“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

98
olunub.  Haşiyələr  ağ,  qırmızı,  sarı  rəngli  güllərlə  bəzədilmiş  və  qırmızı  “su”larla 
tamamlanmışdır. Haşiyələri sağ və soldan sarı, qırmızı rənglərlə işlənmiş mədaxillər 
əhatə  edir.  Mədaxillərin  kənarları  qara  rəngli  “su”larla  işlənmişdir.  Xalçada  rəng 
tərtibatı yüksək peşəkarlıqla və ənənəvi qanunauyğunluqla həll edilmişdir.
Ölçüsü  223x138  olan  üçüncü  xalça  isə  (bax:  Kataloq.  №85)  Dərəçiçəkdə  (Axtı) 
toxun muşdur. Xalçanın mərkəzində dördbucaqlı medalyonun içərisində h. 1320 tarixi 
vardır.  Bu  xalça  Qazax-Borçalı  qrupunun  kompozisiyası  əsasında  toxunmuşdur. 
Kərpi ciyə çalan qırmızı yerlikli bu xalçanın ara sahəsində böyükölçülü baş və ayaq 
hissəsi  “mehrab”şəkilli  sürməyi  yerlikli  göl  yerləşdirilmişdir.  Gölün  mərkəzində 
böyükölçülü  dördbucaqlı  həndəsi  medalyon  vardır.  Medalyonun  içərisində  iki 
şabalıdı yerlikli dördbucaqlı element tərtib edilmişdir. Bu elementlərin kənarlarında 
göy  və  qırmızı  rənglərlə  işlənmiş  “buynuz”,  ”T”  hərfinə  bənzər  motivlər  vardır. 
Gölün mehrab hissəsindəki boşluqlar “cütbuynuz” rombvari, səkkizbucaqlı, kənarları 
qarmaqlı dördləçəkli xaça bənzər güllər, “gözqaytarıcı” motivlərlə doldurulmuşdur. 
Mərkəzdəki  böyükölçülü  medalyonun  yuxarı  və  aşağı  hissələrində,  ara  sahənin 
boşluqlarında  qoşa  ağac  təsvirləri  vardır.  Medalyonun  kənarları  içərisində  “S”-
ə  bənzər  motivlər  işlənmiş  açıq  şabalıdı  yerlikli  zolaqlarla  əhatə  olunmuşdur.  Bu 
zolaqlar xaricdən qırmızı rəngli “su”larla , daxildən isə ağ, qırmızı rəngli qırıq-qırıq 
xətlər və qırmızı “su”larla tamamlanır. Xalçanın ara sahəsinin boşluqları “mehrab”ın 
sağ və solu da, yuxarı və aşağı hissələrdə sürməyi, sarı, ağ və şabalıdı rəngli qarmaqlı 
motivlərlə işlənmişdir. Göy yerlikli böyükölçülü gölün kənarları içərisində qırmızı, 
sürməyi,  rəngli  ziq-zaq  şəkilli  dalğavari  xətlərlə  tərtiblənmiş  ağ  yerlikli  zolaqlarla 
əhatə olunmuşdur. Xalçanın ağ yerlikli ana haşiyəsi “qayçıbalıq” və “qədəhə” bənzər 
motivlərlə  bəzədilmişdir.  Bu  motivlər  şabalıdı,  qırmızı  və  sürməyi  rənglərlə  tərtib 
edilmişdir. Ana haşiyə hər iki tərəfdən sarı, qırmızı qırıq-qırıq xətlər və şabalıdı rəngli 
“su”larla tamamlanır. Ana haşiyəni kənarları xaricdən içərisində göy, qırmızı rəngli 
“mollabaşı” elementləri işlənmiş, daxildən isə “S”-ə bənzər qırmızı rəngli motivlərlə 
bəzədilmiş  şabalıdı  yerlikli  bala  haşiyələr  əhatə  edir.  Bala  haşiyələr  xaricdən  sarı, 
qırmızı və ağ, qırmızı qırıq-qırıq xətlərlə tərtib edilmişdir. Xalçanın ara sahəsinin ele-
mentlərinin rəngləri haşiyə elementlərində də qanunauyğunluqla təkrarlanaraq çox 
baxımlı bir görünüş yaratmışdır.
