İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   2   3   4   5   6   7   8   9   ...   30

4

DEKABR. 2012. № 13



www.uluturk.info

İ Ç İ N D Ə K İ L Ə R



Əli ŞAMİL

Noqay şairi Qədriyə nədən 29 yaşında öldürüldü? ....................................................................................36

Rəsmi toplantılarda öyülən, mükafatlandırılan, arxada isə hədələnən, qorxudulmağa çalışan gənc şair 

yolundan dönməz olduğunu nümayiş etdirir. 1978-ci ilin iyulunda onun adını da Kubanın paytaxtı 

Havanada keçiriləcək XI Ümumdünya Gənclər Festivalına gedəcək nümayəndə heyətinin tərkibinə 

daxil edirlər. Lakin bu səfər Qədriyəyə nəsib olmur. İyun ayının 30-da, günün-günorta çağında onun 

cəsədini öz evində tapırlar.



Yasəmən QARAQOYUNLU

Terrorizm və resurslar uğrunda mübarizə Şərq-Qərb qarşıdurmaları aspektində ................................40

Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfındən Şərq ölkələrinə yatırım qoyulması və bunun əsas təminatı kimi 

yerli diktatura rejimlərini ciddi şəkildə dəstəkləmələri vətəndaş cəmiyyəti və demokratiya uğrunda mübarizələrin 

nəticə verməməsi ilə sonuclanmış və bütün bunlar bölgədə terrorizmin çiçəklənməsinə səbəb olmuşdur. 



Taleh CƏFƏROV

XX əsrin 50-60-cı illərində erməni diasporasının antitürk fəaliyyəti ......................................................48

Erməni diasporasının maaliyyə vəsaitləri hesabına ucaldılan bu abidələrin növbətisi Avropada   ermənilərin 

daha çox məskunlaşdığı ölkədə - Fransada ucaldıldı. Fransada ilk erməni “soyqırımı” abidəsi 1971-ci ilin aprel 

ayında Marsel   şəhərində erməni kilsəsinin baxçasında ucaldıldı. 



Natiq RƏHİMOV

Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?................................................................................53

Afanasi Nikitin yazır: “Muhəmməd Rəsulullahın dininə əsasən, müsəlmanların ulu bayramından bir ay əvvəl 

Bidardan çıxdım. Pasxa, İsanın dirilməsi bayramları nə vaxtdır bilmirəm. Müsəlmanlarla birlikdə onların oruc 

vaxtında oruc tutdum, onlarla eyni vaxtda orucumu qurtardım”.



“Türk Dünyası QHT-lər Birliyinin yaradılması” mövzusunda konfrans keçirildi ................................56

Bu işin təşkil olunmasının  zamanı çatıb. Madam ki, rəsmi səviyyədə əlaqələr sürətlənir, genişlənir niyə də ictimai 

sektorda bu  istiqamətdə işlər görülməsin, niyə Türk Dünyası bu sektorda da bir araya gəlməsin? Bu baxımdan 

rəsmi qurumlar məsələni öz himayələrinə götürməli, amma iş aparıcı qeyri-hökümət təşkilatlarının fəallığıyla 

təşkil olunmalıdır. 

Dünya Türklərinin Həmrəylik Günü möhtəşəm bayram konserti ilə qeyd olunub................................58

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dünya Türklərinin Həmrəylik Gününə - Türk Dövlətlərinin Birliyi 

Gününə həsr olunmuş vətənpərvərlik konsert proqramı baş tutub. Tədbir “Müasir İnkişaf” İctimai Birliyi, Bakı Şəhər 

Gənclər və İdman Baş İdarəsi, “Türk Hərəkatı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. 



Naxçıvan Bəyannaməsində nələr var? ......................................................................................................59

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış  

sərhədlərinə hörmət prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyini qeyd edir və regional əməkdaşlığın 

təşviqi vasitəsilə sülh və sabitliyin qorunub saxlanılmasının gücləndirilməsinin regional münaqişələrin sülh yolu 

ilə həllinə müsbət təsir göstərəcəyini və ümumi maraqlara xidmət edəcəyini vurğulayırlar.

Elvin SƏLİMOV

Fəal interaktiv təlim müasir dövrün tələbi kimi ........................................................................................61

Bu  proqram və sənədlər təhsil prosesinin, fənn tədrisinin yenidən qurulmasını tədricən ənənəvi dərs tipindən fəal 

interaktiv təlimə keçilməsini zəruri edir.Digər fənnlər kimi tarix fənninin tədrisi də bu prosesdən kənarda qalmayıb.

Ümumtəhsil məktəblərində tarix fənni  Azərbaycan tarixi və Ümumi tarix   fənni istiqamətlərində aparılır.



“O pilot mənəm!” ..........................................................................................................................................64

Kim Fuk istər istəməz kağızı göndərən adama baxdı. Onun əli-ayağı titrəyir və dəhşətli baxışlarla Kim 

Fuka baxırdı. Sonra Kim Fuk əlindəki kağızı oxudu. Kağızda: "Kim! O pilot mənəm!" sözləri yazılmışdı.



5

DEKABR. 2012. № 13



www.uluturk.info

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (bun-

dan  sonra  Türk  Şurası  adlanacaq)  Dövlət

Başçıları Şurasının  “Təhsil, elm və mədəniyyət

sahəsində  əməkdaşlıq”  mövzusunda  23  avqust

2012-ci ildə iclası keçirildi. Qazaxıstan Respub-

likasının  Prezidenti  Zati-Aliləri  Nursultan

Nazarbayev, Türkiyə Respublikasının Prezidenti

Zati-Aliləri Abdullah Gül, Azərbaycan Respub-

likasının Baş Naziri Zati-Aliləri Artut Rasi-Zadə,

Qırğızıstan  Respublikasının  Prezidenti  Zati-

Aliləri  Almazbek  Atambayevin  sədrlik  etdiyi

görüşdə iştirak etdilər.

Dövlət və hökumət başçıları,

Türk xalqlarının ümumi tarix, dil, mənsubiyyət

və  mədəniyyətə  əsaslanan  həmrəyliklərini  gü-

cləndirmək niyyətlərini bildirərək;

Türk Şurası çərçivəsində çoxtərəfli formatda

əlaqələrini  dərinləşdirmək  qərarlarını  bir  daha

təsdiq edərək;

Demokratik  dəyərlərə  öhdəliklərini,  insan

hüquqları  və  Birləşmiş  Millətlət  Təşkilatının

Nizamnaməsində əks olunan prinsiplərə hörməti

ifadə edərək;

Türk  Dövlət  Başçılarının  əvvəlki

zirvə toplantılarının qərarlarına sadiq -

liklərini təsdiqləyərək;

Almatı Zirvə Toplantısından sonra

iqtisadi  əməkdaşlıq  sahəsində  əldə

edilən  inkişafdan  məmunluqlarını

ifadə edərək;

Ölkələri və xalqları arasında gələcək

inteqrasiya üçün mərəkəzi elementlər

kimi  mədəniyyət,  elm  və  təhsilin

əhəmiyyətini vurğulayaraq;

Suverenlik, ərazi bütövlüyü, sərhəd-

lərin toxunulmazlığı, bir-birinin daxili

işlərinə qarışmamaq, zor işlətməmək

və  ya  zor  işlətməklə  hədələməmək

prinsiplərinə uyğn olaraq, dövlətlərin siyasi və

iqtisadi təhlükəsizliyinin məhkəmləndirilməsini

güdərək,


Bəyan etdilər:

Mədəni əməkdaşlıq

1.  Cəmiyyətlərarası  bağları  dərinləşdirmək

üçün hərtərəfli əsas yaratmaq məqsədilə Türk

mədəniyyətinin yeni birgə gündəliyini hazırla-

maq. Bu kontekstdə:

a) 3 avqust 2012-ci ildə Qırğızıstan Respub-

likasının Çolpon-Ata şəhərində keçirilmiş Türk

Şurasının üzv ölkələrinin mədəniyyət nazirlik-

lərinin birinci iclasının hesabatını alqışladılar;

b) Türk Mədəniyyəti və İrsi Fondunun təsis

edilməsindən məmunluqlarını ifadə etdilər;

c) Türk Akademiyasının Türk tarixi və dilinin

elmi-tədqiqat mərkəzi kimi təsis edilməsini yük-

sək qiymətləndirdilər;

d)  Türk  irsinə  aid  olan  nümunələrin

YUNESKO-nun  müvafiq  siyahısına  daxil

edilməsinə dair birgə təşəbbüsü dəstəklədilər və

bu istiqamətdə hazırlıq işlərinin sürətlnməsinə



Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının 

II Zirvə Toplantısının Bəyannaməsi

Bişkek, 23 avqust 2012-ci il


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə