4
DEKABR. 2012. № 13
www.uluturk.info
İ Ç İ N D Ə K İ L Ə R
Əli ŞAMİL
Noqay şairi Qədriyə nədən 29 yaşında öldürüldü? ....................................................................................
36
Rəsmi toplantılarda öyülən, mükafatlandırılan, arxada isə hədələnən, qorxudulmağa çalışan gənc şair
yolundan dönməz olduğunu nümayiş etdirir. 1978-ci ilin iyulunda onun adını da Kubanın paytaxtı
Havanada keçiriləcək XI Ümumdünya Gənclər Festivalına gedəcək nümayəndə heyətinin tərkibinə
daxil edirlər. Lakin bu səfər Qədriyəyə nəsib olmur. İyun ayının 30-da, günün-günorta çağında onun
cəsədini öz evində tapırlar.
Yasəmən QARAQOYUNLU
Terrorizm və resurslar uğrunda mübarizə Şərq-Qərb qarşıdurmaları aspektində ................................
40
Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfındən Şərq ölkələrinə yatırım qoyulması və bunun əsas təminatı kimi
yerli diktatura rejimlərini ciddi şəkildə dəstəkləmələri vətəndaş cəmiyyəti və demokratiya uğrunda mübarizələrin
nəticə verməməsi ilə sonuclanmış və bütün bunlar bölgədə terrorizmin çiçəklənməsinə səbəb olmuşdur.
Taleh CƏFƏROV
XX əsrin 50-60-cı illərində erməni diasporasının antitürk fəaliyyəti ......................................................
48
Erməni diasporasının maaliyyə vəsaitləri hesabına ucaldılan bu abidələrin növbətisi Avropada ermənilərin
daha çox məskunlaşdığı ölkədə - Fransada ucaldıldı. Fransada ilk erməni “soyqırımı” abidəsi 1971-ci ilin aprel
ayında Marsel şəhərində erməni kilsəsinin baxçasında ucaldıldı.
Natiq RƏHİMOV
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?................................................................................
53
Afanasi Nikitin yazır: “Muhəmməd Rəsulullahın dininə əsasən, müsəlmanların ulu bayramından bir ay əvvəl
Bidardan çıxdım. Pasxa, İsanın dirilməsi bayramları nə vaxtdır bilmirəm. Müsəlmanlarla birlikdə onların oruc
vaxtında oruc tutdum, onlarla eyni vaxtda orucumu qurtardım”.
“Türk Dünyası QHT-lər Birliyinin yaradılması” mövzusunda konfrans keçirildi ................................
56
Bu işin təşkil olunmasının zamanı çatıb. Madam ki, rəsmi səviyyədə əlaqələr sürətlənir, genişlənir niyə də ictimai
sektorda bu istiqamətdə işlər görülməsin, niyə Türk Dünyası bu sektorda da bir araya gəlməsin? Bu baxımdan
rəsmi qurumlar məsələni öz himayələrinə götürməli, amma iş aparıcı qeyri-hökümət təşkilatlarının fəallığıyla
təşkil olunmalıdır.
Dünya Türklərinin Həmrəylik Günü möhtəşəm bayram konserti ilə qeyd olunub................................58
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dünya Türklərinin Həmrəylik Gününə - Türk Dövlətlərinin Birliyi
Gününə həsr olunmuş vətənpərvərlik konsert proqramı baş tutub. Tədbir “Müasir İnkişaf” İctimai Birliyi, Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsi, “Türk Hərəkatı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Naxçıvan Bəyannaməsində nələr var? ......................................................................................................
59
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinə hörmət prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyini qeyd edir və regional əməkdaşlığın
təşviqi vasitəsilə sülh və sabitliyin qorunub saxlanılmasının gücləndirilməsinin regional münaqişələrin sülh yolu
ilə həllinə müsbət təsir göstərəcəyini və ümumi maraqlara xidmət edəcəyini vurğulayırlar.
Elvin SƏLİMOV
Fəal interaktiv təlim müasir dövrün tələbi kimi ........................................................................................61
Bu proqram və sənədlər təhsil prosesinin, fənn tədrisinin yenidən qurulmasını tədricən ənənəvi dərs tipindən fəal
interaktiv təlimə keçilməsini zəruri edir.Digər fənnlər kimi tarix fənninin tədrisi də bu prosesdən kənarda qalmayıb.
Ümumtəhsil məktəblərində tarix fənni Azərbaycan tarixi və Ümumi tarix fənni istiqamətlərində aparılır.
“O pilot mənəm!” ..........................................................................................................................................
64
Kim Fuk istər istəməz kağızı göndərən adama baxdı. Onun əli-ayağı titrəyir və dəhşətli baxışlarla Kim
Fuka baxırdı. Sonra Kim Fuk əlindəki kağızı oxudu. Kağızda: "Kim! O pilot mənəm!" sözləri yazılmışdı.
5
DEKABR. 2012. № 13
www.uluturk.info
Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (bun-
dan sonra Türk Şurası adlanacaq) Dövlət
Başçıları Şurasının “Təhsil, elm və mədəniyyət
sahəsində əməkdaşlıq” mövzusunda 23 avqust
2012-ci ildə iclası keçirildi. Qazaxıstan Respub-
likasının Prezidenti Zati-Aliləri Nursultan
Nazarbayev, Türkiyə Respublikasının Prezidenti
Zati-Aliləri Abdullah Gül, Azərbaycan Respub-
likasının Baş Naziri Zati-Aliləri Artut Rasi-Zadə,
Qırğızıstan Respublikasının Prezidenti Zati-
Aliləri Almazbek Atambayevin sədrlik etdiyi
görüşdə iştirak etdilər.
Dövlət və hökumət başçıları,
Türk xalqlarının ümumi tarix, dil, mənsubiyyət
və mədəniyyətə əsaslanan həmrəyliklərini gü-
cləndirmək niyyətlərini bildirərək;
Türk Şurası çərçivəsində çoxtərəfli formatda
əlaqələrini dərinləşdirmək qərarlarını bir daha
təsdiq edərək;
Demokratik dəyərlərə öhdəliklərini, insan
hüquqları və Birləşmiş Millətlət Təşkilatının
Nizamnaməsində əks olunan prinsiplərə hörməti
ifadə edərək;
Türk Dövlət Başçılarının əvvəlki
zirvə toplantılarının qərarlarına sadiq -
liklərini təsdiqləyərək;
Almatı Zirvə Toplantısından sonra
iqtisadi əməkdaşlıq sahəsində əldə
edilən inkişafdan məmunluqlarını
ifadə edərək;
Ölkələri və xalqları arasında gələcək
inteqrasiya üçün mərəkəzi elementlər
kimi mədəniyyət, elm və təhsilin
əhəmiyyətini vurğulayaraq;
Suverenlik, ərazi bütövlüyü, sərhəd-
lərin toxunulmazlığı, bir-birinin daxili
işlərinə qarışmamaq, zor işlətməmək
və ya zor işlətməklə hədələməmək
prinsiplərinə uyğn olaraq, dövlətlərin siyasi və
iqtisadi təhlükəsizliyinin məhkəmləndirilməsini
güdərək,
Bəyan etdilər:
Mədəni əməkdaşlıq
1. Cəmiyyətlərarası bağları dərinləşdirmək
üçün hərtərəfli əsas yaratmaq məqsədilə Türk
mədəniyyətinin yeni birgə gündəliyini hazırla-
maq. Bu kontekstdə:
a) 3 avqust 2012-ci ildə Qırğızıstan Respub-
likasının Çolpon-Ata şəhərində keçirilmiş Türk
Şurasının üzv ölkələrinin mədəniyyət nazirlik-
lərinin birinci iclasının hesabatını alqışladılar;
b) Türk Mədəniyyəti və İrsi Fondunun təsis
edilməsindən məmunluqlarını ifadə etdilər;
c) Türk Akademiyasının Türk tarixi və dilinin
elmi-tədqiqat mərkəzi kimi təsis edilməsini yük-
sək qiymətləndirdilər;
d) Türk irsinə aid olan nümunələrin
YUNESKO-nun müvafiq siyahısına daxil
edilməsinə dair birgə təşəbbüsü dəstəklədilər və
bu istiqamətdə hazırlıq işlərinin sürətlnməsinə
Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının
II Zirvə Toplantısının Bəyannaməsi
Bişkek, 23 avqust 2012-ci il