 XX əsrin əvvəlinə aid xalçalardan biri (bax: Kataloq. №86) Vedibasar mahalında 
(Vedi) toxunmuşdur. Ölçüsü 347x112-dir. Sürməyi yerlikli bu xalçanın ara sahəsində 
səkkiz  rombşəkilli  göl  yerləşdirilmişdir.  Göllərin  mərkəzi  dörd  hissəyə  bölünmüş, 
hər bir hissə üçbucaqlı forma almışdır. Üçbucaqlar bir-birindən qara xətlərlə ayrılır 
və  xətlərin  üzərində  kiçikölçülü  rombvari  motivlər  vardır.  Göllərin  kənarları 
qarmaqlarla əhatə olunmuşdur. Qırmızı rəngli “qarmaq”ların kənarları mavi rəngli 
“su”larla, mavi rəngli “qarmaq”lar isə tünd qırmızı rəngli “su”larla tərtib edilmişdir. 
Xalçanın ara sahəsinin boşluqlarında kənar hissələrdə, sağ və solda hər tərəfdə yeddi 
yarımçıq  göl  təsvir  edilmişdir.  Ara  sahənin  künclərində  gölün  dörddə  bir  hissəsi 
işlənmişdir.  Xalçanın  ağ  yerlikli  enli  haşiyəsi  kənarları  pilləli  klassik  elementlərlə 
bəzədilmişdir.  Bu  elementlər  tünd  və  açıq  qırmızı,  göy,  sürməyi,  şabalıdı,  mavi, 
mor,  açıq  yaşıl  rənglərlə  işlənmişdir.  Klassik  elementlərin  mərkəzində  dördləçəkli 
xaçabənzər gül motivləri vardır. Haşiyənin boşluqları kiçikölçülü “X”-ə bənzər və 
rombvari motivlərlə doldurulmuşdur. Xalçanın haşiyəsi hər iki tərəfdən içərisində 


99
kiçikölçülü “S”-ə bənzər motivlər işlənmiş mədaxillərlə bəzədilmişdir. Mədaxillərin 
kənarları qırmızı və mavi rəngli “su”larla tamamlanır. Xalçanın ensiz haşiyəsi qara 
və mavi rənglərlə işlənmiş “mollabaşı”larla bəzədilmişdir. “Mollabaşı”ların kənarları 
qırmızı rəngli “su”larla, ensiz haşiyənin kənarları isə mavi, qırmızı və qara rəngli 
“su”larla işlənmişdir. Xalçada bəzək ünsürlərinin ahəngdar surətdə uzlaşdırılması, 
naxışların zərgər dəqiqliyinə bənzər düzümü yüksək peşəkarlıqla həll edilmişdir.
H.1322-ci ilə (1904) aid iki xalçadan birinin (bax: Kataloq. №87) ölçüsü 354x106 
olub, İrəvan şəhərində toxunmuşdur. Xalçanın yuxarı hissəsində göy yerlikli haşiyənin 
içərisində h. 1322 tarixi vardır. Xalça Qarabağ kompozisiyası əsasında toxunmuşdur. 
Bu xalça ənənəvi qanunauyğunluqla tərtib edilmişdir. Xalçanın kompozisiyası sadə 
ara  sahədən  və  zəngin  haşiyə  hissəsindən  ibarətdir.Qırmızı  yerlikli  ara  sahənin 
kənarları ağ və qırmızı rənglərlə tərtib edilmiş “ox” işarəli motivlərdən ibarətdir. Bu 
motivlər xalçanın uzunu və eni istiqamətində təsvir edilməklə çox baxımlı və sərbəst 
görünüş  yaradılmışdır.  Xalçanın  ağ  yerlikli  ana  haşiyəsi  Qarabağ  xalçaları  üçün 
səciyyəvi olan kiçikölçülü göllərlə işlənmişdir. Bu motivlərin mərkəzində müxtəlif 
rənglərlə işlənmiş, dörd hissəyə bölünmüş rombşəkilli elementlər təsvir edilmişdir. 
Toxucular  arasında  bu  motivlər  “mollabaşı”  adlandırılır.Ana  haşiyənin  boşluqları 
dördləçəkli güllərlə doldurulmuşdur. Bu güllərin rəngi böyükölçülü haşiyə motiv-
lərində  də  təkrarlanır.  Ana  haşiyəni  xaricdən  yaşıl,  daxildən  isə  göy  yerlikli  bala 
haşiyələr əhatə edir. Bala haşiyələrin içərisində sarmaşığa bənzər düzülüşlə işlənmiş 
dalğavari  budaqlarda  gül-çiçək  təsvirləri  vardır.  Dalğavari  budaqların  arasındakı 
boşluqlar  ağ,  qırmızı,  açıq  şabalıdı,  göy,  sarı,  mor  rənglərlə  işlənmiş  “ox”  işarəli 
motivlərlə işlənmişdir. Bala haşiyələri hər iki tərəfdən içərisində şəkəri, qara rənglərlə 
işlənmiş latın əlifbasının “Z” hərfinə bənzər cüzi nəzərə çarpan motivlər tərtib edilən 
qırmızı  yerlikli  mədaxillər  əhatə  edir.  Mədaxillərin  kənarları  qara  rəngli  “su”larla 
tamamlanır. Xalçada tünd qırmızı və şəkəri rənglər çoxluq təşkil edir. Bu rənglərin 
göy,  yaşıl,  sarı  rənglərlə  uzlaşdırılaraq  haşiyələrdə  paylaşdırılması  ənənə  ilə  ciddi 
surətdə tənzimlənmişdir.
Ölçüsü 210x157 olan digər xalça (bax: Kataloq. №88) isə Şörəyel mahalında to xun-
muşdur. Xalçanın ara sahəsinin aşağı hissəsində sağ küncündə h. 1322 tarixi vardır. 
Tünd qırmızı yerlikli bu xalçanın ara sahəsində baş və ayaq hissədə iki böyükölçülü 
göy  yerlikli  və  bir  nisbətən  kiçikölçülü  səkkizbucaqlı  medalyon  təsvir  edilmişdir. 
Mərkəzdəki medalyonun içərisində bal rəngi yerlikdə sürməyi rəngli “qoşabuynuz” 
motivləri ilə işlənmiş element yerləşdirilmişdir. Bu elementin kənarları cüzi nəzərə 
çarpan  kiçikölçülü  “Z”şəkilli  elementlərlə  əhatə  olunub.  Medalyonun  içərisindəki 
boşluqlar səkkizguşəli ulduz, dördləçəkli çiçək, gözqaytarıcı elementlərlə işlənmişdir. 
Göy yerlikli medalyonlarda da “qoşabuynuz”, gül-çiçək və digər klassik elementlər 
təsvir edilmişdir. Xalçanın ara sahəsinin boşluqları qarmaqlı, rombvari, gözqaytarıcı, 
nəbati,  “daraq”  adlandırılan  və  digər  motivlərlə  bəzədilmişdir.  Sürməyi  yerlikli 
rombvari elementlərin içərisində qırmızı və bal rəngli dörd “nal” şəkilli elementlər 
vardır.  Sürməyi  yerlikli  enli  haşiyə  göy,  qırmızı,  şəkəri,  bal  rəngi,  açıq  şabalıdı, 
sürməyi  rəngli  kiçikölçülü  kvadrat  formalı  elementlərlə  tərtib  edilmişdir.Haşiyəni 
hər  iki  tərəfdən  şəkəri  və  qırmızı  rəngli  diliklərlə  işlənmiş  mədaxillər  əhatə  edir. 
Mədaxillərin  kənarları  qırmızı,  bal  rəngli  “siçandişi”lərlə  tamamlanır.  Xalçanın 
ara sahəsindəki medalyonların sağ və solunda sürməyi və şəkəri yerlikdə kərpici, 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə