İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   2   3   4   5   6   7   8   9   ...   30

6

DEKABR. 2012. № 13



www.uluturk.info

dair Türk Şurasının Katibliyi (bundan sonra Kat-

iblik  adlandırılacaq),  mədəniyyət  nazirlikləri,

YUNESKO milli komissiyaları, TÜRKSOY və

İslam  Tarixi,  İncəsənət  və  Mədəniyyət  üzrə

Araşdırma Mərkəzinə müraciət etdilər;

e)Türk xalqları arasında humanitar əlaqələri

və  sivilizasiyaların  dialoqunu  təşviq  edərək,

2013-cü  ildə Türk  xalqlarının  böyük  yazıçısı,

İssık-Kul Forumunun banisi Çingiz Aytmatovun

anadan  olmasının  85-ci  ildönümü  xatirəsinə

İssık-Kul Forumunun keçirilməsi təşəbbüsünü

dəstəklədilər;

f)Ümumi tarix, ənənə, dil və mədəniyyətə hör-

mət əlaməti olaraq Türk xalqlarının ənənələrinin

dirçəldilməsi  və  dəstəklənməsi  məqsədilə

“Köçərilərin  Oyunu”nun  müntəzəm  olaraq

keçiriməsi barədə Qırğızıstan Respublikasının

təşəbbüsünü alqışladılar;

g)2013-cü ildə Birgə Terminologiya Komitəsi

tərəfindən rəsmi istinad üçün təqdim olunacaq

yeni lüğətin qəbul edilməsi məsələsini nəzrdən

keçirmək niyyətini təsdiqlədilər;

h) TÜRKSOY-un 19 illik fəaliyyəti dövründə

naliyyətlərini yüksək qiymətləndirdilər və təşk-

ilatın  maliyyə  və  hüquqi  əsaslarını  möhkəm-

ləndirməyin zəruriliyini qeyd etdilər;

i)  Üçüncü  Zirvə  Toplantısından  əvvəl  Türk

Dünyası  Mükafatının  Əsasnamə  layihəsini

yekunlaşdırmaq məqsədilə üzv dövlətlərin mü-

vafiq  hökumət  qurumları  ilə  əlaqələndirilmiş

qaydada  işləmək  üçün  Katibliyə  tapşırıq

verdilər;

j)  Türk  xalqlarının  mədəni  inte-

qrasiyasına böyük əhəmiyyət verərək

Türk Ölkələrinin Yazıçılar Birliyinin

və Türk Ölkələrinin Kino İşçiləri Bir-

liyinin  yaradılması  təşəbbüsünü

alqışladılar.

Elm və təhsil sahəsində əməkdaşlıq

2.Xüsusi proqramlar və birgə insti-

tutlar  vasitəsilə  elm  və  təhsil

sahəsində  geniş  əhatəli  və  əsaslı

əməkdaşlıq yaratmaq. 

Bu münasibətlə:

a)Türk Şurasının üzv dövlətlərinin

10 avqust 2012-ci ildə Qırğızıstan Re-

spublikasının  Çolpan-Ata  şəhərində

keçirilmiş  təhsil  nazirlərinin  birinci  iclasının

hesabatını alqışladılar və təhsil nazirlərinə mün-

təzəm görüşlərin davam etdirilməsini tapşırdılar;

b)Təhsil  nazirlərini  milli  tədris  planlarına

daxil  edilmə  imkanları  olan  Türk  tarixinin

ümumi  dərsliyinin  hazırlanması  üzrə  işlərin

davam edilməsinə çağırdılar;

c)Türk  Ölkələrinin  Universitetlərarası  Bir-

liyinin təsis edilməsi təşəbbüsünü alqışladılar;

d)Katiblik  tərəfindən  təqdim  olunmuş

araşdırma layihəsi əsasında Türk Elmi-Tədqiqat

Fondunun  təsis  edilməsi  istiqamətində  zəruri

olan  birgə  addımları  nəzərdən  keçirmək  üçün

elm üzrə müvafiq qurumlara müraciət etdilər.

İqtisadi əməkdaşlıq

3.İqtisadi  əməkdaşlığın  gücləndirilməsi  və

onun əhatəsinin genişləndirilməsi məqsədi ilə 14

avqust  2012-ci  ildə  Türk  dövlətlərinin  iqti-

sadiyyat üzrə məsul nazirlərinin Bakı şəhərində

keçirilmiş ikinci iclasının hesabatını alqışladılar.

Bu münasibətlə:

a)Sərmayə mühitinin yaxşılaşdırılması üçün

hüquqi çərçivənin işlənib hazırlanması barədə

çağırış etdilər;

b)Sərmayə mühitinin təhlilinin, eləcə də Türk

Şurasının  üzv  dövlətləri  arasında  beynəlxalq

ticarət sahəsində təhlil araşdırmalarının aparıl-

masının əhəmiyyətini vurğuladılar;

c)Regionda  rifahın  və  sabitliyin  gü-

cləndirilməsi, eləcə də iqtisadi əməkdaşlıq və in-

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının II Zirvə toplantısının Bəyannaməsi



Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının II Zirvə toplantısının Bəyannaməsi

7

DEKABR. 2012. № 13



www.uluturk.info

teqrasiya  sahələrinin  dərinləşdirilməsi  və

genişləndirilməsi  məqsədilə  Türk  Şurasının

İnkişaf Fondunun yaradılmasına dair Qırğızıstan

Respublikasının  təşəbbüsünü  alqışladılar  və

İnkişaf  Fondunun  yaradılmasını  əsaslandıran

araşdırmaların  tezləşdirilməsi  barədə  iqti-

sadiyyat üzrə məsul nazirlərə təlimat verdilər;

d)Nəqliyyat  sahəsində  mövcud  əməkdaşlığı

gücləndirmək  və  inkişaf  etdirmək  məqsədilə

nəqliyyat nazirlərinə müntəzəm olaraq görüşlər

keçirməyi tapşırdılar;

e)Nəqliyyat imfrastrukturu sahəsində təcrübə

mübadiləsi  və  ən  qabaqcıl  təcrübənin  tətbiq

edilməsi məqsədilə aidiyyəti qurumlara mövcud

nəqliyyat ifrastrukturunun araşdırılması barədə

müraciət etdilər;

f)Türk Biznes Şurasını üzv dövlətlərin kiçik

və  orta  sahibkarlığının  rəqabət  qabiliyyətini

artırmaq  üçün  birgə  proqramları  inkişaf  et-

dirməyə çağırdılar;

g)Gömrük fəaliyyətinə aid olan məsələlər üzrə

müntəzəm  görüşlərin  keçirilməsi  vasitəsilə

aidiyyəti qrumlara gömrük xidmətləri sahəsində

əməkdaşlığın güçləndirilməsini tapşırdılar;

h)2013-cü  ilin  birinci  yarısında  İstanbulda

keçiriləcək Türk dövlətlərinin iqtisadiyyat üzrə

məsul  nazirlərinin  üçüncü  iclası  zamanı

Türkiyənin  Palatalar  və  Birjalar  Birliyi

tərəfindən  təşkil  olunacaq  Biznes  Forum  və

İxrac  Məhsullarının  Sərgisinin  keçirilməsinə

dair Türkiyənin təklifini alqışladılar;

i)“Türk Şurasının Birgə Sərmayənin Təşviqi

Portalı”nın  yararadılmasını  alqışladılar  və  ən

qabaqcıl təcrübənin mübadiləsi, eləcə də qadın

və gənclərin sahibkarlığının təşviq edilməsinin

əhəmiyyətini vurğuladılar.

Xarici siyasət və təhlükəsizlik məsələləri

üzrə əməkdaşlıq

4.Regional və qlobal sabitlik, sülh və əmin-

amanlığa  birgə  töhfə  vermək  məqsədilə  üzv

dövlətlər arasında xarici və təhlükəsizlik siyasə-

tinin daha sıx əlaqələndirilmədini təmin etmək.

Bu məqsədlə:

a)Fəaliyyətdə  olan  sədrin  himayəsi  altında

aşağıdakı vasitələr də daxil olmaqla beynəlxalq

məsələlərə dair müntəzəm məsləhətləşmələrin

davam etdirilməsi barədə xarici işlər nazirlərinə

təlimat verdilər:

I.hər ilin sentyabr ayında BMT Baş Assamb-

leyası zamanı qeyri-rəsmi toplaşma;

II.hər  hansı  bir  tərəfin  təşəbbüsü  əsasında

Xarici İşlər Şurasının növbədənkənar iclasları;

b)Beynəlxalq təşkilatlarda, o cümlədən BMT-

də bir-birinin namizədliklərinə dəstək verməyə

çağırdılar, beynəlxalq təşkilatlara və vəzifələrə

namizədliklər, eləcə də beynəlxalq tədbirlər üzrə

Türk Şurası Katibliyi vasitəsilə əməkdaşlıq və

əlaqələndirmə aparmaq niyyətini ifadə etdilər;

c)Azərbaycan Respublikasının BMT Təhlükə-

sizlik Şurasına üzvlüyünün türkdilli dövlətlərin

ümumi maraqlarına töhfə verəcəyinə dair əmin-

liklərini ifadə etdilər;

5.Terrorçuluq,  separatizm  və  ekstremizmin

bütün forma və tazahürləri, transmilli mütəşək -

kil cinayətkarlıq, insan alveri və qeyri-qanuni

miqrasiya,  narkotik  və  psixotrop  maddələrin

qeyri-qanuni dövriyyəsi və silah alverinə qarşı

mübarizədə əməkdaşlıq və əlaqələndirmə üzrə

öhdəliklərini bir daha təsdiqlədilər.

6.Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və

milli birliyinə dəstəklərini vurğuladılar və İstan-

bul  prosesi  kimi  regional  əməkdaşlığın  gü-

cləndirilməsinə 

yönəldilmiş 

təşəbbüslər

 vasi təsilə  ölkənin  təhlükəsizliyi,  sabitliyi  və

inkişafına  töhfə  verilməsinə  hazır  olduqlarını

ifadə etdilər.

7.Suriyada  davam  edən  böhran  və  onun  re-

gional təhlükəsizlik və sabitliyə mənfi təsirindən

ciddi  narahatlıq  ifadə  etdilər  və  böhranın

Suriyanın  ərazi  bütövlüyü  və  milli  birliyi

çərçivəsində Suriya xalqının iradə və istəklərinə

uyğun  olaraq  dərhal  dayandırılması  barədə

çağırış etdilər.

8.Davamlı sabitliyə və regional əməkdaşlığa

əsas maneələrdən biri olan Ermənistan-Azərbay-

can Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan

Respublikasının suverenliyi, ərazi bütövlüyü və

sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu

ilə həll edilməsinin vacib olduğunu qeyd etdilər

və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mü-

naqişəsinin  həllinin Avrasiya  məkanında  sülh,

sabitlik və rifahın təmin edilməsi istiqamətində

mühüm tərəqqi olacağına əminliklərini bir daha




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə