İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

46

DEKABR. 2012. № 13



www.uluturk.info

bunların payına düşür. Bütünlükdə 57 müsəlman

ölkəsinin ümumi Milli məhsulu 2 trilyon dollar

olur, halbuki, bu göstərici yalnız ABŞ üçün 10.4

trilyon, Çində 5,7 trilyon, Yaponiyada 3.5 trilyon,

Almaniyada 1.3 trilyon, Hindistanda isə 3 trilyon

dollardır.  BMT-nin  ərəb  ölkələrində  inkişafla

bağlı yaydığı hesabata əsasən 50% Ərəb qadınları

savadsızdır və hər 5 ərəbdən biri gündəlik 2 dol-

larla yaşamaqdadır. Ərəb Ölkələrinin əhalisinin

yalnız 1%-i şəxsi kompyüterə malikdir və yalnız

0,5 % ərəb internetdən istifadə edir. Ərəblərdə

iqtisadi aktiv əhalinin 15%-i işsizdir ki, bu rəqəm

2010-cu  ildə  iki  dəfə  artmışdı.  Ərəblərdə

adambaşı  illik  gəlir  əmsalı  ötən  20  ildə  yalnız

0,5% artıb, bu dünyada bəzi Afrika ölkələrini is-

tisna etməkb ən aşağı göstəricidir. Dünyanın ən

yoxsul ölkələri Mozambik, Pakistan, Nigeriya,

Somali,  Kamboca,  Əfqanıstan,  Şrilanka  və

Efiopiyadır. Ali təhsil ocaqları baxımından üst-

üstə 57 müsəlman ölkəsinin hər birinin payına

yalnız 10 universitet düşür. Ümumilikdə 14 mil-

yard  müsəlman  üçün  600-dən  az  universitet

mövcud olduğu halda, Hindistanda 8407, ABŞ-

da isə 5785 universitet vardır. 1,5 milyard müsəl-

mandan yalnız Əbus Səlim və Əhməd ABŞ-da

elmi  işlə  məşğuldur.  Zuveyl  fizika  və  kimya

sahəsində nobel mükafatına layiq görülübdür.

Ümumilikdə ötən 105 ildə yalnız 8 müsəlman

nobel mükafıtına layiq görülüb, halbuki, 14 mi-

lyon  yəhudi  xalqından  167  nəfər  bu  mükafata

layiq görülüb. Deməli, dünya əhalisinin 22%-ni

təşkil  edən  müsəlmanlar  bu  mükafatın  l%-ni,

dünya əhalisinin 0,2%-ni təşkil edən yəhudilər

isə 22%-ni qazana bilmişlər. 15 milyard müsəl-

mandan yalnız 300 min nəfəri mövcud standart-

lara uyğun olaraq tədqiqatçı statusu aldığı halda,

ABŞ-da eyni şəraitə uyğun 1,1 milyon tədqiqatçı

(hər  bir  milyon  nəfər  4099  tədqiqatçı),

Yaponiyada isə 700 min nəfər (hər bir milyon

nəfərə 5095) tədqiqatçı var, 1,4 milyard müsəl-

manın 800 min nəfəri yazıb-oxuya bilmir (hər 10

müsəlmandan  6  nəfəri  savadsızdır).  Ümu-

miyyətlə  xristian  ölkələrində  əhalinin  78%-i

savadlıdır.5

“Bu gün terrorizmin səbəblərini bir milyard

500 milyon əhalisi olan İslam Dünyası üzərinə

yükləməklə, ABŞ və Qərb ölkələri, Rusiya terror-

izmdən öz ölkələrinin geopolitik, iqitsadi və ide-

oloji  problemlərini  çözmək  üçün  istifadə

edirlər”. Terrorizm ABŞ-ın “Yeni dünya düzəni”

siyasətinə  uyğun  olaraq  Orta  Şərqi  yenidən

maraqlarına  uyğun  şəkildə  formalaşdırmaq

siyasətinin nəticəsidir.  

Beləliklə,  terrorizmin  və  Şərq-Qərb  çatış-

malarının  meydana  çıxmasının  əsl  səbəbləri

dünyada  sürəkli  olaraq  siyasi,  iqtisadi,

mədəniyyətlərarası  dəyişmələrin  və  rəqabətin

mahiyyətindədir. Bu gün modern dünyada şimal

və cənub dövlətləri arasındakı inkişaf fərqi, bu

fərqdən doğan çatışmalar və qarşılıqlı anlaşma-

zlıqlar,  mədəniyyətlərarası  münasibətlərdəki

gərginliklər  terrorizmin  çiçəklənməsinə  şərait

yaradır.  Elmi-texniki  inqilabın,  kürəsəl  iqti-

sadiyyatın, təbliğat və informasiya vasitələrinin

köməyilə  zəngin  ölkələrin  kasıb  ölkələri  öz

dəyərləri vasitəsilə mariginallaşdırması, standart-

laşdırması terrorizmi və Şərq-Qərb çatışmalarını

doğuran  səbəblərdir.  Bəşəriyyətin,  insanlığın

yeni inkişaf mərhələsi olan və texnogen siviliza-

siyanın  nəticəsi  olan  qloballaşma  prosesinin

Vesternizasiya xəttinin diqtəsi altında getməsinə

və bütün dünyanın qərb dəyərləri əsasında stan-

dartlaşdırılması. 

Yerin 

resurslarının 



sərvətlərinin 80%-nin Qərbi avropada və ABŞ-

da toplanması, nəticədə qitənin digər hissələrində

aclıq  və  səfalətin  hökm  sürməsi,  Dünya

Bankının, Beynəlxalq Valyuta Fondunun, BMT-

nin, digər beynəlxalq təşkilatların bütün qitədə

ədalətli,  hüquq  bərabərliyini  iqtisadi  və  siyasi

tarazlığı və balanslaşdırmanı yaratmaq və tənz-

imləmək əvəzinə, Qərbin və ABŞ-ın maraq və

mənafeələrini qorumaqla məşğul olmaları, bütün

bunların nəticəsində qitədə iqtisadi-siyasi tara-

zlığın pozulması terrorizmin doğmasına səbəb

olur.

Beləliklə: bu gün terrorizmin genişlənməsi və



qlobal  müharibəyə  çevrilməsi  təhlükəsini

yaradan  birinci  səbəb,  qərbin  XVII  əsrdən

etibarən İslam ölkələrində  apardığı  müstəm-

ləkəçilik  siyasətidir  və  bu  indi  də  davam et-

Yasəmən Qaraqoyunlu



47

DEKABR. 2012. № 13



www.uluturk.info

məkdədir. ABŞ-ın Əfqanıstanı və İraqı işğal et-

məsi, Livanı, Suriyanı, İranı hədələməsi bunun

bariz  nümunəsidir.  İkinci  əsas  səbəb  Orta

Şərqdə  davam  edən  Resurslar  uğrunda  hege-

monluq  mübarizəsidir.  Üçüncü  səbəb  Yaxın

Şərq  probleminin  64  ildən  çoxdur  ki,  həll

edilməməsidir.

1948-ci ildən İngiltərə Parlamentinin Bolfor

deklarasiyasına  əsasən  Fələstin  torpaqlarnda

yəhudi  muxtariyyəti  yaratmaq  məqsədilə

yəhudilərin  Fələstinə  köçürülməsi  və  İsrail

dövlətinin  qurulması  ilə  Ərəb-İsrail  savaşları

başlamış, beləliklə də Yaxın Şərq probleminin

əsası qoyulmuşdur. BMT-nin Fələstin ərazisində

İsrail və Fələstin dövlətinin yaradılması haqqında

qərarının həyata keçirilməməsi, ABŞ-ın birtərəfli

şəkildə  İsrail  dövlətini  dəstəkləməsi,  fələstin

dövlətinin  yarana  bilməməsi  və  yerli  Fələstin

əhalisinin  köçürülməsi,  ərazilərin  yəhudilər

tərəfindən işğal edilməsi 64 illik Fələstin-İsrail

müharibələrinə gətirib çıxartdı. Ərəb-İsrail or-

dusu arasında 1948, 1956, 1967, 1973-cü illərdə

baş verən müharibələr, 1992-ci ildə ABŞ Kon-

qresinin Qüdsü İsrailin paytaxtı kimi tanınması

qərarı,  İran  və  İraq  arasında  gedən  I  Körfəz

savaşı, İraqın Küveyti işğal etməsi nəticəsində

baş verən II Körfəz savaşı (1990-91), ABŞ-ın

Əfqanıstanı və 2003-cü ildən isə İraqı işğal et-

məsi, 1945-ci ildə əsası qoyulmuş Ərəb Ölkələri

Birliyi Liqasının və 1960-cı ildə əsası qoyulmuş

54 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşki-

latının  İslam  ölkələrinin  problemlərinin

çözülməsində  ciddi  rol  oynaya  bilməməsi  və

İslam Birliyinin siyasi-iqtisadi qərar və strate-

giyalarda deyil, yalnız kültürdə mövcud olduğu

qənaətini  doğurmaqdadır.  Bölgədə  qlobal

geosiyasi  maraqlarm  kəsişməsi  və  ümidsiz

qaçqınlar ordusunun yaranması bölgə əhalisinin

terrora əl atmasına şərait yaradır.

Terrorizmin digər səbəbləri isə ABŞ-m “Yeni

dünya düzəni” adlı Orta Şərq siyasətidir. Dünya

əhalisinin  86%-nin  yerləşdiyi  və  əhalisinin

İslam dininə etiqad etdiyi Orta Şərqin dövlət,

mədəniyyət və din baxımından yenidən ABŞ və

Qərb maraqlarına uyğun şəkildə formalaşdırıl-

ması, şəkillənməsi siyasətidir. Dünya neftinin

65%-i bu bölgədə yerləşir və ABŞ İslam gücünü

parçalamaq üçün bu bölgədə çox dilli, çox dinli,

çox kültürlü, çox uluslu bir düzən formalaşdır-

maq istəyir. Orta Şərqdə dominantlıq təşkil edən

Ərəb və Türk gücünü parçalamaq üçün İsraildən

və Quzey İraqda ABŞ-ın əli ilə yaradılmaqda

olan  Quzey  İraq  Kürd  dövlətindən  istifadə

edilməkdədir.  Türk  gücünü  parçalamaq  üçün

yaradılmış Ermənistanın işğalçı siyasətinin dur-

durulmaması,  erməni  soyqrımı  uydurmasının

Qərb ölkələri tərəfındən dəstəklənməsi bu böl-

gədə terrorizmin daha da genişlənməsinə şərait

yaradır.  Anqlo-sakson  siyasi-hüquqi  dəyər-

lərinin, liberal demokratik bazar sisteminin heç

də  kamil  bir  sistem  olmadığı,  bu  sistemin

nəticəsində varlı ölkələrin daha da varlanması,

kasıb ölkələrin daha da kasıblaşması prosesinin

sürətlənməsi və beləliklədə varlı şimal və kasıb

cənub ölkələri arasında gələcəkdə baş verməsi

ehtimal olunan qlobal müharibə təhlükəsinin ar-

tamısı, ölkələrin Mərkəz və periferiyalara bölün-

məsi 


nəticəsində 

yaranmış 

ədalətsiz

iqtisadi-siyasi  düzən,  terrorizm  probleminin

aradan qaldırılmasina maneə olmaqdadır.

Yaxşılıq və pislik...

Bir  gün  yaxşılıq  və  pislik  bir  dəniz

sahilində  qarşılaşırlar  və  qərara  alırlar  ki,

dənizdə  yuyunsunlar.  Hər  ikisi  geyimlərini

çıxardıb dənizə girirlər.

Bir  müddət  sonra  Pislik  dənizdən  çıxıb

Yaxşılığın  geyimlərini  geyinir  və  yoluna

davam edir. Yaxşılıq da dənizdən çıxır və öz

geyimlərini tapa bilmir. Amma çılpaq olmaq-

dan utanır deyə, əlacsız qalıb Pisliyin geyim-

lərini geyinir və yoluna davam edir.

Elə o vaxtdan insanlar onları bir-biriynən

səhv salırlar. Ancaq səbirli və ağıllı insanlar

Yaxşılığın gözlərindəki saflığı görüb, geyim-

inə baxmadan tanıyarlar onu. Eləcə də, Pis-

liyin üzünü görən kimi tanıyanlar vardır ki,

geyim onun kimliyini gizlədə bilməz.

Terrorizm və resurslar uğrunda mübarizə Şərq-Qərb qarşıdurmaları aspektində




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə