İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   2   3   4   5   6   7   8   9   ...   30

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının II Zirvə toplantısının Bəyannaməsi

www.uluturk.info

DEKABR. 2012. № 13



8

təsdiq etdilər.

9.Kipr  məsələsinin  adada  iki  xalqın  siyasi

bərabərliyinə əsaslanan, BMT-nin himayəsi al-

tında  danışıqlar  vasitəsilə  qarşılıqlı  şəkildə

razılaşdırılmış həllinə tam dəstəklərini təsdiq et-

dilər və Kiprin bərabər və vahid tərkibin tərəfdaşı

olan Kiprin Türk əhalisinin dinc, təhlükəsiz və

firavan həyat yaşamaq istəkləri ilə həmrəylik-

lərini ifadə etdilər.

10.Türk  Şurasını  BMT,  İslam  Əməkdaşlıq

Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada

Qarşılıqlı Fəaliyyət və Tədbirləri üzrə Müşavirə,

ATƏT,  YUNESKO  və  Avropa  Şurası  kimi

beynəlxalq  təşkilatlarla  qarşılıqlı  fəaliyyəti

inkişaf etdirməyə çağırdılar.

11.Türk  Şurası  və  TÜRKPA-nın  Dublində

təşkil olunacaq ATƏT-in Nazirlər Şurasında işti-

rakı da daxil olmaqla onların ATƏT çərçivəsində

daha da tanıdılması məqsədilə birgə səylərin gü-

cləndirilməsi barədə xarici işlər nazirlərini təli-

matlandırdılar.

12.Su ehtiyatlarına dair vacib məsələni 2013-

cü  ildən  başlayaraq  Xarici  İşlər  Nazirləri

Şurasının sessiyalarının gündəliyinə mütəmadi

mövzu kimi daxil etdilər. Bu məqsədlə Üçüncü

Zirvə Toplantısına  hesabat  təqdim  etmək  üçün

Katibliyə üzv dövlətlərin xarici işlər nazirlikləri

və tədqiqat institutları, eləcə də beynəlxalq təşk-

ilatlarla əməkdaşlıq etməyi tapşırdılar. Hesabat

ətraf mühitə dəyən zərəri, iqlim dəyişikliyini və

su etiyatlarının rasional istifadəsinin geniş kon-

tekstini əhatə edəcək və mövcud su ilə əlaqəli

sosial-iqtisadi problemlərin həlli üzrə fəaliyyət

planını təklif edəcəkdir.

13.Türk dövlətləri arasında siyasi dialoqun gü-

cləndirilmədində  parlamentlərarası  əlaqələrin

əhəmiyyətini vurğuladılar. Bu baxımdan:

a)TÜRKPA-nın 3-cü sessiyasının nəticələrindən

məmunluğu qeyd etdilər;

b)Türk  Şurasının  işinə  təkan  vermək  üçün

TÜRKPA-nı Türk Şurasının məqsədləri naminə

üzv dövlətlərin parlamentlərində paralel olaraq

mövzuların müzakirəsini təşkil etməyə çağırdılar.



Digər məsələlər

14.Baş  katibin  təqdim  etdiyi  illik  hesabata

əsasən  əldə  edilən  ümumi  nailiyyətdən  mə-

munluq ifadə etdilər və Baş katibə 2013-cü ilin

may ayına kimi əlavə aralıq icmal hesabat ver-

ilməsini tapşırdılar.

15.2011-2012-ci illərdə Türk Şurasına sədrlik

edən Qazıxıstanın hesabatını qəbul edərək təşk-

ilatın  ilk  fəaliyyətdə  olan  sədri  kimi  Qazax

tərəfini uğurlu sədrliyə görə təbrik etdilər.

16.Naxçıvan  Sazişinin  10-cu  maddəsinə

uyğun  olaraq  Azərbaycan  Respublikasından

Qismət Gözəlovu və Qazaxıstan Respublikasın-

dan Darxan Kıdıralını müvafiq olaraq 1 fevral

2012 və 24 aprel 2012-ci ildən Türk Şurası Baş

katibinin müavinləri vəzifəsinə təyin etdilər.

17.Türk Şurasının Üçüncü Zirvə Toplantısının

2013-cü ildə Azərbaycan Respublikasında keçir-

ilməsinə qərar verdilər.

Türk  Şurasının  İkinci  Zirvə  Toplantısının

müzakirələrini yüksək səviyyədə apardığına görə

Qırğızıstan  Respublikasının  Prezidenti  Zati-

Aliləri Almazbek Atambayevə dərin təşəkkür-

lərini  ifadə  etdilər  və  Qırğız  Hökuməti  və

xalqının  səmimi  qonaqpərvərliyini  yüsək  -

qiymətləndirdilər. Yekun olaraq, 2012-2013-cu

illər üçün Türk Şurasına sədrliyin Qırğız Respub-

likasına keçməsini alqışladılar.

23 avqust 2012-ci ildə Bişkek səhərində Azər-

baycan Türkcəsi, Qazaxıstan Türkcəsi, Qırğızıs-

tan  Türkcəsi  və  Türkiyə  Türkcəsində  imaza-

lan mışdır.



Azərbaycan Resublikasının Baş Naziri

Artur Rasi-zadə

Qazaxıstan Respublikasının Prezidenti

Nursultan Nazarbayev

Qırğızıstan Respublikasının Prezidenti

Almazbek Atambayev

Türkiyə Cümhuriyyətinin Prezidenti

Abdullah Gül


9

DEKABR. 2012. № 13



www.uluturk.info

Milli dövlətçiliyimizə daxili təhdidlər 

Aqşin Atalızadə*

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, hüquqşunas

“Vətən eşqi maya kimidir, südü pozuq olan-

larda tutmaz”.

Türkiyə türklərində deyim

Son  illər  sosial,  iqtisadi,  mədəni  və  digər

sahələrdə həyata keçirilən məqsədyönlü siyasət

və  irimiqyaslı  islahatlar  nəticəsində  ölkəmiz

sürətlə dünyanın inkişaf etmiş dövlətləri sırasına

yaxınlaşmış, bir çöx sahələrdə böyük nailiyyətlər

əldə  edilmiş,  əhalinin  sosial  rifah  halında

nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. İqti-

sadiyyatında müşahidə olunan canlanma Azər-

baycan Respublikasının vətəndaşlarının maddi

vəziyyətinin sabitləşməsinə, dövlətin və vətənin

problemlərinə  həssaslığın  artmasına  şərait

yaratmışdır. Respublikamız irimiqyaslı iqtisadi

layihələrin iştirakçısına çevrilmiş, dövlətimiz

dünya  siyasi  sitemində  öz  yerini  möhkəm-

ləndirmiş, siyasi və iqtisadi müstəqilliyimizin

qorunması  istiqamətində  balanslaşdırılmış

siyasət davam etdirilməkdədir. 

Məqsədyönlü  şəkildə  Azərbaycan  xalqının

maddi-mədəni  irsinin  beynəlxalq  miqyasda

təbliği,  düşmən  tərəfindən  mənimsənilən

mədəniyyət nümunələrimiz üzərində adımızın

bərpası  prosesləri  gedir,  ölkəmiz  bir  çox

beynəlxaq miqyaslı mədəniyyət layihələrinə ev

sahibliyi edir. Ölkəmizin nailiyyətləri sadəcə

mədəni sfera ilə məhdudlaşmır. Həyata keçir-

ilən düzgün siyasətin nəticəsi olaraq artıq tam

əminliklə demək olar ki, respublikamız üçün ən

aktual  məsələ  olan  Qarabağ  probleminin

həllində  haqq  səsimiz  eşidilməyə  başlamış,

ölkəmizin beynəlxaq nüfuzu artmışdır. Respub-

likamızın BMT Təhlükəsizlik Şurasına qeyri-

daimi üzv olması da bu uğurların nəticəsi kimi

qiymətləndirilə bilər. 

Sosial,  iqtisadi,  mədəni  və  digər  sahələrdə

dövlət tərəfindən görülən məqsədyönlü işlərin

əhəmiyyətini vurğulamaqla yanaşı qeyd etmək

lazımdır  ki,  ölkə  əhalisinin  mənəvi  həyatı,

milli-mədəni  dəyərlərin  qorunması,  vətən-

daşların, xüsusən gənclərin milli vətənpərvərlik

ruhunda  tərbiyəsi  və  ümumən  milli  kimliyin

formalaşdırılması  istiqamətində    müəyyən

problemlər mövcuddur ki, bu da bir sıra amil-

lərlə bağlıdır.



1. Maddi  dəyərlərə ifrat meyllilik

Bu amil daha çox obyektiv səciyyə daşıyır və

ifrat  dərəcədə  maddiyyata  meyl  ilə  bağlıdır.

Belə  ki,  yüksək  iqtisadi  inkişaf,  maddi

resursların  bolluğu  şəraitində  əhalinin

əhəmiyyətli  bir  qismi  cəmiyyətin  problem-

lərindən uzaqlaşaraq, daha çox şəxsi mənfəət,

mövcud  imkanlardan  maksimum  dərəcədə

yararlanmaq  barədə  düşünməyə  başlamışdır.

Tarixi  təcrübə  göstərir  ki,  insanların  yalnız

şəxsi mənfəətlərini düşündüyü, cəmiyyətin və

dövlətin problemlərinə biganə yanaşdığı halda

bu  təkcə  onların  özünün  deyil,  bütün

cəmiyyətin daxilində mənəvi aşınmaya səbəb

olur.  Fərdin  cəmiyyətə  və  dövlətə  qarşı  bi-

ganəliyi son nəticədə cəmiyyətin maddiyyata

uyaraq mənəvi cəhətdən kasadlaşmasına gətirib

çıxarır. Son illər təəssüf ki, cəmiyyətimizdə də

bu proseslərin cərəyan etməsinin şahid oluruq.

2. Mənəvi ruh düşkünlüyü

Bu  xarakterli  amillərə  mənəvi-psixaloji




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə