmdarları və bankın 
Müşahidə  Şurası  qanunvericiliyə  müvafiq  qaydada 
məhkəməyə  şikayət  verə  bilərlər.  Şikayət  ərizəsinin  surəti 
Milli Banka göndərilir. 
Bankın  məcburi ləğvinə  dair məhkəmənin qərarı bütün 
müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır və 
ləğvedicinin  ləğvetmə  tədbirlərini  həyata  keçirmək 
səlahiyyətlərini dayandırmır. 
Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi 
haqqında məhkəmə qərarının qəbul edildiyi andan: bankın 
idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank 
səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri 
ləğvediciyə keçir; 
bank inzibatçılarının və ya səhmdarlarının bank adından 
etdikləri hərəkətlərinin hüquqi qüvvəyə malik olması; 
bank  aktivlərinin  mühafizəsi  və  məhkəmə  qərarlarının 
icrası  məqsədilə  aktivlərin  üzərinə  qoyulmuş  bütün  həbslər 
hüquqi qüvvəsini itirir; 
bankın  girov  məbləği  (ipoteka)  həddində  təmin  etdiyi 
öhdəlikləri  istisna  olmaqla  qalan  aktivlər  həbsdən  və  ya 
icraatdan müdafiə edilir. 
113 


Ləğv edilən bankın sənədlərinin və əmlakının ban- km 
inzibatçılarından  təyin  edilmiş  ləğvediciyə  təhvil  verilməsi 
aktını məhkəmə təsdiq edir. 
Bankın  ləğvi  ilə  bağlı  bütün  xərclər  bankın  aktivləri 
hesabına ödənilir. Ləğvedicinin (ləğvedicilərin) əmək haqqı 
Milli Bankın təklifi ilə məhkəmə tərəfindən təyin edilir. Bu 
xərclər növbədənkənar qaydada ödənilir. 
Bankın  məcburi  ləğvi  Azərbaycan  Respublikasının 
Mülki  Məcəlləsində  müəyyən  edilmiş  qaydada  həyata 
keçirilir.  Məcburi  ləğv  olunan  bankın  aralıq  ləğvetmə 
balansı,  ləğvetmə  tədbirlərinin  və  öhdəliklərin  yerinə 
yetirilməsi  barədə  hesabat,  habelə  ləğvetmə  balansı 
məhkəmə  tərəfindən  təsdiq  olunur.  Müvafiq  hesabatların 
təqdim  edilməsi  müddətləri  məhkəmə  tərəfindən  müəyyən 
olunur. 
Məhkəmənin  qərarı  ilə  ləğvedici  “Banklar  haqqında 
Qanun”un 74-cü maddəsində nəzərdə tutulmuş bir və ya bir 
neçə əməliyyatı həyata keçirə bilər. 
Bankın  məcburi  ləğvi  dövründə  ləğvedici  öz  fəaliyyəti 
haqqında  Milli  Banka  onun  müəyyənləşdirdiyi  formada  və 
müddətlərdə hesabat  verir, habelə Milli  Bankın  tələb etdiyi 
sənədləri və informasiyanı təqdim edir. 
Ləğvedicinin  öz  funksiyalarını  lazımınca  yerinə 
yetirməməsi faktı aşkar edilərsə. Milli Bankın müraciəti ilə 
məhkəmə  ləğvedicinin  başqa  şəxslə  əvəz  edilməsi  barədə 
qərar çıxara bilər, 
Ləğvedici  məcburi  ləğv  tədbirlərini  həyata  keçirərkən 
“Banklar haqqında Qanun”un 61-cı maddəsində göstərilmiş 
əsaslardan  hər  hansı  birinin  mövcudluğunu  aşkar  etdikdə 
bank  barəsində  iflas  proseduruna  başlanmasına  dair 
əsaslandırılmış vəsatətlə Milli Banka müraciət edir. 
(Banklar 
haqqında Qanun. Madda 58,59.)
 
114 


3.16.
 
MÜFLİS ELAN OLUNMUŞ BANKLARDA 
ÖDƏNİŞ QAYDALARI 
Müflis  elan  olunmuş  bankın  aktivləri  onun  kreditorları 
arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 
fiziki şəxslərin borc qiymətli kağızları formasında olan 
əmanətləri  istisna  olmaqla,  fiziki  şəxsin  10  milyon 
manatadək əmanəti üzrə tələbi; fiziki şəxslərin əmanətlərinin 
sığortalanması  fondunun  reqres  hüququ  üzrə  tələblər;  iflas 
prosedurunun  həyata  keçirilməsilə  bağlı  müvəqqəti 
inzibatçının  və  ləğvedicinin  çəkdiyi  bütün  məsrəflər  və 
xərclər, o cümlədən onların  əmək haqqı,  məhkəmə xərcləri 
və  ləğvedicinin  bankın  ləğvetmə  tədbirlərinin  həyata 
keçirilməsi  ilə  bağlı  qəbul  etdiyi  öhdəliklər;  iş  vaxtı  baş 
vermiş  bədən  xəsarəti  və  ya  ölüm  halları  ilə  əlaqədar  bank 
işçilərinin  tələbləri;  bankın  müflis  elan  olunmasına  dair 
məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan 
çox  olmayan  dövr  üçün  ödənilməli  pensiyaların, 
müavinətlərin,  əmək  haqlarının  verilməsi  haqqında  bankın 
işçilərinin  və  keçmiş  işçilərinin  tələbləri;  müvəqqəti 
inzibatçının  idarəetmə  və  maliyyə  sağlamlaşdırılması 
prosedurları  ilə  əlaqədar  bankın  öhdəlikləri;  bankın  müflis 
elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki 
bir  ildən  çox  olmayan  müddət  üçün  büdcəyə  məcburi 
ödənişlər  üzrə  vergilər  və  dövlətə  məcburi  sosial  sığortası 
üzrə ödənilməli məbləğlər; təminatsız kreditorlann tələbləri. 
Qalan  aktivlər  bankın  səhmdarlarına  onların  paylarına 
mütənasib surətdə qanunvericiliyə uyğün qaydada ödənilir. 
Bankın müflis elan olunmasına dair məhkəmə qərarının 
qəbul edildiyi tarixdən ən geci 120 təqvim günü 
115 


ərzində  ləğvedici  bankın  ləğvinə  dair  müfəssəl  planı 
hazırlayıb təsdiq olunması üçün məhkəməyə müraciət edilir: 
bankın aktivlərini və passivlərini onların ehtimal edilən 
ləğv dəyəri ilə göstərilən cari maliyyə hesabatı, cari tarixdən 
sonrakı üç ay üçün bankın ehtimal edilən maliyyə hesabatı, 
balansın  passivində  kreditorlardan  qəbul  edilmiş  tələblər,  o 
cümlədən etiraz edilmiş tələblər göstərilir; 
bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri 
haqqında rüblük hesabatlar
bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə 
görülmüş işlər haqqında və satış planları haqqında hesabat; 
bankın  tələblərinin  ödənilməsinə  yönəldilən  məhkəmə 
və  məhkəmədənkənar  hərəkətlər  haqqın’da  hesabat, 
0
 
cümlədən  qanunsuz  sazişlərin,  köçürmələrin,  habelə  bu  cür 
sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi 
üzrə hərəkətlər; 
bankın  inzibatçılarının  qanunsuz  hərəkətləri  və  bankın 
xeyrinə  kompensasiya  alınmasına  yönəldilmiş  hərəkətlər 
haqqında hesabat; 
sığorta,  şəxsi  muzd  müqavilələri  və  banka  xidmət 
müqavilələri  kimi  cari  kontraktlann  qüvvəsinin  davam 
etdirilməsi  və  ya  qüvvəsinə  xitam  verilməsi  haqqında 
hesabat,  o  cümlədən  bank  işçilərinin  maliyyə  təminatının 
müfəssəl təhlili; 
bankın  öhdəlikləri  haqqında  hesabat  və  növbəti  rüb 
ərzində  bankın  kreditorlarına  nəzərdə  tutulan  Ödənişlərin 
cədvəli; ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər 
haqqında hesabat. 
Ləğv planı hər rüb təzələnir. Məhkəmə tərəfindən təsdiq 
edildikdən sonra ləğv planı bank sirri məlumat- 
116 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə