İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   22   23   24   25   26   27   28   29   30

60

DEKABR. 2012. № 13



www.uluturk.info

təsdiq edərək;

Aşağıdakılar barədə razılığa gəldilər:

1. Tərəflər qarşılıqlı maraq doğuran mühüm

regional və beynəlxalq məsələlərin xarici işlər

nazirləri səviyyəsində, həmçinin Birləşmiş Mil-

lətlər  Təşkilatı,  İslam  Əməkdaşlıq  Təşkilatı,

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbir-

lərinə  dair  Konfrans  və  İqtisadi  Əməkdaşlıq

Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar

çərçivəsində məsləhətləşmələri davam etdirəcək-

lər.


2. Tərəflər Azərbaycan Respublikasının BMT

Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvü

seçilməsinin  regionun  ortaq  maraqlarına  töhfə

verəcəyinə inanırlar.

3.  Tərəflər  Dağlıq  Qarabağ  münaqişəsinin

dövlətlərin  suverenliyi,  ərazi  bütövlüyü  və

beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hör-

mət prinsipləri əsasında tezliklə həll olunmasının

vacibliyini qeyd edir və regional əməkdaşlığın

təşviqi  vasitəsilə  sülh  və  sabitliyin  qorunub

saxlanılmasının gücləndirilməsinin regional mü-

naqişələrin  sülh  yolu  ilə  həllinə  müsbət  təsir

göstərəcəyini  və  ümumi  maraqlara  xidmət

edəcəyini vurğulayırlar.

4. Tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib

çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət

üçün istifadə edilməsinə heç bir halda icazə ver-

məyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə

edirlər.

5.  Tərəflər  terrorizm,  ekstremizm  və  onun

bütün forma və təzahürləri, transmilli mütəşəkkil

cinayətkarlıq, narkotik maddələrin və qanunsuz

silah alveri, həmçinin insan alveri və qeyri-qanuni

miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gü-

cləndirəcəklər.

6. Tərəflər üç ölkə xalqlarının rifah halının

yaxşılaşdırılması, iqtisadi artım və inkişafın gü-

cləndirilməsi məqsədi ilə iqtisadi, enerji, ticarət,

sənaye,  nəqliyyat,  telekommunikasiya,  rabitə,

mətbuat,  mədəniyyət,  idman  və  ətraf  mühitin

qorunması sahələrində əlaqələrin birgə layihə və

əməkdaşlıq planları vasitəsilə daha da inkişaf et-

dirilməsini təşviq edəcəklər.

7.  Tərəflər  Üçtərəfli  İqtisadi  Komitənin

tövsiyələrinə  uyğun  olaraq,  iqtisadi  və  ticarət

əlaqələrinin daha da gücləndirilməsi, həmçinin öz

ölkələrində  rifah  halının  və  tərəqqinin  təşviq

edilməsi məqsədilə birgə fəaliyyət göstərməkdə

davam edəcəklər.

8.  Üçtərəfli  İqtisadi  Komitə  tərəfindən

yaradılmış alt komitələr əlavə edilmiş vaxt cəd-

vəlinə  uyğun  olaraq,  Komitənin  2012-ci  ilin

noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə

tutulan görüşündən əvvəl öz iclaslarını keçirəcək-

lər.

9. Tərəflər tarixi və mədəni irsin qorunması



sahəsində əməkdaşlığı davam etdirəcəklər.

10.  Tərəflər  mərhələli  şəkildə  tədbirlərin

görülməsi vasitəsilə öz vətəndaşlarının bir-birinin

ərazisinə  vizasız  səyahət  etmə  imkanlarını

nəzərdən keçirəcəklər.

11.  Tərəflər  Beynəlxalq  Atom  Enerjisi

Agentliyinin  normaların  həyata  keçirilməsi

sahəsində yeganə səlahiyyətli qurum olduğunu

nəzərə  alaraq,  Nüvə  Silahının  Yayılmaması

haqqında  Müqavilə  çərçivəsində  heç  bir  ayrı-

seçkilik və qeyri-bərabərlik olmadan dövlətlərin

sülh məqsədləri üçün nüvə enerjisi əldə etmək

hüququnu dəstəkləyirlər.

12.  Tərəflər  Yaxın  Şərqdə  nüvə  və  digər

kütləvi qırğın silahlarından azad zona yaradılması

barədə 1995 saylı Yaxın Şərq üzrə Qətnamənin

həyata keçirilməsi üçün fəaliyyət planının qəbul

edildiyi 2010-cu il tarixli Nüvə Silahının Yayıl-

maması haqqında Müqavilənin yenidən nəzərdən

keçirilməsi  üzrə  Konfransın  yekun  sənədini

dəstəkləyirlər.

13. Tərəflər dövlət sərhədindən buraxılış mən-

təqələrinin infrastrukturunun təkmilləşdirilməsi

və  sərhəd  və  gömrük  məsələlərində  təcrübə

mübadiləsi imkanlarını araşdıracaqlar.

14. Tərəflər Bakı–Tbilisi- Qars dəmir yolunun

mövcud Naxçıvan– Culfa–Təbriz dəmir yoluna

birləşdirilməsi imkanlarını araşdıracaqlar.

15. Növbəti görüş 2012-ci ilin sentyabr ayında

Türkiyənin Van şəhərində keçiriləcəkdir.

Naxçıvan Bəyannaməsində nələr var?



61

DEKABR. 2012. № 13



www.uluturk.info

Təhsilimizin  bugünkü  vəziyyəti  bizim

gələcəyimiz  haqqında  ən  yaxşı  proqnoz  mən-

bəyidir. Gələcəyimiz bu gün ümumtəhsil mək-

təblərində, 

təhsilə 


onun 

səviyyəsinə,

səmərəliliyinə göstərilən qayğıdan asılıdır. Təhsil

islahatının  keçirilməsi,  fənn  kurikulumlarının

hazırlanması  və  tətbiqinə  başlanması  gələcəyə

ümidlə baxmağa əsas verir.

Bu    proqram  və  sənədlər  təhsil  prosesinin,

fənn  tədrisinin  yenidən  qurulmasını  tədricən

ənənəvi  dərs  tipindən  fəal  interaktiv  təlimə

keçilməsini zəruri edir.Digər fənnlər kimi tarix

fənninin  tədrisi  də  bu  prosesdən  kənarda  qal-

mayıb.Ümumtəhsil  məktəblərində  tarix  fənni

Azərbaycan  tarixi  və  Ümumi  tarix      fənni  is-

tiqamətlərində aparılır.

Azərbaycan  tarixi  fənninin  kurikulumuna

əsasən ümumi orta təhsil səviyyəsində Azərbay-

canın ən qədim yaşayış məskənlərindən biri ol-

ması, dövlətçilik ənənələri, Azərbaycan xalqının,

onun  milli,  sosial,  əxlaqi-mənəvi  dəyərlərinin

təşəkkülü və formalaşması, geosiyasi məkanda

mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına

təsiri, Azərbaycanın məruz qaldığı təcavüzlər və

onlara qarşı mübarizə, müasir dünyada mövqeyi,

ölkənin  ümumi  inkişafı,  tarixi  şəxsiyyətləri,

maddi və mənəvi mədəniyyət abidələri haqqında

sistemli məlumatların mənimsənilməsi təmin ol-

unur, şagirdlərdə tarixi hadisələri təhlil etmək və

onlara münasibət bildirmək, əlavə faktlar topla-

maq və sistemləşdirib təqdim etmək, tarixi mən-

bələrlə işləmək bacarıqları formalaşdırılır, onlara

vətənpərvərlik, milli iftixar hissləri aşılanır. 

Tam orta təhsil səviyyəsində ümumi orta təhsil

pilləsində  nəzərdə  tutulmuş  fəaliyyətləri

genişləndirməklə 

sivilizasiyalı 

inkişaf


şəraitlərində  yürüdülən  siyasi  xəttin  Azərbay-

canın ərazi bütövlüyünə, milli mənəvi dəyərlərinə

təsiri, bu dövrlərdə sosial-iqtisadi, mədəni inkişaf

tendensiyaları, 

milli 

azadlıq 


hərəkatı,

dövlətçiliyin bərpası, qorunması, inkişafı, müasir

dövrdə  Azərbaycanın  dünyadakı  mövqeyi,

ölkənin  ümumi  inkişafını  şərtləndirən  amillər

haqqında məlumatlar mənimsənilir, demokratik

cəmiyyət şəraitində şagirdlərdə sosial-siyasi və

tarixi  hadisələrə  münasibət  bildirmək  və

qiymətləndirmək bacarıqları formalaşdırılır. 

Ümumi  tarix  fənni  kurikulumuna  əsasən

ümumtəhsil məktəblərində ümumi tarix fənninin

təlimi  vasitəsilə  şagirdlərdə  ümumi  orta  təhsil

səviyyəsində 

dünya 

tarixinin 



siviliza-

siyayaqədərki  dövrü,  müxtəlif  dövrlərdə  insan

birliklərinin  yaranması,  dövlətin  meydana

gəlməsi və sivilizasiyaların formalaşması, bəşər

sivilizasiyasının  formalaşmasında  ayrı-ayrı

dövlətlərin  və  xalqların  rolu,  sivilizasiyaların

tənəzzülü və dağılmasının ictimai-iqtisadi, siyasi

səbəbləri, ümumbəşəri, əxlaqi-mənəvi və maddi

mədəniyyətlər  haqqında  sistemli  məlumatların

mənimsənilməsi təmin olunur, şagirdlərdə tarixi

hadisələrə obyektiv mövqedən yanaşma, onları

müvafiq  zaman  və  məkan  kontekstində

qiymətləndirmək bacarıqları formalaşdırılır. Tam

orta  təhsil  səviyyəsində  ümumi  orta  təhsil

səviyyəsindəki fəaliyyətləri genişləndirməklə tar-

ixi  inkişafa  və  sivil  mədəniyyətə  nümunə  ola



Fəal interaktiv təlim 

müasir dövrün tələbi kimi

Elvin Səlimov*

Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı


62

DEKABR. 2012. № 13



www.uluturk.info

biləcək, habelə tarixən bağlı olduğumuz ölkələrin

və xalqların tarixinin mühüm məqamları, sosial-

iqtisadi, siyasi və mədəni proseslər, beynəlxalq

münasibətlər, cəmiyyətlərin inkişafının islahat və

inqilab yolları, aqrar sivilizasiyadan sənaye sivi-

lizasiyasına keçid, müasir informasiya cəmiyyəti,

dünyada gedən inteqrasiya prosesləri, bəşəriyyəti

narahat edən qlobal problemlər haqqında ümumi

məlumatlar mənimsənilir, şagirdlərdə sosial-iqti-

sadi və siyasi prosesləri, cəmiyyət və şəxsiyyət

münasibətlərini səciyyələndirən faktları, siyasi

və ictimai hərəkatlar, ictimai inkişafda maddi və

mənəvi  mədəniyyətin,  insan  amilinin  rolu

haqqında  informasiyaları  sistemləşdirmək  və

təqdim etmək bacarıqları formalaşdırılır.(kuriku-

lum.az)

Son illərə qədər ənənəvi təlim metodları ilə



təşkil olunan tarix dərslərində biliklər şagirdlərə

hazır şəkildə verilir, müəllim aktiv şagirdlər pas-

siv  olur,  şagirdlərin  təlim  fəaliyyəti  müəllim

tərəfindən qiymətləndirilir, müəllim–şagird, şa-

gird–şagird arasında ünsiyyət yüksək səviyyədə

olmur, şagird şəxsiyyətinin formalaşdırılmasına

diqqət yetirilmir ki, bu da tarix fənninin tədrisi

prosesində  yol  verilən  ciddi  səhvlərdəndir,  o

cümlədən, müəllim avtoritar xarakter daşıyır və

şagirdlərin yaradıcı inkişafı təmin edilmirdi(1,

səh 32). XX əsrin mövcud parametrləri daxilində

bu  təlim  metodu  optimal  sayılmış  olsa  da  bu

günün tələblərinə cavab vermək baxımından geri

qalır.  Bütün  bunlar  yuxarıda  göstərilən  milli

kurikulumla müəyyənləşdirilən standartlara nail

olmağa imkan vermədiyindən yeni üsul və va-

sitələrin tətbiq edilməsinə zərurət yaradır.

Yeni təlim texnologiyalarının tətbiqi ilə isə

tarix dərslərində quruluq və fakt əzbərlənməsinə

dayanan  monotonluğun  aradan  qaldırılması

nəzərdə tutulur. Yeni təlim texnologiyalarının tət-

biqi ilə biliklər şagird tərəfindən müstəqil əldə

edilir, belə dərslərdə şagirdlərin müstəqil bilik

əldə etməsi üçün şərait yaradılır, şagirdlər aktiv,

müəllim  isə  passiv  olur,  şagirdlərin  təlim

fəaliyyəti 

onların 

özləri 


tərəfindən

qiymətləndirilir, humanizm və demokratiya prin-

siplərinə əməl olunur, şagirdlər təlim-tərbiyənin

subyektinə çevrilirlər, onların vətəndaş kimi for-

malaşmasıma  şərait  yaranır,  şagirdlərin

yaradıcılıq 

qabiliyyətini 

formalaşdırmaq

mümkün olur.(1, səh 32)

Təbii  ki,  nəzəriyyə  praktikaya  dayananda

özünü isbat etmiş olur. Eyni nüansın ənənəvi və

fəal  interaktiv  yolla  tədrisi  zamanı  şagirdə

göstərdiyi müxtəlif təsirlərə praktiki nümunədə

baxaq və onlardan hansının rentabelli olduğunu

qiymətləndirək.

Sinif:XI


Dərs: Ən yeni tarix

Mövzu:§19 İkinci dünya müharibəsinin başa

çatması.

Məqsəd:1) II dünya müharibəsinin Almaniya

üçün  nəticələrinin  mənimsənilməsini  həyata

keçirmək


2)Təlim  prosesində  şagirdlərdə  vətənə

məhəbbət tərbiyəsi.

XI sinifdə Ümumi tarix kursunun tədrisində

dərsin sonuna yaxın yeni dərsin izahı zamanı II

Dünya müharibəsinin Almaniya üçün nəticələri

o  cümlədən,  Şərqi  Prusiyanın  SSRİ–yə  ilhaq

edilməsi  Almaniyanın  parçalanması  və  bir-

ləşdirilməsi  məsələləri  öyrədilərkən  aşağıdakı

məlumatı nitqinə daxil etməklə müəllim ənənəvi

metodun  ən  vacib  atributlarından  sayılan

“nağıletmə” əsnasında qarşısına qoyduğu ikinci

məqsədə yaxınlaşmış olur: Şərqi Prusiyanın Al-

maniyanın əlindən alınmasından 60 il keçməsinə

baxmayaraq, o həmin torpaqları mənən özünün

hesab edir. Hətta həmin illərdə Almaniyada hər

gün  dəmir  yolu  və  ya  avtobus  vağzallarında

nəqliyyat  vasitələrinin  hərəkət  cədvəllərində

göstərilən yola düşmə vaxtından 10 dəqiqə əvvəl

rəsmən elan edilir ki, qatar və ya avtobusa minik

başlanır və o, Koninsberqə yola düşəcəkdir. 10

dəqiqədən  sonra  elan  olunur  ki,  həmin  şəhər

düşmənin işğalı altında olduğundan səfər təxirə

salınır.  Bu  hal Almaniyanın  birləşdirilməsinə

1990–cı ildə Berlin hasarının söküldüyü, həmin

reysin  həqiqətən  bərpa  olunduğu  günədək

Elvin Səlimov




63

DEKABR. 2012. № 13



www.uluturk.info

davam etdi. O vaxta qədər dünyaya göz açan hər

bir alman uşağı illər keçməsinə rəğmən bilir ki,

Koninsberq alman torpağıdır və onun borcu za-

manı  gəldikdə  həmin  əraziyə  sahib  olmaqdan

ibarətdir” (2, səh 50). Ənənəvi dərsdə bu infor-

masiyanı müəllim nitqinə daxil etdikdə şagirdin

yaddaşında parlaq təsvir yaratmaqla onlarda hiss-

lərin yüksəlməsinə nail olsa da, izahdan sonrakı

vaxtın məhdudluğu onu genişləndirməyə kifayət

qədər imkan yaratmır.

Müasir  fəal  texnologiyalardan  istifadə  et-

məklə təşkil olunan dərslərdə isə müəllim bu in-

formasiyadan  dərsin  əvvəlində  motivasiya

yaratmaq üçün istifadə edə və tədqiqat aparılması

üçün problem–situasiyanı yarada bilər. Bu zaman

tədqiqat üçün aşağıdakı suallardan ibarət çalış-

malar tərtib oluna bilər:

-Burada Almaniya tarixi ilə Azərbaycan tar-

ixinin hansı dövrü arasında paralelləşdirmə apara

bilərsiniz? Nə üçün?

-Almaniyanın torpaqlarını itirməsi ilə Azər-

baycanın  torpaqlarının  itirilməsinin  səbəbləri

arasındakı fərqlər nələrdən ibarətdir? 

-Danışdığım bu faktlar Almaniyada baş ver-

mişdir.  Bəs  Azərbaycanda  işğal  olunmuş  tor-

paqların daima xatırlanmasını harada müşahidə

etmisiniz?

Qruplarda işin təşkilinin bu istiqamətdə qurul-

ması istər–istəməz onlarda milli mənlik şüurunun

vətənpərvərlik və vətəndaşlıq hisslərinin və vəz-

ifələrinin formalaşması üçün fəal vasitə olacaqdır.

Bununla onlar ədalətli və ədalətsiz müharibə an-

layışlarına faktlara tətbiq edəcək, sinxronlaşdır-

malar aparacaqlar. Sonuncu sual isə xüsusilə onları

maraqlandıracaqdır və mütləq cavab kağızlarında

yazacaqlar:  “Gün    ərzində  hava  haqqında

məlumatlarda  işğal  olunmuş  torpaqlarımızın  da

hava dərəcələrinin deyilməsi, Carçı proqramının

(İTV) başlanğıcında 3 dildə (azərbaycan, rus, in-

gilis) Azərbaycan  torpaqlarının  işğalı  haqqında

həqiqətlərin  çatdırılması,  Xəbərçi  proqramının

(ANS) başlanğıcında “Ermənistanın Azərbaycana

təcavüzü davam edir”, ANS ÇM radiosunun de-

vizində “döyüş alnınıza yazılıb” ifadələri daim bizə

işğal altında olan torpaqlarımızı xatırladır və biz o

torpaqları geri qaytarmalıyıq. Bununla şagirdlərin

təkcə vətənpərvərlik hissləri yüksəlməyəcək, eyni

zamanda onlar fəal sürətdə, həyəcanlanmış şəkildə

vətən qarşısında öz vəzifələrini dərk edəcəkdir. 

Nümunədən  də  göründüyü  kimi  yeni

texnologiyalara əsaslanan dərs modelindən istifadə

etməklə  daha  böyük  nəticələrə  nail  olmaq

mümkündür. Lakin yeni texnologiyaların və milli

kurikulumun  bu  gün  həyata  keçirilməsində

müəyyən problemlər də vardır ki onları aşağıdakı

kimi qruplaşdırmaq olar:

1.  hal  hazırda  ölkədəki  əksər  məktəblərin

maddi texniki bazası və infrastrukturundakı çatış-

mazlıqlar sistemin tam gücü ilə işləməsinə mane

olan ən başlıca amildir;

2. əksər müəllim kadrların ənənəvi təlim mod-

elləri əsasında orta, orta ixtisas və ali təhsil alması

və yeni sistemlə tanış olmaması, o cümlədən, kom-

püter bilgilərinin kifayət dərəcədə yüksək olma-

ması;


3.  müəllimləri  yeni  texnologiyalarla  tanış

edəcək kadrların qıtlığı;

4. Azərbaycan tarixi və Ümumi tarix dərslik-

lərinin ənənəvi dərs modelinə uyğun qurulmuş ol-

ması  və  problem  situasiyaların  qurulması  üçün

lazımi tərtibata malik olmaması və sairə.

Cəmiyyətə  yararlı,  düzgün  düşünməyi

bacaran həyatın tələblərinə cavab verə biləcək,

informasiya  əsrində  zamanını  qabaqlayacaq

qərarlar  verə  bilən  şəxsiyyət  yetişdirmək

istəyiriksə, qarşımızda dayanan bu problemləri

həll edərək məktəblərdə fəal interaktiv  təlimin

geniş miqyasda tətbiq olunmasına can atmalıyıq.

Ədəbiyyat siyahısı:

1) Bədiyev S.R Yeni təlim texnologiyaların-

dan mühazirə mətnləri( müəllimlər üçün metodik

vəsait), Bakı, Dərələyəz-M 2009;

2) Mehdiyev B. Təlim prosesində  şagirdlərdə

vətənə  məhəbbət  tərbiyəsi.  Tarix  insan  və

cəmiyyət  (elmi-  metodik  jurnal),  Bakı-  2006

1(2);


3) kurikulum.az .

Fəal interaktiv təlim müasir dövrün tələbi kimi




64

DEKABR. 2012. № 13



www.uluturk.info

08.07.1972... Amerika təyyarəsi Vyetnamda

bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm

bombası  atdı.  Sağ  qalan  uşaqlar  alovlar

içərisində qışqıra-qışqıra qaçmağa başladılar.

Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi

və ona Pulitser Mükafatını gətirən məşhur fo-

toşəklini çəkdi. Çox keçmədi ki, bu şəkil (həm

də  bu  şəkildəki  çılpaq  balaca  qız)  Vyetnam

Müharibəsinin simvoluna çevrildi. Bu şəkil həm

də  Amerikanı  dünya  ictimaiyyəti  qarşısında

"məhkum edirdi".

1982-ci ildə hollandiyalı bir jurnalist o qızı

axtarmağı  qərara  aldı.  Və  uzun  axtarışlardan

sonra o qızı tapdı. Bu qız Kim Fuk idi. O, bütün

bədəni  yandığı  üçün  Sayqonda  14  ay  xəstəx-

anada yatmış, yanan yerlərin yarısından çox-

unda  üçüncü  dərəcəli  yanıq  olduğu  üçün

həkimlər  ondan  ümidlərini  üzmüşdülər.  Kim

Fuk  dözülməz  ağrılar  çəkir,  hətta  bəzən  bu

ağrılardan  huşunu  itirirdi.  Ən  dəhşətlisi  isə

çənəsi  ilə  sinəsi  bir-birinə

yapşmış, sol əli sümüyünə

kimi yanmışdı.

İllər  sonra  Kim  Fuk

Kanadaya  köçdü.  Onda

onun 34 yaşı var idi. Üstə-

lik  o,  Kanadaya  tək  yox,

həyat  yoldaşı  və  oğlu  ilə

köçmüşdü. Astma və şəkər-

dən  əziyyət  çəkir,  tez-  tez

miqren  sancıları  keçirirdi.

Hələ  də  bədənində  sağal-

mamış yaralar var idi.

1996-cı ildə Vaşinqtonda

Vyetnam 


Müharibəsinin

xatirəsinə  bir  mərasim

keçirildi.  Bu  mərasimdə

Kim  Fuk  da  var  idi.

Nəhayət,  söz  Kim  Fuka

çatdı. Çıxışının sonunda o: "Əgər o bombaları

atan  pilotla  üz-üzə  gəlsə  idim,  yəqin  ki,  ona

"Artıq keçmişi dəyişdirə bilmərik" deyərdim.

Deyərdim və sonra da əlavə edərdim: " Keçmişi

dəyişdirə  bilmərik,  ancaq  gələcəyi  dəyişdirə

bilərik. Həm də sülhə xidmət etmək üçün..."

Kim Fuk zaldan çıxmaq istəyirdi ki, kimsə

ona bir kağız verdi və əli ilə kağızı göndərən

adamı göstərdi. Kim Fuk istər istəməz kağızı

göndərən adama baxdı. Onun əli-ayağı titrəyir

və dəhşətli baxışlarla Kim Fuka baxırdı. Sonra

Kim  Fuk  əlindəki  kağızı  oxudu.  Kağızda:

"Kim! O pilot mənəm!" sözləri yazılmışdı.

Bəli,  o,  8  iyun  1972-ci  ildə  Vyetnamdakı

məbədə napalm bombası atan təyyarənin pilotu

Con Plammer idi. Müharibədən sonra uzun illər

özünə  gələ  bilməmiş  və  o  kiçik  qızın  şəklini

cibində gəzdirmişdi. Kim bir anlıq pilota baxdı

və sonra qollarını açaraq ona doğru qaçdı... 



“O pilot mənəm!”

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə