“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

102
güllərlə və iki tərəfdən “doğanağ”a bənzər (örkən haçası) motivlərlə bəzədilmişdir. 
Ana haşiyəni daxildən göy yerlikli, xaricdən isə mavi yerlikli bala haşiyələr əhatə 
edir. Bala haşiyələrdə eyni dalğavari elementlər qırmızı rənglərlə tərtib edilmişdir. 
Dalğavari xətlərin arasındakı boşluqlar şəkəri, qırmızı, şabalıdı, mavi, sürməyi, göy, 
yaşıl,  narıncı  rəngli  “buta”larla  bəzədilmişdir.  Haşiyələr  hər  iki  tərəfdən  qırmızı, 
ağ  rəngli  qırıq-qırıq  xətlərlə  tamamlanır.  Qırıq-qırıq  xətlərin  kənarları  qara  rəngli 
“su”larla işlənmişdir. Xalçada qırmızı, sürməyi və mavi rənglər çoxluq təşkil edir. Bu 
rənglərin müxtəlif motivlərdə təkrar-təkrar tərtib edilməsi nəticəsində çox baxımlı bir 
görünüş yaradılmışdır. 
1909-cı ilə aid üçüncü xalçanın (bax: Kataloq. №92) ölçüsü 262x110 olub, Dərələyəz 
mahalında  (Soylan)  toxunmuşdur.  Xalçanın  yuxarı  hissəsində  qırmızı  yerlikli  bala 
haşiyənin  içərisində  h.  1327  tarixi  vardır.  Bu  xalça  “Qədim  Gəncə”  kompozisiyası 
əsasında toxunmuşdur. Sürməyi yerlikli bu xalçanın əsas bəzəyi ara sahə boyu maili 
istiqamətdə  düzülmüş  “buta”  motivlərindən  ibarətdir.  Butalar  ağ,  qırmızı,  mavi, 
sürməyi, sarı, şabalıdı, bənövşəyi rənglərlə işlənmişdir. Toxucular arasında bu butalar 
“gəzən buta” adlandırılır.Butaların rəngi sağa istiqamətdə bir-aşırı, sola istiqamətdə 
isə bəzən cərgəbəcərgə, bəzən isə hər iki, üç, dörd butadan bir dəyişdirilərək ritmik 
bir görünüş yaradılmışdır. Butaların içərisində kiçikölçülü cüzi nəzərə çarpan pilləli 
klassik elementlər işlənmişdir. Azərbaycan dekorativ-tətbiqi sənətində, o cümlədən 
xalçalarda  çox  geniş  istifadə  edilən  “buta”  həm  xovsuz,  həm  də  xovlu  xalçalar 
üzərində əsas və sərbəst element kimi işlədilir. Çox qədim bir tarixə malik olan buta 
motivlərinə, nəinki xalçalarda, hətta memarlıq, zərgərlik, misgərlik, təkəldüzlükdə, 
saxsı  məmulatlarında  və  dekorativ-tətbiqi  sənətin  bir  çox  başqa  sahələrində  də 
təsadüf  edilir.  Buta  elementi  Yaxın  Şərq  xalçalarına  nisbətən,  Azərbaycan  xalça-
larında  daha  dərin  kök  salmış  və  müxtəlif  formalarda  Şirvan,  Qarabağ,  Cənubi 
Azərbaycanın Sərab xalçalarında, İrəvan qrupuna daxil olan xalçalarda və xüsusilə, 
Bakının Xilə və Suraxanı xalçalarında daha çox inkişaf etmişdir. Qocaman toxucular 
və xalça naxışları üzərində tədqiqat işi aparmış sənətşünaslar butanın forma etibarilə 
atəşpərəstlərin  simvolik  mahiyyət  daşıyan  “atəş”  rəmzi  olduğunu  güman  edirlər. 
Ara  sahənin  boşluqları  qarmaqlı,  kiçikölçülü  pilləli  elementlər,  gül,  “dörd  ünsür” 
və digər motivlərlə doldurulmuşdur. Xalçanın ağ yerlikli ana haşiyəsi göy, qırmızı, 
şabalıdı, bənövşəyi rənglərlə işlənmiş qarmaqlı motivlərlə bəzədilmişdir. Bu qarmaqlı 
motivlərin  rəngi  qanunauyğunluqla  dəyişdirilərək  xüsusi  ahəng  yaradılmışdır. 
Qarmaqlı  motivlərin  arasındakı  boşluqlar  sağ  və  soldan  qırmızı  rəngli,  yuxarı 
hissədə isə qırmızı və göy rəngli kiçikölçülü pilləli elementlərlə doldurulmuşdur. Ara 
haşiyəni daxildən qırmızı yerlikli, xaricdən isə göy yerlikli bala haşiyələr əhatə edir. 
Bu haşiyələrin içərisində bənövşəyi, ağ, göy, qırmızı, sarı, açıq sürməyi rəngli pilləli 
klassik elementlər işlənmişdir. Qırmızı rəngli haşiyə daxildən ağ, qırmızı, xaricdən 
sarı,  qırmızı,  göy  rəngli  haşiyə  isə  daxildən  göy,  qırmızı,  xaricdən  sarı,  qırmızı 
rəngli “siçandişi” lərlə tərtib edilmişdir. Xalçanın kənarları mavi, qırmızı, bənövşəyi 
rənglərlə hörmə üsulu ilə işlənmişdir.
H.1329-cu  ilə  (1911)  aid  olan  xalça  (bax:  Kataloq.  №93)  Göyçə  mahalında 
(Basarkeçər) toxunmuşdur. Ölçüsü 388x113-dür. Xalçanın yuxarı hissəsində narıncı 
rəngli  ara  haşiyənin  içərisində  h.1329  tarixi  vardır.  İki  tarixin  arasında  “Mirəhd. 
Ə.”  yazılmışdır.  Xalça  Qarabağ  kompozisiyası  əsasında  toxunmuşdur.  Xalçanın 


103
qara  yerlikli  ara  sahəsində  səkkiz  qırmızı  yerlikli  medalyon  yerləşdirilmişdir. 
Medalyonların  mər kəzində  xaçabənzər  (“dörd  ünsür”)  elementləri  vardır.  Bu 
elementlər  narıncı,  açıq  yaşıl,  ağ  və  qara  rənglərlə  işlənmişdir.  Medalyonların 
kənarları bəzən qırmızı, bəzən isə narıncı zolaqlarla tərtib edilmişdir. Zolaqlar hər 
iki  tərəfədən  açıq  yaşıl  “su”larla  tamamlanır.  Xalçanın  ara  sahəsinin  boşluqları 
“buta”,  səkkizguşəli  ulduz,  stilləşmiş  “tula”,  “it”,  “quş”,  “keçi”,  rombvari,  gül-
çiçək  və  digər  motivlərlə  doldurulmuşdur.  Bu  motivlər  narıncı,  yaşıl,  qırmızı,  ağ 
və  qara  rənglərlə  işlənmişdir.  Xalçanın  narıncı  yerlikli  ara  haşiyəsi  üz-üzə  təsvir 
edilmiş  üçbucaqlı  motivlərlə  bəzədilmişdir.  Bu  elementlər  açıq  yaşıl,  qırmızı  və 
solmuş  qırmızı  rənglərlə  tərtib  edilmişdir.  Bu  elementlərin  kənarları  qara  rəngli 
“su”larla işlənmişdir. Üçbucaqlı formaya malik olan bu elementləri hər iki tərəfi “T”- 
hərfinə bənzər motiv iki hissəyə ayırır. Narıncı yerlikli ara haşiyəni xaricdən tünd 
qırmızı, daxildən isə solmuş qırmızıya çalan, nisbətən ensiz haşiyələr əhatə edir. Bu 
haşiyələrin içərisində dördləçəkli gül, yarpaq və kiçikölçülü kvadrat formalı motivlər 
vardır. Bu motivlər açıq yaşıl, narıncı, tünd qırmızı rənglərlə işlənmişdir. Dalğavari 
budaqlar  və  motivlərin  kənarları  qara  rənglə  işlənmişdir. Haşiyələr  ağ,  qırmızı  və 
yaşıl, qırmızı “siçandişi”lərlə tamamlanır. “Siçandişi”lərin hər iki tərəfi qara rəngli 
“su”larla işlənmişdir. Azərbaycanın Qarabağ xalçaları üçün səciyyəvi olan rənglər bu 
xalçada yüksək peşəkarlıq və ənənəvi qanunauyğunluqla tərtib edilmişdir. Xalçada 
narıncı və solğun qırmızıya çalan, qara və tünd qırmızı rənglər üstünlük təşkil edir. 
Xalçanın bir-birini tamamlayan əlvan rəng qamması, yüksək peşəkarlıqla həll edilən 
naxış tərtibatı zövqü oxşayır.
H.1331-ci ilə (1912) üç xalça tədqiq edilmişdir. Onlardan biri (bax: Kataloq. №94) 
Əştərək mahalında toxunmuşdur. Ölçüsü 225x131-dir. Xalçanın ara sahəsində yaşıl 
yerlikli qubbanın içərisində h. 1331 tarixi vardır. Kərpiciyə çalan qırmızı yerlikli bu 
xalçanın  ara  sahəsində  böyükölçülü  sürməyi  yerlikli  göl  yerləşdirilmişdir.  Gölün 
mərkəzində  böyükölçülü  medalyon  vardır.  Medalyonun  kənarları  yuxarı  və  aşağı 
hissələrdə  diliklərlə  işlənmişdir.  Kərpiciyə  çalan  qırmızı  yerlikli  bu  medalyonun 
içərisində kənarları çıxıntılı motivlər vardır. Bu motivlərin mərkəzində ağ yerlikdə 
qarmaqlı elementlər təsvir edilmişdir. Çıxıntılar açıq yaşıl, ağ və sürməyi rənglərlə 
təkrarlanır. Medalyonun sağ və solunda sürməyi və ağ rənglərlə işlənmiş elementlər 
vardır.  Bu  tipli  elementlər  gölün  boşluqlarında  da  narıncı,  yaşıl,  qırmızı  və  tünd 
şabalıdı  rənglərlə  işlənmişdir.  Medalyonun  yuxarı,  aşağı  hissələrində,  mərkəzində 
və sağ, sol hissəsindəki boşluqlarda rombvari elementlər təsvir edilmişdir.Yuxarı və 
aşağı hissələrdə bu elementlər ağ, yaşıl, mərkəzdə sürməyi, narıncı, sağ və solda isə 
ağ, açıq şabalıdı, narıncı rənglərlə işlənmişdir. Sürməyi yerlikli gölün yuxarı və aşağı 
hissəsində yaşıl yerlikli qubbalarda da kənarları çıxıntılı motivlər təkrarlanır. Lakin 
bu  motivlər  kərpiciyə  çalan  qırmızı,  sürməyi  rənglərlə  işlənmişdir.  Bu  motivlərin 
mərkəzində  qarmaqlı  elementlər  vardır.  Qarmaqlı  elementlər  narıncı  rənglidir. 
Çıxıntılarda narıncı, sürməyi rəngli kvadrat şəkilli və digər ornamentlər təsvir edilib. 
Qubbaların  kənarları  kərpiciyə  çalan  qırmızı  rəngli  “su”larla  sağ  və  sol  tərəflərdə 
pillələrlə tərtib edilmişdir. Gölün kənarları daxildən narıncı, xaricdən isə yaşıl rəngli 
qarmaqlarla əhatə olunmuşdur. Ara sahənin künclərində də mərkəzdəki eyni tipli 
ornamentlər  sürməyi,  narıncı,  yaşıl,  şabalıdı  rənglərlə  tərtib  edilmişdir.  Xalçanın 
açıq şabalıdı yerlikli enli haşiyəsi ağ, yaşıl, sürməyi, kərpiciyə çalan qırmızı rənglərlə 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə