28
DEKABR. 2012. № 13
www.uluturk.info
mənbələri əsas etibarilə müsəlman Şərqinin orta
əsrlərdə əldə etmiş nailiyyətləri olub. İslam
mədəni bölgəsi həmin dövrlərdə elm və
mədəniyyət sahəsində aparıcı rol oynayırdı.
Müsəlman alimlərinin təbiətşünaslıq, xüsusən
kimya sahəsində mühüm kəşfləri, ixtiraları olub.
Onlar gümüş, nitrat, sulfat turşusu və s. bir-
ləşmələri hazırlayıb, naşatır spirti, sülema, spirt
(əl-kuhul), potaş (əl-qiyl), bura (əl-bura) və
digər maddələri tapıb, bir sıra kimyəvi proses-
lərin ilk izahını veriblər.
Kimya sahəsində müsəlman alimlərinin elmi
əsərləri uzun zamanlar Avropa dillərinə tərcümə
edilərək mənbə əsərlər kimi geniş istifadə edilib.
İmam Cəfər Sadiqin (ə) tələbələrindən olan .
Müsəlman alimləri bir çox başqa elmi
sahələrdə də aparıcı rola malik olublar. Belə ki,
Məhəmməd Xarəzmi (IX əsr) cəbr (əl-cəbr)
elminin əsasını qoyub, Bəttani, Ömər Xəyyam,
Nəsirəddin Tusi və bir sıra digər görkəmli alim-
lər riyaziyyat və təbiət elmlərini zənginləşdiri-
blər.
Yerin Günəş ətrafında hərəkət etdiyini Əbu
Reyhan Biruni (X-XI əsr) Kopernikdən 500 il
əvvəl bildirib. Əl-Uqlidisi adlı riyaziyyatçı alim
950-ci ildə yazdığı bir əsərində onluq kəsr təlim-
lərinin əsaslarını verəndən 635 il sonra holland
riyaziyyatçısı Stevin (1548-1620) onluq kəsri
elmə gətirib.
Avropada Alhazen kimi məşhur olan İbn əl-
Heysəm (965-1037) dördüncü qüvvənin tənlik-
lərinin həlli üsullarını göstərib. Bu məsələ ilə 5
əsr yarım sonra italyan riyaziyyatçısı Kardano
(1501-1576) maraqlanıb.
İlk coğrafi qlobusu Marağa Rəsədxanasının
mühəndisi Kəriməddin Səlmasi 1266-cı ildə
hazırlayıb - alman alimi Martin Bahayından 226
il əvvəl.
Tədqiqatlar göstərir ki, Nyutonun korpuskul-
yar nəzəriyyəsini, həmçinin Harveyin qan
dövranı nəzəriyyəsini onlardan 100-200 il öncə
müsəlman alimləri işləyib hazırlayıb.
Bu nailiyyətlər əqli elmlərdə - məntiq və fəl-
səfədə də özünü göstərib.
Günümüzün reallığı
Lakin təəssüflər olsun ki, son əsrlərdə
həqiqi İslami dəyərlərin cəmiyyətdə zəifləməsi
ilə müsəlman Şərqində elm də tənəzzülə
uğrayıb. Buna paralel olaraq Avropasentrizm
həyatın bütün sahələrində, xüsusilə elmdə
özünə yer alıb. Renessansla inkişafa qədəm
qoymuş Avropa zaman-zaman İslam mədəni
bölgəsini elm sahəsində qabaqlayıb, öz yeni
elmi və texniki nailiyyətləri ilə ikinciləri
geridə qoyub.
Bununla belə, qeyd etmək lazımdır ki,
Qərbin elmi və texniki tərəqqiyə baxışları
İslam dünyagörüşünün elmə baxışlarından
müəyyən mənada fərqlənməkdədir. Hər bir
insan gələcəyi haqqında düşünərkən elmi-
texniki tərəqqiyə böyük ümidlər bəsləyir. Lakin
Qərb dünyagörüşündə elmin qarşısına qoyduğu
məqsədlər mənəvi çalarlardan xalidir və yalnız
maddi xarakter daşıyır. Burada mənəvi me-
yarlar, ümumiyyətlə heç bir məna kəsb etmir.
İslam nöqteyi-nəzərindən isə elm və
texnikadan yalnız yüksək bəşəri ideallara çat-
maq, insanların rifahını təmin etmək, çətinlik-
lərini həll etmək, təbiət və cəmiyyətin
xidmətində durmaq üçün istifadə edilməsi
labüd sayılır ki, bunların da məğzini məhz
mənəviyyat meyarı təşkil edir.
Elmin maddi və mənəvi çalarları
İslam dünyagörüşündə cəmiyyətin inkişafı
təkcə elmlə yox, həm də mənəvi-əxlaqi dəyər-
lər, bəşəriyyətin min illər boyu formalaşmış
mədəni idealları, humanist fəlsəfi fikirləri,
nəhayət, onun ən ali meyar və metodu olan
mənəviyyat prinsipi ilə bağlıdır. İslam əslində
bütün bunların vəhdəti, insanın intellektual,
emosional və mənəvi-əxlaqi inkişaf is-
tiqamətlərinin birləşdiyi zirvədir. Bu zirvəyə
doğru yüksələn insanın məqsədi onu fəth edərək
kamilliyə yetişib səadət əldə etməsidir. Bu
cəhətdən kamilliyə yetişmək üçün mühüm
şərtlərdən biri isə məhz elmin insanlığa xidmət
etməsi, onun insanın mənəvi ideallarına tabe
Elşən Mustafaoğlu
29
DEKABR. 2012. № 13
www.uluturk.info
edilməsidir. İslam insanlığın ülvi dəyərləri ilə
uzlaşmayan elmi qəbul etmir. İslamın qəbul
edərək zəruri, vacib saydığı və insanları ona
yiyələnməyə, ona sarılmağa, ondan bəhrələn-
məyə səslədiyi elm məhz bəşəriyyətin ülvi
məqsədlərinə xidmət edən və onu kamilliyə
doğru istiqamətləndirən elmdir.
İnsanlığın xidmətində
Əsrimiz kosmos əsridir. Lakin kosmik raket
bizi o vaxt işıqlı sabaha apara bilər ki, onun
sükanında mənəviyyat və insanlığın keşiyini
çəkən təfəkkür dayanmış olsun. Belə olduqda
raket süni peyklərin Yerin orbitinə çıxarıl-
masına, insanların neçə-neçə zəruri tələblərinin
ödənməsinə xidmət edəcək. Belə olmadıqda isə
o, ulduz müharibələrinə yol açan, bəşəriyyətin
məhvinə yönələn niyyətlərin quluna çevriləcək.
Əsrimiz atom əsridir. Hamı bilməlidir ki, bu
əsrdə mənəviyyata söykənən elmin neçə-neçə
evə işıq gətirən həyatverici tərəfi də var (atom
elektrik stansiyaları), Xirosima və Naqasaki
əhalisi kimi insanlığı əbədi zülmətə qərq edən
tərəfi də (atom bombası).
Beləliklə, İslam dini elmi mənəviyyatsız,
alimi mənəvi keyfiyyətsiz təsəvvür etmir. Bu,
əslində hər bir qərəzsiz, vicdanlı insanın etiraf
edəcəyi bir həqiqətdir.
Acı etiraf
Mənəviyyatdan xali olan elmin bəşəriyyətə
vurduğu ölçüyəgəlməz zərbələrin şahidi olan
Rusiya məktəblərindən birinin müdirinin
söylədikləri buna bariz misaldır. O, yeni işə
qəbul edilən müəllimlərə müraciət edərək deyir:
“Hörmətli müəllim, mən alman konslagerini
yaşamışam. Mənim gözlərim adi gözlərin gör-
məli olmadığı şeyləri görüb. Alim mühəndislərin
düzəltdiyi qaz kameraları, təcrübəli həkimlərin
zəhərlədiyi uşaqlar, klassifikasiyalı tibb
bacılarının öldürdüyü körpələr, ali təhsil
ocaqları məzunlarının yandırıb güllələdiyi qadın
və uşaqlar. Ona görə də mən təhsilə inanmıram.
Xahiş edirəm, şagirdlərinizə insan olmağı
öyrədin. Onları insani keyfiyyətləri olmayan
məxluqatlara döndərməyin”.
Həqiqətən də mənəviyyatsız elmin
bəşəriyyətə gətirdiyi bəlalar danılmazdır. Məhz
elm və texnikanın inkişafı ilə kütləvi qırğın
silahları meydana gəlib. Təkcə 20-ci əsrdə Qərb-
dən doğmuş iki dünya savaşı nəticəsində bəşər
tarixindəki müharibələrdə qətlə yetirilənlərdən
daha artıq, 10 milyonlarla insan məhv edilib -
təyyarələrin, raketlərin, bombaların, tankların,
top-tüfənglərin, digər müasir silahların “xid-
mətləri”, yəni elmi-texniki nailiyyətlərin
mənəviyyatdan uzaq istifadəsi sayəsində.
Mənəviyyatla üzvi vəhdətdə
İslama görə, elm və texnika mahiyyət etibarilə
xidmət etdiyi məqsədlərə münasibətdə neytraldır
və buna görə də həm yaradıcı və qurucu, həm də
destruktiv və dağıdıcı məqsədlərə yönəldilə bilər.
O həm insanın özünü tapmasına, həm də özündən
uzaqlaşmasına xidmət etməyə qadirdir. Məhz bu
səbəbdən də İslam bir tərəfdən mənəviyyatsı-
zlıqla mübarizə apardığı kimi elmsizliklə,
cəhalətlə də amansız mübarizə aparır, digər
tərəfdən də mənəvi ruha söykənən, yaradıcı və
qurucu, insanlığa xidmət edən, insanlığın, bəşər
mənafelərinin keşiyində dayanan və ülvi
məqsədlərə yönələn elm və texnikanı dəstəkləyir,
insanları ona yiyələnməyə təşviq edir və bu
ruhda elmə yiyələnməyi hər bir müsəlman kişi
və qadına vacib buyurur!
Bu tələb İslamın başlıca tələblərindən və ülvi
prinsiplərindən biridir. Belə ki, İslama görə,
kamilliyin bir qanadı mənəviyyat, digər qanadı
isə elmdir, bilikdir. Bunlar yalnız vəhdət halında
kamil insan yetişdirə bilər, onu səadətini təmin
edə bilər. Bu qanadlardan biri olmadan isə insan
kamillik ülviliyinə parvaz edə bilməz.
Allah-təalanın buyurduğu ayə məhz bu
həqiqəti tərənnüm etməkdədir: “Heç elmi
olanla elmi olmayan bir ola bilərmi?” (surə 39,
ayə 9). Əlbəttə, ola bilməz! Allah bizləri bilən-
lərdən, elm əhlindən qərar versin və elmimizi
saf mənəviyyatımızla vəhdətdə ülviliyə, kamil-
liyə, səadətə xidmət edən bir vasitə eləsin.
Amin!
Cəhalətdən qurtuluşa